Azərbaycan demokratik respublikasi



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə6/31
tarix14.03.2018
ölçüsü0,81 Mb.
#31385
1   2   3   4   5   6   7   8   9   ...   31

14 

 

Bolşeviklər  parlamentə  baykot  elan  etdilər.  Bakıdakı  Rus  Milli  Şurası  ingilis 



komandanlığının köməyindən istifadə edərək, parlamentin açılması işini pozmağa 

cəhd  etdi.  Erməni  Milli  Şurası    da  ixtiyarlarında  olan  hərbi  hissələrə  güvənərək 

Bakıda qarışıqlıq salırdı. Rus və qismən Erməni Milli Şuraları parlamentə seçkiləri 

baykot  edib,  öz  nümayəndələrinin  parlamentdə  təmsil  etdikləri  millət  adından 

iştirakına  mane  oldular.  İlk  əvvəllər  onların  müttəfiqi  olan  general  Tomson 

parlamentin  açılmasına  mane  olsa  da,  bir  qədər  sonra  onun  təşkilinə  mane 

olmamaq  qərarına  gəlir.  Rus  Milli  Şurasının  da  bir  qrup  üzvü  onun  tərkibindən 

çıxıb,  Rus  –  slavyan  cəmiyyəti  deyilən  bir  təşkilat  yaratdılar.  Sonuncular 

Azərbaycan istiqlalı prinsipini qəbul etməsələr də, öz nümayəndələrini parlamentə 

göndərmək  qərarına  gəldilər.  Fəhlə  konfransının  parlamenti  baykot  etmək 

siyasətinə  qarşı  çıxaraq,  Ramana,  Binəqədi,  Balaxanı  və  Sabunçunun  müsəlman 

fəhlələri  bir  qədər  sonra  həmkarlar  təşkilatına  ayrılmış  3  nümayəndə  yerindən 

ikisinin  onlara  verilməsini  tələb  etdilər.  Azərbaycanın  bir  sıra  mahal  və 

şəhərlərindən  də  deputat  seçkiləri  başa  çatmamışdı.  Naxçıvan  və  Borçalının  da 

gələcəyi  məsələsi  qaranlıq  qaldığından  oradan  nümayəndə  gəlməmişdi.  Odur  ki, 

parlament  haqqında  qanunda  nəzərdə  tutulmuş  120  deputatın  əksəriyyətinin 

toplanması ilə parlamentin açılışı oldu.  

 

 



 

 

 



Azərbaycan Demokratik Respublikası parlamentinin ilk təsis iclası 1918 –

ci  il  dekabr  ayının  7-də  Bakıda  (o  vaxt  Tağıyev  qız  məktəbinin,  indi  isə 

Əlyazmalar  İnstitutunun  binasında)  oldu.  Şəhərin  mərkəzi  bayramsayağı 

bəzədilmişdir. Maöazalar bağlanmış, dövlət idarələri və təhsil müəssisələri öz işini 

dayandırmışdır. Milli bayraqlar və xalılarla bəzədilmiş parlamentin iclas salonunda 

Türk Demokratik Federalistlər Partiyası – Musavatın üzvləri, eləcədə azlıqda qalan 

millətlərin  nümayəndələri  ortada,  Hümmətçi  menşeviklər  və  sosialistlər  solda, 

bitərəflər  və  İttihad  partiyasının  üvzləri  sağda  əyləşmişdilər.  Diplomatik 

nümayəndələr.  Lojasında  general  Tomsonun  nümayəndəsi  Konkerel,  İranın  baş 

konsulu  Sədulvuzarə  və  onun  maliyyə  müşaviri,  Dağlılar  hökümətinin  sədri  T. 

Çermoyev,  bu  hökümətin  Azərbaycandakı  nümayəndəsi  Qandəmirov.  Gürcüstan 

Respublikasının  nümayəndəsi  Karsevadze,  eləcə  də  Araz  Respublikası 

nümayəndəsi P. Əliyev oturmuşdular. Azərbaycan hökümətinin üzvləri də iclasda 

iştirak edirdi. 

Parlamentin  ilk  iclasını  Azərbaycan  Milli  Şurasının  sədri  M.  Ə. 

Rəsulzadə  açmış,  böyük  təbrik  nitqi  söyləmişdir.  Tez  –  tez  alqışlarla  kəsilən 

nitqində Məmməd Əmin ―firqə ehtirasları, şəxsi –qərəzləri və bütün bu kimi vətən 

və  millət  qayəsi  qarşısında  sofla  (a  ş  a  ğ  ı  –  N.N.)  qalan  qərəzləri  atıb.  Vətən 

qayğısı və millət duyğusunu hər şeydən yüksək tutmağa çağırmışdır.‖   



15 

 

 



Məmməd  Əmin  nitqini  bitirib,  parlament  sədrini  və  sədr  müavinini 

seçməyi  təklif  etdi.  Şəfi  bəy  Rüstəmbəylinin  təklifi  ilə  bitərəf  hüquqşünas 

Əlimərdan bəy Topçubaşov Azərbaycan parlamentinin sədri, Müsavat partiyasının 

üzvü hüquqşünas Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Topçubaşov 

bu  iclasda  iştirak  etmədiyindən    (bu  zaman  o,  İstambulda  Azərbaycan 

Respublikasının  nümayəndəsi  idi)  iclasın  sonrakı  gedişi  Həsən  bəy  Ağayevin 

sədrliyi ilə keçdi. Ona göstərilən böyük etimad müqabilində Həsən bəy parlamentə 

təşəkkürünü  bildirib  katib  seçilməsini  təklif  etdi.  Ənnənəyə  uyğun  olaraq 

parlamentin ən gənc üzvü Rəhim bəy Vəkilov katib seçilmişdi. 

 

Daha  sonra  parlamentin  xitabət  kürsüsünü  Nazirlər  Şurasının  sədri  Fətəli 



xan Xoyski tutub, müvəqqəti hökümətin istefası ilə bütün hakimiyyətin parlamentə 

təhvil verilməsini elan etdi. 

 

 

 



 

 

 



Parlamentin  qərarı  ilə  hökümətin  istefasını  qəbul  edilib,  yeni 

kabinetintəşkilinə  qədər  onun  öz  işini  davam  etdirməsi  tapşırıldı.  İttihad 

partiyasının  üzvü  Q.  Qarabəylinin  parlamentin  açılışı  münasibəti  ilə  siyasi 

məhbuslara  əfv  –  ümumi  verilməsi  təklifi  qəbul  edildi.  Daha  sonra  mandat, 

təsərrüfat və reqlament komissiyaları  üzvlərinin seçilməsi ilə təsis iclası bağlandı. 

Parlamentin  sonrakı  iclaslarında  bir  nüçə  komissiya  –  maliyyə  -  büdcə,  fəhlə, 



qanunvericilik  təklifləri,  redaksiya,  hərbi  iĢlər,  aqrar  sorğu,  ölkənin 

məhsuldar  qüvvələrindən  istifadə,  müəssisələr  məclisinin  çağırılması  üzrə 

komissiyalar formalaşdı.   

 

 

 



 

 

 



Parlamentin  cari  işlərini  idarə  etmək  üçün  sədr,  müavin  və  katiblərdən 

başqa  fraksiyaların  sədrlərindən  ibarətsenyorkonvent  seçildi.  Senyorkonventə 

Musavat  fraksiyasından  M.Ə.  Rəsulzadə,  İttihad  fraksiyasından  Q.  Qarabəyli, 

demokratik  bitərəflər  fraksiyasından  M.  Vinoqradov,  Əhrar  fraksiyasından  A. 

Qardaşov, sosialistlərdən C. Hacınski daxil idi.  

 

 



 

 

Parlamentin  sədr  müavini  fraksiyaların  sədrləri  ilə  məşvərətdən  sonra 



hökümətin  təşkilini  yenidən  Fətəli  xan  Xoyskiyə  tapşırdı.  Lakin  Fətəli  xan 

səhhətinin  pisləşdiyindən  yeni  hökümətə  başçılıq  etmək  iqtidarında  olmadığını 

bildirdi. Dekabrın 18 –də H. Ağayev parlament üzvlərinin arzusunu nəzərə alaraq 

Fətəli  xana  yenidən  rəsmi  müraciət  edib,  ―Vətənin  belə  ağır  günlərində  hökümət 

təşkili  kimi  məsuliyyətli  bir  işdən  boyun  qaçırmayıb,  müştərək  kabinə  təşkilini  

öhdəsinə  almağı‖  israr  etdi.  Fətəli  xan  yeni  koalisiyalı  kabinəni  bir  qədər 

genişləndirib, tərkibinə 3 rus və 2 erməni naziri də daxil etməyi nəzərdə tutmuşdu. 

Lakin  erməni  nümayəndələri  hökümətə  daxil  olmaqdan  imtina  etdikdən  sonra 

Nazirlər  Şurasının  sədri  on  nəfərdən  ibarət  kabinənin  tərkibini  və  iş  proqramını 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə