Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə34/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   39

Ümummilli lider Heydər Əliyev 18 iyul 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında” Fərman, 30 sentyabr 2002-ci ildə “Azərbaycan
Respublikasında dövlət dili haqqında” Qanun imzalamışdır. İkinci sənəddə göstərilir
ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz
müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və
inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı
milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun,
ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin
dövlət dili kimi hüquqi statusunu nizamlayır.
Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan,
inkişaf etdirən onun dilidir.
Ümummilli lider Heydər Əliyev
Dili qiymətdən salar 
Ucuz söz, hiylə, böhtan. 
Elə saxla dilini, 
Nə dil səndən utansın, 
nə sən dilindən utan!
Rəsul Rza
Dil insanı ölçmək üçün vasitədir.
İnsan öz dilinin altında gizlənmişdir.
Həzrət Əli
Ana dili məhv olarkən xalq artıq 
məhv olur. Xalqın dili yaşadıqca 
xalq da yaşayır.
Konstantin Uşinski
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli
sərəncam imzalamışdır. Bu sərəncamın əsasında klassik və müasir Azərbaycan
ədəbiyyatı nümayəndələrinin əsərləri nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə
edilmişdir.


“MOLLA NƏSRƏDDİN”Ə GEDƏN YOL
1903-cü ildə C.Məmmədquluzadə Tiflisdə olarkən “Şərqi-Rus” qəzetinin redaktoru
Məhəmməd ağa Şahtaxtlı ilə görüşür.
Bu görüş haqqında C.Məmmədquluzadə öz tərcümeyi-halında belə yazır:
- Məhəmməd ağa küçədə mənə rast gəldi və apardı “Annona” yeməkxanasına.
Orada məni qonaq elədi və məndən soruşdu ki, Mirzə, yazıdan-pozudan nəyin var?
Mən cibimdən Novruzəlinin poçt qutusuna kağız salmaq hekayəsini çıxartdım,
verdim Məhəmməd ağaya. Ədibi-möhtərəmimiz hekayəni oxuya-oxuya elə şiddətlə
güldü ki, qonşular bizə tərəf təəccüblə baxmağa başladılar. Buradan Məhəmməd
ağa məni apardı düşdüyüm “Qafqaz” mehmanxanasına və zorla şeylərimi qoydu
faytona. Məni evinə aparıb dedi ki, Mirzə, gərək qalasan, qəzetim üçün hekayə yazan
olasan. Mən qaldım...
Yazıçının “Şərqi-Rus” qəzetindəki fəaliyyəti “Poçt qutusu” hekayəsinin qəzet
səhifələrində dərc edilməsi ilə başlandı. Qəzetdə nəşrolunan ikinci əsər “Kişmiş
oyunu” adlı hekayə idi.
Bir müddət “Şərqi-Rus”da çalışan C.Məmmədquluzadə “Novruz” adlı qəzet çıxarmaq
fikrinə düşür və bunun üçün, əlbəttə ki, dövlətdən rəsmi şəkildə icazə alır, lakin
sonralar müəyyən səbəbdən bundan imtina edir.
1. Cəlil Məmmədquluzadəyə “Molla Nəsrəddin” jurnalını nəşr etmək üçün 4 mart
1906-cı il tarixli 874 nömrəli icazə şəhadətnaməsi verilir.
2. Xatirələrində Cəlil Məmmədquluzadə yazırdı:
“...Və yadımdadır ki, qələm azadlığı o yerə çatdı ki, bir gün bazarda qəzetsatan
uşaqları “Kukureku” deyə çığıra-çığıra şəkilli bir jurnalı satan gördüm. Bu jurnal rus
dilində çap olunurdu. Adı “Kukureku” idi. Və jurnalın haman gün rast gəldiyim bir
nömrəsində bir xoruz şəkli çəkilmişdi. Xoruzun başı əsrin padşahı Nikolayın başı idi.
Boğazı və bədəni xoruz idi. Şəklin təfsilatı indi yadımda deyil...”
3. Bəs necə oldu ki “Molla Nəsrəddin” yarandı?
4. Yazıçımızın yadında qalmış və çar məmurlarının dərin həyəcanına səbəb olmuş bu
satirik jurnal cəmiyyət tərəfindən böyük sevinc və rəğbətlə qarşılanmışdı.
“Kavkazskoe utro” qəzeti yazırdı:
Sizcə, bu
insanları nə
birləşdirirdi?


Firidun Hüseynov
“Tam etiqadla demək olar ki, məzmununun müxtəlifliyi, bədii işlənməsi, güclü və
sərrast satirası ilə bu qədər müvəffəqiyyətlə tərtib edilmiş belə jurnal Tiflisdə
görünməmişdi. O heç barədə paytaxt jurnallarından geri qalmır”.
5. “Xatirat”ında Cəlil Məmmədquluzadə yazırdı:
“Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”.
1.  Mətndən əsas faktları tapmaq üçün suallar hazırlayın.
2.  Mətnin ikinci hissəsində abzasların düzgün ardıcıllığını bərpa
edin.
3.  Hansı sualın cavabı mətndə vardır?
“Poçt qutusu” hekayəsi neçənci ildə nəşr olunmuşdur?
“Novruz” qəzetinin neçə nömrəsi çapdan çıxmışdır?
“Molla Nəsrəddin” jurnalının yaranmasına hansı jurnal başlanğıc vermişdir?
4.  Hansı fikir mətndə yoxdur?
M.Şahtaxtlı C.Məmmədquluzadəni görüşmək üçün Tiflisə çağırır.
M.Şahtaxtlı C.Məmmədquluzadəni mətbuata istiqamətləndirir.
“Poçt qutusu” C.Məmmədquluzadənin ilk hekayəsidir.
5.  Senzor, taktika, şəhadətnamə sözlərinin leksik mənasını izah edin.
6.  Fərqləndirilmiş sözləri müvafiq qarşılığı ilə əvəz edin. Həmin sözlər həmişə bir-
birini əvəz edə bilirmi?
7.  Rəğbət, rəfiq, niyyət sözlərinin sinonimlərini müəyyən edin.
8.  Rəfiq sözünün antonimini tapın.
9.  Mətndə hansı cümlələrə xitab artırmaq olar?
10.  Mətnin ikinci abzasında xitabları müəyyənləşdirin, durğu işarələrinin
işlənməsinə fikir verin.
Niyə
C.Məmmədquluzadə
“Molla Nəsrəddin "i
zəmanənin yaratdığı
jurnal hesab edir?


Xitab cümlə üzvlərindən, əsasən, vergül işarəsi ilə ayrılır.
1.  Xitab cümlənin əvvəlində işlənib, adi intonasiya ilə deyilərsə, ondan
sonra vergül, yüksək hiss-həyəcanla deyilərsə, nida işarəsi qoyular.
Məsələn:
Oğul, sözlərimə yaxşı qulaq as 
Ata nəsihəti faydasız olmaz. (N. Gəncəvi)
2.  Xitab cümlənin ortasında gələrsə, hər iki tərəfdən vergül qoyulur.
Məsələn:
Mən bilirəm, Gülgəz, sənin bu işdən xəbərin yoxdur.
3.  Xitab cümlənin sonunda gəldikdə ondan əvvəl vergül, sonra isə
cümlənin məqsədinə görə növünə uyğun durğu işarəsi qoyulur.
Məsələn:
Bayrağına canım qurban, Azərbaycan! (N.Həsənzadə)
4.  Xitablar ay, ey, aman nidaları ilə də işlənə bilir. Bəzən ey nidasından
sonra vergül qoyula bilər. Məsələn:
Ey, cavan oğlan, haraya gedirsən?
11.  Aşağıdakı cümlələrdə xitabların yerini müəyyənləşdirin, durğu işarələrini bərpa
edin.
Başına dönüm xan mən nə bilirəm poçtxana nədir, zad nədir?
(C.Məmmədquluzadə)
Bizim elli bir qəhrəman 
Bir yaralı qızıl əsgər. 
Dedi: Doktor aman doktor 
Sağlığıma güman yoxdur... (S. Vurğun)
Ey vətən Torpağın əzizdir mənə, 
Mən səndə tapmışam səadətimi. (S.Rüstəm)
Ey bəni-adəm haradan gəlib, haraya gedirsən? (Azərbaycan nağıllarından)

 Son iki cümlənin hansında ey nidasından sonra vergül işlənə bilər və ya əksinə,
işlənə bilməz? Nə üçün?
12.  Məntiqi ardıcıllığı davam etdirin.
Azərbaycan odlar diyarıdır.


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə