Azərbaycan demokratik respublikasi



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix14.03.2018
ölçüsü0,81 Mb.
#31385
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

25 

 

etdirməyə  başlamışdır.  ―Açıq  söz‖  gizlində  fəaliyyət  göstərən  müsavatın  əsas 



orqanı idi.  

 

 



 

 

 



 

 

1917  –ci  ildə  Rusiyada  fevral  –  burjua  inqilabı  baş  verdi  və  martdan 



müsavat açıq fəaliyyətə keçdi.  

 

 



 

 

 



1917-ci  ilin  aprelində  Bakıda  Qafqaz  müsəlmanlarının,  mayda  isə 

Moskvada 

Rusiya 

müsəlmanlarının 



qurultayı 

çağırıldı. 

Qurultaylar 

M.Ə.Rəsulzadənin  təklifi  ilə  Rusiyanı  federativ  şəkildə  qurmaq  haqqında  qərar 

qəbul  etdi.  Həmin  dövrdə  Rəsulzadə  ―Cəmaət  idarəsi‖  və  ―Bizə  hansı  hökumət 

faydalıdır?‖ kitablarını nəşr etdirdi.  

 

 

 



 

1917-ci ilin iyununda müsəlman demokratik müsavat partiyası ilə martda 

Nəsibbəy Yusifbəylinin (1881- 1920) yaratdığı türk ədəmi – mərkəziyyət partiyası 

birləşdi.  Partiyanın  Bakıda  keçirilən  Iqurultayında  M.Ə.Rəsulzadə  Mərkəzi 

Komitənin  sədri  seçilmişdi.  Bu  qurultaydan  sonra  Bakıda  və  Azərbaycanın  bütün 

qəzalarında  xalqımızın  milli  hərəkatı  başlanmışdır.  Həmin  dövr  tariximizə  milli 

Azərbaycan hərəkatı kimi daxil olmuşdur.    

 

 



 

 

M.Ə.Rəsulzadənin  ―Azərbaycan  ideyası‖  və  ―Azərbaycana  muxtariyyət‖ 



şüarı İranda  böyük hay-küyə  səbəb olmuşdur. Başda  Məlikimuara  Bahar olmaqla 

(1886-  1951)  Tehran  pariranistləri  ―İran‖  qəzetində  ona  şiddətli  etiraz  etmişdilər. 

M.Ə.Rəsulzadə  onlara  cavab  vermək  məqsədilə  ―Açıq  söz‖  qəzetində  bir  neçə 

məqalə  ilə  çıxış  etməli  olmuşdur  (№  635,  657,  671-  673,  1918-ci  il).  ―Rəbi  – 

iştəbə‖ (Səhvin düzəlməsi)  adlı məqaləsində o yazırdı: ―Bu ləkə ilə bərabər təkrar 

edirəm ki, Azərbaycan yüz on il bundan qabaq həvadisi- rüzgardan təqsim olundu 

və  Araz  çayının  şimal  tərəfində  olan  qitələri  ruslar  aldıqdan  sonra  Azərbaycan 

adını götürüb Zaqafqaziya adlandırdılar ki, Mavəreyi – Qafqaz olsun ‖.  

 

Tarixdən bildiyimiz kimi, 1804-cü ildə Gəncənin və 1806-ci ildə Bakının 



rus  qoşunları  tərəfindən  tutulması  ilə  Azərbaycanın  Araz  çayından  şimalda  olan 

hissəsinin işğalı başa çatdırılmışdı. Bu hissəsinin, yəni Qafqaz Azərbaycanının adı 

1809-cü  ildən  çar  höküməti  tərəfindən  xəritələrdən  və  rəsmi  sənədlərdən 

silinmişdir.  Halbuki  məşhur  rus  qafqazşünası  A.  Berjenin  redaktə  etdiyi  ―Акты 

собрание  Кафказской  археологической  комиссии‖  toplusunda,  U.  Butkovun, 

N.Dubrovinin, N. Belyavskinin və başqalarının əsərlərində Qafqaz Azərbaycanının 

adı çəkilir. Rusiya və İran arasında bağlanmış  Gülüstan (12 oktyabr 1813-cü il)  

və  Türkmənçay  (10  fevral  1828-ci  il)  sülh  müqavilərində  Rusiyada  qadağan 

olunmuş  Qafqaz  Azərbaycanın  adı  yoxdur.  Həmin  müqavilələrdən  istifadə  edən 

tədqiqatçılar  kobud  səhvlərə  yol  vermişdir.  Bütün  bu  araşdırmalar  göstərir  ki, 

şəxsən  M.Ə.Rəsulzadənin  böyük  səyi  nəticəsində  və  onun  rəhbərliyi  altında 



26 

 

müsavat partiyası ölkənin tarixi adını geri qaytardı və bərpa etdi.  



 

 

1918-ci il mayın 26-da Zaqafqaziya seymi fraksiyaların daxili çəkişmələri 



nəticəsində  ləğv  olundu.  Ertəsi  gün  seymin  müsəlman  fraksiyasına  daxil  olan 

partiyaların  üzvlərindən  ibarət  Azərbaycan  milli  şurası  yarandı.Səs  çoxluğu  ilə 

M.Ə.Rəsulzadə milli şuranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin 

radiostansiyaları  və  qəzetləri  Azərbaycanın  istiqlaliyyətinin  elan  olunması 

haqqında Azərbaycan milli şurasının müraciətinin bəşəriyyətə xəbər verdilər. Bu o 

demək  idi  ki,  xalqımız  etnoqrafik  sərhədləri  daxilində  azad  və  müstəqil  yaşamaq 

hüququ  əldə  etmişdir.  Bitərəf  Fətəli  xan  İskəndər  oğlu  Xoyskinin  (1875-  1920) 

başçılığı  ilə  Azərbaycan  Demokratik  Respublikası  hökuməti  təşkil  olundu. 

Beləliklə, Azərbaycan xalqı nəinki türkdilli xalqlar arasında. Həmçinin bütün islam 

aləmində  ilk  dəfə  olaraq  respublika  üsul-  idarəsinə  qədəm  qoydu.  İyunun  17-də 

Azərbaycan  milli  şurasının  iclasında  M.Ə.Rəsulzadə  öz  alovlu  nitqində  deyirdi: 

―Dünya  müharibəsi  və    Rusiya  inqilabının  təsirləri  ilə  yeni  doğmuş  və  həyat 

siyasətinə qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr 

keçirir.  Bu  yeni  türk  nuzad  siyasəti  rişə  və  buluğ  bulub  da  millətlər  zümrəsinə 

vəsail – həyat olaraq girə biləcək, yoxsa sısqa cocuq kimi südəmər halında tərki – 

həyat edəcəkdir? İştə bütün zehnləri işğal edən bir məsələ!‖ (―Azərbaycan‖ qəzeti, 

№ 41, 1918-ci il). 

 

 



 

 

 



Respublikanın  birinci  ildönümü  münasibəti  ilə  M.Ə.Rəsulzadə  yazırdı: 

―Türk  mənşəli  bütün  başqa  dövlətlər  meydana  gələrkən  xüsusən  dini  əsasa 

söykənmişdirsə,  Azərbaycan  Respublikası  türk  milli  –  demokratik  dövlətçiliyi 

zəminində  milli-  mədəni  təyini  müqəddaratın  müasir  özülünə  əsaslanmışdır.  Bu 

nöqteyi-nəzərdən respublikamız birinci türk dövlətidir‖. (―Azərbaycan‖ qəzeti, 28 

may, 1919-cü il, № 110).   

 

 

 



 

 

 



Azərbaycan  Dövlət  Universitetinin  yaranmasında  M.Ə.Rəsulzadənin 

böyük  xidmətləri  vardır.  ―1920-ci  il  üçün  Azərbaycan  respublikasının  təqvim- 

ünvanı‖  nın  dördüncü  hissəsindən  məlum  olur  ki,  o  tarix-  filologiya  fakultəsində 

―Osmanlı  ədəbiyyatı  tarixi‖ndən  dərs  demişdir.  Onun  1920-ci  ilin  əvvəllərində 

―Azərbaycanın təşkilində müsavat‖ adlı kitabı çapdan çıxmışdır.  

 

1920-ci  il  avqustun  17-də  M.Ə.Rəsulzadə  Lahıcda  həbsə  alınmışdır. 



İ.V.Stalin 1905 –ci ildə onu ölümdən qurtaran Rəsulzadəni həbsdən buraxdırmaqla, 

onun  qarşısında  vicdan  borcunu  yerinə  yetirmişdir.  O,  M.Ə.Rəsulzadəni  özü  ilə 

birlikdə  Moskvaya  aparıb,  RSFSR  millətlər  komissarlığında  mətbuat  müvəkkili 

vəzifəsinə  təyin  etmişdir.  1922-ci  ilin  payızında  Skandinaviya  ölkələrinə 

ezamiyyətə  göndərilən  M.Ə.Rəsulzadə  daha  geri  qayıtmamışdır.  Beləliklə, 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə