Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə25/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   21   22   23   24   25   26   27   28   ...   249

downloaded from KitabYurdu.az

 

 



53 

uzunmüddətli  durğunluqdan sonra  öz  fəaliyyətini  bərpa  etdiyi  bir  şəraitdə  Bakıda 

kredit -bank sistemin in yeni inkişaf mə rhələsi başladı.  1909-cu ildə Sankt-Peterburq 

Beynəlxalq  Ko mmersiya  Bankı  Balaxanı  kəndində  özünün  ikinci  şöbəsini  açdı

128



1914-cü il aprelin 15-də ilk yerli səhmdar kommersiya bankı - Bakı Tacir Bankı açıldı



129

Onun idarə heyətinin sədri Musa Nağıyev, bank şurasının sədri isə H.Z.Tağıyev idi. 



1900-1913-cü illərdə Bakıdakı 9 bank kontoru arasında ən mühümləri Əbdül 

Həmid  Ələsgərov,  Hacı  Şıxəli  Dadaşov,  H.Z.Tağıyev  və  Tu manyan  qardaşlarına 

məxsus idi, onlar ko mmersiya banklarından daha çox ixtisaslaşması ilə fərqlənirdi

130


Səhmdar bankların inkişafı ilə əlaqədar olaraq onların rolu heçə endi. 

Bakıda  borc  (kredit)  verən  Qarşılıqlı  Borcvermə  Cəmiyyəti,  Şəhər 

Borcvermə  Cəmiyyəti,  xəzinəyə və xüsusi şəxsə məxsus olan şəhər lombard ı kimi 

idarələr də fəaliyyət göstərirdi. 

Gəncə,  Şuşa,  Şəki,  Lənkəran  və  Naxçıvan  kimi  ticarət-sənaye  mər-

kəzlərində  də  kredit-bank  sistemi  in kişaf  edirdi.  Bu  şəhərlərdəki  kred it-bank 

sistemin in  xüsusiyyəti  dünya  sənaye  sistemin i  bürü müş  böhrandan  sonrakı 

durğunluq  dövründə  də  inkişaf  etməsi  id i.  Bunun  başlıca  səbəbi  böhranın,  neft 

sənayesindən fərqli o laraq, yerli sənaye sahələrinə və sənətkarlığa göstərdiyi təsirin zəif 

olmasında idi. Əvvəlki dövrlərin kapital yığımı sayəsində Şuşada yerli tacirlərin və sənaye  

sahiblərinin təşəbbüsü  ilə  1904-cü  ildə  ilk  kredit  idarəsi  -  Qarşılıqlı  Kredit  Cəmiyyəti

131



1910-cu ildə Volqa-Kama Kommersiya Bankı Tiflis şöbəsinin komisyonerliyi



132

, 1914-cü il 

iyulun 25-də isə nizamnaməsi hələ 1905-ci ildə təsdiq olunmuş Qarşılıqlı Kənd təsərrüfatı  

Kredit Cəmiyyəti açıldı

133



Bank  idarələrinin  mövcud  olduğu  Gəncə  şəhərində  1905-ci  il  yanvarın  3-dən 



Qarşılıqlı  Borcvermə  Cəmiyyəti,  iki  ildən  sonra  isə  1910-cu  il  yanvarın  1-dən 

Yelizavetpol  Qarşılıqlı  Kredit  Kommersiya    Cəmiyyəti adlandırılan  ikinci belə cəmiyyət

134



həmin il Volqa-Kama  Kommersiya Bankı Tiflis şöbəsinin 1913-cü ildən həmin bankın agent-  



liyinə  çevrilən  komisyonerliyi,  1912-ci  il  avqustun  16-dan  Tiflis  kommersiya  bankın ın 

şöbəsi fəaliyyətə başladı

135



Şəkidə ilk bank idarəsi - Qarşılıqlı Kredit Cəmiyyəti 1908-ci il  mayın 20-də



136

bir ildən sonra Əhmədov qardaşlarının Banklar Evi



137 

və 1910-cu ildə isə Tiflis Kommersiya 

Bankının şöbəsi açıldı

138


Ulu xanlıdan İran sərhədinə qədər dəmir yol  xətti çəkildikdən sonra XX əsrin 

əvvəllərində  mühüm  ticarət  mərkəzinə  çevrilmiş  Culfada  1910-cu  ildə  Azov-Don 

Kommersiya Bankının şöbəsi

139

, 1911-ci ildə İran Hesab-Borc Bankının şöbəsi



140

 və 1912-ci 

ildə isə Tiflis  Ko mmersiya bankının şöbəsi yaradıldı

141


Azərbaycanın  başqa  şəhərlərində  -  1910-cu  ildə  Naxçıvanda  Qarşılıqlı  Kredit 

Bankının şöbəsi, 1911-ci ildə Lənkəranda Rus-Asiya bankının  1913-cü  ildə həmin bankın 

şöbəsinə çevrilən  komisyonerliyi,  1913-cü  ildə, Astarada  İran  Hesablama-Borc Agentliyinin 

şöbəsi açıldı.  

Kommersiya  bankları  XX  əsrin  əvvəllərində  Azərbaycanın  müxtəlif 

şəhərlərində  fəaliyyət  göstərən  kredit-bank  sistemində  əsas    həlqə  idi.  Rusiyanın 



downloaded from KitabYurdu.az

 

 



54 

Azərbaycan  ərazisini  fəaliyyət  mühiti  etmiş    dövlət  və  səhmdar  torpaq  bankları 

sırasına    1900-cü  ildən  Don  Səhmdar  Torpaq  Bankı,  1903-cü  ildən  Yaroslavl-

Kostroma Səhmdar Torpaq Bankı

142

,1907-ci  ildən  Poltava  Səhmdar Bankı



143

,  1906-


cı il fevralın  15-dən Kəndli Torpaq Bankın ın Zaqafqaziya  şöbəsi daxil idi

144


. Dövlət 

zadəgan  torpaq  bankı  Zaqafqaziya  şöbəsinə  öz  fəaliyyətini  Azərbaycanda  yaymağa 

icazə  vermişdi,  lakin    bankın  mərkəzi  idarəsinin  siyasəti  yerli  mülkədar  və  bəyləri 

onun müştərisi olmaqdan məhrum etmişdi. Bunun başlıca səbəbi onların imtiyazlı silkə  

mənsubluğunu  və  mülklərinin  sərhədlər  üzrə  onların  mü lkiyyətində  olduğunu 

təsdiqləyən  sənədlərin  olmaması  idi.  Yerli  və  Qafqaz  in zibati  orqanları  bankın 

mərkəzi  idarəsi  qarşısında  dəfələrlə  vəsatət  qaldırdığına  baxmayaraq,  bəylər  öz 

torpaqlarını burada girov qoymaq hüququ ala bilməmişdilər.  Yaln ız  xan nəslindən 

olanlar və rus əsilzadələri ö z torpaqlarını bu banka g irov qoya bilərdilər. 

Azərbaycanın  kredit -bank  sistemin in  digər  bir  həlqəsi  kiçik  kredit 

(borcvermə) idarə ləri id i. Rusiyanın, o cü mlədən Azə rbay canın kənd təsərrüfatında 

XX  əsrin  əvvəllərində  kapitalist  münasibətlərinin   in kişafı  ö lkədə  kiçik  kreditin 

vəziyyətini  əsaslı  surətdə  dəyişməyi  tələb  edird i.  Çar  höku mət in in  1904-cü  il 

iyunun  7-də  təsdiq  etdiyi  "Kiçik  kredit  idarə ləri  haqqında  əsasnamə"yə  görə, 

Rusiya  dövlət  bankı  -  kiçik  kredit  işləri  ü zrə  idarə  yaradıld ı  və  ona  tapşırıldı  ki, 

kiçik  kredit  müəssisələri  yaradılmasına  himayədarlıq,  onların  fəaliyyətinə  nəzarət 

və rəhbərlik etsin

145


Bu  qanun  Rusiyada  kiçik  kredit  idarələri  şəbəkəsinin  yaradılması  işini 

geniş inkişaf yoluna saldı. Azərbaycanda bu istiqamətdə ilk addımlar 1906-1907-ci 

illərdə atıldı. Dövlət bankının Tiflis və Bakı şöbələrin in nəzdində kiçik  kred it  üzrə 

Bakı  və  Yelizavetpol  quberniya  komitələri  yarad ıld ı.  Bank  şöbələrində  çalışan 

müfəttişlər  kəndli  təsərrüfatların ın  xahişlərin i  nəzərdən  keçirməli,  imkan  olduqda 

kiç ik kredit müəssisələri aç ma lı id ilə r. 

Kiçik  kred it  müəssisələri  açılması  Maliyyə  Nazirliy inin  1905-ci  ilin 

noyabrında  təsdiq  etdiyi  Nizamnamə  əsasında  tənzimlən məli  idi.  Bu  sənəd 

Azərbaycanda  kiçik  kred it  müəssisələrinin   iki  növünün  -kredit  və  borc-kred it 

şirkəti açılmasına yol verirdi. 

Lakin  kiçik  mü fəttişlərin  sayca  məhdudluğu,  haqq-hesabın  yerli  dildə 

aparılmaması, qolço maq-sələmçilərin  müqaviməti və s. ona gətirib ona çıxartdı ki, 

Azərbaycanda ilk  kiçik  kred it  müəssisəsi yalnız  1908-ci ildə açıld ı.  1909-1913-cü 

illərdə  kiçik kredit  müəssisələrinin artım  mən zərəsi belə id i:  1909-cu  ildə  9,  1910-

cu ildə 12, 1911-ci ildə 5, 1912-ci ildə 42, 1913-cü ildə 19, ü mu miyyətlə isə həmin 

müddətdə cəmi 86 kiçik kredit müəssisəsi açılmışdı

146


Kiçik  kred it  müəssisələrinin  ço xu   Bakı  quberniyasında,  8-i  Naxçıvan 

qəzasında,  2-si  isə  Zaqatala  dairəsində  idi.  Kredit  şirkətləri  ço xluq,  borc-əmanət 

şirkətləri isə azlıq təşkil ed ird i. Azərbaycanda kiçik kredit müəssisələri şəbəkəsinin  

genişliyi öz əksini bankir  idarələri,  qarşılıqlı  kredit  cəmiyyətləri  və  Bakı  tacir bankı 

yaradılmasında tapırdı. 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə