Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə35/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   39

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan 
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan! (M.Şəhriyar)
Sən canlı tarixsən, doğrudan, Araz, 
Səsində min ildən qəm-qübar qalıb. (M.Araz)
Araz..................................................
Ceyran.........................................
Nə gözəl yaraşır Muğana ceyran! (S. Vurğun)
Bizə meydan oxuyan bilməlidir birdəfəlik 
Nə satılmaz, nə verilməz binədən yada Vətən. (B. Vahabzadə)
..................Vətən..................

 Verilmiş cümlələrdə altından xətt çəkilmiş sözlər arasında qrammatik
cəhətdən oxşar və fərqli cəhətləri müəyyən edin. İntonasiya fərqlərinə diqqət
yetirin.
13.  Uyğunluğu müəyyənləşdirin.
Mübtəda ilə xitabın oxşar cəhətləri: Mübtədadan fərqli olaraq xitab:


YALANÇI “XORTDAN”
1907-ci ildə Ə.Haqverdiyev Gəncədə yaşayırdı. Gəncə ziyalıları onu yaxşı tanıyırdılar.
Ziyalılardan yazmaqla məşğul olanlar da vardı. Əli Nəzmi də bunlardan idi. Onlar öz
yazdıqlarını Ə.Haqverdiyevə oxuyar, ondan məsləhətlər alardılar. Bir nəfər
Ə.Haqverdiyevi lap təngə gətirmişdi. Bu “ziyalı” gecələri yatmır, ağlına gələn
hərzələri yazıb adını da faciə qoyur və səhəri Ə.Haqverdiyevə oxuyurdu.
Ə.Haqverdiyev də xasiyyətcə mülayim olduğu üçün özünə əziyyət verib qulaq asırdı.
Bir gün yenə Ə.Haqverdiyev bağda oturmuşdu. Bir də gördü ki, həmin “dostu” əlində
də “Molla Nəsrəddin” məcmuəsinin son nüsxəsi gəldi və salam verib onun yanında
əyləşdi. O, həmişəkindən fərqli olaraq çox qürurlu görünürdü.
- Əbdürrəhim bəy, “Cəhənnəm məktubları”nı mütaliə edirsinizmi? - deyə “Molla
Nəsrəddin” nüsxəsinin “Cəhənnəm məktubları” çap olunan səhifəsini göstərir.
- Əlbəttə, oxuyuram, - ədib cavab verdi. 
- Yəqin, xoşunuza gəlir? 
- Niyə, pis deyil, yaxşıdır. 
- Mən ölüm, Əbdürrəhim bəy, düz deyirsiniz? 
- Necə bəyəm? Sizinlə zarafatım var? 
- Deməli, mən çox xoşbəxtəm. 
Ə.Haqverdiyevi maraq qarışıq təəccüb bürüdü.
- Təəccüblənməyin, Əbdürrəhim bəy, öz aramızda qalsın, heç kimə deməyin.
“Cəhənnəm məktubları”nı mən yazıram. “Xortdan” da mənim gizli imzamdır.
- Çox gözəl. Amma, qardaşoğlu, hər bir yazdığın pyesi mənə oxuduğun halda,
təəssüf ki, bunu oxumamısan. Gətir hekayənin mabədini oxuyaq, çox maraqlıdır.
- Yox, mirzə, düzü, bu onlardan deyil, bunu oxumaram... 
- Doğrudan, oxumazsan? 
- Yox, qorxuram. 
- Niyə? Nədən qorxursan, qardaşoğlu? 
- Deyilənə görə, qələm sahibləri çırpışdıran olurlar.
- Elə isə, qulaq as, mən oxuyum, sən başa düş, - deyə Ə.Haqverdiyev əlini cibinə
salıb bir dəftər çıxarır və “Cəhənnəm məktubları”nın mabə-


dini oxumağa başlayır. “Cəhənnəm məktubları”nın “müəllifi” - yalançı “Xortdan”
özünü itirir, “Mirzə, işim var”, - deyə əkilir və bir daha Ə.Haqverdiyevin gözünə
görünmür.
Kamran Məmmədov
1.  Birinci abzasdakı yersiz təkrarları aradan qaldırın və həmin cümlələri yenidən
işləyin.
2.  Müəlliflərin gizli imzalardan istifadə etməsinin səbəbi nə idi?
3.  “Ziyalı” və “dost” sözlərinin dırnaq içərisində verilməsinin səbəbini aydınlaşdırın.
4.  Hansı hikmətli söz mətnin məzmununa uyğundur?
Dünyada insanı ən çox utandıran yalanının üzə çıxmasıdır (F.Bekon).
Yalanın ən böyük düşməni həqiqətdir (İ.Kant).
Yalan ayaq tutar, amma yeriməz (Azərbaycan atalar sözü).
5.  Mətndəki dialoqu üçüncü şəxsin dilindən danışın.
6.  Təəccüb sözünün sinonimini tapın.
7.  Tünd şriftlə verilmiş sözlərin yerinə uyğun gələn elə sözlər tapın ki, cümlənin
məzmununa xələl gəlməsin.
8.  Fərqləndirilmiş sözlərin leksik mənalarını izah edin.
9.  Mətndə fikrə münasibət bildirən sözləri seçib yazın. Onların hansı məqsədlə
işləndiyini deyin.
10.  Aşağıdakı cümlələrdə münasibət bildirən sözləri müəyyənləşdirib durğu
işarələrini bərpa edin. Modal sözlərdə durğu işarələrinin işlənmə qaydasını
yadınıza salmaq köməyinizə gələ bilər.
Cəfərin gözlərindən yaş axırdı: 
- Heyif ki göz yaşlarımızla bu yanğını söndürə bilməyəcəyik. (S.Dağlı)
Baharının gəlişini ver mənə 
Bəlkə sənə son borcumu qaytarım. (M.Araz)
Sizcə,yalançı
“Xortdan”ın özünü
itirməsinə səbəb nə
oldu?


Demək baş tutmadı xanın arzusu. 
Sizdən gözlənilməz bir cavabdır bu. (S. Vurğun)
Cütçü saf tum səpsə torpağa əgər, 
Şübhəsiz torpaqdan saf tum göyərər. (N. Gəncəvi)
Nalayiq danışan şəxslərə əlbət 
Hər zaman sükutla müqabilə et. (N. Gəncəvi)
Ara sözlər danışanın ifadə etdiyi fikrə münasibətini bildirir. Ara sözlər
daha çox modal sözlərlə ifadə olunur və cümlə üzvlərindən vergüllə
ayrılır.
1.  Ara söz cümlənin əvvəlində işlənərsə, ondan sonra vergül işarəsi
qoyular. Məsələn:
Bəs biz nəyik? 
Bəlkə, elə Füzulinin, Nizaminin zərrəsiyik? (X.Rza)
2.  Ara söz cümlənin ortasında gələrsə, hər iki tərəfdən vergül qoyulur.
Məsələn:
Şairdir, görünür, düz ilqarı var... (S. Vurğun)
3.  Ara söz cümlənin sonunda gəldikdə ondan əvvəl vergül, sonra isə
cümlənin məqsədinə görə növünə uyğun durğu işarəsi qoyulur.
Məsələn:
Bəli də! Ayağı çanqlı kiçik bir ölkə 
Böyük Firdovsilər yaratdı, bəlkə? (S. Vurğun)
11.  Aşağıdakı cümlələrdə xitablar və ara sözləri fərqləndirin (durğu işarələri
buraxılmışdır). Özünüz də nümunələr toplayıb fikirlərinizi əsaslandırın.
Bilirsən Vidadi sözün doğrusu 
Olmaq istəmirəm vicdan oğrusu. (S. Vurğun)
Bəlkə bu yerlərə bir də gəlmədim 
Duman salamat qal, dağ salamat qal. (M.Araz)

 Ara sözlər də xitablar kimi........................ 

 Ara sözlər xitablardan fərqli olaraq........................
12.  “Həqiqəti inkar edən ziyan çəkər” mövzusunda inşa yazın.


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə