Azərbaycan demokratik respublikasi



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə13/31
tarix14.03.2018
ölçüsü0,81 Mb.
#31385
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

30 

 

 



1919-cu il martın əvvəllərində F.Xoyskinin başçılıq etdiyi etdiyi hökumət 

kabinəsi istefaya çıxdı.  

 

 

 



 

 

 



 

F.  Xoyski  nazirlər  şurasının  sədri  Nəsib  bəy  Yusifbəylinin  1919-cu  il 

dekabrın 23-də təşkil etdiyi ikinci hökumət kabinəsində xarici işlər naziri vəzifəsini 

icra  etmişdir.  Azərbaycan  Demokratik  Respublikasının  beynəlxalq  aləmdə  və 

xarici  dövlətlər  tərəfindən  tanınmasında  Fətəlixan  Xoyskinin  müəyyən  xidmətləri 

vardır.    

 

 

 



 

 

 



 

 

1920-ci  il  yanvarın  2-də  RSFSR-ni  xarici  işlər  üzrə  xalq  jkomissarı 



G.V.Çiçerin  ağqvardiyaçı  general  Denikinə  qarşı  vahid  cəbhə  yaratmaq  üçün 

Xoyskiyə nota ilə müraciət etdi. Həmin ayın 189-da F.Xoyskininj verdiyi cavabda 

göstərilirdi ki, ―Azərbaycan Respublikası Sovet Rusiyasının daxili işlərinə qarışmır 

və bu məsələdə bitərəfdir‖.  

 

 

 



 

 

 



G.V.  Çiçerin  23  yanvar  tarixli  ikinci  natasında  yenə  həmin  məsələyə 

qayıdaraq,  Azərbaycanı  RSFSR  –lə  əməkdaşlığa  dəvət  edir  və  yazırdı  ki,  biz 

həmişə  bir  səma  altında,  bir  yerdə  yaşamışıq  və  yenə  də  bir  yerdə  yaşamalıyıq. 

Xoyski fevralın 1-də Çiçerinə öz hökumətinin rəsmi fikrini bildirmiş, onun təklifini 

rədd etmişdir.  

 

 



 

 

 



 

 

 



1920-ci  il  fevralın  20-də  Çiçerinin  üçüncü  notası  və  martın  7-də 

Xoyskinin cavabı eyni məsələyə həsr olunmuşdur. Martın axırında Çiçerin sonuncu 

notanı göndərmiş, aprelin 27-də Xoyski Azərbaycan parlamentində cavab notasını 

oxuyarkən  XI  Qızıl  Ordunun  Bakıya  yaxınlaşdığı  xəbəri  alınmışdır.  Bu 

hadisələrdən  sonra  Fətəlixan  öz  ailəsi  ilə  Tiflisə  getmişdir.  F.Xoyski  muzdlu 

erməni bir qatil tərəfindən 1920-ci il iyunun 19-da Tiflisdə arxadan güllə atəşi ilə 

öldürülmüş  və  Azərbaycan  dramaturgiyasının  banisi  M.F.Axundovun  qəbri 

yanında dəfn olunmuşdur.  

Mövsüm Əliyev.    

 

 



 

 

 




31 

 

 



NƏSĠB BƏY YUSĠFBƏYLĠ 

Odlar yurdu. № 22, noyabr 1989. 

Nəsib bəy Yusif oğlu Yusifbəyli 1881-ci ildə Gəncədə anadan olmuşdur. 

Onun  atası  şəhərin  maarifpərvər  ziyalılarından  idi.  Orta  təhsilini  Gəncə  klassik 

gimnaziyasında başa çatdırdıqdan sonra Nəsib bəy Yusifbəyli 1902-ci ildə Odessa 

universitetinin hüquq fakultəsinə daxil olmuş, birinci rus inqilabı ərəfəsində siyasi 

fəaliyyətə başlamışdır. O, universitetdə azərbaycanlı tələbələr tərəfindən yaradılan 

Azərbaycan  həmyerlilər  təşkilatının  başçılarından  biri  idi.  Bu  təşkilatın 

rəhbərlərinin  1904-cü  ildə  çəkilmiş  fotoşəklində  biz  Nəriman  Nərimanov, 

Xosrovbəy  Sultanov,  Şahmalıyev  qardaşları  və  başqa  şəxslərlə  yanaşı,  Nəsib  bəy 

Yusifbəylini də görürük.    

 

 



 

 

 



 

Tələbələrin inqilabı mübarizəsindən qorxuya düşən çar hökuməti 1907-ci 

ildə  Odessa  universitetini  müvəqqəti  bağladıqdan  sonra  Nəsibbəy  Yusifbəyli 

Krımın  Bağçasaray  şəhərinə  köçmüş  və  orada  görkəmli  siyasi  və  ictimai  xadim 

İsmayıl  bəy  Qaspirinskinin  (1852-1914)  redaktor  olduğu  ―Tərcuman‖  qəzetində 

məqalələrlə  çıxış  etməyə  etməyə  başlamışdır.  O,  İsmayıl  bəyin  qızı  Şəfiqə  Sultan 

xanım  Qaspirəli  (1886  -1975)  ilə  ailə  həyatı  qurmuş  və  bir  müddət  bu  şəhərdə 

yaşamışdır.  Nəsib  bəy  Yusifbəyli  həmin  illərdə  Azərbaycan  dramaturqlarının 

əsərlərini  Bağçasarayda  tamaşaya  qoymuş,  özü  də  əsas  rollarda  çıxış  etmişdir. 

―Tərcuman‖  qəzetinin  13  yanvar  1907-ci  il  tarixli  nömrəsində  Bağçasaray  şəhər 

teatr həvəskarları tərəfindən Əbdürrəhim bəy Haqverdiyevin (1970-1933) ―Dağılan 

tifaq‖ faciəsinin tamaşaya qoyulduğu Nəcəf bəy rolunu Nəsibbəyin oynadığı xəbər 

verilir. Həmin qəzetdə verilən məlumatlardan aydın olur ki, Nəsib bəy Yusifbəyli o 

illərdə  görkəmli  Azərbaycan  ədəbiyyatşunası  F.  Köçərlinin  (1863-1920) 

―Azərbaycan  ədəbiyyatı‖  və  Hüseyn  Əfəndi  Qayıbovun  (1830-1917) 

―Azərbaycanda  məşhur  olan  şuaranın  əşarına  məcmuədir‖  adlı  əsərlərin  

Bağçasaray  şəhərində  şəhərində  çap  olunması  üçün  çox  çalışmışdır.  Lakin 

naməlum  səbəblər  üzündən  bu  məsələ  baş  tutmamışdır.  Ümumiyyətlə,  Nəsib  bəy 

XX  əsr  Azərbaycan  –  Krım  ədəbi  –  mədəni  əlaqələrinin  əsasını  qoyanlardan 

biridir.    

 

 

 



 

 

 



 

 

Yoxsulluq üzündən N. Yusifbəyli ali məktəbi dördüncü kursdan atmışdır. 



Çar  hökumət  orqanlarının  təqiblərindən  yaxa  qurtarmaq  üçün  1908-ci  ildə  bir 


32 

 

müddət  İstambulda  yaşayan  Nəsib  bəy  ―Türk  dərnəyi‖  adlı  cəmiyyətin 



banilərindən  biri  olmuşdur.  Lakin  sultan  istibdadının  rus  çarizmi  qədər  qəddar 

olduğunu görən N.Yusifbəyli 1909-cu ildə Türkiyədən Gəncəyə qayıtmışdır. 

 

1911-ci  ildə  Azərbaycan  ziyalıları  M.F.Axundovun  (1812-1878)  anadan 



olmasının  100  illliyini  geniş  qeyd  etmək  üçün  təşəbbüs  göstərdilər.  Nəsib  bəy 

Yusifbəyli  də  onların  arasında  idi.  Onun  1911-ci  il  mayın  20-də  ―Tərcuman‖ 

qəzetində  çap  etdirdiyi  məqalə  bu  yubileyə  həsr  olunmuşdur.  ―Molla  Nəsrəddin‖ 

satirik  jurnalını  o  illərdə  müdafiə  edən  ziyalılardan  biri  də  Nəsib  bəy  Yusifbəyli 

idi.  Onun  1909-cu  il  sentyabrın  4-də  ―Tərcuman‖  (№  36)  qəzetində  dərc  edilmiş 

―Mətbuat‖ adlı məqaləsində  Rusiyada çıxan müsəlman satirik jurnallarından bəhs 

olunur  və  ―Molla  Nəsrəddin‖ə  xüsusi  qiymət  verilirdi.  Həmin  qəzetin  40-cı 

nömrəsində (9.X. 1909) çıxmış məqaləsində isə tatar jurnalı ―Yulduz‖un redaktoru 

ilə  polemika  aparan  müəllif  ―Molla  Nəsrəddin‖  ə  hücumların  haqsız  olduğunu 

bildirirdi.  O  illərdə  Gəncədə  mövcud  olan  ―Müsəlman  xeyriyyə  cəmiyyətinin‖, 

―Müsəlmanlar  içində  maarifi  yayan  cəmiyyət‖in  və  ―Aktyorlar  cəmiyyəti‖  nin 

fəaliyyətində  Nəsib  bəy  Yusifbəyli  yaxından  iştirak  etmişdir.  O,  ―Azərbaycan 

ədəbiyyatı  tarixi‖  əsərini  də  həmin  dövrdə  yazıb  başa  çatdırmışdır.  Əlyazmanın 

sonrakı  taleyi  bilinmir.  Bu  əlyazmanın  araşdırılıb  üzə  çıxarılması 

ədəbiyyatşünasların borcudur.  

 

 



 

 

 



 

1917-ci ildə Rusiyada fevral  – burjua inqilabı baş verdi. Həmin ilin  mart 

ayında  Nəsib  bəy  Yusifbəylinin  rəhbərliyi  altında  yaradılmış  ―Türk  ədəmi  – 

mərkəziyyət  partiyası‖  Gəncədə  fəaliyyətə  başladı.  Bu  partiya  Rusiyanı  federativ 

şəkildə  qurmaq  və  onun  tərkibində  Azərbaycana  muxtariyyət  vermək  uğrunda 

mübarizə aparırdı. Yeni partiya xalqı öz proqramı ilə tanış etmək üçün şəhərin Şah 

Abbas  məscidinin  həyətində  böyük  mitinq  təşkil  etmişdir.  Bu  mitinq  ―Yaşasın 

demokratik  respublika!‖,  ―Yaşasın  Azərbaycan  muxtariyyəti!‖,  ―Yaşasın  türk 

ədəmi – türk mərkəziyyət partiyası!‖ şüarları altında keçirilmişdi. (―Baky‖, qəzeti, 

12  aprel  1917,  №  80).  Həmin  ilin  aprelində  Bakıda  çağırılan  Qafqaz 

müsəlmanlarının  qurultayındakı  çıxışında  Nəsib  bəy  Yusifbəyli  Rusiyanın 

tərkibində  Azərbaycana  muxtariyyət  verilməsini  qəti  şəkildə  tələb  etmişdir.  May 

ayında  isə  o,  Moskvada  keçirilən  Rusiya  müsəlmanlarının  qurultayının  iştirakçısı 

olmuşdu. Bu qurultaydan sonra (iyunda) M.Ə.Rəsulzadənin (1884 -1955) rəhbərlik 

etdiyi ―Müsəlman demokratik musavat partiyası ilə N. Yusifbəylinin başçılıq etdiyi 

―Türk ədəmi – mərkəziy6yət partiyası‖ birləşərək ―Musavat‖ adını aldı. Partiyanın 

Gəncə şöbəsinə Nəsib bəy Yusifbəyli rəhbərlik edirdi. Həmin il oktyabrın 26-dan 

31-dək  Bakıda  davam  edən  birinci  partiya  qurultayında  N.  Yusifbəyli  yaxından 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə