Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə24/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   20   21   22   23   24   25   26   27   ...   249

downloaded from KitabYurdu.az

 

 



51 

tərtib edilməsinə 1913-cü ilin əvvəllə rində başlandı və 17  kənd istisna olunmaqla, 

həmin  ilin sonunda qurtardı. 1913-cü ildə hər kənd üzrə ödəncin hesablanıb qurtarması 

ilə əlaqədar olaraq kəndlilərə çoxlu pul ödəmə vərəqəsi göndərildi. Bakı quberniyasının 

kəndliləri 1913-cü ildən başlayaraq hər il həmin vərəqələr üzrə xəzinə palatasına 131678 

rubl ödənc verməli idilər. Lakin kəndlilər hər il bu qədər pulu verib qurtara bilmir və 

onların borcu sonrakı illərə keçirdi. 

İlk hesablama siyahılarının tərtib edilməsilə əlaqədar 1913-cü il yanvarın 1 -

dən  ləğv  olunmuş  mükəlləfiyyət  əvəzində  bəylər  ödənc  almağa  başladılar.  1915-ci  il 

yanvarın 1-nə qədər Zaqatala dairəsinin 47 kəndi üzrə 1583 torpaq sahibinə ödənc pulu 

almaq üçün  vəsiqə  verildi.  Torpaq sahibləri  həmin  vəsiqələr  üzrə  241811  rubl  ödənc 

pulu  almışdılar.  1915-ci  il  yanvarın  1-nə  qədər  Zaqatala  dairəsində  ikinci  və  üçüncü 

barışdırıcı şöbələrdə torpaq sahiblərinin ödənc pulunu  alması başa  çatdırılmışdı,  ancaq 

birinci barışdırıcı şöbədə  Zaqatala  xəzinəsinin  bəylərə və  keşkəl sahiblərinə  16962  rubl 

borcu qalmışdı. 

1912-ci  il  qanunu  üzrə  ödəncə  aid  edilmiş  mülklərdə  pay  torpaqlarının 

ölçülməsi ödənc  əməliyyatının başqa  bir  mərhələsi  idi.  Kəndlilər  üçün pay torpağının 

mərzlənməsi və ödənc pulunun dəqiq hesablanmasının böyük əhəmiyyəti var idi, çünki 

münsiflər  çox  vaxt  pay torpağının sahəsini  əslində olduğundan artıq  göstərir,  yararsız 

torpaq üçün də kəndliləri ödənc pulu verməyə məcbur edirdilər. Buna görə də onlar ödənc 

pulunun dəqiq hesablanması üçün pay torpağının mərzlənməsini və ölçülməsini inadla tələb 

edirdilər.  Lakin bu  proses  çox  ləng  gedirdi.  1913-cü  ildən  1916-cı  ilin  axırına  qədər 

keçən 4 ildə Bakı və Yelizavetpol quberniyalarında kəndlilərlə torpaq sahibləri arasında 

mübahisəyə səbəb olmuş 823 mülkün pay torpağını ölçmək barədə tələblərdən cəmi 298-i 

yerinə yetirilmişdi. 

Bakı  və  Yelizavetpol  qubemiyalarında  ilk  hesablama  siyahılarının  tərtib 

edilməsindən  sonra  münsiflər  pay  torpağı  üzrə  mübahisə  doğurmayan  mülklər  üçün 

ödənc  aktı tərtib  edirdilər,  pay torpağının sahəsi,  mərzi  ilə  əlaqədar  mübahisəyə səbəb 

olmuş  mülklər  üçün  isə  ödənc  aktının  tərtib  edilməsi  yerin  ölçülməsinə  qədər  təxirə 

salınırdı. 

Kəndlilərin xüsusi mülkiyyətçilər qrupuna daxil olması üçün  ödənc aktlarının 

tərtib  və  təsdiq  olunub-olunmamasının  əhəmiyyəti  yox  idi,  çünki,  yuxarıda  göstərildiyi 

kimi,  kəndlilər  ödənc  aktlarının  tərtib və  təsdiq  edilməsinə  qədər  artıq  ilk  hesablama 

siyahıları  üzrə  ödənc  pulunu  ödəməyə  başlamışdılar.  Ödənc  aktlarının  tərtib  və  təsdiq 

edilməsi  ilk  hesablama  siyahılarında  təxmini  hesablanmış  ödənc  pulunun  qədərini 

dəqiqləşdirmək və rəsmiləşdirmək  məqsədini daşıyırdı. Lakin qeyd etmək lazımdır ki, 

ödənc əməliyyatının bu mərhələsi də olduqca ləng getmiş, başa çatdırılmamışdı. 1917-ci 

ilə qədər Bakı və Yelizavetpol quberniyalarında ödəncə aid edilmiş 1163 mülkün 450-si üzrə 

tərtib edilmiş ödənc aktının ancaq 281-ni kəndli məsələsi üzrə quberniya idarələri təsdiq 

etmişdi. 

1912-ci il qanunu tətbiq edilən Bakı və Yelizavetpol quberniyalarından fərqli 

olaraq, Zaqatala dairəsində ödənc əməliyyatının özünəməxsus cəhətləri var idi. 1912-ci 




downloaded from KitabYurdu.az

 

 



52 

il  qanunu  üzrə,  ödənc  əməliyyatı  bir  neçə  mərhələdən  ibarət  olduğu  halda,  Zaqatala 

dairəsində bu  mərhələlər yox  idi,  çünki  ödənc  əməliyyatının başlanmasına  qədər,  hələ 

1908-ci  ildə  ödənc  pulunun  məbləği  Zaqatala  dairəsinə  ezam  edilmiş  komissiya 

tərəfindən  müəyyən  olunmuşdu.  Odur  ki,  ödənc əməliyyatı  başlayan  zaman  münsifin 

vəzifəsi  ödənc  pulunu  hesablamaq  deyil,  onu  ancaq  hər  kənd  üzrə  həyətlər  arasında 

bölmək idi. Buna görə də Zaqatala dairəsində ödənc əməliyyatının sonrakı mərhələlərini 

həyata keçirməyə ehtiyac qalmamışdı. 

1912-1913-cü  illər  qanunları  aqrar  məsələni  həll  edə  bilmədi.  1870-ci  il 

islahatından 42 il keçdikdən sonra da mülkədarlar güclə, zorla öz torpaqlarını kəndlilərə 

satır, onları bu torpaq üçün külli miqdarda pul verməyə məcbur edirdilər. Həmin qanun 

aktları kəndliləri qarət edir, onları yenə də torpaq sahiblərinin əsarətində saxlayırdı. 

1912-1913-cü  illərin  aqrar  qanunları  təhkimçilər  tərəfindən  həyata 

keçirilməsinə və  təhkimçilik  aktı  olmasına  baxmayaraq,  öz  məzmununa  görə  burjua 

xara kteri daşıyırdı. Kəndlilər tərəfindən pay torpaqlarının ödənclə alınması özü də xalis 

burjua  xarakterli  hadisə  idi.  Məhsul  mülkiyyətinin  ləğv  edilməsi,  kəndlinin  ödənc 

ödəməyə  başlaması  sahibkar  kəndində  kapitalist  münasibətlərinin  inkişafını, 

təbəqələşməni  daha  da  sürətləndirirdi,  yoxsullaşmış  və  əmlakdan  məhrum  olmuş 

kəndlilərin  sayını  artırırdı,  tavanalı  və  tavanasız  kəndli  qrupları  özünü  daha  aydın 

göstərməyə  başlayırdı.  Bu  qanunlar  sahibkar  kəndinin  iqtisadi  həyatında  kapitalist 

münasibətlərin in kişafını daha da sürətləndirirdi. 

 

 



 

 

 



 

§ 6. BORC-BANK İDARƏLƏRİ 

 

XX  əsrin  əvvəllərində  Azərbaycanda  borc-bank  sisteminin  inkişafı,  borc  



verən  idarələrin  ayrı-ayrı  ərazilər  üzrə  qeyri-bərabər  paylan ması  bəzi  rayonlarda 

bank kapitalının daha çox, digərində isə az cəmlənməsi kapitalist təsərrüfat sisteminə 

xas olan sənaye kapitalı ilə bank kapitalının çu lğaşması ilə xarakterizə o lunurdu. 

Neft  sənayesinin  XX  əsrin  əvvəllərindəki  dünya  böhranının  nəticələrinə 

məruz  qalmış  Bakı  şəhərində  1909-cu  ilə  qədər,  1907-ci  ildə  fəaliyyətə  başlayan 

şəhər  xüsusi  lombardından  başqa, borc  verən  heç bir  yeni  idarə  açılmamışdı.  Neft 

istehsalının  və  neft  məhsulları  ilə  ticarətin  həcminin  azaldığı,  gəmiçilikdə  yük 

daşınmasının  ixtisara  düşdüyü,  əməyə  tələbatın  xeyli  azaldığı,  vergilərin  ço xunun 

geri  qaytarıldığı  və  bir  çox  idarənin  iflasa  uğradığı

127


  şəraitdə  Rusiya  səhmdar 

kommersiya  bankları  öz  fəaliyyət  dairələrini  genişləndirmə k,  Bakı  rayonunda yeni 

şöbələr açmaq istəmirdi. 

1909-cu  ildə  neft  sənayesi  və  onunla  bağlı  istehsal  müəssisələri 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə