Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 220,83 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix22.11.2017
ölçüsü220,83 Kb.
#11397
1   2   3   4   5   6   7   8

12 

 

8.



 

Sonu  -at



2

  (cəm  şəkilçisidir)  şəkilçisi  ilə  bitən  sözlər  alınmadır;  bu  sözlər  ərəb 

mənşəlidir:  məlumat,  həqiqət,  hökumət,  təbliğat,  hesabat.  İstisna:  gedişat,  elat 

türk mənşəlidir. 

 

  9.  Ön  şəkilçili  sözlər  alınmadır:  bivəfa,  laməkan,  namünasib,  baməzə,  anormal. 



İstisna: nadinc, nakişi, natəmiz milli sözlərdir. 

               10.  Daxilində  təkrar  olunan  qoşasamitli  sözlərin  bəzisi  alınmadır:  mədəniyyət, 

əvvəl, molla, qüvvə, təəccüb, professor, rejissor və s. İstisna: əlli, yeddi (bu cür bütün 

saylar) 


         11.  Sonu eynicinsli qoşa samitlə bitən təkhecalı sözlər alınmadır: xətt, sırr, hədd, hiss, 

tibb və s. 

           12.  Tərkibində    j  səsi  olan  sözlər  alınmadır:  janr,  jurnal,  jalə,  müjdə,  bioloji  və  s. 

Qeyd:  Azərbaycan  dilində  söz  əvvəlində  ı  saiti  işlənmir.  Vaxtilə  işıq,  ilıq,  ildırım 

sözləri  yı    ilə  başlamışdır.  Sonralar  ı  səsi  i-yə  keçdiyi  üçün  bu  cür  ana  dili 

sözlərimizdə  ahəng  qanunu  pozulmuşdur.  Bugünkü  ildırım,  ilan  sözləri  əvvəl 

yıldırım, yılan kimi işlənmişdir. 

13  Azərbaycan dilində söz sonunda o, ö, e saitləri gəlməz.  

14. Azərbaycan dilində o, ö, e saitləri ilə şəkilçilər işlənməz (-lov, -sov,-ey 

istisnadır). 

15.  mə, mo, mö, mü, qü, tə hecaları ilə başlayan sözlər, adətən, alınma olur. Mömin, 

məşhur, motor, mübariz, qüssə, mükalimə, müalicə, müasir və s. Azərbaycan dilinə ərəb

fars, rus və rus dili vasitəsilə Avropa dillərindən sözlər keçmişdir. 

16.

 

Sözün h hərfi ilə bitməməsi: Allah, şah, günah və s. 



17.

 

Sözdə "ənc", əng" parçaları olarsa, alınmadır: qəşəng, pəncərə, fışəng və s. 



 

Dilin lüğət fondunun passiv hissəsi iki hissəyə bölünür: köhnəlmiş sözlər və 

yeni sözlər. 

Köhnəlmiş sözlər özü də 2 qrupa bölünür: 

1. Tarixizmlər 

2. Arxaizmlər 

Tarixizmlər.'  Tarixi  inkişaf  prosesində  əşya  və  ya  hadisələrin  bəzilərinin  ömrünü  başa 

vurması  ilə  əlaqədar  onların  adları  da  qeyri-fəal  leksikaya  çevrilir.  Belə  sözlər 



tarixizmlər  adlanır.  Məs.:  darğa,  çuxa,  abbası,  batman,  koxa,  dinar,  qorodovoy, 

mədrəsə, konka, dəbilqə, çarıq, güyüm, təhnə, qalxan, xurcun, daqqa, toppuz və s. 

Tarixizmlər  keçmiş  həyat  və  məişətin  aradan  çıxması,  dəyişməsi  ilə  əlaqədar  olaraq 

fəal  istifadədən  qalsa  da,  bədii  əsərlərin  dilində  həmin  həyatı  canlandırmaq  üçün 

onlardan istifadə olunur. 



Arxaizmlər.  Əşya  və  ya  hadisənin  adını  ifadə  edən  söz  köhnələrək  yenisi  ilə  əvəz 

olunur.  Bu  cür  köhnəlmiş  sözlərə  arxaizmlər  deyilir.  Tarixizmlərdən  fərqli  olaraq, 

arxaizmlər  elə  sözlərdən  ibarətdir  ki,  onların  ifadə  etdiyi  əşya  və  ya  hadisələr  indinin 



13 

 

özündə  belə  mövcuddur,  lakin  onlar  başqa  sözlərlə  ifadə  olunur.  Məs.:  arı  (təmiz), 



yaşınmaq  (gizlənmək),  yey  (yaxşı),  seyvan  (eyvan),  iraq  (uzaq),  ər/ərən  (igid),  ayaq 

(qədəh), tanıq (şahid), sayru (xəstə), us (ağıl) əsən    (sağ-salamat), damu (cəhənnəm), 

uçmaq  (cənnət),  düş  (yuxu),  altun  (qızıl),  güz  (payız),  ayıtmaq  (demək),  varmaq 

(getmək), dəyə (komacıq), qısqı (sıxışdırma), qənşər (qarşı, tərəf), bəndərgah (düşmənin 

keçə  bilməyəcəyi  yol,  keçid),  yazı  (çöl),  pitik  (yazı),  baqqal  (dükançı),  əllaf  (taxıl,  ot 

alverçisi) və s. 

Tarixizmlərdən  bədii  dilin  üslub  xüsusiyyətlərini  vermək  üçün  istifadə  edilir.  Hər 

hansı bir yazıçı keçmiş həyatın müəyyən tarixi bir dövrünü və o dövrdə yaşamış bu və ya 

digər  surəti  qabarıq  vermək  istədikdə,  dövrün  müəyyən  dil  xüsusiyyətlərini  nəzərə 

çatdırmaq istədikdə tarixizmlər işlədilir. 

Köhnəlmiş sözlər daha çox atalar sözləri və məsəllərin tərkibində mühafizə olunub. 

Məs.:  Aydan  arı,  sudan  durudur.  Cadu-pitik  eləmək.Yeni  sözlər:  İctimai  həyatda  baş 

verən  bir sıra  yeniliklərlə  əlaqədar  olaraq,  elmə, texnikaya,  mədəniyyətə,  məişətə və  s. 

aid  yeni  əşyaları,  hadisələri  yeni  sözlərlə  ifadəyə  ehtiyac  yaranır:  Məs.:  kosmodrom, 

sərinkeş,  biznesmen,  ekologiya,  alışqan,  telefılm  və  s.  Elmin,  texnikanın  inkişafı  ilə 

əlaqədar yaranan yeni anlayışların adlarını ifadə edən sözlər  yeni sözlər- neologizmlər 

adlanır. Neologizimlər bir müddətdən sonra ümümişlək sözlər sırasına keçə bilər.Yadda 

saxlamaq lazımdır ki, yeni sözlər dildə hələ sınaq mərhələsindədir. Yeni  sözlər  2  yolla 

yaranır:  



1.

 

Dilimizin öz söz ehtiyatı əsasında: (açıqca, bölgə, əyləc, öndər və s.) 



2.

 

Başqa dillərdən alınma yolla: (faks, gender,şou, sayt və.s) 

 

Mövzu 4  

Sual 16- CAVAB  

Morfologiya  və nitq hissələri haqqında məlumat yazın. 

Dilçilik  elminin  beynəlmiləl  adı  linqvistika  adlanır  (lingua-dil).  Dilçilik  dilin 

qanunauyğunluqlarını, inkişaf tarixini öyrənən elmdir. Bu elmin müxtəlif bölmələri vardır 

fonetika,  leksikologiya,  dialektologiya,  üslubiyyat  və  s.  Dilçilik  elminin  ən  böyük  və 

geniş bölməsi qrammatikadır. Qrammatika özü də iki hissədən ibarətdir: 

l.Morfologiva 

2.Sintaksis. 

Morfologiya  yunanca  morfos (forma)  və loqos (elm) sözlərindən  yaranıb.  Morfologiya 

nitq hissələrindən, sözlərin tərkibindən və dəyişmə qaydalarından bəhs edir. 

Sintaksis sözü də yunan sözü olub tərtib deməkdir.Bu bölmədə sözlərin söz birləşmələri 

və cümlə daxilində əlaqələnməsindən bəhs olunur. 




Yüklə 220,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə