Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,77 Mb.
Pdf görüntüsü
səhifə12/217
tarix08.09.2018
ölçüsü4,77 Mb.
#67585
1   ...   8   9   10   11   12   13   14   15   ...   217

26 

 

503-cü  il in   sonunda  Sasanilərin  müdafiə  etdiy i  Dərbənd  keç idini  aĢaraq 



Albaniyaya, sonra isə Ġberiyaya hücum etmiĢ, qısa  müddətdə bu zəngin və strateji 

baxımdan  mühüm  ölkələri  ələ  keçirdilər.  504-cü  ilin  yazında  ĢahənĢah  Kavadın 

(488-531)  baĢçılıq  etdiyi  qüvvələrin  müharibəyə  qoĢulmasına  ba xmayaraq,  hərbi 

əməliyyatlar yaln ız 508-ci ildə baĢa çatdırılmıĢ, Sasanilər Qafqazın hər iki keçid inə 

tam  sahib  ola  b ild ilər.  515-ci  ildə  sabirlər  yenidən  Cənubi  Qafqaza  (bu  dəfə 

Sasanilərin  müqavimətlərini  qıra  b ild ikləri  Dəryal  keçidindən)  hücum  etdi, 

Mesopotamiya və Kiç ik Asiyayadək irə liləyə bildilər.  

Sasani imperiyasının Ģimal hüdudları  ilə həmsərhəd olan ərazidə, qüdrətli 

sabir  birliy inin  yaran ması  bütün  bunlarla  yanaĢı,  dövrün  iki  böyük,  lakin  rəq ib 

imperiyaların ı  mu zdlu  qüvvə mənbəyi  ilə də təmin etdi; əvvəlki dövrlərdə o lduğu 

kimi  indi  də  sabirlər  ö z  sələflərin in  yolu  ilə  gedərək  ardı-arası  kəsilməyən  Ġran-

Bizans  müharibələrində,  rəqiblərin  Cənubi  Qafqaz  və  Mesopotamiya  ərazilərində 

apardığı döyüĢlərdə fəal  iĢtirak edirdilər. Mənbələrin  məlu matına görə,  552-ci  ilin 

əvvəlində çoxsaylı sabir dəstələri  Bizansa qarĢı Ġran ordusu sıralarında döyüĢərkən 

hun-bulqar  birliyin in  baĢqa  bir  qrupu,  az  qala  45  illik  fasilədən  sonra,  yenidən 

Albaniya  ərazisinə  qarətkar  yürüĢ  etdi.  Moisey  Kalankatlı  bu  yürüĢün  baĢında 

xəzərlərin durduğunu qeyd edirdi. Tədqiqatçıların  fikrincə, Ġran ın tabeliy ində olan 

Albaniyaya edilən bu hücumu hunların bizanspərəst qrupları (sabirlərdən asılı o lan 

xəzərlər,  barsillər,  eləcə  də  sabirlərin  Ġrana  qarĢı  əks  mövqe  tutan  hissəsi)  təĢkil 

edirdilər.  Eyni  hadisələrin   ərəb  tarixçisi  ət-Təbəri  tərəfindən  təqdim  edilən 

təsvirində yürüĢ iĢtirakçıları arasında  xəzərlərlə yanaĢı bulqar, bələncər (barsil) və 

alan  tayfalarının  da  adları  çəkilir.  Müəllifin  verdiy i  xəbərə  görə,  məğlub  edilmiĢ 

köçərilərdən alın mıĢ 10 min əsir A zərbaycanın Ģimal torpaqlarında yerləĢdirilird i.  

VI  yüzilin  ikinci  yarısında  ġimali  Qafqazın  etnosiyasi  xəritəsi  hunların 

yürüĢündən sonra baĢ vermiĢ ikinci  mühü m dəyiĢikliyə uğradı; Qafqazyanı düzlərdə 

yaĢayan  hun  birliklərinə  son  qoyan  bu  dəyiĢiklik  ġimali  Monqolustanda  Türk 

xaqanlığının  (551-744)  yaranması  ilə  əlaqədar  qərbə  yeni  köçəri  axınının  -  avar 

tayfalarının yönəlməsi nəticəsində baĢ verdi. 

588-ci ildə məhz avarlar sabirlərin baĢçılıq etdiyi hun birliyinə son qoydular 

və az sonra Dunay sahillərində məskən saldılar. Darmadağın edilmiĢ sabirlərin Cənubi 

Qafqaza  keçən  böyük  bir  hissəsi  Xosrov  ƏnuĢirəvan  tərəfindən  Kürün  sol  sahilində, 

indiki  ġəmkirlə  Ağstafadan  Ģimala  tərəf,  tarixi  Kambisena  ərazisində  yerləĢdirildi. 

Sabirlərin  Ġberiya  ilə sərhəddə  məskunlaĢdırılması  Sasani  Ġran dövlətinin  daxili  siyasət 

sahəsində  ardıcıl  atdığı növbəti addım  olmaqla yanaĢı,  imperiyanın narahat Ģimal-qərb 

sərhədlərinin möhkəmləndirilməsi kimi də qiy mətləndirilə bilər. 

Bizans  tarixçisi  Menandr  (VI  əsr)  məhz  bu  dövrdə  Kürün  sol  sahilində 

sabirlərlə  yanaĢı  yaĢayan,  sonralar  isə  sağ  sahilə  köçürülən  alanlar  haqqında  da 

məlumat  verir.  Bu  tarixçin in  yazdığına  görə,  VI  əsrin  70-ci  illərində  Bizansın 

Albaniya  ərazisinə  hücumundan  sonra  rumların  tərəfini  saxlamağa  məcbur  edilmiĢ 

sabirlər və  alanlar  Kürün sağ sahilinə  köçürülmüĢ,  lakin sonradan yenidən  iranpərəst 




27 

 

mövqelərini qoruya bilmədilər. 



ġimali  Qafqaz  sabirlərin  Albaniyaya  köçməyən  qalıqları  isə  Dağıstan 

ərazisində  yaĢayan  köçəri və  yarımköçəri  tayfalarla  qarıĢaraq,  barsillər  və  baĢqa  etnik 

qruplarla birlikdə paytaxtı Varaçan (Bələncər) olan "Hunlar məmləkəti"ni yaratdılar. 

VI  əsrin  II  yarısından baĢlayaraq sabir,  bulqar, barsil  və b.  türkdilli  Qafqaz 

tayfaları  ilə  birlikdə  Monqolustandan  Qara  dənizədək  böyük  bir  ərazini  əhatə  edən 

Türk  xaqanlığın ın  tərkibinə  daxil  olmuĢ xəzərlər həmin tayfalar arasında aparıcı rol 

oynamağa baĢladı. VII əsrin 20-ci illərində Bizans imperatoru Ġraklinin (610-641) Ġrana 

yürüĢü  zamanı  xəzərlər  Bizansın  tərəfində  Cənubi  Qafqaza soxulmuĢ  türk  qoĢunları 

arasında əsas  qüvvəni  təĢkil  etdilər.  Dərbəndi,  Tiflisi,  o cümlədən bütün Albaniyanı 

iĢğal  edən  xəzərlər  Türk  xaqanlığında  ara  müharibələri baĢlananadək  (630-cu  ildə) bu 

yerləri əllərində saxladılar.  Elə buna görə də bir müddət sonra buralara gəlmiĢ ərəblər 

çox  vaxt  bu  ölkələri  Azərbaycanla  birlikdə  "Xəzərlər  (yəni  türklər)  ölkəsi" 

adlandırırdılar. 

Bütün deyilənlər  VII  əsrə  yaxın  Azərbaycan  əhalisinin tərkibində,  əvvəllər 

olduğu  kimi,  türkdilli,  irandilli  və  qafqazdilli  komponentlərin  olduğunu  təsdiq  edir; 

lakin  VI  yüzilin  sonlarından  baĢlayaraq bu tərkibdəki  türk  komponenti  bir  qədər  də 

üstünləĢir, türkdilli  əhalinin yayılma  arealı  daha da  geniĢlənir.  Tədricən  bu dil  bütün 

azərbaycanlıların daxili ünsiyyət dilinə çevrilir. 

Ço xsaylı tarixi və eləcə də linqvistik faktlar (V-VII əsrlərə aid yerli  Qafqaz 

mənbələrində türkizmlər, Azərbaycanın türkdilli toponimikası və s.) sübut edir ki, VII 

əsrin sonlarında qafqazdilli,  irandilli,  türkd illi  olmalarından  asılı  o lmayaraq  bütün 

azərbaycanlılar  arasında  funksional  birincilik  artıq türk  dillərinə  məxsus  idi.  Məhz  bu 

dövrdən,  mövcud  tayfa,  eləcə  də  dialekt  və  ləhcə  fərqləri  zəminində  ümumxalq 

Azərbaycan-türk  dili  formalaĢmağa  baĢladı;  məhz  bu  dövrdə  az  sonra  yeni  tarixi 

birliyin - Azərbaycan xalqın ın təĢəkkülünə gətirib ç ıxaran etnik,  ictimai -iqtisadi və 

mədəni dəyiĢikliklər üçün ilkin Ģərtlər hazırlandı. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 4,77 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə