Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari


İsmin hal kateqoriyası  haqqında yazın



Yüklə 220,83 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix22.11.2017
ölçüsü220,83 Kb.
#11397
1   2   3   4   5   6   7   8

16 

 

İsmin hal kateqoriyası  haqqında yazın. 

İsimlər başqa sözlərlə əlaqəyə girərkən bəzi qrammatik şəkilçilər qəbul edərək 

formaca dəyişə bilir. İsimlərin belə dəyişilməsi hallanma adlanır. Dilimizdə ismin altı 

halı var: 

Adlıq 

 Vətən 


 

  Kim? nə? hara? 



Yiyəlik 

Vətənin 


 

kimin? nəyin?haranın?      

nnnnnnnnnnnnnnnnnnnə 

Yönlük 

Vətənə  


aaaaa 

 

kimə? nəyə? haraya? 



Təsirlik 

 Vətəni 


 

kimi? nəyi? haranı? 



 Yerlik 

Vətəndə 


 

kimdə? nədə? harada? 



Çıxışlıq 

Vətəndən 

 

kimdən? nədən?   haradan?       



 Adlıq hal 

Əsasən  kim?(ata),  nə?  (qəzet),  bəzən  də  hara?  (Təbriz)  sualını  tələb  edir. 

Lüğətlərdə  isimlər  adlıq  halda  verilir.  Adlıq  halın  xüsusi  şəkilçisi  yoxdur.  Adlıq 

halda  olan  isimlər  cümlədə  daha  çox  dörd  mövqedə  işlənir:  1  .Mübtəda:  Vətən 

hamımızın  baş  tacıdır.  2.Xəbər:  Hamımızın  baş  tacı  vətəndir.  3.Təyin:  Daş  bina 

möhkəm olar. 4.Xitab:Vətən, səndən ötrü can verməyə hazırıq. 

Adlıq halda olan isim cəm, mənsubiyyət və şəxs şəkilçiləri qəbul edə bilər.Bu şəkilçilər 

ayrı-ayrılıqda  və  eyni  zamanda  ismin  başlanğıc formasına  qoşula  bilər:  kitab-kitablar-

kitablarım-kitablarımdır. 



Yiyəlik hal 

Yiyəlik  halda  olan  isimlər  özündən  sonra  gələn  sözlərlə  əlaqəyə  girərək  əşyalar, 

şəxslər arasında aidlik,mənsubluq mənası  yaradır.  Xüsusi şəkilçisi: -ın

4

,  -nın



Sualları: 

kimin? nəyin? haranın? 

       Yiyəlik  halda  olan  isimdən  sonra,  adətən,  mənsubiyyət  şəkilçili  söz  gəlir  və  söz 

birləşməsi yaranır. Bu cür söz birləşməsinin birinci tərəfi yiyəlik (sahiblik), ikinci tərəfi 

isə mənsubluq (aidlik) bildirir. 



Yönlük hal 

Yönlük  halda  olan  isimlər  cümlədə 

əsasən tamamlıq və yer zərfliyi 

olur.  


Sonu  açıq  saitlə  bitən  isimlər  yönlük  halda  fərqli  tələffüz  edilir:  komaya  [komuya], 

xalaya [xalıya] və s. 

Təsirlik hal 

Təsirlik  hal  hərəkətin  hansı  əşya  üzərində  icra  olunduğunu  bildirir.  Yiyəlik  hal  kimi, 

təsirlik hal da iki cür olur: l.Müəyyən təsirlik hal; 2.Qeyri-müəyyən təsirlik hal. 

 



17 

 

Müəyyən təsirlik halda olan isimlər -ı

4

, -nı


4

 (Nitqdə bəzən müəyyən təsirlik hal yalnız -

n  bitişdirici  samiti  ilə  düzəlir:  Almasın,  heyvasın,  narın  yemədim.)  şəkilçilərini  qəbul 

edir.  Kimi?  nəyi?  haranı?  suallarma  cavab  olur:  Əlini  (kimi?)  bura  çağır.  Kitabı 



(nəyi?) mənə ver. Şəhəri (haranı?) bulud aldı. 

Qeyri-müəyyən təsirlik hal isə şəkilçi qəbul etmir və nə? sualına cavab olur. Cümlədə 

daha çox hərəkət bildirən sözlə yanaşı gəlir. Məs.: Rəssam divardan şəkil (nə?) asdı. Bu 

cümlədəki  qeyri  -müəyyən  təsirlik  hallı  ismi  asanlıqla  müəyyən  təsirlik  hala  çevirmək 

olar: Rəssam divardan şəkli (nəyi?) asdı. Müəyyən və qeyri-müəyyən təsirlik halın əsas 

oxşar  cəhətlərindən  biri  odur  ki,  hər  ikisi  təsirli  fellərlə  əlaqəli  olur.  İstisna  hallarda 

müəyyənlik bildirən təsirlik hal təsirsiz fellərlə də əlaqəyə girir: Yayı dincəlmədim. 



Yerlik hal 

Yerlik hal hərəkətin icra olunduğu  yeri bildirir və kimdə?, nədə?, harada? suallarına 

cavab  olur.Yerlik  halda  olan  isimlər  -da

2

  şəkilçisini  qəbul  edir.  Cümlədə  kimdə?  nədə? 



suallarına  cavab  verdiyi  zaman  tamamlıq,  harada  sualına  cavab  verdiyi  zaman  isə  yer 

zərfliyi  və  kimdədir,  nədədir?  suallarına  cavab  verdiyi  zaman  xəbər  olur.  Məs.: 

Kitabda  (nədə?)  maraqlı  mövzular  var.  Adamlar  parkda  (harada?)  dincəlir.  Qoşunlar 

sərhəddədir (hardadır?). 

Çıxışlıq hal 

İsmin çıxışlıq halı hərəkətin başlanğıc yerini və çıxışlıq nöqtəsini bildirir və kimdən? 



nədən?  haradan?  suallarına  cavab  verir.  Çıxışlıq  halda  isimlər  -dan

şəkilçisini  qəbul 



edir. Cümlədə tamamlıq, zərflik və bəzən də xəbər kimi iştirak edə bilir. Məs.: Ağacdan 

(nədən?)  budaq  qırdım.  Qədir  kənddən  (haradan?)  uzaqlaşdı.  Məktub  kənddəndir 

(hardandır?). 

İsmin çıxışlıq halı yönlük halda ifadə olunan fıkrin əksini bildirir.Yönlük hal hərəkətin 

son, çıxışlıq hal isə başlanğıc nöqtəsini bildirir. 

Sual 19- cavab 

Tək və cəm isimlər nəyə deyilir

 

İsimlər kəmiyyət baxımından tək və ya cəm olur. İsmin ifadə etdiyi əşya iki və ya daha 

artıq olsa, o zaman -lar

2

 şəkilçisi qəbul edir. İsimlərin tək və ya cəm olması; şəhər-şəhərlər, 



odun-odunlar,  maşın-maşınlar  və  s.  Cəmlənmək  daha  çox  ümumi  isimlərə  aiddir

İsimdən əvvəl müəyyən miqdar sayı gələrsə, isim cəm şəkilçisi qəbul etmir: beş kitab, altı 



durna və s. Beş kitablar olmaz. 

İstisna hallarda bədii xüsusiyyət daşıyaraq xüsusi isimlər də cəm şəkilçisi qəbul edir: 

Öldü  Balaşları  öldürən  əsgər,  Öldü  Gülüşləri  güldürən  əsgər.      (M.Müşfıq)  Xüsusi 

isimlər cəm şəkilçisi qəbul etdiyi zaman böyük hərflə yazılır.  

           Sözün son samitindən asılı olaraq, cəm şəkilçisinin ilk samiti fərqli tələffüz oluna 

bilər. Bu daha çox sonu t, n, z, və r  samitləri ilə bitən sözlərdə özünü göstərir: canlar 

[cannar],  qızlar  [qızdar],  şairlər  [şairrər].  2.  -lar

2

  şəkilçisi  bəzən  mənsubluq  və  ya 



xəbərlik anlayışı da bildirir: onların anaları, bunlar uşaqdırlar və s. 


Yüklə 220,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə