Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə16/216
tarix15.03.2018
ölçüsü4,72 Mb.
#31662
1   ...   12   13   14   15   16   17   18   19   ...   216

36 

 

tikintisi və s.) də mövcud idi. 



Beləliklə,  əkinçi  icmaçılar  -  Ģinakanlar  dövlətin,  feodalların  (azatların), 

kilsənin xeyrinə tikinti və hərbi mükəlləfiyyətlərini  yerinə yetirərək, bunun üçün ellik 

zəmanətlə cavabdeh olurdular. 

Albaniyanın  Sasani  Ġranından  vassal  asılılığı  yerli  əhalinin həm  də  Sasanilər 

tərəfindən istismar edilməsinə səbəb olmuĢdu. 

ġahənĢah  Kəvad  zamanı  vergi  sistemində  baĢlamıĢ  yenidənqurma  I  Xosrov 

ƏnuĢirəvan  tərəfindən  baĢa  çatdırıldı.  Onun  həyata  keçirdiyi  siyasi-inzibati  və  vergi 

islahatlarından  sonra  alban  əhalisinin  istismarı  xüsusilə  gücləndi.  Torpaq  vergisinin 

(xaraqın) düzgün ödənilməsi üçün "çöl, düz və dağlar" siyahıya alındı. Əvvəlki  "tüstü" 

pulu vergisini əvəz edən can vergisini almaq üçün əhalinin  yenidən siyahıya  alınması 

keçirildi. 

Torpaq  vergisini  heç  bir  fərq qoymadan əhalinin bütün təbəqələri  ödəyirdi, 

can vergisi isə ancaq aĢağı zümrələrdən - kəndlilərdən və Ģəhərlilərdən alınırdı. 

Xəzər  iĢğalından  sonra  Albaniya  yeni  vergilərə  məruz  qaldı.  628-ci  ildə 

xəzərlərin  ikinci  yürüĢündən  sonra  faktiki  olaraq  xəzərlər  tərəfindən  iĢğal  olunan 

Albaniya, siyasi  cəhətdən onlara tabe  edildi;  xəzərlər  Albaniyanı özlərinə  tabe  ərazi 

elan  etdilər.  629-cu  ildə  Albaniyada "Ģimal  hökmdarı"  (yəni,  xəzər  xaqanı)  tərəfindən 

göndərilmiĢ vergiyığanlar göründülər; onlar hələ I Xosrov dövründə əhalinin siyahıya 

alın ması  əsasında  tərtib  edilmiĢ  kadastrları  rəhbər  tutdular.  Alban  tarixçisinin 

məlu matına  görə,  xəzərlər  də  farslar  kimi,  Ġran  məmləkətinin  keçirdiyi  siyahıya-

almaya uyğun olaraq əhalidən didrahma

1

 tələb edirdilər. 



Moisey Kalankatlının yazdığına görə, ġimal hökmdarı qızıl əldə etmək, gümüĢ 

əritmək,  dəmir  çıxarmaq  və  mis  emal  etmək  sahələrində  çalıĢan  sənətkarlara 

nəzarətçilər təyin etdi. 

Vergi  tutmaq  məqsədilə  alverçi,  tacir  və  bazarlara,  eləcə  də  Kür  və  Araz 

çaylarından balıq tutulmasına nəzarət edən müfəttiĢlər müəyyənləĢdirildi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

1

 Didrahma - Bizans qızıl pulu (6,8 q) 




37 

 

§ 5. ALBANLARIN  TƏSƏRRÜFAT  HƏYATI 

 

Tarixi ġimali Azərbaycan - Albaniya ərazisinə təbiət hər Ģeyi səxavətlə bəxĢ 



etmiĢdi; əlveriĢli iqlim,  zəngin meĢələr, məhsuldar və yaxĢı suvarılan çöllər və düzlər, 

geniĢ  yaylaqlar  və  qıĢ  otlaqları,  faydalı  qazıntılar.  Albaniyada  hər  biri  təsərrüfatın 

müəyyən sahəsinin inkiĢafı üçün əlveriĢli Ģərait yaradan bir neçə torpaq  - iqlim  zonası 

var  idi.  Ya xĢı  suvarılan  məhsuldar  sahələr,  eləcə  də  süni  suvarmaya  ehtiyacı 

olmayan, kifayət qədər yağıĢ düĢən dağətəyi rayonlar ölkə əhalisinin əsas təsərrüfat 

forması  olan  əkinçiliy in,  onun əsas sahələri olan tarlaçılıq, üzümçülük və Ģərabçılığın 

zonası  idi.  Əkinçilik  Kür-Araz  ovalığında  və  Xəzəryanı  düzlərdə  geniĢ  inkiĢaf 

tapmıĢdı. Buranın torpağı öz münbitliyi və məhsuldarlığı ilə həm antik, həm də orta əsr 

erməni  və  ərəb  müəlliflərini  heyrətə  gətirirdi.  Hələ  Strabon  (e.ə.  I  -  e.  I  əsr)  qeyd 

edirdi ki, Alban düzü çaylar və digər sularla Babil və Misir düzlə rindən daha yaxĢı 

suvarılır. 

Dağətəyi  rayonlardan  fərqli  olaraq  Kür-Araz  və  Xəzəryanı  düzlərdəki 

əkinçilik  süni  suvarmasız  mümkün  deyildi.  Burada  qalıqları  ölkən in  mü xtəlif 

hissələrində  -  Mil  düzündə  (Govurarx),  Muğanda  və  Xəzəryanı  rayonlarda  aparılan 

qazıntılar və axtarıĢlar nəticəsində aĢkara çıxarılan mürəkkəb və geniĢ Ģaxəli irriqasiya 

(arxlar və kəhrizlər, kanallar Ģəbəkəsi) sistemi var idi. Ölkənin əsas su arteriyası qolları 

ilə birlikdə Kür və Araz çayları idi. 

Arxeoloji  məlumatlara  görə,  albanlarda  Ģum  əkinçiliyi  mövcud  idi.  Torpaq, 

qalıqları  Mingəçevirdəki  orta  əsr  yaĢayıĢ  məskənində  aĢkara  çıxarılmıĢ  dəmir 

gavahının  köməyi  ilə  Ģumlanırdı.  Arxeoloqlar  xeyli  miqdarda  biçin  alətləri  -  dəmir 

oraqlar, dəryaz kərəntiləri, habelə dərz bağlamaq üçün sümük yabalar aĢkara çıxarmıĢlar. 

Moisey  Kalankatlının  məlumatına  görə,  Kür  çayının  hər  iki  sahili  boyunca  arpa  və 

buğda becərilirdi. Albaniyada həmçinin yabanı arpa bitir, darı becərilirdi. 

Mingəçevir  rayonunun  Sudağılan  kəndində,  habelə  Xınıslı  Ģəhərgahında 

aparılan arxeoloji qazıntılar nəticəsində arpa, darı və buğda qalıqları aĢkara çıxmıĢdır. 

Yazılı  qaynaqlara,  eləcə  də  arxeoloji  materiallara  görə dənli  bitki  məhsulları  torpaq 

quyularda, habelə  iri  təsərrüfat  küplərində saxlanılırdı.  Taxılın  döyülməsində  ağac və 

daĢ vəllərdən, ağac dəyənəklərdən, habelə mal-qaranın köməyindən istifadə olunurdu, 

bu  zaman  heyvanların  hərəkəti  taxılın  dırnaqla  döyülməsinə  səbəb  olurdu.  Dən, 

dəyirman  daĢları və daĢ  kirkirələrlə  üyüdülürdü.  Çoxsaylı  əkinçilik  alətlərinin, habelə 

taxılın  saxlanılması  üçün  düzəldilən  torpaq  quyuların  aĢkar  edilməsi  əkinçiliyin 

yüksək inkiĢaf səviyyəsinə çatdığını sübut edir. 

Albaniya  öz  üzüm  tənəklərinin  qeyri-adi  məhsuldarlığı  ilə  Ģöhrət  tapmıĢdı. 

Ölkədə bağçılıq çox inkiĢaf etmiĢdi; əncir, nar, albalı, sitrus bitkiləri, Ģaftalı, Ģabalıd, zoğal, 

qoz, zeytun və s. yetiĢdirilirdi. Ərəb müəllifləri burada zəfəran, kətan və tut yetiĢdirildiyini 

qeyd edirlər. 

Bağçılıqla  yanaĢı  bostançılıq  da  Azərbaycanda  geniĢ  yayılmıĢ  təsərrüfat 

sahələrindən  biri  olmuĢdur.  Örənqala  Ģəhərgahında  arxeoloji  qazıntılar  nəticəsində 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə