Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,77 Mb.
Pdf görüntüsü
səhifə11/217
tarix08.09.2018
ölçüsü4,77 Mb.
#67585
1   ...   7   8   9   10   11   12   13   14   ...   217

24 

 

Avropaya  ikinci  və  əsas  hərəkatı  baĢlanır;  Volqanı  adlayan  yeni  hun  tayfaları 



ġimali  Qafqaz  düzlərinə  yayılırlar.  On ların  Azov  dənizi  ilə  Xə zər  dənizi  arasında 

köç edən alanlarla toqquĢmaları sonuncuların nəhayət ram edilmələri ilə baĢa çatır. 

377-378-c i  illə rdə  hunlar  a rtıq  Pannoniyada  (indiki  Macarıstanda)  möhkə mlənə 

bildilər. 

Əsas hun tayfaların ın 371-ci ildə ġimali Qafqaz düzlərindən qərbə - Qara 

dənizə,  sonra  isə  Dunay  sahillərinə  getmələri  heç  də  o  demək  deyildi  ki,  onlar 

Qafqa za,  o  cü mlədən  Azərbaycan  ərazisinə  daha  hücum  et mədilər.  Mənbələrdə 

395-c i ildə  Dunay sahillərindən Cənubi  Qafqa za və  Ön Asiyaya doğru yönəldilən 

dağıdıcı hun yürüĢləri haqqında çoxsaylı  məlu mat vardır.  Bizans yazıçı-dip lo matı, 

hun  hökmdarı  Attilanın  Dunaydakı  iqamətgahında  olmuĢ  Panili  Priskin  (V  əsr) 

məlu matına  görə,  Basix  və  Ku rsix  adlı  iki  sərkərdənin  baĢçılıq  etdikləri  hun 

qoĢunları "hansısa bir gölü" (Azov dənizin i)  keçərək, " 15 günlü k yoldan sonra bir 

dağı  (Qafqazı  -  N.  V.)  aĢdılar  və  Midiya  ərazisinə  yetiĢdilər".  Hadisələrin  canlı 

Ģahidi olmuĢ latın yazıçısı  Yevseviy Ġyeronim gördüyü dəhĢətləri belə təsvir edirdi: 

"...bütün  ġərq,  Qafqazın  vəhĢi  tayfalarının  qabağını  kəsən  Ġskəndər  bəndini  aĢan, 

...Meotidanın ucqarlarından qopub gələn hun dəstələrinin cəld atlarda oraya -buraya 

çaparaq,  hər  yeri  qırğ ın  və  dəhĢətə  düçar  etmələri  haqqındakı  qəfil  xəbərdən 

lərzəyə  gəld i".  Sasanilərin  və  b izanslıların  tabeliyində  olan  b ir  ço x  yerləri,  o 

cümlədən Suriya,  Kappadokiya, Fin ikiya, Fə ləstin, Misir və s. Ölkələri çalıb-çap ıb 

geri  qayıdan  hunlar,  bu  dəfə yollarını  Xə zə r  sahili  boyunca,  AbĢerondan saldılar, 

"sualtı  qayanın  dibindən  qalxan  alovun"  yanın dan  keçərək,  Dərbənd  keçidi 

vasitəsilə ö z yerlərinə döndülər. 

Hunların  ġimali  Qafqazda  qalan  hissəsi  V  əsrin   əvvəllərində  onoqur 

(onoğıız  -  ?)  tayfasının  baĢçılığ ı  ilə  hun-bulqar  tayfa  birliyin i  yaratdı.  Ermən i 

tarixçisi  Yeq iĢenin (YeliĢe, V əsr) əsərində bu tayfa haylandur adı ilə qeydə alınıb. 

Onun  məlu matma  görə  "honların  ölkəsi",  "haylandurların  ölkəsi"  "honların  

qapısı"ndan - Çora (Dərbənd) qalasından Ģimala doğru ərazini tuturdu. 

Yerli  mənbələrin  təhlilindən  belə  nəticə  çıxarmaq  olur  ki,  onoqurların 

(haylandurların)  V  əsrin  əvvəllərindən  yenidən  baĢlamıĢ  yürüĢləri  ilə  Ģimal 

tayfaların ın Azərbaycan ərazisinə əsas məqsədləri talan və qənimət olan hücumları 

davam etdirilir. 

Azərbaycan ərazisinə bu dövrdə hücum edən tayfalar arasında onoqurlarla 

yanaĢı, Ģübhəsiz,  mənbələrin bəzən ü mu mi "hun" adı ilə birləĢdird iyi oğur (oğuz), 

saraqur (sarı oğuz), akatsir (ağac ər, ağ xəzər  - ?), bardur (bayundur?), kutriqur, 

kəngər və b. tayfalar da vardı. 

Moisey  Kalankatlı  "II  Yəzdigərd in  [438-454]  hakimiyyətindən  iyirmi  il 

əvvəl", yəni  V əsrin  20-ci illərində Albaniyanın Sünik vilayətinə "böyük ordu ilə"  

gələrək, burada yurd salmıĢ, sözsüz ki, oğuz (oğur) türklərinin "adlı-sanlı nəslindən 

olan Qor və Qazan adlı  iki qardaĢ" haqqında məlu mat verir.  V əsr ermən i tarixçisi 

Parblı  Lazar  indiki  Naxçıvan,  Cənubi  Azərbaycan  və  onlara  yaxın  ərazilərdə 




25 

 

məskunlaĢ mıĢ  kəngərlərin  yaĢadıqları  yeri  "Kəngərlərin  vilayəti",  oradakı  dağı 



"Kəngərlərin dağı" ad landırırdı. 

Əsasən  Çora  -  Dərbənd  keçidindən  olan  bu  axının  qarĢısını  almaq  üçün 

Sasanilər  burada  güclü  müdafiə  qurğuları  yaratmıĢ,  Albaniyada  nizami  atlı 

dəstələri yerləĢdirmiĢdilər. 

Ġstər  Ġran,  istərsə  də  Bizans,  bəzən  isə  Albaniyanın  özü  də  Qafqaz 

keçid lərini  hun-bulqar  birliy indən  olan  tayfalardan  qorusalar  da,  yeri  gələndə 

onlardan  öz  hərbi  məqsədləri  üçün  istifadə  edirdilər.  450-451-ci  illər  hərəkatı 

dövründə  "alban  hökmdarları  nəslindən  olan  Vahanın"  vasitəçiliy i  ilə  onoqurlarla 

bağlanmıĢ sülh müqaviləsi Ġrana qarĢı mübarizədə onların da iĢtirakın ı təmin etməli 

idi.  Lakin  vədlərinə  xilaf  çıxan  onoqurlar  Sasanilərin  qələbəsi  ilə  nəticələnən 

Avarayr  döyüĢündən  yalnız  bir  il  sonra,  452-ci  ildə,  yenidən  Cənubi  Qafqaz 

ərazisinə  hücum  edib,  təkcə  Ġranın  deyil,  Bizansın  da  torpaqlarını  talan  edərək, 

Mesopotamiyayadək irəlilədilər. 

Onoqur  -  haylandurlar  haqqında Azərbaycanla  bağlı  yeni  mə lu mat  alban 

hökmdarı  Vaçenin  üsyanının  yatırılmasında  onların  bu  dəfə  Sasanilər  tərəfində 

çıxıĢ etmələri ilə əlaqədardır. 

V  əsrin  60-cı  illərində  onoqurlar  Albaniya  əra zisində  ola rkən,  ġimali 

Qafqazdakı  siyasi  vəziyyət  kəskin  surətdə  dəyiĢdi.  Buna  hunların  sabirlər  adı  ilə 

tanman yeni qüdrətli tayfasının Xəzərin Ģimal-qərb sahillərinə gəlməsi səbəb oldu. 

ĠrtıĢyanı torpaqlardan türk-avar tayfalarının sıxıĢdırıb çıxard ıqları sabirlər 

("Sibir"  toponimi  onların  adın ı  özündə  saxlamıĢdır)  öz  növbələrində  Kalmık 

çöllərində  yaĢayan  saraqurları,  daha sonra  isə  Azərbaycandan  qayıtmıĢ  onoqurları 

onların  yurd  yerlərindən  qovub  çıxartdılar.  Bu  hadisə  Volqadan  Dunayadək  geniĢ 

bir ərazidə  məskən salmıĢ  mü xtəlif türk tayfalarının b ir-birinə qənim  kəsilməsinə, 

yeni yerdəyiĢmələrə səbəb oldu. 

V  əsrin  sonlarında  ġərq i  Qafqazyanı  düzlərdə  sabirlə rin  baĢçılıq  etdiyi 

köçəri  tayfalar  ittifaq ı  yarandı.  Məhz,  bu  ittifaq  onoqurların  baĢçılıq  etdiyi  hun-

bulqar tayfalarının  ilk iri birliyin in parçalan masına və nəhayət dağılmasma gətirib 

çıxartdı. 

Qafqazın  Ģimalında  cərəyan  edən  bu  proseslərin  əks -sədası  onun 

cənubunda  baĢ  verən hadisələrin  inkiĢafına  da  təsir  etməyə  bilməzdi.  481-ci  ildə 

Sasanilərə qarĢı çıxıĢ edən albanlar  kö mək üçün yenə də hunlara  müraciət etdi lər. 

Bu  hadisələr  haqqında  daha  geniĢ  məlu mat  verən  Parb lı  Lazar  ü mu mi  "hon" 

termin ini  iĢlətdiy i  üçün,  köməyin  konkret  hansı  hunlardan  göndərildiyin i  açmaq 

mü mkün  deyil.  Lakin  artıq  466-cı  ildə  öz  təĢəkkül  prosesinin  ilk  mərhələsinə 

qədəm  qoymuĢ  yeni  hun-bulqar  hərbi-siyasi  ittifaqı  məhz  sabirlərin  baĢçılığı  ilə 

meydana  çıxmıĢdı.  Onların  elə  bu  dövrdən baĢlayan  cənuba  doğru  ekspansiyaları 

haqqında  yerli  və  baĢqa  mənbələr  ço xlu  məlu mat  verir.  Bu  mənbələrin  təhlili 

göstərir  ki,  öz  hakimiyyətlərini  Cənubi  Qafqaz  ərazisinə  də  yaymaq  istəyən,  VI 

əsrin  əvvəllərində  artıq  qüdrətli  tayfa  ittifaqın ın  baĢında  duran  sabirlər,  görünür, 




Yüklə 4,77 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə