Azərbaycan demokratik respublikasi



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix14.03.2018
ölçüsü0,81 Mb.
#31385
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

50 

 

Respublikasının daxili işlər naziri təyin olunmuşdur. O, hökümətin ən gənc naziri 



idi.   

 

 



 

 

 



 

 

 



 

1920-ci  il  aprelin  əvvəllərində  inqilabçı  Əli  Bayramovu  öldürmüş 

cinəyatkarların  həbs  edilməsi  və  onlar  haqqında  cinayət  işi  qaldırılması  üçün 

M.Vəkilov özü şəxsən göstəriş vermişdir.    

 

 

 



 

1920-ci  il  aprelin  27-də  baş  verən  hadisələrdən  sonra  M.Vəkilov  Tiflisə, 

sentyabrda  isə  oradan  İstambula  yola  düşmüşdür.  O,burada  nəşr  olunan  ―Yeni 

Qafqasya‖ (1923 – 1927), ―Azəri türkü‖ (1928 - 1931), ―Odlu yurd‖ (1920 - 1930), 

―Azərbaycan  yurd  bilgisi‖  (1932-  ci  ildən  nəşr  olunur)  jurnallarında  Azərbaycan 

tarix və ədəbiyyatı haqqında məqalələr yazmışdır.    

 

 

 



M.Vəkilov Parisdə nəşr olunan fransızca ―Prometey‖ (1929 - 1938), rusca 

―KAВКАЗ‖  (1932  -  1938)  və  Berlində  çıxan  ―Qurtuluş‖  (1934  -  1938) 

jurnallarında  siyasi  mövzularda  bir  çox  yazılar    çap  etdirmişdir.  O,  Polşanın 

paytaxtı Varşavada yaşadığı dövrdə müharibəyə qədər mövcud olan və ―Prometey‖ 

adlanan  siyasi  klubun  ikinci  rəisi  idi.  Klubun  birinci  rəisi  isə  ukraynalı  professor 

Roman Snal – Stotski idi.   

 

 

 



 

 

 



İkinci  dünya  müharibəsindən  sonra  Anqarada  yaşayan  M.Vəkilovun 

―Azərbaycan‖, ―Mücahid‖ və s. jurnallarda Azərbaycanın tarixi ilə əlaqədar siyasi 

memuarları çap olunmuşdur.  

 

 



 

 

 



 

M.Vəkilov  güclü  ədəbiyyat  həvəskarı  idi.  M.Ə.Sabir  və  Vəkilovlar 

ailəsindən  olan  Səməd  Vurğun  onun  ən  çox  sevdiyi  şairlər  idi.  O,  Azərbaycan 

musiqisinə də bütün qəlbi ilə bağlı idi.  

 

 

 



 

 

M.Vəkilov  1965-ci  il  noyabrın  1-də  69  yaşında  Anqarada  vəfat  etmişdir. 



 

 

 



 

                 

                                                                            

Mövsüm Əliyev.  

 

 

 



 

 

 



 

 

 




51 

 

 



HƏSƏNBƏY AĞAYEV 

Odlar yurdu, № 3, fevral 1989.  

Həsənbəy  Məşədi  Hüseyn  oğlu  Ağayev  1875-ci  ildə  Azərbaycanın  qədim  elm  və 

mədəniyyət  mərkəzlərindən  biri  olan  Gəncə  şəhərində  anadan  olmuşdur.  Orta 

təhsilini Gəncə klassik gimnaziyasında aldıqdan sonra Hacı Zeynalabdin Tağıyevin 

vəsaiti  ilə  Moskva  Universitetinin  tibb  fakultəsinə  daxil  olmuş  və  1901-ci  ildə 

həmin ali məktəbi bitirmişdir. Vətənə qayıdan Həsənbəy Ağayev həm həkim kimi 

fəaliyyət  göstərmiş,  həm  də  ―Molla  Nəsrəddin‖  jurnalında  açıq  və  gizli  imzalarla 

məqalələr yazmışdır.  

 

 



 

 

 



 

 

H.Ağayevin  həmin  dövrdə  Bakıda  və  Gəncədə  çıxan  dövrü  mətbuatda 



çoxlu məqaləsi dərc olunmuşdur. İlk müsəlman – demokrat təşkilatı ―Hümmət‖in 

üzvü H.Ağayev bu təşkilatın göstərişi ilə müəllifi məlum olmayan  ―Mülk- sinif – 

firqə‖  adlı  kitabı  rus  dilindən  tərcümə  edib,  1906-cı  ildə  Tiflisdəki  ―Qeyrət‖ 

mətbəəsində çap etdirmişdir.  Bu kitab Azərbaycan dilində inqilabi hərəkatla bağlı 

ilk əsərlərdən biridir. Elə buna görə də çar höküməti tərəfindən təqibə məruz qalan 

tərcüməçi  1906  –  1907-ci  illərdə  İrana  mühacirət  etmiş  və  bir  müddət  orada 

yaşamalı olmuşdur. H.Ağayev 1907-ci ildə keçirilən Qafqaz müsəlman müəllimləri 

qurultayı mərkəzi komitəsinin sədri idi.  

 

 

 



 

 

H.Ağayev  bacarıqlı  həkim  kimi  dəyərli  tövsiyələr,  məqalələr  yazmış, 



―Tənbəkiyə  adət‖  kitabını  rus  dilindən  tərcümə  edib,  azərbaycanlı  oxucuların 

sərəncamına vermişdir. O, 1911 – 1912-ci illərdə Gəncədə rus dilində çıxan ―Yujnı 

Qafqaz‖  adlı  qəzetin  redaktoru,  Gəncədə  müsəlmanlar  arasında  maarifi  yayan 

cəmiyyətin  sədri  idi.  H.Ağayevin  Gəncədə  qadın  xeyriyyə  cəmiyyəti  təşkil  etmək 

təşəbbüsü  ruhanilərin,  Gəncə  və  Bakı  mürtəcelərinin  kəskin  etirazına  səbəb 

olmuşdur.  

 

 

 



 

 

 



 

 

Gəncə  şəhərində  ilk  tibb  cəmiyyəti  1914-cü  ilin  axırlarında  yaranmışdır. 



Şəhərin  adı  hələ  1804-cü  ildən  çar  höküməti  tərəfindən  dəyişdirilib  Yelizavetpol 

adlandırıldığından,  cəmiyyət  ―Yelizavetpol  tibb  cəmiyyəti‖  kimi  məşhur  idi.  Çox 

təəssük ki, Azərbaycan tibb tarixinə aid kitablarda bu cəmiyyət haqqında indiyədək 

heç bir məlumat verilməmişdir. Tiflisdə çap olunmuş illik ―Qafqaz kalendarı‖ nda 

(1916-cı  il  üçün,  səh.831)  həmin  cəmiyyət  barədə  məlumatlar  vardır.  Bu 

cəmiyyətin  baniləri  görkəmli  ictimai  xadim  Xudadatbəy  Rəfibəyov  və  Həsənbəy 




52 

 

Ağayev idi.  



 

 

 



 

 

 



 

 

1917-ci  ildə  Rusiyada  fevral  burjua  inqilabı  baş  verdi.  Həmin  ilin  mart 



ayında  Nəsibbəy  Yusifbəylinin  rəhbərliyi  altında  yaradılmış  ―Türk  ədəmi  – 

mərkəziyyət partiyası‖ Gəncədə fəaliyyətə başladı. Partiyanın banilərindən biri də 

Həsənbəy  Ağayev  idi.  Bu  partiya  Rusiyanı  federativ  şəkildə  qurmaq  və  onun 

tərkibində Azərbaycana muxtariyyət vermək uğrunda mübarizə aparırdı.  

 

1917-ci  ilin  aprel  ayında  Bakıda  çağırılan  Qafqaz  müsəlmanlarının 



qurultatında  Azərbaycana  muxtariyyət  verilməsini  qəti  tələb  edənlərdən  biri  də 

Həsənbəy  Ağayev  idi.  O,  həmin  ilin  mayında  Moskvada  keçirilən  Rusiya 

müsəlmanları qurultayının iştirakçısı olmuşdur. Bu qurultaydan sonra iyun ayında 

Ə.M.Rəsulzadənin rəhbərlik etdiyi ―Müsəlman demokratik ―Müsavat‖ partiyası ilə 

Nəsibbəy  Yusifbəylinin  başçılıq  etdiyi  ―Türk  ədəmi  –  mərkəziyyət  partiyası‖ 

birləşdi.  Həmin  il  sentyabrın  26-dan  31-dək  Bakıda  davam  edən  birləşmiş 

partiyanın  qurultayında  Həsənbəy  Ağayev  Mərkəzi  Komitənin  üzvü  seçilmişdir. 

Bu qurultaydan sonra ―Azərbaycana muxtariyyət‖ şüarı altında geniş xalq hərəkatı 

başlanmışdır.  

 

 



 

 

 



 

 

 



Həsənbəy  Ağayev  1917-ci  ilin  dekabrında  təşkil  edilmiş  Zaqafqaziya 

seyminin üzvü idi. O, 1918-ci ilin mayın 26-da yaranmış Azərbaycan milli şurası 

sədrinin müavini seçilmişdir. 

 

 



 

 

 



 

Azərbaycan  Demokratik  Respublikası  elan  olunandan  sonra,  1918-ci  ilin 

sentyabr  ayında  H.Ağayev  Azərbaycan  Dəmir  Yolu  idarəsinin  baş  həkimi 

vəzifəsində işləmişdir. O, 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış 

Azərbaycan parlamenti sədrinin müavini seçilmişdir. Parlamentin sədri Əlimərdan 

bəy Topçubaşov Bakıda olmadığı üçün Həsənbəy Ağayev onun vəzifəsini 1920-ci 

il  fevralın  2-dək  icra  etmişdir.  Bu  vəzifədən  azad  olunan  H.Ağayevə  bütün 

parlament üzvlərinin imzası ilə təşəkkürnamə də verilmişdir.   

 

 

1920-ci  il  aprelin  27-də  baş  verən  hadisələrdən  sonra  Həsənbəy  Ağayev 



Tiflisə  getmişdir.  O,  həmin  il  iyulun  19-da  düz  bir  ay  əvvəl  Fətəlixan  Xoyskiyə 

qəsd  edən  muzdlu  qatilin  gülləsi  ilə  öldürülmüşdür.  O  da  Xoyski  kimi 

M.F.Axundovun məzarı yanında dəfn edilmişdir.  

 

 



 

 

 



 

 

 



 

Mövsüm Əliyev.

     

 

 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə