Azərbaycan demokratik respublikasi



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix14.03.2018
ölçüsü0,81 Mb.
#31385
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

63 

 

 



Həmin  il  oktyabrın  6-da  hökümət  kabinəsində  bəzi  dəyişikliklərlə 

əlaqədar B.Cavanşir eyni zamanda  ticarət  və  sənaye  nazirliyini də  idarə  etmişdir. 

O,  yerli  sənayenin  inkişaf  etdirilməsinə  və  Azərbaycanın  xarici  ölkələrlə  ticarət 

əlaqələrinin yaradılmasına ciddi səy göstərmişdir.    

 

 

 



Bitərəf  B.Cavanşir  Azərbaycan  parlamentinə  üzv  seçilmişdir.  Həmin  ilin 

dekabrında  F.Xoyskinin  kabinəsi  istefaya  çıxdığı  üçün  B.Cavanşir  tutduğu 

vəzifələri tərk etmişdir.    

 

 



 

 

 



 

1919-cu ildə xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün B.Cavanşirin 

yaxından  iştirakı  ilə  Bakıda  ―Dəyanət‖  şirkəti  yaradılmışdır.  1918  –  1920  –ci 

illərdə Bakıda təntənəli ―Azərbaycan gecələri‖ konsertinin və bir çox cəmiyyətlərin 

təşkili onun adı ilə bağlıdır.   

 

 



 

 

 



 

1920-ci  il  aprelin  27-də  baş  verən  hadisələrdən  sonra  B.Cavanşir  neft 

sənayesi sahəsində işləmişdir. Həmin ilin ilin axırında N.Nərimanov müasir neft – 

mədən avadanlığı almaq üçün onu Almaniyaya ezam etmişdir. B.Cavanşir yolüstü 

İstanbulda dayanaraq, o vaxt Malta adasında sürgündə olan həmyerlisi Əhmədbəy 

Ağayevin  evində  yaşamışdır.  Bir  gecə  evdən  bayıra  çıxıb  küçə  ilə  gedərkən 

arxadan  daşnaksütun  partiyasının  üzvü  Toplaqyan  tərəfindən  güllə  ilə 

öldürülmüşdür...  Ə.Ağayevin  oğlu  Səməd  Ağaoğlunun  (1909  -  1982)  ―Babamın 

arkadaşları‖  (İstanbul,  1957  səh.  133.)  kitabında  göstərildiyinə  görə,  bu  hadisə 

1921-ci  il  yanvarın  axırında  və  ya  fevralın  əvvəlində  baş  vermişdir.  Xalqımız  öz 

görkəmli oğullarından birini də belə itirmişdir...  

 

Mövsüm Əliyev  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



64 

 

 



 

 

 



 

 

 



ƏLĠAĞA HƏSƏNOV. 

 

Odlar yurdu, № 17 sentyabr 1989.  



 

Əliağa  Hacı  Süleyman  oğlu  Həsənov  1871-ci  ildə  Bakıda  anadan 

olmuşdur.  O, şəhər gimnaziyasını və Bakı kommersiya  məktəbini bitirmişdir. Ə. 

Həsənov türk. ərəb, fars və rus dillərini mükəmməl öyrənmişdir.  

 

 

Bakının  ictimai  həyatında  fəal  iştirak  edən  Ə.Həsənov  şəhər  dumasının 



üzvü  seçilmişdir.  Bakıya  şollar  su  kəmərinin  çəkilməsində,  kanalizasiya 

şəbəkəsinin  yaradılmasında,  Dənizkarı  parkın  salınmasında  onun  xidmətləri 

böyükdür.  

 

 



 

 

 



 

 

 



Əliağa  Həsənovun  dövri  mətbuat  səhifələrində  xeyli  məqaləsi  dərc 

edilmişdir.  Görkəmli  Azərbaycan  mütəfəkkiri  Əlibəy  Hüseynzadənin    (1864  - 

1941)  buraxdığı  ―Füyuzat‖  jurnalında  çıxmış  məqalələri  xüsusilə  maraqlıdır. 

Ə.Həsənovun böyük rus yazıçısı L.Tolstoyla dostluq münasibətləri vardı.  

 

Fevral – burjua inqilabından sonra Ə.Həsənov siyasi hadisələrdə yaxından 



iştirak  etməyə  başladı.  1918-ci  il  martın  18-dən  22-dək  Bakıda  və  Azərbaycanın 

digər  yerlərində  cəbhədən  qayıdan  nizami  erməni  qoşun  birlikləri  30  minə  yaxın 

azərbaycanlını  qırdı.  Onlar  S.Şaumyanın  göstərişi  ilə  Bakı  Sovetinin  qoşun 

hissələri  tərkibinə  daxil  edilmişdilər.  Şəhərdə  bu  qırğının  qarşısını  almağa 

çalışanlardan  biri  də  Ə.Həsənov  olmuşdu.  O,  qırğının  son  günü  yaranmış  Milli 

Müsəlman  Şurası  Müvəqqəti  İcraiyyə  Komitəsinin  üzvü  idi.  Bitərəf  Ə.Həsənov 

1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə 

üzv  seçilmişdir.  O,  Xoyskinin  təşkil  etdiyi  üçüncü  hökümət  kabinəsində  maliyyə 

nazirinin  müavini,  Nəsibbəy  Yusifbəylinin  I  kabinəsində  isə  maliyyə  naziri  təyin 

olundu.  Ə.Həsənovun  rəhbərliyi  altında  1919-cu  il  sentyabrın  30-da  Bakıda 

Azərbaycan  Dövlət  Bankı  fəaliyyətə  başladı.  Bankın  Gəncədə,  Şamaxıda, 

Lənkəranda və başqa şəhərlərdə şabələri təşkil olundu. 1919- 1920-ci illərdə ADR-

nın 25, 50, 100, 250 və 500 manatlıq dəyərində kağız pulları dövriyyəyə buraxıldı. 

Yüksək  bədii  zövqlə  tərtib  olunmuş  bu  əskinasların  üzərində  nazirlər  şurasının 

sədri  N.Yusifbəylinin  və  maliyyə  naziri  Ə.Həsənovun  imzaları  var  idi.  Bunlar 

ADR –in siyasi müstəqilliyini möhkəmləndirən iqtisadi müstəqilliyin ilk addımları 

idi  və  milli  hakimiyyətin  əsas  atributlarından  biri  sayılırdı.  1919-cu  ilin  sonunda 

ADR  hökumətinin  rəsmi  icazəsi  ilə  Bakıda  şəhər  upravası  tərəfindən  500  manat 

dəyərində  istiqraz  vərəqələri  də  dövriyyəyə  daxil  edildi.  Buraxılan  pulların 



65 

 

qiymətdən  düşməməsi,  emissiya  həmçinin  artmaması  və  devalvasiyaya 



uğramaması üçün Ə.Həsənov böyük səy göstərirdi.    

 

 



 

1919-cu  il  dekabrın  ortalarında  N.Yusifbəylinin  kabinəsi  istefaya  çıxdığı 

üçün  Ə.Həsənov  tutduğu  vəzifəni  tərk  etmişdir.  O,  sonra  Azərbaycan  Dövlət 

Bankının  müdiri  vəzifəsində  (həm  milli  hökumət,  həm  də  sovet  dövründə) 

çalışmışdır.  

 

 



 

 

 



 

 

 



1920-cı il aprelin 27 –də baş verən hadisələrdən sonra da Əliağa Həsənov 

Azərbaycanın mədəni – ictimai həyatında fəal iştirak etmişdir.  

 

 

Öz  dövrünün  tanınmış  ziyalısı  olan  Ə.Həsənov  18  mart  1933-cü  ildə  65 



yaşında Bakıda vəfat etmişdir.   

Mövsüm Əliyev.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə