Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə36/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   39

İLK REDAKTOR. O KİM İMİŞ?
 
vətənpərvər redaktor
1918-ci ildə Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti qurulur. Yeni qurulan
Azərbaycan hökumətinin 3 sentyabr 1918-ci il tarixli qərarına əsasən, bir çox
çətinliklərdən sonra, nəhayət, “Azərbaycan” qəzeti həmin ayın 15-də Gəncə
şəhərində nəşrə başlayır. Dörd nömrədən sonra oktyabrın 3-dən bu qəzet
fəaliyyətini Bakıda davam etdirir. Qəzet əvvəl redaksiya heyəti adından, 1918-ci il
oktyabrın 8-dən 1919-cu il yanvarın 19-na kimi isə Ceyhun bəy Hacıbəylinin müdirliyi
ilə nəşr olunur.
Beləliklə, Ceyhun bəy Hacıbəyli “Azərbaycan” qəzetinin ilk redaktoru kimi mətbuat
tarixinə düşür.
1918-ci ilə qədər Bakıda “Azərbaycan” adlı mətbuat orqanına, demək olar ki, rast
gəlinmir. Çünki bu adda qəzet və jurnal nəşr etməyə cəhd göstərilsə də, çarizmin
milli siyasətinə zidd olduğundan hakim dairələr tərəfindən müxtəlif bəhanələrlə
onun qarşısı almırdı. Bunun da səbəbi aydın idi.
Səbəbi tapmaq üçün çərçivədə verilmiş sözləri ardıcıl düzmək lazımdır.
“Azərbaycan” qəzetinin baş redaktoru olduğu zaman bir neçə Avropa dilini sərbəst
bildiyi üçün Ceyhun bəy 1919-cu il yanvarın 6-da Parisdə keçiriləcək Versal Sülh
Konfransı üzrə “müşavir” vəzifəsinə təyin olunur. Konfransda iştirak etmək üçün ona
şəhadətnamə verilir. Səfərin əsas məqsədi, şübhəsiz ki, Azərbaycan Xalq
Cümhuriyyətini beynəlxalq aləmdə tanıtmağa nail olmaq və vətənimizə aid tarixi,
etnoqrafik, eləcə də digər sənədləri yaymaq yolu ilə Avropa və Azərbaycanın
vəziyyəti ilə tanış etmək idi. Bu konfrans 1919-cu ilin yanvarından 1920-ci ilin
yanvarına qədər fasilələrlə davam etdi və nəticədə Antanta Azərbaycan Xalq
Cümhuriyyətinin istiqlaliyyətini tanıdı.
C.Hacıbəyli kimdir?


Sözsüz ki, bu proses sovet Rusiyasının qəzəbinə səbəb oldu. Ceyhun bəy “sapı
özümüzdən olan baltalar”ın xəyanətinin qurbanı oldu və bu səbəbdən Fransada
yaşamaq məcburiyyətində qaldı. Ancaq burada da xalqına xidmət etdi. Azərbaycan
ədəbiyyat və incəsənət xadimlərinin əsərlərini fransız, ingilis dillərinə çevirib nəşr
etdirdi.
1933-cü ilin yanvar-mart aylarında Parisdə nəşr olunmuş “Asiya” jurnalının xüsusi
buraxılışında C.Hacıbəylinin 144 səhifədən ibarət “Qarabağ dialekti və folkloru” əsəri
dərc edilmişdir. Həmin əsərdə Ceyhun bəy fransız oxucuları üçün Qarabağ
dialektindən müxtəlif folklor nümunələri toplayıb geniş şəkildə izahını vermişdir.
Bunların içərisində tapmaca, lətifə, hədə-qorxu, tərifləmə, alqış, qarğış və digər
nümunələr də var idi.
Onun ən maraqlı yazılarından biri də “Azərbaycan şairələri” adlı məqaləsidir. Yazı
təxminən 1950-ci ildə qələmə alınmışdır. Burada Ceyhun bəy Aşıq Pəri, İbrahim
xanın nəvəsi Xurşidbanu bəyim Natəvan, İbrahim xanın qızları: “Ağabacı” təxəllüsü
ilə yazan Ağabəyim ağa və Gövhər ağanın həyat və yaradıcılığı ilə fransız oxucularını
tanış edir.
Aslan Kənan
1.  Mətn üzərində iş aparmaq üçün hansı sual və tapşırıqlardan istifadə edərdiniz?
Onları tərtib edərək yoldaşlarınızla müzakirə edin.
2.  Xaricdə yaşayıb-yaratmaq məcburiyyətində qalan daha hansı böyük
şəxsiyyətlərimizi tanıyırsınız?
3.  Fərqləndirilmiş sözlərin leksik mənalarını izah edin.
4.  Sərbəst, azad, müstəqil sözlərinin sinonim olduğunu əsaslandırın. İstiqlaliyyət
sözü bu sözlərlə sinonimlik yarada bilərmi? Fikirlərinizi əsaslandırın.
5.  Xəyanət sözünün antonimini tapın.
6.  Mətndə altından xətt çəkilmiş sözlərin ifadə etdiyi mənanı müəyyənləşdirin.
Modal sözlər haqqında bildiklərinizi yadınıza salın. Sizcə, hansı ara sözlər eyni
məna qrupuna daxildir?
7.  Uyğunluğu müəyyənləşdirin (səh. 139).
“Sapı özümüzdən olan
baltalar” dedikdə nə
başa düşürsünüz?


8.  Məntiqi ardıcıllığı davam etdirin və uyğunluğu müəyyənləşdirin.
9.  “Vətənpərvər ziyalılarımız” mövzusunda təqdimat hazırlayın. Təqdimatınızda ara
sözlərdən düzgün və yerində istifadə edin.


VI SƏNƏT DÜNYASINA SƏYAHƏT
Artıq dərs ili sona çatmaq üzrə idi. Dostlar yay tətilini
necə keçirəcəkləri, hansı işləri görəcəkləri barədə
düşünürdülər.
- Mən Azərbaycanın müəyyən bölgələrini, Bakıətrafı
kəndləri səyahətə çıxmaq, yer adlarının mənşəyini
öyrənmək istərdim.
- Birdən-birə necə oldu ki, bu fikrə düşdün?
- Keçən həftə “Füyuzat” jurnalında səyyah
Zeynalabdin Şirvani haqqında maraqlı bir yazı
oxudum. Sən demə, əslən şamaxılı olan Z.Şirvani
ömrünün 40 ilini səyahətdə keçirmiş, Avropa, Asiya
və Afrikanın bir çox ölkələrini gəzmiş, Hind və
Atlantik okeanından keçərək 3000 adadan ibarət
olan İndoneziyaya gedib çıxmışdır. Təsadüfi deyil ki,
İndoneziyada onun adı əbədiləşdirilmişdir. Adına
kitabxana-muzey vardır.
- Səhv etmirəmsə, deyəsən, Z.Şirvani “Təmkin”
təxəllüsü ilə şeirlər də yazmışdır.
- Hə. O bu təxəllüsü səfər zamanı tanış olduğu bir
dərvişin onu “təmkinlisən” adlandırmasından sonra
götürüb.
- Məncə, onun ən böyük əsəri “Kəşfül-məarif”
adlanır. Şirvani bu əsəri 28 il səyahətdə olduqdan
sonra yazmışdır.
- A.Bakıxanov onun “Riyazüs-səyahə” əsərini
“faydalar xəzinəsi” adlandırmışdır. Kitabın ən maraqlı
cəhətlərindən biri onun Yer kürəsindən bəhs etməsi,
dünya ölkələrinin 7 iqlim üzrə bölünməsi sxeminin
verilməsidir... Bəs sən yay tətilində nə edəcəksən?
- Mən vaxtımı daha çox ədəbiyyat və incəsənətimizlə,
söz ustalarımızla bağlı maraqlı faktlar toplamağa
sərf edəcəyəm. Axı mən gələcəkdə ədəbiyyatşünas
olmaq istəyirəm.
Təxəllüs nə
deməkdir?


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə