Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə20/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   16   17   18   19   20   21   22   23   ...   249

downloaded from KitabYurdu.az

 

 



43 

möhtəkirlik  idi.  Pambıqçı  kəndlilər  hələ  məhsul  yığılma mışdan  qabaq  aldıqları  behin 

müqabilində öz pambıqlarını möhtəkirlərə bazar qiymətindən xeyli ucuz satmalı olurdu, bu 

da onları iflasa gətirib çıxarırd ı. 

Çaylar  quruyarkən  yaranan  su  çatışmazlığı  da  pambıqçılığın  inkişafına  böyük 

əngəl  törədirdi.  Azərbaycanın  ən  iri  pambıqçılıq  zonalarında,  xüsusən  Mil  və  Muğan 

düzlərində ancaq geniş suvarma şəbəkəsi sayəsində lazımi qədər pambıq məhsulu əldə etmək 

mümkün idi. 

Hələ XIX əsrin 90-cı illərində Qafqazda təşkil edilmiş su müfəttişliyi maliyyə 

çətinlikləri  üzündən yalnız  XX  əsrin  əvvəllərindən etibarən  fəaliyyətə başlaya  bilmişdi. 

Bu idarənin Mil, Muğan düzlərində arxlar çəkmək, suvuran nasoslar qoymaq və s. üçün 

göstərdiyi  səylər  nəticəsində  əkin  sahələrinin  müəyyən  hissəsini  suvarmaq  mümkün 

olurdu.  Su qurğularının  çox  hissəsi  rus  köçkünlərinin yaşadığı  kəndlərin əkin sahələrini 

suvarmağa  xidmət  edirdi.  Bu  tədbirlər  sayəsində  Muğanda  suvarılan  torpaqların  sahəsi 

ilbəil artırdı.  Belə  ki, əgər  1902-1908-ci  illərdə  belə torpaqların sahəsi  6  min  desyatin 

idisə, 1913-cü ildə 70 min desyatinə çatmışdı. Mil düzündə də bir  neçə arx çəkilmişdi. 

Bu  işlərin  həyata  keçirilməsində  "Qafqaz  kənd  təsərrüfatı  cəmiyyəti"  müəyyən  rol 

oynayır,  təkmil  üsulla  pambıq  yetişdirən  təcrübə  stansiyaları,  nümunəvi  təsərrüfat 

sahələri  yaradır,  burada  kənd  təsərrüfatı  alətləri,  onlardan  istifadə qaydalarını  nümayiş 

etdirmək,  kənd təsərrüfatı alətləri almağa  kömək etmək  kimi  tədbirlər həyata  keçirilirdi. 

Cəmiyyət təcrübə mübadiləsi aparmaq üçün 1904-cü ildə Ağdaş və İrəvanda pambıqçılıq 

qurultayını keçirmişdi. 

Pambıqçılığın  inkişafı  mülkədarların  patriarxal  məişətini  dağıdır,  onların  bir 

qismini muzdlu əmək tətbiq etməklə pambıqçılıqla məşğul olmağa sövq edirdi. 

Pambıqçılığın  inkişafı Azərbaycanda  kredit-bank sisteminin genişlənməsinə  də 

təkan  vermişdi.  Bakı  quberniyasının  Bakı,  Cavad,  Lənkəran,  Göyçay,  Şamaxı,  Quba 

qəzalarının bəzisində bir, digərində bir neçə, Yelizavetpol quberniyasının altı qəzasında 24 

borc-kredit müəssisəsi fəaliyyət göstərirdi.  

Toplanmış  pambıq  bu  dövrdə  Azərbaycanda  çoxalmış  və  geniş lənmiş 

pambıqtəmizləmə  zavodlarında  emal  olunaraq  Rusiyaya  göndərilirdi.  1911-ci  ildə 

Azərbaycandan Rusiyaya 1490  min, 1912-ci ildə 1992  min, 1913-cü ildə isə 1420  min 

pud  pambıq  aparılmışdı.  Pamb ıqtəmizləmə  zamanı  əldə  ed ilmiş  çiyid  də  ixrac 

olunurdu.  Bakı  quberniyasından  1910-1912-ci  illərdə  Rusiyaya  və  Batum  vasitəsilə 

xaricə 413 min pud çiy id ixrac edilmişdi. 

Beləliklə, əmtəə əkinçiliyi olub, əmtəə və əmtəə-kapitalist xarakteri daşıyan 

pambıqçılıq  XX  əsrin  əvvəllərində  Azərbaycanın  xalq  təsərrüfatında  görkəmli  yer 

tutmuş və yüksək sürətlə inkişaf etmişdi. 

XX  əsrin  əvvəllərində  Azərbaycanda  tütünçülük  də  ölkənin  kənd  təsərrüfatı 

istehsalında müəyyən yer tuturdu. XIX əsrin sonunda xaricdən gətirilən tütünə qoyulan 

gömrük  rüsumu  xaricdən  tütün gətirilməsinin qarşısını  xeyli  aldı  və Azərbaycanda  da 

tütünçülüyün inkişafına təkan verdi. 

Azərbaycanm  çox  yerlərində  tütün  becərilirdi,  lakin  o,  Yelizavetpol 




downloaded from KitabYurdu.az

 

 



44 

quberniyasının Nuxa qəzası və Zaqatala dairəsindən başqa, hər  yerdə istehsalçıların öz 

istehlakı  üçün  idi.  Nuxa  qəzası  və  Zaqatala  dairəsi  isə  sənaye  tütünçülüyü,  ticarət 

əkinçiliyinin bu sahəsi ilə məşğul olan rayonlar idi. Nuxa, həmçinin Göyçay qəzasında 

əsasən  sadə  tütün  -  tənbəki,  Zaqatala  dairəsində  isə  yüksəknövlü  tütün  məhsulu 

yetişdirilirdi. 

Azərbaycanda iri kapitalist tütünçülük plantasiyaları mövcud olduğu və onlarda 

bütün  işlər  muzdlu  əməklə  aparıldığı  üçün  əsasən  kapitalist  istehsalı  xarakteri  daşıyırdı. 

Amma çoxlu  xırda  kəndli təsərrüfatları  da  var  idi  və onlarda  bütün  işləri  sahibkarların 

özləri  görürdü.  Bakı  quberniyasında  ildə  orta  hesabla  3-4  min,  Yelizavetpol 

quberniyasında  15-30  min,  Zaqatala  dairəsində  isə  5-15  (bəzi  illər-də  21,2)  min  pud 

tütün istehsal edilmişdi. 

Tütün  məhsulu  əsasən  Bakı,  Şəki  və  Şamaxı  fabriklərinə,  Rusiya 

quberniyalarına göndərilir, bir hissəsi isə xaricə, xüsusən İrana ixrac o lunurdu. 

Azərbaycanda  xırda tütün təsərrüfatlarının sayca  çoxluğuna baxmayaraq,  əsas 

təsərrüfat  əməliyyatları  iri  tütün  plantasiyası  sahiblərinin  əllərində  cəmləşmişdi.  Bu 

plantasiyalarda  isə  əmtəə  istehsalı  özünün  yüksək  pilləsində,  əmtəə-kapitalist  inkişafı 

yolunda idi. 

Rusiyada  kəndli  islahatı  keçirildikdən  sonra,  çar hökuməti,  nəhayət,  Cənubi 

Qafqaz dövlət kəndliləri barəsində islahat keçirmək hazırlığ ına başladı. 

Azərbaycan  çar  Rusiyası tərəfindən  işğal  edildikdən sonra, dövlət  kəndlilərinin 

icmalıqla istifadəsində olan torpaqlar kənd yığıncağında ayrı-ayrı ailələr arasında vaxtaşırı 

bölünməyə  başladı.  Bu  bölgüdə  ailə  üzvlərinin  sayı  nəzərə  alınırdı.  Lakin  bir  qədər 

sonra, xüsusən XIX yüzilliyin son rübündə, ölkədə sosial-iqtisadi inkişaf ilə əlaqədar 

torpaqların ayrı-ayrı ailələr arasında bölüşdürülməsi qaydası  dəyişdi. Dövlət kəndində 

baş verən təbəqələşmənin getdikcə sürətlənməsi nəticəsində yoxsullaşmış kəndlilərin 

torpaqları  varlı  kəndlilərin  əllərində  cəmləşməyə  başladı.  XIX  əsrin  sonlarında  isə 

bölünməyə əsaslanan kənd icması artıq tam  iflas qarşısında idi.  Təkcə bütün  icmanın 

deyil,  kənddə  hakimiyyəti  də  ələ  keçirmiş  kənd  varlılarının  təsiri  nəticəsində  icma 

qaydalarına əhəmiyyət verilməyə başladı. Torpaqlar ya çox gec-gec bolüşdürülür, yaxud 

da heç bölüşdürülmürdü. Bu, onsuz da ağır vəziyyətdə olan kəndli istehsalçıların böyük 

kütləsinin torpaqdan istifadəsi məsələsini daha da ağırlaşdırdı. Belə vəziyyətə dözməyən 

dövlət  kəndliləri  çar  idarələrinə  torpaq  çatışmazlığı,  torpağın  qeyri-bərabər 

bölüşdürülməsi,  yaxud  da  heç  bölüşdürülməməsi  barədə  ərizələr  yağdırırdılar.  Kənddə 

sosial  münasibətlərin  kəskinləşməsi  çar  hökumətini  dövlət  kəndlilərinin  torpaqdan 

istifadəsi məsələsi ilə məşğul olmağa məcbur etdi. 

Çar  hakimiyyət  orqanları  dövlət  kəndində  aqrar  is lahatın  layihəsini 

hazırlamamışdan  qabaq  dövlət  kəndlilərinin  iqtisadi  məişətini  öyrənmək  məqsədilə 

1884-cü  ilin   əvvəllərində  bir  qrup  mütəxəssisi  səfərbər  edib  ayrı-ayrı  qəzalar  üzrə 

bölüşdürdü və onlara tapşırdı ki, dövlət kəndlilərinin torpaqla necə təmin olunması, on-

ların  meşələrə  və  otlaqlara  münasibəti,  torpağın  ayrı-ayrı  şəxslərə  mənsub  olub-

olmaması, dövlət kəndlilərinin əkinçilikdən və heyvandarlıqdan başqa gəlir mənbələri, 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə