Azərbaycan demokratik respublikasi



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix14.03.2018
ölçüsü0,81 Mb.
#31385
1   2   3   4   5   6   7   8   9   ...   31

12 

 

Milli  Şuranın  demokratik  xarakterindən  xoflanırdılar.  Onlar  Milli  Şura  üzvlərini 



xalqın  gözündən  salmağa  çalışır,  ziyalıları  Osmanlı  qoşun  hissələrinin 

Azərbaycana  çağırılmasına  mane  olmağda  ittiham  edir,  hətta  ―ermənilərə 

satıldıqları‖  haqqında  belə  şaiyələr  yaymaqdan  çəkinmirdilər.  Türkiyə  hərbi 

hissələrinin komandiri Nuru  paşa sonuncuların ondan öz  məqsədləri  üçün  istifadə 

etməsinə  etiraz  edib,  yalnız  əsgər  olduğunu  və  siyasətə  qarışmayacağını 

bildirmişdi. Nuru paşanın siyasi müşaviri Əhməd bəy Ağaoğlunun (Ağayevin) fəal 

iştirakı  ilə  bütün  hakimiyyətin  Fətəli  xan  Xoyski  hökümətinin  əlində  cəmləşməsi 

haqqında  kompromis  qərar  qəbul  edildi.  1918  –ci  ilin  17  iyun  tarixli  qərarı  ilə 

Azərbaycan Milli Şurası özünü buraxılmış elan etdi. Bununla belə qərara alındı ki, 

lazımi  hazırlıq  işləri  aparılandan  sonra  Azərbaycan  müəssisələr  məclisinə  altı  ay 

müddətində seçkilər keçiriləcəkdir. Lakin milli hakimiyyətin bütün Azərbaycanda 

bərqərar  olması  prosesi,  xüsusən  Bakı  Soveti  və  Sentrokaspi  diktaturası  ilə 

müharibənin  sentyabrın  15  –dək  uzanması,  müəssisələr  məclisinə  seçkilərin 

hazırlanması və keçirilməsini təxirə saldı. Sentyabrın 14 –də hökümətin qərarı ilə 

müəsissələr məclisinə serçkilər üzrə Nazirlər Şurasının sədri, daxili işlər naziri və 

xalq  maarif  nazirlərinə  komissiya  yaratmaq  tapşırıldı.  Bu  komissiyanın  tərkibi  və 

işinin əsas istiqamətinin müəyyən olunması sahəsində tezliklə iş başlandı.   

 

Lakin  noyabr  ayında  Azərbaycanın  beynəlxalq  vəziyyəti  yenidən  kəskin 



şəkildə  dəyişdi.  Mudros  barışıq  müqaviləsinə  əsasən  müharibədə  məğlub  olmuş 

Türkiyə öz qoşunlarını Azərbaycandan çıxarmalı, Bakını Antanta adından ingilislər 

işğal  etməli  idilər.  Öz  tabeliyində  az-  çox  dərəcədə  qüdrətli  qoşun  hissələri 

olmayan  Azərbaycan  höküməti  və  yenidən  toplanmış  Azərbaycan  Milli  Şurası 

istiqlal  prinsipindən  geri  çəkilməmək  şərti  ilə  Bakıya  gələcək  ingilis  generalı 

Tomsonla  dil  tapmaq  siyasəti  yeritmək  məcburuyyətində  qaldı.  Denikin 

Rusiyasının mütəffiqi kimi ingilis generalı nəinki Azərbaycanın istiqlalı prinsipini 

qəbul  etmir,  hətta  ―Azırbaycan  xalqının  ümumi  səsverməsinə  əsaslanan 

respublikanın  yoxluğunu  və  onun  türk  komandanlığının  intriqası  ilə  yaranmış  bir 

hökümətin olduğunu‖ iddia edirdi. Bununla belə Ənzəlidə ikən o, ―madam ki, siz 

bunun  əksini  iddia  edirsiniz,  onda  gəlib,  yerindəcə  təhqiq  edər,  ona  əsasən  qərar 

verərik‖ demişdi.  

 

 

 



 

 

 



 

İngilis  qoşunlarının  noyabrın  17-də  Bakıya  gəlməsindən  üç  gün  sonra 

Azərbaycan  Milli  Şurasının  ikinci  iclasında  (yeni  dövrdə  Şuranın  birinci  iclası 

noyabrın  16-da  olmuşdu)  Azərbaycanda  müvəqqəti  ali  qanunverici  orqanın 

yaradılması  haqqında  qanun  verildi.  Təkpalatalı  parlament  (parlaman,  məclisi  – 

məbusan  da  deyirdilər)  bu  qanuna  əsasən  120  nəfərdən  ibarət  olmalı  idi.  Milli 




13 

 

Şuranın  44  nəfər  üzvündən  əlavə  ölkə  əhalisinin  əksəriyyətini  təçkil  edən  yerli 



müsəlman  əhalidən  (2,75  milyonluq  ümumi  əhalinin  1,9  milyonu)  daha  36 

nümayəndənin  seçilməsi  nəzərdə  tutulurdu.  Bu  nümayəndələrdən  beşi  Bakıdan, 

ikisi (biri çəhər, biri mahal əhalisindən) Göyçaydan, ikisi Cavaddan, üçü Qubadan, 

ikisi  Lənkərandan,  ikisi  Şamaxıdan,  üçü  Gəncədən,  ikisi  Ərəşdən,  biri 

Cavanşirdən,  ikisi  Zəngəzurdan,  biri  Qazaxdan,  biri  Cəbrayıldan,  ikisi  Nuxadan, 

ikisi  Şuşadan,  ikisi  Zaqataladan,  üçü  keçmiş  İrəvan  quberniyasının  Azərbaycan 

hissəsindən  (Naxçıvan,  Şərur,  Ordubad),  birisi  isə  keçmiş  Tiflis  quberniyasının 

Azərbaycan  hissəsindən  (Borçalı)  seçilməli  idi.  Şəhərlərdən  olan  millət  vəkilləri 

bələdiyyə  idarələrinin  müsəlman  üzvləri  tərəfindən,  mahalların  nümayəndələri  isə 

müvafiq  mahalın  milli  komitələri  tərəfindən,  seçilməli  idi.  Ölkə  əhalisinin 

çoxmillətli  tərkibi  nəzərə  alınaraq  ermənilərə  (sayları500  min  idi)  gələcək 

parlamentdə  21  yer  ayrıldı.  Gəncə  ,  Şuşa  və  Bakıda  olan  erməni  milli  komitələri 

müvafiq  olaraq  8;  8  və  5  nümayəndə  göndərə  bilərdi.  Bakıda  olan  Rus  Milli 

Şurasına  10  yer  ayrılırdı    (ruslar  230  min  idilər).  Milli  azlıqlardan  almanlara, 

yəhudilərə,  gürcü  və  polyaklara  hərəsi  bir  nümayəndə  seçib,  parlamentə 

göndərmək  hüququ  verilirdi.  Bakı  həmkarlar  təşkilatı  3,Bakı  neft  sənayəçiləri 

şurası və Ticarət – sənaye ittifaqı 2 nümayəndə kürsüsünə malik idi. Nümayəndələr 

birbaşa  və  qapalı  seçilə  bilərdilər.  Qadınlara  da  islam  aləmində  ilk  dəfə  olaraq 

seçib – seçilmək hüququ verilirdi.   

 

 



 

 

Parlament  haqqındakı bu qanunun elan edilməsindən  sonra Bakıda siyasi 



mübarizə son dərəcə kəskinləşdi. Xüsusən Azərbaycanda məskun olan qeyri – yerli 

əhali  bu  qanunu  düşməncəsinə  qarşıladı.  Həmin  münasibət  dekabrın  əvvəllərində 

Bakıda  bir  sıra  siyasi  partiyaların  nümayəndələrindən  ibarət  ―Demokratik 

müşavirə‖ deyilən yığıncaqlarda da özünü göstərdi.   

 

 

Müşavirədə  iştirak  edən  eser  (Saakyan),  menşevik  (Baqaturov),  bund 



(Blumşteyn)  partiyalarının  və  həmkarlar  ittifaqları  şurasının  nümayəndələri 

(Kojannı,  Roxlin)  qəti  surətdə  Azərbaycan  istiqlalı  prinsipinə  qarşı  çıxıb, 

parlamentin  yaranmasını  ―böyük,  bölünməz  Rusiyaya  qarşı  xəyanət  hesab 

etdiklərini bildirdilər‖. Müsavat partiyasının nümayəndəsi Şəfi bəy Rüstəmbəyli öz 

çıxışında  Musavat  partiyasının  istiqlaliyyət  uğrunda  qəti  mübarizəyə  hazır 

olduğunu demiş, Azərbaycanda olan demokratik qüvvələrin parlament vasitəsi ilə 

yeni Azərbaycanın qurulmasında iştirak etməyə çağırmışdır. Müsəlman sosialistlər 

ittifaqının  nümayəndəsi  Ə.C.  Pepinov  və  Hümmət  (menşevik)  qrupunun 

nümayəndəsi  Ə.  Şeyxulislamzadə  öz  çıxışlarında  təşkilatları  adından  yaranmış 

mövcud  vəziyyətdə  parlamentdə  iştirakın  zəruriliyindən  bəhs  etmişdilər. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə