Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə19/216
tarix15.03.2018
ölçüsü4,72 Mb.
#31662
1   ...   15   16   17   18   19   20   21   22   ...   216

42 

 

dulusçuluq  istehsalından  xəbər  verir.  Bu  dövrdə  Dərbənd  həm  də  mühüm 



beynəlxalq ticarət  mərkəzinə çevrilir; ehtimal ki, bu  zaman o daha ço x  Xəzəryanı 

ticarət yolunun ən böyük tranzit məntəqəsi rolunu oynayırdı.  

ġəhər  ərazisinin  sahəsinə  (150  ha-a  yaxın)  görə  Dərbənd  Ön  Asiya, 

Cənubi  Qafqaz  və  Orta  Asiyanın  bir  çox  ən  iri  erkən  orta  əsr  Ģəhərlərin i  xey li 

geridə  qoyurdu.  Arxeolo ji  məlu mat lara  görə,  dənizkənarı  rayon  hesaba 

alın mamaqla Ģəhərin  məskunlaĢmıĢ ərazisin in ü mu mi sahəsi 26-27 ha-a çatırdı ki, 

bu da Ģəhərin divarlarla əhatə olunmuĢ sahəsinin 1/6 hissəsini təĢkil edird i.  

QuruluĢ  baxımından  Dərbənd  aydın  Ģəkildə  iki  tərkib  h issəyə  ay rılır: 

içqala  və  Ģəhərin  özü;  indi  narınqala  adlanan  içqala  xüsusi  yer  tuturdu.  Bu,  Ģəhər 

hakiminin  iqa mətgahı,  onun  sarayı  və  qarnizonun  yerləĢdiyi  yer,  inzibati,  hərbi-

siyasi  və  mədəni  mərkəz  id i.  2,5-3,5  m  qalın lıqda,  ayrı-ayrı  sahələrdə  hündürlüyü 

20-25  m-ə  çatan  möhtəĢəm  divarlar  onu  alın maz  qalaya  çevirir.  Ġlkin  o rta  əsrlər 

Dərbəndi Ģəhər strukturunun bir hissəsi olan rabada (Ģəhər ətrafına)  malik deyild i; 

beləliklə, d ivarlarla əhatə olun muĢ çox böyük ərazi Ģəhərə kifayət qədər iri sahədə 

geniĢlənmək və in kiĢaf etmək imkanı verirdi. 

ġəhərin  sosial  strukturuna  gəldikdə  isə,  qeyd  etmək  lazımdır  ki, 

narınqalada alban hökmdarları, sonralar isə Sasanilər tərəfindən təyin edilən Ģəhər 

hakimi otururdu. Sasani Ģahlığ ının  Dərbənddəki caniĢini  V əsrdə " mərzban"  titulu 

daĢıyırdı.  ġəhər  əyanlarından  ibarət  hakim  siniflə  xırda  alv erçi  və  sənətkarlar 

arasındakı təbəqəni təĢkil edən döyüĢçülər Ģəhər cəmiyyətinin strukturunda  xüsusi 

yer tuturdular. Sasanilər sərhədlərin  mühafizəsi üçün Dərbənddə hərbi kolon istləri 

yerləĢdirərə k, onla ra torpaq paylayırdıla r.  

Dərbənd  o  dövrdə  ġərqi  Qafqazda  olan  əsas  xristian  mərkəzlərindən  biri 

kimi də tanın mıĢdı. 

Tədqiq edilən dövrdə Beyləqan, ġamaxı, ġabran, Xalxal, ġəmkir, A maras, 

Xunan kimi Ģəhərlər də məĢhur id i. 

 

 

 



 

 

§ 7. TĠCARƏT VƏ PUL DÖVRĠYYƏSĠ 

 

Erkən orta əsrlər dövründə Albaniya təbii ehtiyatlarına və coğrafi Ģəraitinə 



görə  bir-b irindən  fərqlənən  vilayətlərdən  ibarət  geniĢ  ərazin i  tuturdu.  Bu  fərq 

özünü  ayrı-ayrı  vilayətlərin  məhsullarında  da  göstərirdi.  Albaniyanın  təbii 

ehtiyatları  baĢqa  ölkə lərin  də  d iqqətini  cə lb  edird i.  Bundan  əlavə,  A lbaniya 

ərazisindən  bir  sıra  tran zit  ticarət  yolları  keçirdi.  Xəzər  dənizinin  qərb  sahili 

boyunca  uzanan  yol  xüsusilə  canlı  idi.  Bu  yol  Cənubi  Qafqazı,  o  cümlədən 

Azərbaycanı həm  Yaxın və Orta ġərqin  mədəni  mərkəzləriylə, həm də Qafqaz sıra 




43 

 

dağlarından  Ģimalda  yerləĢən  ölkələrlə  birləĢdirirdi.  Burada  daxili  və  tranzit 



səciyyəli baĢqa ticarət yolları da fəaliyyət göstərirdi.  

Əkinçiliyin və maldarlığın, habelə sənətin müxtəlif sahələrinin  inkiĢafı əmtəə 

istehsalına və ticarətə təkan verdi. Əhali izafi məhsulu bazarlarda satırdı. Əmtəənin bir 

hissəsi  istehsalçıların  özləri  tərəfindən  satılırdı.  Lakin  çox  vaxt  istehsalçılarla 

istehlakçılar  arasında  vasitəçi  kimi  əsas  iĢləri  alıĢ-veriĢ  olan  tacirlər  çıxıĢ  edirdilər. 

Ticarətlə  daha  çox  Ģəhərlilər  məĢğul  olurdular.  Əhalinin,  xüsusilə  Ģəhər  əhalisinin 

təsərrüfat həyatında ticarətin mühüm ro l oynadığını Azərbaycan və Cənubi Dağıstan 

ərazilərində  aparılan arxeoloji  qazıntılar  zamanı  aĢkar  olunmuĢ  çoxsaylı  materiallar 

təsdiq  edir.  Azərbaycanda  bu  cür  materiallar  Mingəçevirdə,  Qəbələdə  və  ġamaxıda 

daha çox aĢkar olun muĢdur. 

Mingəçevirdəki  2 saylı  yaĢayıĢ yerində,  erkən orta  əsrlər dövrü  təbəqəsində 

ticarətə aid baĢqa materiallarla yanaĢı, bürüncdən hazırlanmıĢ asma tərəzi qolu aĢkara 

çıxarılmıĢdır. 

Bir çox arxeoloji tapıntılar yerli əhalinin beynəlxalq ticarət əlaqələri haqqında 

təsəvvür  yaradır.  Bu  tapıntılar  xaricdən  gətirilmiĢ  mü xtəlif  məmulatla  təmsil olunub. 

Onların  arasında  Çində  istehsal  olunmuĢ  ipək  parça  qalıqları,  ayrı-ayrı  ölkələrdən 

gətirilmiĢ  mü xtəlif bəzək əĢyaları, iĢlək üzlərində mü xtəlif rəsmlər həkk olunmuĢ daĢ 

möhürlər (gemmalar), ĢüĢə qablar, yüksək zövqlə hazırlanmıĢ  gümüĢ qablar, ço xsaylı 

sikkələr və s. vardır. 

Ġpək parça qalıqları Mingəçevirdəki erkən orta əsrlər dövrünə aid qəbirlərdə 

tapılmıĢdır. 

Azərbaycanda  erkən  orta  əsrlərə  aid  abidələrdə  aparılan  qazıntılar  zamanı 

qliptika  incəsənətinin çoxsaylı  nümunələri  -  gemmalar  aĢkar  edilmiĢdir.  Bu  məmulat 

baĢlıca olaraq  möhür  kimi  iĢlədilirdi.  Lakin  onlar  eyni  zamanda  bəzək  əĢyaları  idi. 

Onların  bir  ço xu  Ġrandan  gətirilmiĢ  və  yaxud  Ġran  incəsənətinin təsiri  altında Azər-

baycanda hazırlan mıĢdı. 

Azərbaycan  ərazisində  arxeoloji  qazıntılar  zamanı  çoxlu  ĢüĢə  qab  aĢkar 

edilmiĢdir.  Onların  çoxu  ticarət  yolu  ilə  Finikiya,  Suriya  və  Fələstindən  gətirilmiĢdi. 

Erkən orta əsrlər dövründə Albaniyada da ĢüĢə məmulatının istehsalına baĢlandı. Bu ĢüĢə 

qablar ġimali Qafqaz və xüsusilə Dağıstan ərazisində daha çox aĢkara çıxarılmıĢdır. 

Tarixi  Albaniyanın  ərazisində  aĢkar  olunmuĢ  arxeoloji  materiallar  arasında 

torevtika  məmulatı  xüsusi  diqqətə  layiqdir.  Onların  bir  qismi,  Ģübhəsiz,  baĢqa 

ölkələrdən gətirilmədir. 

Gü müĢdən  hazırlanaraq  qızılı  rənglə  boyanmıĢ,  hal-hazırda  Sankt-

Peterburqun  Dövlət  Ermitajının  kolleksiyasında  saxlanılan  dolça,  Azərbaycanda  və 

Cənubi  Dağıstanda  hazırlanan  digər  tapıntılar  da  bu  cür  məmu latlar  dairəsinə 

daxildir. 

Azərbaycan  ərazisində  ilk  orta  əsrlər  dövrünə  aid  abidələrdə  aparılmıĢ 

arxeoloji  araĢdırmalar  zamanı  idxal  olunmuĢ  baĢqa  əĢyalara  da  təsadüf  edilir  və  bu 

əĢyalar həmin  dovrün ticarət əlaqələrindən  xəbər  verir.  Onların  arasında çoxlu  bəzək 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə