Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,77 Mb.
Pdf görüntüsü
səhifə10/217
tarix08.09.2018
ölçüsü4,77 Mb.
#67585
1   ...   6   7   8   9   10   11   12   13   ...   217

22 

 

göstərmiĢdi. 



Cənubi  Azərbaycan  (Adurbadaqan)  əhalisinin  III-VII  əsrlərdə  etnik  tərkibi  və 

dilləri haqqında sinxron ədəbiyyat, demək olar ki, heç bir  məlu mat vermədiy i üçün 

bu barədə əsas mənbə əvvəlki və sonrakı dövrlərə aid antik və ərəb  müəlliflərin in 

əsərlərid ir.  Mənbələrin  təhlili  göstərir  ki,  Sasanilər  dövründə  imperiyanın 

vilayətlərindən  biri  olan  Albaniyadan  fərqli  olaraq  özünün  müstəqil  inzibati-idarə 

sistemi  olmayan  Adurbadaqanın  ərazisi  əsasən  türkdilli  və  irandilli  tayfalarla 

məskun  id i.  Əhalinin  bir  hissəsi  Ġran  dilləri  qrupunun  ləhcə  və  dialektlərində 

danıĢsa  da,  həmin  dil  qrupundan  olan  hakim  orta  fars -pəhləvi  dili  geniĢ  xalq 

kütlələrin in  danıĢıq  dili  ola  bilməmiĢ,  yaln ız  ka rgüzarlıqda  iĢlədilmiĢ,  hakim 

təbəqənin  dili  olmuĢdu.  Bunu  Cənubi  Azərbaycan  ərazisində  (MiĢkinĢəhrdə  və 

Taxtı  Süley manda)  bu  vaxtadək  həmin  dövrə  aid  yalnız  orta  farsdilli  yazılı 

abidələrin  aĢkar  edilməsi  də  təsdiq  edir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  tarixi 

toponimiya, bu dil və dialekt lərin Cənubi Azərbaycanda bu gün də qalan qalıqları, 

eləcə də həmin dillərdə yazılmıĢ və bizə gəlib çatmıĢ orta əsr yazılı ədəbiyyatının 

nümunələri sübut edir ki, Adurbadaqanın Ġran dialektləri orta fars dilindən kəskin 

seçilirdi.  X  əsrin  ortalarında  yazmıĢ  görkəmli  ərəb  alimi  və  səyyahı  əl-Məsudi 

Azərbaycan  əhalisinin  bir  hissəsinin  danıĢdığı  azəri  dilin i  fars  dilinin  dari  və 

pəhləvi  kimi  xüsusi  ləhcəsi  hesab  edirdi;  həmin  əsrin  sonlarında  Azərbaycanda 

olmuĢ baĢqa bir ərəb coğrafiyaçısı əl-Müqəddəsi bu dilin Ġran dilləri qrupuna daxil 

olduğuna etiraz etməsə də, onun çətin anlaĢıldığ ını, ağır olduğunu, bəzi sözlərin isə 

xo rasanlılarınkına o xĢadığını təsdiq edir

1

.



 

Ġran  dialektlərinin  bu  daĢıyıcıları  ilə  yanaĢı,  həmin  dövrdə  Cənubi 

Azərbaycan  ərazisinin  bəzi  yerlərində  həm  Adurbadaqan  dialektlərindən,  həm  də 

orta  fars  dilindən  fərqli  dialektdə  danıĢan  kürdlər  də  yaĢayırdılar;  bunu  ərəb 

iĢğalları prosesində azərbaycanlılarla (mənbədə: Azərbaycan əhalisi ilə) bağlanılan 

müqavilədə Balasakan və Savalan kürdlərin in adların ın çəkilməsi təsdiq edir. 

III əsr Azərbaycan ərazisinə türkdilli tayfaların axını ilə əlamətdard ır.  Hələ  Dionisi 

Periyeqet  (e.  II  əsri)  Xəzərsahili  xalqlar  haqqında  məlu matında  yazırdı:  "...ġimal-

qərb  tərəfdən  baĢlasaq...  Xəzər  dənizi  sahilində  birinci  yaĢayanlar  skiflərdir..., 

sonra  unnlar  (yəni  hunlar  -  N.  V.),  onlardan  sonra  kaspilər,  daha  sonra  dağlıq 

ölkədə yaĢayan döyüĢkən albanlar və kadusilər, onlara yaxın mərdlər,kirkanlar və 

tapirlərdir...” 

 

1

 



Burada IX yüzil ərəb alimi əl-Cahizin bir Ģəhadətini qeyd etmək yerinə düĢərdi; 

əl-Cahizin  təsdiq  etdiyinə  görə,  türklər  və  xorasanlılar  mahiyyətcə  bir  xalqdır,  oxĢar 

xasiyyətə malikdirlər, özləri də həmhüdud yaĢayırlar.

 

kanlar və tapirlərdir...” 

 



23 

 

 



Dionisin in  bu  mə lu matı  art ıq  II  əsrdə  Ģimallı-cənublu  Azərbaycan 

ərazisində  Qafqaz,  Ġran  və  türk  (unnlar-hunlar)  etnik  ko mponentlərin in 

mövcudluğuna dəlalət edir. 

Erməni  tarixçisi  Movses  Xorenatsinin  yazdığına  görə,  hökmdar  ValarĢın 

(Volo ke zin)  (197-215/6)  dövründə  "xəzir  (xəzər)  və  basil  (barsil)  kütlələri 

birləĢərək  öz  hökmdarları  Vnasep  Surxapın  baĢçılığ ı  ilə  Kür  çayın ı  keçd ilər  və 

onun  bu  biri  sahilinə  səpələndilər".  Ço xsaylı  ordu  ilə  köçərilərin  qarĢısını  kəsən 

ValarĢ  Çorayadək  onları  qaytara  bilsə  də,  özü  "qüdrətli  o xatanların  əlində"  həlak 

olur.  Ondan  sonra  hakimiyyət  baĢına  keçən  Xosrovun  (217-236)  dövründə 

mənbələrin  (Aqafangel  və  b.)  hunlar  adlandırdığı  həmin  türk  tayfaları  yenidən 

Cənubi  Qafqaz  ərazisində  görünürlər.  Bu  dəfə  onlar  Sasanilər  sülaləsinin  ilk 

hökmdarı  ĢahənĢah  I  ƏrdəĢirə  (224-241)  qarĢı  arĢakilərdən  olan  Xosrovun  təĢkil 

etdiyi koalisiyanın tərkibində mu zdlu döyüĢçülər kimi çıxıĢ ed irdilər.  

Bundan sonrakı 80 ildə mənbələr ġimali Qafqaz ərazisində yaĢayan köçəri 

tayfaların  bu  dağ  silsiləsinin  cənub  ətəklərinə  hücumu  faktın ı  qeydə  almayıb lar. 

Tədqiqatçılar  bunu,  bir  tərəfdən  köçəri  tayfaların  ġərq i  Qafqazyan ı  ərazidə 

yerdəyiĢmələri  və  hunların  o  dövrdən  "hunların  torpağı"  adlandırılan  ġimali 

Dağıstan ərazisində möhkəmlən mələri  ilə (bu ərazi  Bizans  mənbələrində o dövrdə 

görünür daha ön mövqe tutan barsillərin -  xəzərlərin adı ilə  Barsiliya kimi  məĢhur 

idi),  digər  tərəfdən,  məhz  bu  illərdə  (III  əsrin  II  yarısında),  gürcü  mənbələrindəki 

məlu mata  görə,  alanların  Cənubi  Qafqazın  qərb  zonasına,  o  cümlədən  Ġberiyaya 

hücumlarının fəallaĢ ması ilə bağlay ırlar. 

IV  əsrin  ilk  dekadasında,  mənbənin  "Ģimal  hökmdarı  Tedrexon" 

adlandırdığı  baĢçının  rəhbərliyi  ilə  Dərbənd  keçid ini  aĢan  barsillər  yenidən 

Albaniya ərazisinə hücum etdilər,  lakin  Qarqar dü zündə basıldılar.  Görünür,  məhz 

bu  məğlubiyyət  hunların  öz  cənub  qonĢuları  maskutlardan  (Cənubi  Dağıstan  və 

Azərbaycanın  həmhüdud  bölgəsində  məskun  idilər)  siyasi  asılılığın ı  təmin  edir. 

Tarixçi  Favstos  Buzand  IV  əsrin  30-cu  illərində  maskut  hökmdarı  Sanesanın 

(Movses  Xorenatsi  onu  Sanatruk  adlandırır)  "öz  baĢçılığı  altında  hunlardan, 

paxlardan,  tavasparlardan,  xeçmataklardan,  ijmaxlardan,  qatlar  və  qluarlardan, 

quqarlardan,  çilblə rdən  (cilv lərdən),  ba lasiçlə r  və  yeqersvanlardan  ibarət  böyük 

qoĢun"  toplayaraq  Ermənistana  yürüĢ  etdiyi  haqqınd a  məlu mat  verir.  Yerli 

mənbələ rdə  hun  və  alan  tayfaların ın  həmin  əsrin  60-c ı  illərində  Cənubi  Qa fqaz 

hadisələrində  iĢtirakı  haqqında  da  məlu mat  vardır.  Lakin  elə  bu  mənbələr  Cənubi 

Qafqaz  ərazisində  bu  vaxtadək  baĢ  verən  bütün  hərbi  əməliyyatlarda  fəal  iĢtirak 

edən  Ģimal  tayfalarının  sonrakı  mühü m  hadisələrdə,  xüsusilə  birləĢmiĢ  ermən i-

Ro ma  qoĢunu  ilə  iranlılar  arasındakı  Dzirav  döyüĢündə  (371-ci  il)  iĢtirak 

etmədiklərini  təsdiq  edir.  Tədqiqatçılar  bunu  ġimali  Qafqazda,  məh z,  bu  dövrdə 

baĢ  verən  və  nəticə  etibarilə  bütün  Avropa  dünyasını  sarsıdan  tarixi  hadisələrlə 

bağlayırlar.  Belə  ki,  IV  əsrin  60-cı  illərin in  lap  sonlarında  hunların  Asiyadan 




Yüklə 4,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə