5
1. AZƏRBAYCAN HÖKÜMƏTĠ
“Ədəbiyyat və incəsənət”, 4 may 1990.
Azərbaycan milli demokratiyası Fevral inqilabından sonra Rusiyanın
federativ – demokratik əsaslarda yenidən qurulması təqdirində bu dövlətin
tərkibində milli muxtariyyət uğrunda mübarizə aparırdı. Siyasi proseslərin sonrakı
inkişafı göstərdi ki, onların ümid etdiyi demokratik və federativ Rusiya ideyası
illuziyadan başqa bir şey deyildir. Milli hərbi hissələr yaratmaq cəhdi qarşısında
1918-ci ilin martında təşkil edilmiş qırğınlardan sonra Azərbaycan milli
demokratiyası istiqlaliyyət uğrunda açıq mübarizə və milli hakimiyyət yaratmağın
milli qurtuluş üçün yeganə yol olduğunu dərk etdi. Azərbaycan nümayəndələrinin
təkidilə Zaqafqaziya seymi aprel ayının 9-da Zaqafqaziyanın suverenliyini elan
etdi. Lakin daxili ziddiyyətlər və xarici oriyentasiya məsələrindəki antaqonizmlər
Zaqafqaziya Federativ Demokratik Respublikasının tərkibindən çıxdıqdan sonra,
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın istiqlaliyyəti elan edildi. İstiqlal
bəyannaməsində
Azərbaycan
Demokratik Respublikasında ali icraedici
hakimiyyətin Müvəqqəti hökümətə məxsus olduğu bildirildi. Müvəqqəti hökümət
Azərbaycan Milli Şurası qarşısında məsul idi.
Azərbaycan Milli Şurası ADR –in ilk hökümətini təşkil etməyi şuranın
üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Elə həmin gün Fətəli xanın təklif etdiyi
Nazirlər Şurasının tərkibi təsdiq edildi (məsələyə əlavə olunmuş siyahıya baxın).
Müvəqqəti hökümət lazımi hazırlıq işləri gördükdən, ilk növbədə
Azərbaycanın öz istiqlaliyyətini elan etməsi və Azərbaycan Respublikasının
müvəqqəti paytaxtının Gəncə şəhərində yerləşməsi haqqında dünyanın əsas siyasi
mərkəzlərinə rəsmi bəyanat göndərdikdən sonra Gəncəyə köçdü. Lakin burada
müxtəlif irticaçı qüvvələr Azərbaycan Milli Şurası və Müvəqqəti hökümətin işini
pozmağa cəhd etdilər. İyunun 17-də Milli Şuranın müvəqqəti buraxılması və bütün
qanunverici hakimiyyətin Müvəqqəti hökümətin əlində cəmləşməsi haqqında qərar
qəbul edildi. Qərarda deyilirdi: ―Azərbaycanın keçirməkdə olduğu muşkulati-
daxilliyə və xariciyyəni nəzəri – etinayə alaraq Azərbaycan Şurayi – Millisi bütün
hüquq və səlahiyyətini Fətəli xan Xoyski təhti – sədarətində təşəkkül edən
6
kabinəyə həvalə və məzkur kabinəyi arayi – ümumiyyə üzərinə müstənəd –
bilətəxir Məclisi – müəsissan dəvət oluncaya qədər Azərbaycan həqqi –
hakimiyyətini kəndi əlində bulunduraraq kimsəyə tərk etməməyə müvəzzəf edir‖.
Elə buradaca Müvəqqəti hökümətin hüquq və vəzifələrinin ümumi istiqamətləri
göstərilirdi. Müvəqqəti hökümət hər vasitə ilə Azərbaycanın müstəqilliyini
qorumalı, siyasi azadlıqlar, torpaq və başqa vacib qanunları ləğv etməmək şərtilə
qalan məsələlərin həllində tam ixtiyar sahibi idi. Müvəqqəti hökümət 6 aydan gec
olmayaraq Müəssisələr məclisinə seçiklər keçirib, hakimiyyəti ona təhvil verməli
idi.
Nazirlər Şurasının tərkibində bəzi dəyişikliklər edildikdən sonra yeni
kabinə işə başladı. İyunun 19- da Azərbaycanda hərbi vəziyyət elan edildi. Bakı
quberniyası Xalq Komissarları Sovetinin Gəncə üzərinə hazırladığı hücumu dəf
etmək və daha sonraz Qafqaz İslam Ordusunun köməyilə Bakını azad etmək üçün
milli qoşun hissələrinin yaradılması sahəsində əməli işlər başladı. Sonrakı aylar
Müvəqqəti hökümətin Azərbaycanın paytaxtına sahib olması uğrunda
mübarizəsinə həsr edildi. Bakı uğrunda mübarizə aparmaqla yanaşı Müvəqqəti
hökümət dövlət aparatı qurmaqla məşğul idi. Bu sahədə ən böyük problem milli
kadrların çatışmaması ilə bağlı idi. Çar zülmünün Azərbaycana vurduğu ən böyük
zərbələrdən biri – dövlət aparatına yerli müsəlman əhalinin yaxın buraxılmaması
özünü kəskinliyi ilə hiss etdirirdi. Yeni yaranmış dövlət orqanları məmurlarının
xeyli hissəsini qeyri – yerli millətlərin nümayəndələri təşkil edirdi. Odur ki,
Nazirlər Şurasının 1918 –ci il 27 iyun tarixli fərmanında deyilirdi: ―Dövləti lisan
türk dili qəbul edilərək, irəlidə bütün məhkəmə, idareyi – daxiliyyə və sair dəvair
vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər höküməti müəssisələrdə
rus dili istimalına müsaidə edilsin‖. İki il ərzində dövlət orqanlarının işinin
tamamilə ana dilinə keçməsi nəzərdə tutulurdu. İctimai həyatın başqa sahələrinin
də milliləşdirilməsinə başlandı.
Müvəqqəti hökümətin diqqətini cəlb edən işlərindən biri də avfqust ayında
yaradılmış Fövqəladə Təhqiqat Komisiyyası idi. Bu komisiyyanın funksiyasına
yerli əhaliyə qarşı vəhşiliklərin, o cümlədən mart qırğınlarının dəqiq öyrənilməsi,
günahkarların müəyyən edilməsi və onların məhkəməyə verilməsi daxil idi.
Komisiyyanın təhqiqatları cəmləşdirilib, əsas Avropa dillərində çap olunmalı və
yayılmalı idi.
Ölkənin iqtisadi həyatını qaydaya salmaq üçün dağıdılmış dəmiryolunun
bərpa edilməsinin böyük əhəmiyyəti var idi. Dəmiryolunun bərpası ilə yanaşı bir
neçə ay ərzində poçt – teleqraf işləri də qaydaya düşdü. Gürcüstan ilə birlikdə