Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 220,83 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix22.11.2017
ölçüsü220,83 Kb.
#11397
1   2   3   4   5   6   7   8

14 

 

NİTQ HİSSƏLƏRİ 

         Dilimizin  lüğət  tərkibində  olan  sözlərin  hamısı  müəyyən  qrammatik  mənaya  malik 

olur. Bu baxımdan həmin sözlər ayrı-ayrı nitq hissələri kimi qruplaşır. Sözün hansı nitq 

hissəsinə  aid  olması  onun  hansı  suala  cavab  verməsindən,  əşya,  yoxsa  hərəkətlə  bağlı 

olmasından  və  s.  asılıdır.  Nitq  hissələri  bir-birindən  leksik-qrammatik  mənalarına  görə 

fərqlənir. Dilimizdə 11 nitq hissəsi var. Onlardan altısı əsas, beşi köməkçi nitq hissəsidir.  

ƏSAS NITQ HISSƏLƏRI                                           KOMƏKÇI NITQ HISSƏLƏRI 

Isim, sifət, say, əvəzlik, fel, zərf                                 qoşma, ədat, bağlayıcı, modal sözlər,  

                                                                                    nida  

 

ƏLAMƏTLƏR 

*Ancaq  qrammatik    mənası    olur,         

leksik  məna  ifadə  etmir;  Hec  bir  suala  cavab  vermir; 

ayrılıqda heç bir cümlə üzvü olmur. 

 

QEYD:    Kök  və  şəkilçi  morfologiyada  əsas  anlayışlardandır.  Leksik  şəkilçilər  sözə 

qoşularkən sözün yalmz mənasını deyil, aid olduğu nitq hissəsini də dəyişə bilir. 

 

Sual 17 – cavab  

İsim. İsimin qurluşca növləri, ümumi və xüsusi isimlər haqqında məlumat 

verin. 

Ümumi qrammatik  mənasına  görə  əşyanın adını bildirən əsas  nitq hissəsinə  isim  

deyilir.   İsim   kim?   nə?   hara?   suallarından  birinə   cavab   verir.   İsmin özünəməxsus 

cəhətləri var ki, onları başqa nitq hissələrində görmürük. İsmə məxsusdur: *Konkret və 

mücərrəd  olur.  *Ümumi  və  xüsusi  olur.  *Tək  və  ya  cəm  olur.  *Mənsubiyyətə  görə 

dəyişir. *Hal şəkilçisi qəbul edir (hallanır). *Şəxs (xəbərlik) şəkilçisi qəbul edir. 



Isimlər iki qrupa ayrılır: 

l.Ümumi isimlər    2. Xüsusi isimlər 

 

Bunlar  arasında  oxşar  cəhətlər  var.  Hər  ikisinin  əşya  adı  bildirməsi,  hallanması  və  



mənsubiyyətə 

görə 


dəyişməsi 

və 


quruluş 

baxımmdan 

üç 

yerə 


bölünməsi 

oxşar     

cəhətlərdəndir. 

 

Ümumi isimlər eynicinsli əşyalara verilən adlardır: ağac, gül, küçə, daş, kənd və s. Eynicinsli əşyaları bir-



birindən  fərqləndirmək  üçün  onların  hər  birinə    verilən  adlara  xüsusi  isimlər  deyilir:  "Mehman"(povest), 

"Azərbaycan" (qəzeti  Araz və s. Xüsusi isimlərin ümumi isimlərdən bir sıra fərgli cəhətləri va:*İşIənmə 

 

ƏLAMƏTLƏRI 

*Müstəqil leksik mənaya malik 

olur; 

*Müəyyən  bir  suala  cavab 



verir;  

*Cümlə 


üzvü 

olur.


 

:*

Şəkilçi  qəbul  edərək  cəhətdən 



dəyişir. 


15 

 

yerindən  asılı  olmayaraq  ilk  hərfi  həmişə  böyük  yazılır.  *Ancaq  konkret  olur.  *Sinonimi,  omonimi 

olmur. Xüsusi isiml bir sıra növlərə bölünür: 

l.İnsan adlarını və soyadlarını   bildirənlər: Vidadi, Məhəmməd, Elşən, Zərdabi Gəncəvi, Axundov və s. 

2.Yer adlarını bildirənlər: Təbriz, Xankəndi, Şuşa,Türkiyə və s. 

 3.Əsər və mətbuat adlan: "İsgəndərnamə", "Vaqif', "Səs"(qəzet) və s.  

4.Heyvanlara verilən adlar: Dürat, Alaş, Məstan, Bozdar, Alapaça və s. 

Xüsusi isimlərin əksəriyyəti sadə, düzəltmə, mürəkkəb, konkret,  mücərrəd olan ümumi isimlərdən yaranır. 

Məs.: Hikmət, İsmət, Arzu, Ulduz, Topxana, Tovuz və s. Bəzi hallarda xüsusi isimlər də ümumiyə çevrilir. 

Məs.: sirab, badamlı, şampan, kalaşnikov, plombir, mersedes və s. 



İsimlərin quruluşca üç növü var: sadə, düzəltmə, mürəkkəb. Sadə isimlər heç bir leksik şəkilçi qəbul 

etmir.  Yalnız  qrammatik  şəkilçi  qəbul  etmiş  isimlər  də  sadə  isimlərdir.  Məs.:  şeir-şerimiz,  ağac-ağaclar, 

maşın-maşına, kitab-kitabdır və s. 

Düzəltmə isimlər isə kökdən və leksik şəkilçidən ibarət olur. Düzəltmə isimlər əsasən  isimlərə  və  fellərə   

leksik  şəkilçilər  artırmaqla  yaranır.   Yalnız –lıq

4

 şəkilçisinin köməyi ilə isim, sifət, say, əvəzlik və zərfdən 



isim  düzəltmək  olur.  Məs.:  istilik,  düzlük,  çoxluq,  mənlik,  gerilik,  yaxınlıq  və  s.  Bu  cür  isimlər  mücərrəd 

isimlərdir.  



Mürəkkəb isimlər sintaktik yolla, iki və daha artıq sözün birləşməsi ilə yaranır. 

Mürəkkəb isimlər    yazılışına görə iki yerə bölünür: bitişik yazılanlar, defislə yazılanlar. 



Bitişik  yazılan  mürəkkəb  isimlər  bir  vurğu  altında  deyilir.  Bu  cür  sözlər  əmələ  gəlmə 

üsullarına görə bir neçə qrupa bölünür: 

l.İki müxtəlif mənalı və tərkibində heç bir şəkilçisi olmayan sadə sözlərin birləşməsi 

ilə: Kürdəmir, Qarabağ, istiot, Elşən, kəlləpaça və s. 

 2.Mənsubiyyət  şəkilçili  sözlərin  iştirakı  ilə:  suiti,  kəklikotu,  Nəbioğlu,  dağkeçisi, 

Bazardüzü və s. 

3.Sadə  və  düzəltmə  sözün  birləşməsi  ilə:  soyqırım,  Rüstəmxanlı,  qəlbisınılıq. 

beşillik və s. 

 

4.İkinci  tərəfi  feli  sifət  olan  mürəkkəb  isimlər:  falabaxan,  yelqovan,  əlüzyuyan, 

tozsoran və s. 



5.  Aga, xanım, bəy, şah, xatun kimi sözlərin iştirakı ilə: Ağasəlim, Bəyəli, Gülxanım, 

Saraxatun və s. 



Defislə yazılan mürəkkəb isimlər aşağıdakılardır: 

1.  Yaxın  mənalı  sözlərin  birləşməsi  ilə:söz-söhbət,  qapı-pəncərə,  qayda-qanun,  adət-

ənənə və s. 

2.Əks mənalı sözlərin iştirakı ılə: dərə-təpə, enış-yoxuş, gedış-gəlış, ev-eşık və s. 

3.

  

Tərəflərindən biri ayrılıqda işlənməyən sözlərin iştirakı ilə: kol-kos, 

kagız-kuğuz, zir-zibil, dəmir-dümür, sür-sümük və s. 

4. İzafət tərkibi formasında olanlar: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, 

tərcümeyi-hal və s. 



Sual 18- cavab 


Yüklə 220,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə