Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə38/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   39


HACI ZEYNALABDİN ŞİRVANİ
(ixtisarla)
Həyatda həqiqi səadət budur: uca olduğunu 
qəbul etdiyiniz bir amal üçün var olmaq. 
Bernard Şou
Qədim mədəniyyətə malik olan xalqımız elmin bütün sahələri üzrə dünya şöhrətli
alimlər, səyyahlar və coğrafiyaşünaslar yetirmişdir. Bunlardan IX əsrdə yaşamış, bir
çox ölkələri gəzmiş və çoxlu əsərlər yazmış Məkki Bərdani, Azərbaycanın ilk tam
xəritəsini tərtib edən və X əsrə məxsus sərhədləri, ərazisi, təbiəti və təsərrüfatı
haqqında mükəmməl məlumat verən Əbdül Qasım Hauqalı, astronom Əli Dərbəndi,
Seyid Yəhya Bakuvi və başqalarını göstərmək olar. Belə alimlərdən biri də XVIII əsrin
sonu, XIX əsrin əvvəllərində yaşamış məşhur səyyah və coğrafiyaşünas Zeynalabdin
Şirvanidir.
Zeynalabdin Şirvani 1780-ci il avqust ayının 16-da Azərbaycanm ən qədim mədəni
mərkəzlərindən biri olan Şamaxı şəhərində ruhani ailəsində anadan olmuşdur.
Zeynalabdinin 5 yaşı olanda atası Axund İskəndər Kərbəla şəhərinə köçür və orada
mədrəsədə müəllimliklə məşğul olur.
Z.Şirvaninin adı Hindistanda muzeyə, İndoneziyada kitabxanaya, Məkkə və Ciddə
coğrafiya cəmiyyətlərinə, Şirazda küçəyə, Azərbaycanda isə Xəzər dənizində üzən
gəmilərdən birinə verilmişdir.
Atası Zeynalabdinin savadından, elmə cidd-cəhdlə yiyələnməsindən, tərbiyəsindən,
hətta xəttinin gözəlliyindən belə məmnun idi. Lakin o, oğlunun səyyahlığa olan
meylini də duymuşdu. Zeynalabdin pərdəarxası həqiqətləri öyrənmək və dərk
etmək, göylərə yüksəlmək, oradan dünyanı seyr etmək, karvanlara qoşulub yollara
çıxmaq, ölkələri, şəhərləri, insanları görmək istəyirdi.
17 yaşı olanda atası onu Şirvana yola salır. Səfər əsnasında onun qabiliyyəti, ədəbi
və təmkini bir dərvişin xoşuna gəlir. Dərviş ona yaxınlaşıb: “Kimsən, övlad? Haradan
gəlib haraya gedirsən?” - deyə soruşur. O da: “Tələbəyəm, Kərbəladan gəlib Şirvana
gedirəm”, - deyir.
Dərvişin
Zeynalabdinə bu
sözü deməkdə
məqsədi nə idi?


“Şirvan” sözünü eşidən dərvişin üzündə bir təbəssüm duyulur, “Şirvana (Şirlər
ölkəsi), yoxsa Şərvana (Şərlər ölkəsi) gedirsən?” - deyə soruşur.
Zeynalabdin özünəməxsus təmkinlə: “O, deyənin məqsəd, əqidə və tinətindən
asılıdır. Şir əsillidirsə, Şirvan, şər əsillidirsə, Şərvan kimi yozacaq. Mən Şirvana -
Vətənimə gedirəm”, - deyə cavab verir.
Gəncin təmkinini pozmadan verdiyi cavab dərvişin xoşuna gəlir, “adım Sakitdir”, -
deyə özünü təqdim edir. Zeynalabdin öz-özünə:
“Bu az ömrümdə bir dəvə yükündən çox kitab oxumuşam. Lakin bu səfərim mənə
daha çox şey öyrətdi”, - deyə düşünür.
Bir neçə gündən sonra Şamaxıya çatan Zeynalabdin doğmaları ilə görüşür. Az sonra
isə onun 37 illik səyahəti başlayacaq, dünyanın yarısından çoxunu gəzib
dolanacaqdı.
Zeynalabdin Şirvani təkcə səyyah və coğrafiyaşünas olmamışdır. Bir sıra elmi əsərlər
yazmış, tarixçi, etnoqraf, ədib, şair və böyük islam alimi olmuşdur.
Muxtar Cəfərli
1.  Mətndə hansı abzas yerində deyil? Onun yerini müəyyənləşdirin.
2.  Mətndən əsas faktları toplayın.
3.  Mətn əsasında dialoq qurun. Müşahidə aparın. Bu zaman nədən istifadə
etmədiniz?
4.  Hansısa ölkəyə, şəhərə və ya rayona səyahət edərkən ilk anda diqqətinizi nə
cəlb edir? Səfəriniz nə ilə bağlı olur?
5.  Fərqləndirilmiş sözlərin leksik mənasını izah edin
6.  Mükəmməl, əqidə sözlərinə yaxınmənalı sözlər tapın.
7.  Təmkin və səbir sözləri sinonim ola bilərmi? Gəldiyiniz qənaəti nümunələrlə
əsaslandırın.
8.  Əsnasında sözünü hansı sözlə əvəz etsək, "Səfəəsnasında onun qabiliyyəti,
ədəbi və təmkini bir dərvişin xoşuna gəlir"’ cümləsinin məzmununa xələl gəlməz?
9.  Məslək və məqsəd sözlərini qarşılaşdırın, onların məna fərqini izah edin.


10.  Mətnin I abzasında cümlələrin qrammatik əsasını tapm. Hansı cümlənin
mübtədası yoxdur? Onu bərpa etmək olarmı? Mətndə IV abzasda hansı
cümlənin mübtədasını ixtisar etsək, mətnə xələl gəlməz?
Mübtəda və xəbəri olan cümlələr əyyən şəxsli cümlələrdir.
Neft sözü midiyalıların “nafta” sözündən götürülmüşdür. 
İnsan təkbaşına kamilləşə bilməz.
Müəyyən şəxsli cümlələrdə bəzən mübtəda buraxılır. Ancaq xəbərdəki
şəxs sonluğuna əsasən cümlənin mübtədasını bərpa etmək olur.
(Mən) Bilirəm ki, deməyəcək, 
Bir sevgilim, bir də Vətən: 
Şair, nə tez qocaldın sən?! (S. Vurğun)
Müəyyən şəxsli cümlələr müxtəsər və geniş olur.
Dil millətin varlığıdır. (müxtəsər) 
Dil ictimai hadisədir. (geniş)
11.  Bədii ədəbiyyatdan müəyyən şəxsli cümlələrə aid nümunələr seçin. Cümlə
üzvlərinin müxtəlif söz və söz birləşmələri ilə ifadə olunmasına diqqət yetirin.
12.  Xitab, ara söz və müəyyən şəxsli cümlələr haqqında öyrəndiklərinizi tətbiq etmək
üçün test nümunələri hazırlayın. Cavabları aşağıdakı sxemlərə uyğunlaşdırın.
13.  “Mən səyyah olsaydım” adlı təqdimat hazırlayın.


MAHMUD KAŞĞARİ
Mahmud Kaşğari 1029-cu ildə Kaşğar elinin Azıx kəndində anadan olmuşdur. İlk
təhsilini Kaşğarda Saciyə və Hamidiyyə mədrəsələri kimi elm mərkəzlərində almış,
dövrünün elmləri ilə bərabər, ərəb və fars dillərini mükəmməl şəkildə öyrənmişdir.
Təxminən 1058-ci ildə Bağdada getmiş, bir müddət burada yaşamışdır. Bağdad o
zaman Səlcuq imperiyasına tabe idi. Ərəblərin türkləri tanıması, onların adət və
ənənələrini öyrənmək üçün çətinlik çəkməsi, xüsusən dil problemləri Mahmud
Kaşğaridə bir əsər yazmaq ideyasını yaradır: on il müddətində türklərin yaşadığı bir
çox əraziləri
 
səyahət etdikdən sonra adını tarixə həkk edən
“Divani-lüğətit-Türk” (1072-1074) ensiklopedik əsərini yazır. Bu əsər quruluş etibarilə
lüğət olsa da, hikmətli sözlər, atalar sözləri, şeir, nəsr kimi nümunələrlə zəngindir.
Səkkiz bölmədən ibarət əsər ərəb dilinin lüğət qaydalarına uyğun yazılmışdır. Müəllif
ensiklopediyada “Dünya xəritəsi” adlanan bir xəritə vermiş, bu xəritədə mərkəz
Balasaqunu seçərək türklərin yaşadığı bütün əraziləri qeyd etmişdir. Xəritə üzərində
“Əradi Azərabadkan” yer adı da qeyd edilmişdir. “Divan”ın sonuna əlavə olunmuş bu
xəritə Mahmud Kaşğari dövründə türkdilli xalqların yaşadığı ərazilərin təsvirini verən
ilk xəritədir. Təxminən 1080-ci ildə Kaşğara qayıdan alim 1105-ci ildə burada dünyasını
dəyişir. Kaşğar yaxınlığındakı Opal kəndində dəfn olunur. Üzərində “Müqəddəs
alimin məzarı” sözləri yazılmış məqbərəni 1984-cü ildə təmir etmişlər. Halhazırda
məqbərədə alimin məzarı yerləşən otaq, “Divani-lüğətit-Türk” əsə
M.Kaşğarinin “Divani- lüğətit-Türk” əsəri nə üçün ensiklopedik xarakter daşıyır?


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə