Azərbaycan diLİ VƏ tariXİ


§ 8. DÖVLƏT HAKĠMĠYYƏTĠ VƏ ONUN



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə21/216
tarix15.03.2018
ölçüsü4,72 Mb.
#31662
1   ...   17   18   19   20   21   22   23   24   ...   216

46 

 

§ 8. DÖVLƏT HAKĠMĠYYƏTĠ VƏ ONUN 



ĠNSTĠTUTLARI 

 

Alban  cəmiyyətinin  siyasi  strukturunu  I-VI  əsrlərdə  alban  arĢakiləri 



sülaləsindən olan hökmdarların,  VII əsrdən isə Mihranilər sülaləsindən olan böyük 

knyazların  baĢçılıq  etdiyi  mərkəzləĢdirilmiĢ  feodal  dövləti  kimi  səciyyələndirmək 

olar.  Albaniyanın  xarici-siyasi  vəziyyətinin  xüsusiyyəti  (Dərbənd  keçidin in 

mühafizəsi),  xarici  təhlükən in  dəf  edilməsi  idarəçilikdə  mərkəzləĢmən in  güc-

lən məsinə  gətirib  çıxarmıĢ,  dövlətçiliy in  rolunu  yüksəltmiĢdi.  Dövlət  hakimiyyəti 

ictima i-iqtisadi  və  ideoloji  həyatın  bütün  sahələrini  n iza mla mağa  çalıĢırdı. 

Albaniyada  taxt-tacın  nəslən  keçməsin in  qəti  müəyyənləĢdirilmiĢ  qaydası  y ox  idi. 

Hökmdar ö lkən in qanunvericisi və baĢ hakimi  idi, o, dünyəvi və dini hakimiyyətin 

məĢvərətçi  və  qanunverici  orqanı  olan  məclisə  -  məhkəməyə  baĢçılıq  edirdi. 

Ölkənin bütün hərbi qüvvələrin in baĢ komandanı da o idi.  

Albaniyanın  əsas  idarəçilik  vəzifələri  hazarapet,  hramanatar  və  sparapet 

idi. 


Hazarapet  orta  fars  istilahı  olub,  hərfən  "minbaĢı"  deməkd ir.  Hazarapet 

vəzifəsi  ən  qədim  zamanlardan  Ġranda  mövcud  idi.  Bu,  Əhəmən ilər  dövründə 

mü lki  sahəyə  keçirilmiĢ  hərbi  istilahdır.  Bu  istilah  Parfiya  dövründə  də,  Sasanilər 

dövründə də qorunub saxlanılmıĢdır. 

Albaniyada  isə  hazarapet  ən  yüksək  dövlət  vəzifələrindən  biri  idi.  O, 

alban kilsəsinin baĢçısı ilə birlikdə Albaniyadan ermənilərin yaĢadıqları vilayətlərə 

nümayəndəlik  təĢkil  etmiĢ,  hökmdar  və  hra manatarla  b irlikdə  alban  əyanların ın 

sırasında  Aquen  qanunlarına  ö z  möhürünü  vurmuĢdu.  Mətnlər  Albaniya  üçün 

hazarapetin hərbi və yaxud  mü lki vəzifə olduğunu aydınlaĢdırmağa  imkan vermir. 

Mətnlərdən  görünür  ki,  alban  hökmdarı  III  Vaçaqanın  hakimiyyəti  dövründə 

Albaniyada yalnız iki və zifə  - haza rapet və hra manatar var idi.  

Ġranla  analogiyaya  görə,  Albaniya  hramanatarın ın  həm  də  baĢ  vəzir 

olduğunu və bütün dövlət iĢlərinə nəzarət etdiyini ehtimal etmək olar.  

Ġranda və Ġberiyada müstəqil dövlət gəliri idarəsinin  olması Albaniyada da 

buna  bənzər  idarənin  mövcud  olduğunu  güman   etməyə  imkan  verir.  Görünür, 

hazarapet  bu  vergilər  idarəsinə  baĢçılıq  edirmiĢ.  "Alban  tarixi"ndə  hazarapet  vəzifəsi 

yalnız V əsrdə xatırlanır. Hökmdarın təsərrüfat baxıcısı kimi hazarapet vəzifəs i hökmdar 

hakimiyyəti ilə, hökmdar torpaq sahibliyi ilə, hökmdar  torpağında  yaĢayan, bilavasitə 

istehsalçıların  xəzinəyə vergi ödəmələri ilə əlaqədardır. Lakin feodal torpaq sahibliyinin 

inkiĢafı,  hökmdar  torpaqları  fondunun  məhdudlaĢması  ilə  hazarapetin  daĢıdığı 

təsərrüfat və maliyyə funksiyalarının tədricən feodallara keçdiyini, VI əsrin əvvəllərində 

isə hökmdar hakimiyyətinin ləğvi ilə hazarapet vəzifəsinin də aradan çıxdığını və maliyyə 

funksiyalarının bilavasitə caniĢinlərə - mərzbanlara keçdiyini güman etmək olar. 

Albaniyanın üçüncü əsas idarəçilik vəzifəsinin daĢıyıcısı olan sparapet (qədim 

fars istilahı) ölkənin bütün hərbi qüvvələrinin baĢ komandanı idi. 



47 

 

Bu vəzifə yalnız ölkədə hökmdar hakimiyyətinin olmadığı dövrdən - VII əsrdən 



qeydə  alınmıĢdır.  "Alban  tarixi"ndə  Albaniyanın  böyük  knyazı  CavanĢir  Albaniya 

sparapeti kimi təqdim edilir. Bu məlumata görə, alban qoĢunu Albaniyanın böyük knyazı 

Varaz Qriqorun oğlu gənc CavanĢirin baĢçılığı altında Ġran tərəfdə, ərəblərə qarĢı çıxıĢ 

etdi.  Ġran Ģahı  III  Yəzdigərd onu Albaniyanın sparapeti təyin etdi.  CavanĢirin varisləri 

olan  Varaz  Tiridatın  və  ġeroyun  dövründə  sparapet  vəzifəsini  artıq  böyük  knyazlar 

deyil, baĢqa Ģəxslər tuturdular. 

Albaniyanın  böyük  knyazı  Varaz  Tiridatın  zamanında  baĢ  komandan  kimi 

"zoravar" (qədim fars termini) istilahı qeydə alınmıĢdır. 

Belə  bir  fakt  diqqətə  layiqdir  ki,  Aquen  məclisi  iĢtirakçılarının  siyahısında 

yalnız iki vəzifənin - hramanatar və hazarapetin adları çəkilir. Əlbəttə, bu dövrdə hərbi 

idarənin  olmaması  az  ağlabatandır.  Ola  bilər  ki,  alban  arĢakilərinin  hökmdarlığı 

dövründə  sparapet  vəzifəsini  hökmdarlar  özləri  tutmuĢ,  buna  görə  də  Aquen  qanun -

larında bu vəzifənin  adının  çəkilməsinə  ehtiyac qalmamıĢdı;  çünki  hökmdarın  burada 

iĢtirakı qeyd olun muĢdur. 

Güman  etmək  olar  ki,  Albaniyada sparapet vəzifəsi yalnız  alban hökmdarları 

hakimiyyətinin süqutundan sonra, böyük alban  knyazları  Mihranilərin  hakimiyyətinin 

qurulması dövründə formalaĢmıĢdır. Bu vəzifəni həm böyük knyazlar, həm də baĢqa 

Ģəxslər tuta bilərdilər. 

Alban  qoĢunu  azat  patronimiyalarının  meydana  çıxardıqları

 

dəstələrdən 



təĢkil o lunurdu. Hər bir azat patronimiyası qoĢundan baĢqa özünün üzük-möhürünə 

də  malik  id i.  Bu  möhürlə  ü mu mdövlət  əhəmiyyətli  yazılı  sənədlər,  habelə 

nahararlıq ların sənədləri təsdiqlənirdi. 

 

 



 

 

 



§ 9. SĠNFĠ MÜBARĠZƏ VƏ SOSĠAL HƏRƏKATLAR 

 

Feodal  münasibətlərinin  inkiĢafı,  əhalin in  yerli  hakim  dairələri,  eləcə  də 



Sasani  Ġranı,  o  cümlədən  dünyəvi  və  ruhani  feodallar  və  kilsə  tərəfindən  feodal 

istismarının geniĢlən məsi vergi əsarətin in artmasına səbəb o ldu; bütün bunlar həm 

Albaniya, həm Atropatena əhalisinin müqavimətin i doğurdu. 

III  əsrdə  Sasani  dövlətində  Maninin  baĢçılıq  etdiyi  hərəkat  geniĢ  miqyas 

aldı. Maniçilərin  dövlətə və əsarətə qarĢı yönəldilmiĢ təlimi yüksək əxlaqi ideyaları 

təbliğ edirdi.  Lakin bu təlim tərəfdarlarının dövlətə və rəsmi dinə qarĢı müqaviməti 

passiv idi. 

III əsrin sonunda Mani ardıcıllarının sol,  radikal cərəyanı  meydana çıxd ı. 

VI əsr  Bizans yazıçısı Malalan ın  məlu matına görə, bu cərəyanın  liderlərindən biri 

olan Bundos imperator Diokletianın hakimiyyəti dövründə (III əsrin sonu) Romada 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə