Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə37/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   39

- Bilirsən, dostum, nə ilə məşğul oluruqsa, olaq, çalışmalıyıq ki, topladığımız
materiallar, faktlar xalqımızın zəngin tarixinin, ədəbiyyatının, incəsənətinin bariz
nümunəsi olsun. Gördüyümüz işlər vətənə xeyir versin.
- Sədi Şirazi demişdir ki, “Dünyada qızıldan saray qoyub getməkdənsə, yaxşı ad
qoyub getmək daha vacibdir”
- Elə isə hər ikimizə uğurlar! Hələlik dərs ilini yüksək nəticələrlə başa vurmalıyıq.
1.  Dialoqdan hansı faktları öyrənə bildiniz?
2.  Siz hansı səyyahları tanıyırsınız?
3.  Hadisələri I şəxsin dilindən verməyə çalışın.
4.  Faktları toplayıb, elmi mətn tərtib edin.
5.  Dialoqa əsasən bölmənin adı haqqında fikir yürüdün.
6.  Məə sözünü hansı sözlə əvəz etmək olar?
7.  Fərqləndirilmiş sözün leksik mənasını izah edin. Onu hansı sözlə əvəz etmək
olar?
8.  Çox səyahət edən adam nə adlanır?
9.  Səyyar, səyyad, səyyal sözlərinin leksik mənalarını fərqləndirin.
10.  Ayrılma etiketlərinin məntiqi ardıcıllığını davam etdirin:
sağ olun, görüşənədək...
11.  Cümlə haqqında bildiklərinizi yada salıb suallara cavab verin.
Cümlə nədir? Cümlənin yaranmasında intonasiyanın rolu haqqında nə deyə
bilərsiniz? İntonasiya cümlənin məqsədini dəyişə bilərmi? Məqsəd və
intonasiyaya görə cümlələrin hansı növləri var?
12.  Dialoqda çərçivəyə alınmış sözü sual cümləsinə verilən cavab hesab etmək
olarmı? Aşağıdakı cümlələrdən istifadə etməklə fikirlərinizi əsaslandırın.
Siz yay tətili
ərzində hansı
işləri görməyi
planlaşdırırsınız?
Sizcə, dostlar ayrılarken
hansı, sözlərdən
istifadə edəcəklər?
- Bizə gələcəksən? 
- Yəqin / Bəli / Hə. 
- Bəlkə də.
- Dərsi öyrənmisən? 
- Əlbəttə / Aha. 
- Xeyr / Yox.


Bir sözdən ibarət olub üzvlənməyən və sual tələb etməyən cümlələrə söz-
cümlə deyilir. Söz-cümlələr modal söz, nida və ədatlarla ifadə olunur.
13.  Dialoqda fərqləndirilmiş sual cümləsinə söz-cümlə ilə cavab vermək olurmu?
Aşağıdakı sual cümlələrinə cavab verməklə bunun səbəbini izah edin və
fikirlərinizi əsaslandırın?
14. 
Dialoqda altından xətt çəkilmiş cümlələrin məqsəd
və intonasiyaya görə növünü müəyyənləşdirin və aşağıdakı fikirləri tamamlayın.
1. Nəqli cümlə......... . Nəqli cümlələrin sonunda......... . 
2. Sual cümləsi........cümlələrə deyilir. Sual cümlələrin sonunda..... . 
3. Əmr cümləsi.......bildirən cümlələrdir. Əmr cümlələrinin sonunda...... . 
4. Nida cümlələri........bildirir. Nida cümlələrinin sonunda.......... .

 Nəqli cümləni intonasiyanın dəyişməsi ilə əmr cümləsinə çevirmək olarmı? Nə
üçün? Fikrinizi nümunələrlə əsaslandırın.
Əmr cümlələrinin xəbəri, bir qayda olaraq, feilin əmr şəklində olur. Əmr
ədatları da əmr cümlələrinin qurulmasında iştirak edir. 
Nida cümlələri yüksək hiss-həyəcan ifadə edir, intonasiya və nidaların
köməyi ilə əmələ gəlir.
15.  Aşağıdakı mətndə məqsəd və intonasiyaya görə cümlənin hansı növlərindən
daha çox istifadə olunmuşdur? Mürəkkəb adları düzgün yazın.
Bülbülün başçılıq etdiyi MUSİQİNİN ELMİ TƏDQİQİ KABİNETİ hansı
istiqamətlərdə işləyirdi? Onlar qocaman sənətkarları, tanınmış xanəndələri
dəvət edib onların ifasında nadir, unudulan el havalarını, nəğmələri, çalğıları,
oyun havalarını fonovalikə yazırdılar. Bu fonovaliklərdə əbədiləşən musiqilərin
müəyyən hissəsi nota alınır, araşdırılırdı. Xalq içindəki söz bilicilərinin, aşıqların,
dastançıların dilindən nağıllarımız, söyləmələrimiz, söz sərvətimizin müxtəlif
örnəkləri yazıya köçürülürdü. Təbii ki, bu yazıyaköçürmə işini müxtəlif səviyyəli,
müxtəlif peşəli adamlar icra etdiklərin-
Bizə nə vaxt
gələcəksən?
Bizə gələcəksənmi?
Bizə gələcəksən?


dən deyim tərzləri, ifadə rəvanlığı da müxtəlif idi. Həmin əlyazmaları səriştə ilə təhlil
etmək, lazım gələrsə, əl gəzdirmək, yaxşısını pisdən ayırmaq lazım idi.
Bunları yazıya alan ƏRTOĞRUL CAVİD idi. O, böyük şair və dramaturq HÜSEYN
CAVİDİN oğlu idi!
İşləyə-işləyə oxuyurdu. Həm də AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ İNSTİTUTUNUN
(hal-hazırda universitet) tələbəsi idi. Ərtoğruldan harada işlədiyini təsdiq edən sənəd
tələb etmişdilər.
(Rafael Hüseynov)

 Sizcə, Ərtoğrula hansı sənəd verilməli idi?
Hər hansı bir şəxsin harada yaşaması, işləməsi, oxuması, sağlamlığı, müəyyən
obyektin, hadisənin yoxlanması haqqında tərtib edilən xüsusi sənəd arayış hesab
edilir.
Arayış yazmaq üçün aşağıdakıları bilmək lazımdır:
1.  Arayış sözü ortada yazılır.
2.  Sol tərəf müəəssisənin ştampı üçündür. Ştampın üstündə arayışın qeydiyyat
nömrəsi və verildiyi tarix göstərilir.
3.  Arayışın məzmunu - kimə və nə məqsədlə verildiyi göstərilir.
4.  Daha sonra arayışın təqdim olunduğu yer göstərilir.
5.  Sonda arayış idarə rəhbəri tərəfindən imzalanır və möhür vurulur.
Arayış
Həqiqətən, Vəliyeva Vəfa Əli qızı Bakı Dövlət
Universitetində aparıcı müəllim vəzifəsində çalışır.
Arayış Mərkəzi Banka təqdim olunmaq üçün verilir.
Kafedra müdiri: /Məmmədova N./
Arayış əməli yazı
növlərindən biridir. 
Arayış türk mənşəli
söz olub mənası
“arama”, “axtarma”
deməkdir.


16.  Aşağıdakı cümlələrin məqsəd və intonasiyaya görə növünü müəyyən edin.
Durğu işarələrinin işlənməsinə fikir verin.
Yaşasın gələcək! Böyük gələcək!
Mütaliə insanı bəd əməllərdən saxlayır və onu yaxın-uzaq keçmişlərə
aparır. (Dekart)
Hərçəndi sənətin çox rütbəsi var, 
Həyata faydalı bir elmi axtar. (N.Gəncəvi)
Düşmənlik silinsin, dostluq var olsun! (N. Gəncəvi)
Dünyada fateh olmaz zülmkarlıq, rəzalət, 
Yer üzünün fatehi ədalətdir, ədalət! (N. Gəncəvi)
Qoy bütün dünyanın uşaqları xoşbəxt olsun.
Nə xəbər var, Məşədi? (M.Ə.Sabir)
17.  Xəyalən Qarabağ bölgəsini səyahətə çıxın. Həmin bölgələr, onların adət-
ənənələri, işğal tarixləri, milli qəhrəmanları haqqında məlumat toplayın. İnşa və
esselər yazın, təqdimatlar hazırlayın. Münasib günlərdə hazırladığınız
təqdimatlarla çıxış edin.
Azərbaycanın Milli Qəhrəmanları haqqında məlumat əldə etmək üçün İnternet
materiallarından istifadə edə bilərsiniz.

 Təqdimatlarınızı hazırlayarkən cümlənin məqsəd və intonasiyaya görə bütün
növlərindən istifadə etməyə çalışın.


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə