Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə19/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   15   16   17   18   19   20   21   22   ...   249

downloaded from KitabYurdu.az

 

 



41 

Şuşa və  Şəki  kimi  şəhərlərdə  filialları  açılmışdı.  Stansiya və onun  filialları yerlərdə  ipək 

qurdu  bəslənməsi  qaydalarını  nümayiş  etdirir,  lazımi  izahatlar  verir  və  bəzi  hallarda 

kümçülərin  müşavirələrini  keçirirdi.  Hətta  1902-ci  ildə  kənd  sahibkarlarının  Tiflisdə 

qurultayı  açılmış  və  burada  baramaçılığın,  ümumiyyətlə,  ipəkçiliyin  inkişafı  məsələləri 

müzakirə  edilmişdi.  İpəkçilik  stansiyası  əhalinin  kənd  təsərrüfatı  biliyini  artırmaq  üçün 

məktəblər də açmışdı. Məsələn, belə məktəblər Göyçay və Kürdəmirdə fəaliyyət göstərir-

di.  1910-cu  ildə  Yelizavetpol  quberniyası  kənd  məktəbləri  müəllimlərini  baramaçılığın 

təkmilləşdirilmiş üsulları ilə tanış etmək və yerlərdə necə kömək göstərmək məsələlərini 

müzakirə etmək üçün onların qurultayı çağırılmışdı. 

Bütün bu tədbirlər ipəkçiliyin sonrakı inkişafına, istehsal səviyyəsinin yüksəlişinə 

kömək  göstərsə  də,  əsasən  iri  baramaçı  və  ipəkçi sahibkarları  əhatə  edirdi.  İpəkçilərin 

böyük əksəriyyəti bu tədbirlərdən kənarda qalır və barama istehsalında bəsit texnika yenə 

üstünlüyünü saxlayırdı. 

Azərbaycan baramaçıları  başqa ölkələrdən,  əsas  etibarilə  Kiçik  Asiyadan  (ağ 

cins), qismən də Fransa və İtaliyadan (sarı cins) gətirilən baramaqurdu toxumu ilə təmin 

olunurdular. Baramaqurdu toxumunun cüzi hissəsini yerli baramaçılar və Qafqaz ipəkçilik 

stansiyası  yetişdirirdi.  Azərbaycan  baramaçıları  hər  il  100  minlərlə  qutu  baramaqurdu 

toxumu  alırdılar.  Məsələn,  1910-cu  ildə  Yelizavetpol  quberniyasına  165  min  qutu 

ipəkqurdu toxumu gətirilmiş, onun  53  min  qutusu  Ərəş qəzasında,  Nu xa,  Şuşa,  Qaryagin 

qəzalarının hər birində 30 min qutu, qalanı isə başqa qəzalarda yerləşdirilmişdi. Hər il Yeli-

zavetpol quberniyasında 125-150 min pud barama istehsal olunurdu. 

Barama  istehsalı ilə əsasən kənd əhalisi - kişilər, qadınlar və uşaqlar  məşğul 

olurdular. Tut bağları olan iri mülkədarların çoxu öz bağlarını məhsulun 1/2, 2/5 və 1/5 

hissəsini  almaq  şərtilə  kəndlilərə  icarəyə  verirdilər.  Bəziləri  isə  qurdların  bəslənməsilə 

bilavasitə özləri məşğul olur, bu işdə qadın və uşaq əməyindən istifadə edirdilər. Baramaçı 

fəhlələrə "kümdar" deyirdilər.  Deməli,  baramaçılıqda  kapitalist  manufakturası  mövcud 

idi. 


Azərbaycanda  istehsal  olunan  baramanın  bir  hissəsi  yerli  ipəksarıma 

müəssisələrinə satılır, digər hissəsi isə Rusiyaya və xaricə göndərilirdi. 

Pambıqçılıq Rusiya toxuculuq sənayesinin xammala tələbatı ilə  bilavasitə bağlı 

olduğu  üçün  XX  əsrin  əvvəllərində  də  Azərbaycan  iqtisadiyyatında  mühü m  yer 

tuturdu. 

Rusiyanın  özündə  olan  pambıqçılıq  təsərrüfatı  sənayenin  tələbatını  ödəyə 

bilmədiyi  üçün  rus sahibkarları  XIX  əsrin  əvvəllərində  pambığın çox  hissəsini  xarici 

ölkələrdən  gətirməyə  məcbur  olurdular.  Ona  görə  də  çarizm  Orta  Asiya  və 

Azərbaycanda pambıqçılığın inkişafı üçün tədbirlər görməyə başladı. Bu tədbirlərdən ən 

vacibi  Azərbaycan  və  Orta  Asiya  pambığına  ucuz  qiymətilə  üstün  rəqib  olan  xarici 

pambığın  üzərinə  gömrük  vergisinin  qoyulması  oldu.  Bu,  yerli  pambığın  qiymətinin 

artmasına, pambıqçıların  həvəslənməsinə səbəb oldu və Azərbaycanda da pambıqçılığın 

inkişafına təkan verdi. Mətbuatda qeyd olunurdu ki, "Rusiya və  xüsusən Cənubi Qafqazda 

pambığın qiymətinin artması birdən-birə pambıq əkini sahələrinin xeyli genişlənməsinə 




downloaded from KitabYurdu.az

 

 



42 

və beləliklə, ölkədə pambıq məhsulunun çoxalmasına təsir etmişdi". 

XX əsrin əvvəllərində rus firma nümayəndələrinin Azərbaycana axını başlandı. 

Çünki Azərbaycan pambıqçılığın digər  mərkəzi  olan  Orta  Asiyaya nisbətən daha yaxın, 

burada alınan pambıq daha ucuz idi. 

Azərbaycanın ənənəvi pambıqçılıq bölgələri Göyçay, Ərəş, İrəvan, Cavanşir və 

Naxçıvan qəzaları  idi.  Sonralar təsərrüfatın bu sahəsinin  əsas  bazasına  çevrilmiş  Cavad 

qəzasında  artıq  XX əsrin başlanğıcında  pambıqçılıq genişlənməyə başlamışdı.  Doğrudur, 

Şamaxı,  Lənkəran  və  Quba  qəzalarında  da  pambıq  əkilirdi,  lakin  1907-ci  ildə  bu  üç 

qəzada pambıq sahəsi cəmisi 300 desyatin idi. 

Pambıq  əkini  sahələri  böyük  sürətlə  artırdı.  Məsələn,  XX  əsrin  başlanğıc 

illərində ilk dəfə pambıq əkilən Dəllərdə əkin sahəsi cəmisi 53 desyatin. idi. 1906-cı 

ildə bu rəqəm 500 desyatinə, 1911-ci ildə isə 2000 desyatinə çatıb 40 dəfə artdı. Bu dövr 

ərzində Şəmkirdə pambıq əkini sahəsi 50 desyatindən 6-7 min desyatin-nə qədər- 120-

140 dəfə artdı. X.B.Hacınski 1915-ci ildə yazırdı ki, "pambıq məmurun, bəyin, fəhlənin, 

adi  kəndlinin,  kapitalist  icarədarların,  ticarət  kapitalı  sahibinin,  sadə  adamın  şüurunda 

sehrli bir iz buraxmışdı". Pambıq əkini ilə neft sənayeçiləri də məşğul olurdular.  Bakı neft 

sənayeçisi Tağıyev məşhur 26 min desyatinlik "Yevlax mü lkünü" satın almışdı. 1909-cu 

ilin  əvvəllərində  H.Z.Tağıyev "Qafqaz  kənd  təsərrüfatı  cəmiyyəti"ndən  pambıq  əkini 

sahəsini genişləndirmək məqsədilə onun mülkünün təsərrüfat planını tərtib etməyi  xahiş 

etmişdi.  Cəmiyyətin gördüyü  iş əsasında  Tağıyevin  mülkündə  pambıq  əkini  sahəsi  xeyli 

genişlənmişdi.  Azərbaycanda  pambıq  əkini  sahələrinin  genişləndirilməsinə  buraya 

köçürülmüş rus kəndliləri də maraq göstərirdilər. Onların pambıq əkini sahələri qısa müd-

dətdə (1904-1911) 8 desyatindən 6752 desyatinədək artırılmışdı. 

1911-ci  ildə  Göyçay  qəzasında  5  min desyatin örüş  pambıq əkini sahəsi edildi. 

Yelizavetpol quberniyasında,  xüsusilə onun  Yelizavetpol qəzasında pambıqçılıq  təsərrüfatın 

bütün başqa sahələrini sıxışdırır və əhali nəinki əkin yerlərini, hətta bostanlarını belə pambıq 

əkini  edirdilər.  Pambıq  əkini  sahəsinə  və  yığılan  pambığın  miqdarına  görə,  1911-ci  ildə 

Yelizavetpol  quberniyası  İrəvan  quberniyasını  (bu  quberniyanın  isə  əsas  pambıqçılıq 

mərkəzi Naxçıvan qəzası idi) ötüb keçmişdi. Əgər 1897-ci ildə Yelizavetpol quberniyasında 

pambıq  əkini  sahəsi  6944  desyatin  idisə,  1913-cü  ildə  61700  desyatin  olmuşdu.  Bakı 

quberniyasında  isə  həmin  illər  ərzində  pambıq  əkini  sahələri  4395  desyatindən  35300 

desyatinə  çatmışdı.  Demək,  Azərbaycanda  pambıq  əkini  sahəsi,  Naxçıvan  qəzası  nəzərə 

alınmadan, 1913-cü ildə 100000 des.-nə bərabər idi. 

Pambıq  əkini  sahələri  genişləndikcə  yığılan  məhsul  da  ildən-ilə  artırdı.  Əgər 

1900-cü ildə Azərbaycanda 148 min puddan bir qədər artıq pambıq toplanmışdısa, 1913-cü 

ildə bu rəqəm 1150370 puda çatmışdı. 

Pambıqçılığın  rastlaşdığı  çətinliklərdən  ən  böyüyü  hər  il  xeyli  pambıq  əkini 

sahəsini məhv edən çəyirtkə idi. 1902-ci ildən 1912-ci ilədək olan müddətdə təkcə 1910-

cu ildə Şuşa qəzasında pambıq əkini sahəsinə ziyan vurulmamışdı. 1910-cu ildə çəyirtkə 

Lənkəran, Cavad, Qaryagin və Naxçıvan qəzalarında pambıq əkinlərini məhv etmişdi. 

Pambıqçılığa  əngəl  törədən  amillərdən  biri  də  Azərbaycanda  geniş  yayılmış 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə