Azərbaycan demokratik respublikasi



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix14.03.2018
ölçüsü0,81 Mb.
#31385
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

36 

 

Bakıya daxil oldu.  



 

 

 



 

 

 



 

M.H.Hacınski  başda  olmaqla  xüsusi  nümayəndə  heyəti  ilə  bolşevik 

nümayəndələri əvvəlcə A.H.Kazımovun evində, sonra isə B.Cavanşirin mənzilində 

ultimatumu müzakirə etdilər. Bir yandan hökumət böhranı, digər tərəfdən yaranmış 

mürəkkəb siyasi şərait nəticəsində həmin gün saat 23-də M.Y.Cəfərovun imzası ilə 

Azərbaycan  parlamenti  hakimiyyəti  müqavimət  göstərmədən  bolşeviklərə  vermək 

haqqında qərar çıxardı.    

 

 



 

 

 



 

Sovet dövründə pambıqçılıq trestində və ―Azərbaycan şərabşılıq tresti‖ndə 

hüquq məsləhətçisi vəzifəsində işləmişdir. O, 1938-ci il mayın 15-də Bakıda vəfat 

etmiş və Şağan kəndində dəfn olunmuşdur.   

 

 

 



 

 

Mövsüm Əliyev. 



 

 

    



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


37 

 

 



ƏLĠAĞA ġIXLĠNSKĠ 

Odlar yurdu. № 23,  dekabr 1988. 

 

 

Görkəmli sərkərdə Əliağa İsmayıl oğlu Şıxlinski 1865-ci il aprelin 23-də 



Qazax qəzasının Qazaxlı kəndində anadan olmuşdur. O, 1875-ci il noyabrın 17-də 

Tiflisdə  xüsusi  ikiillik  gimnaziyaya  daxil  olmuş  və  həmin  məktəbi  fərqlənmə 

vərəqi  ilə  yeddi  aya  bitirmişdir.  Ə.Şıxlinski  1876-1883-cü  illərdə  Tiflis  hərbi 

gimnaziyasında  oxumuş.  Sonra  Peterburqdakı  Mixaylov  artilleriya  məktəbində 

hərbi  təhsilini  başa  çatdırmışdır.  O,  hərbi  xidmətə  1886-cı  ildə  Aleksandropol 

şəhərində yerləşən 39-cu artilleriya briqadasında başlamışdır.  

 

 

Öz  üzərində  daim  çalışan  və  artilleriyanın  sirlərinə  dərindən  yiyələnən 



Ə.Şıxlinskiyə  1888-ci  il  noyabrın  23-də  poruçik  rütbəsi,1894-cü  il  iyulun  15-də 

ştabs – kapitan, 4 il sonra isə kapitan rütbəsi verilmişdir. 1900-cü il mayın 17-də 

Zabaykalye  artilleriya  divizionunda  qulluq  edən    Ə.Şıxlinski  birinci  batareyanın 

baş  zabiti,  1902-ci  il  mayın  14-də  isə  ikinci  batareyanın  komandiri  təyin 

olunmuşdur.  Həmin  illərdə  Şıxlinski  ―Müqəddəs  Stanislav‖  (III  dərəcə  1894,  II 

dərəcə 1896) və ―Müqəddəs Anna‖ (I dərəcə 1906) ordenlərinə layiq görülmüşdür. 

 

1904-cü  ilin  martında  rus  –  yapon  müharibəsi  başlanmışdır.  Həmin  ilin 



mayın  1-də  kapitan  Ə.Şıxlinski  4-cü  Şərqi  Sibir  atıcı  artilleriya  briqadasına 

göndərilmişdir. Port – Arturun müdafiəsində iştirak edən Ə.Şıxlinski öz batareyası 

ilə  bir  neçə  dəfə  yaponların  hücumunun  qarşısını  almışdır.  Döyüş  meydanlarında 

göstərdiyi  qəhrəmanlıqlara  görə  o,  ikinci  dərəcəli  ―Müqəddəs  Anna‖  ordeni  ilə 

təltif  olunmuş  və  noyabrın  13-də  podpolkovnik  rütbəsi  almışdır.  Ona  həmçinin 

üstündə  ―Qəhrəmancasına  fərqlənməyə  görə‖  sözləri  yazılmış  qızıl  qılınc, 

dördüncü  dərəcəli,  bantlı  və  qılınclı  ―Müqəddəs  Anna‖  (qızıldan)  və  dördüncü  

dərəcəli,  bantlı  və  qılınclı  ―Müqəddəs  Vladimir‖  ordenləri  verilmişdir.  Bunlarla 

yanaşı,  həmin  dövrdə  Ə.Şıxlinski  hər  bir  zabitin  arzuladığı  dördüncü  dərəcəli 

―Müqəddəs Georgi‖ ordeni ilə təltif edilmişdir.  

 

 

 



 

Rus  –  yapon  müharibəsindən  sonra  Ə.Şıxlinski  təhsilini  təkmilləşdirmək 

üçün  1906-cı  ildə  Sarskoye  Selodakı  artrilleriya  məktəbində  oxumuş,  1907-ci  il 

yanvarın  22-də  isə  həmin  məktəbə  müəllim  dəvət  olunmuşdur.  Əliağa  Şıxlinski  

burada  səhra  artilleriyası  şöbəsində  işləmişdir.  Onun  rəhbərliyi  altında  artilleriya 



38 

 

üzrə  aparılan  məşqlər  həm  nəzəri  və  həm  də  təcrübi  cəhətdən  həmişə  fəqlənirdi. 



1908-ci il noyabrın 26-da Ə.Şıxlinskiyə polkovnik rütbəsi verilmişdir.  

 

1910-cu il avqustun 4-də Ə.Şıxlinski Vladiqafqaz şəhərində yerləşən 21-ci 



artilleriya  briqadasının  1-ci  divizionunun  komandiri  təyin  olunmuşdur.  Müstəsna 

istedadı nəzərə alınaraq o,1912-ci il yanvarın 30-da  yenidən artilleriya  məktəbinə 

çağırılmış,  əvvəlcə  baş  rəhbər,  bir  il  sonra  isə  məktəb  rəisinin  köməkçisi  təyin 

olunmuşdur.  1914-cü  il  aprelin  14-də  Ə.Şıxlinskiyə  artilleriya  üzrə  general  – 

mayor  rütbəsi  verilmiş  və  üçüncü  dərəcəli  ―Müqəddəs  Vladimir‖  ordeni  ilə  təltif 

edilmişdir.  Bundan  əlavə,  sərkərdə  Fransanın  ―Fəxri  legion‖  ordeninə  layiq 

görülmüşdür.  

 

 



 

 

 



 

 

 



1914-cü  il  avqustun  1-də  birinci  dünya  müharibəsinin  başlanması  ilə 

əlaqədar  olaraq,  artilleriya  məktəbi  öz  fəaliyyətini  dayandırmışdır.  Həmin  il 

sentyabrın  1-də  Ə.Şıxlinski  Rusiya  imperiyası  paytaxtının  artilleriya  rəisi  təyin 

olunmuş,  1915-ci  il  yanvarın  31-də  isə  Şimal  –  Qərb  cəbhəsi  komandanlığının 

sərəncamına  göndərilmiş  və  ağır  artilleriya  üzrə  taktiki  döyüş  əməliyyatlarına 

rəhbərlik etmişdir.  

 

 

 



 

 

 



 

1915-ci  il  sentyabrın  14-dən  Ə.Şıxlinski  Ali  Baş  komandanlığın 

qərargahında  çalışmışdır.  1916-cı  il  aprelin  10-da  Qərb  cəbhəsinə  daxil  olan 

ordunun artilleriya  üzrə  inspektoru təyin edilən Ə.Şıxlinski bu vəzifədə  də  özünü 

görkəmli  mütəxəssis    kimi  göstərmişdir.  Xüsusən  4-cü  və  10-cu  orduların  alman 

qoşunları  üzərindəki  qələbələri  onun  rəhbərliyi  ilə  həyata  keçirilmiş  artilleriya 

əməliyyatları sayəsində qazanılmışdır. Buna görə də sərkərdəyə 1917-ci il aprelin 

2-də general – leytenant rütbəsi verilmişdir. Həmin il sentyabrın 10-da Ə.Şıxlinski 

Qərb cəbhəsindəki 10-cu ordunun komandanı təyin olunmuşdur.  

 

 



Birinci  dünya  müharibəsi  dövründə  Ə.Şıxlinskinin  sərkərdəlik  məharəti 

birinci  dərəcəli  ―Müqəddəs  Stanislav‖  ordeni  ilə  (18.11.1915),  qılıncı  olan  birinci 

dərəcəli  ―Müqəddəs  Anna‖  (26.5.1915)  və  qılıncı  olan  ikinci  dərəcəli  ―Müqəddəs 

Vladimir‖ (6.12.1915) ordenləri ilə qiymətləndirilmişdir.  

 

 

 



Ə.Şıxlinski  səhhətinin  pisləşməsi  ilə  əlaqədar  olaraq,  10-cu  ordunun 

komandanlığından  1917-ci  il  noyabrın  14-də  istefaya  çıxmış,  Vətənə  dönmüşdür. 

Bu  dövrdə  Azərbaycanda  milli  hərəkat  başlanmışdır.  1917-ci  ilin  dekabrında 

Ə.Şıxlinskinin  qarşısında  Azərbaycan  korpusunu  təşkil  etmək  vəzifəsi 

qoyulmuşdur.  Görkəmli  sərkərdə  bu  çətin  vəzifənin  öhdəsindən  gələ  bilmişdir. 

Həmin  korpusun  hissələri  qədim  Gəncə  ətrafını  düşmən  ünsürlərdən  qorumaqda 

idi.  

 

 



 

 

 



 

 

 



 

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə