Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə18/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   14   15   16   17   18   19   20   21   ...   249

downloaded from KitabYurdu.az

 

 



39 

ödəmək üçün saxlayanları birinci qrupa, qismən əkinçiliklə, əsasən maldarlıqla məşğul 

olan kəndliləri ikinci qrupa, əsasən məşğuliyyəti maldarlıq olanları - yarımköçəri həyat 

tərzi keçirənləri üçüncü qrupa aid etmək mü mkündür. Mal-qaranın böyük əksəriyyəti 

ikinci və üçüncü qrupa aid edilən kəndlilərin əlində cəmləşmişdi. Elə  mülkədarlar və 

varlı  kəndlilər  var  idi  ki,  onların  bir neçə  min,  bəzilərinin  isə on  minlərlə  qoyunu  və 

başqa mal-qarası var idi. Deməli, bu maldarlar əmtəə maldarlığı ilə məşğul olu rdular. 

Maldarlığın  əsas  sahələri  qoyunçuluq,  atçılıq  və  iribuynuzlu  mal-qara 

saxlanılması  idi.  Az  miqdarda  qatır,  dəvə,  keçi  və  donuz  da  saxlanırdı.  Qoyunlar 

qabayunlu  idi,  ancaq  Yelizavetpol qəzasında az  miqdarda  zərifyunlu qoyunlara  da  rast 

gəlinirdi. 

XX yüzilliyin əvvəllərində Azərbaycanda saxlanan 3-5 mln baş heyvanın çox 

hissəsini  qoyunlar  təşkil  edirdi.  Yelizavetpol  quberniyasında qoyunların sayı  1,5-2,5 

mln başa çatırdı. Məsələn, 1904-cü ildə bu quberniyada 2,3  mln baş qoyun, 766  min 

baş  qaramal,  100  minə  qədər  at,  Bakı  quberniyasında  isə  1910-cu  ildə  820  min  baş 

qoyun, 400 min başa yaxın qaramal və 87 minə yaxın at var idi. 

Mal-qara  və  onun  məhsulu geniş  ticarətə  malik  idi  -  yerli  bazarlarda  satılır, 

Cənubi  Qafqazın  şəhərlərinə  və  Dağıstana  aparılırdı.  Azərbaycanın  bir  çox  kənd 

yerlərində xüsusi mal-qara bazarı var idi. Onlara gətirilən mal-qara alınır, Bakı, Tiflis və 

başqa şəhərlərdə satışa çıxarılırdı. Təkcə Bakı şəhərinə hər il 250-270  min baş qaramal və 

qoyun gətirilirdi.  1910-cu  ilin  mayında  Vladiqafqaz  dəmir  yolunun  Xaçmaz stansiyasında 

xüsusi mal-qara yarmarkaları təşkil olunmuşdu. Heyvan dərisi, süd məhsulları da geniş satış 

malları idi. 

Maldarlıq məhsullarının ən vacib əmtəə növü yun idi. Azərbaycan hər il yarım 

milyon puda qədər yun verirdi. Bunun xeyli hissəsi Rusiya şəhərlərinə, hətta xarici ölkələrə 

ixrac olunurdu. 1900-cü ildə dəmir yol nəqliyyatı vasitəsilə 110 min, 1902-ci ildə 182 min, 

1904-cü ildə 213 min, 1906-cı ildə 337 min pud yun ixrac edilmişdi. Batuma hər il 280 min 

puda  qədər  yun  gətirilir  və  buradan  dəniz  nəqliyyatı  ilə  İngiltərəyə,  Fransaya,  hətta 

Amerikaya  göndərilirdi.  Amerika  müəssisələrində  qiymətli  xalçalar  toxumaq  üçün  yun 

əsasən  Cənubi  Qafqazdan  və  İrandan  gətirilirdi.  Qafqazın qoyunçuluqla  məşğul olan  iri 

maldarları,  əcnəbi  firmaları  daha  uğurlu  ticarət  etmək  üçün  xarici  ölkələrdə  ticarət 

kontorları da açırdılar. 

Beləliklə, XX yüzilliyin əvvəllərində maldarlıq təsərrüfatında hələ də yarımfeodal 

münasibətlərin, yarırnköçəri  həyat tərzinin  qalmasına baxmayaraq,  maldarlıq  Azərbaycan 

iqtisadiyyatında mühüm yer tutur və maldarlıqdan götürülən məhsul əsasən əmtəə xarakteri 

daşıyırdı.  Kapitalist  münasibətləri  bu  təsərrüfat sahəsində  zəif  də  olsa,  özünə  yer  tuta 

bilmişdi. 

Azərbaycanın  kənd  təsərrüfatı  həyatında  bağçılıq  və  üzümçülük  xüsusi 

əhəmiyyətə  malik  idi.  Təsərrüfatın  bu  sahələrinin  inkişafına  səbəb  bir  tərəfdən,  iqlim 

şəraiti, digər tərəfdən  isə Azərbaycanla  Rusiyanın daxili  quberniyaları arasında  dəniz  və 

quru yolları vasitəsilə müntəzəm əlaqənin yaranması və o yerlərdə bağ məhsullarına tələ-

batın yüksək olması  idi.  Bir sıra sənaye sahələri  - şərabçılıq,  araqçəkmə,  ipəkçilik  və s. 




downloaded from KitabYurdu.az

 

 



40 

bağçılığın inkişafı ilə bağlı idi. Azərbaycanda Gəncə, Şəki, Şamaxı, Göyçay, Quba qəzaları, 

Qarabağ, Zaqatala dairəsi və Naxçıvanda bağçılıq və üzümçülük daha geniş inkişaf etmişdi. 

Bakı quberniyasında təkcə üzümlüklərin sahəsi 10-11 min desyatindən çox olub, 

ildə  orta  hesabla  1,5-1,8  mln  puda  qədər  üzüm  məhsulu  verirdi.  Yelizavetpol 

quberniyasında  isə üzümlüklərin  sahəsi  11-12  min  desyatin  olub,  illik  məhsul  1,7-3,3 

mln puda bərabər idi. Ümumiyyətlə, Azərbaycanda, Naxçıvan qəzası və Zaqatala dairəsi 

daxil olmaqla, ildə orta hesabla 4-6 mln pud üzüm məhsulu yığılırdı. 

Azərbaycanda  bağçılığın,  o  cümlədən  üzümçülüyün  inkişafına  elmi  və  təcrübi 

kömək  göstərmək  üçün  iki  bağçılıq  məktəbi  fəaliyyət  göstərirdi.  Bunlardan  birini  Bakı 

yaxınlığındakı  Mərdəkan  kəndində  H.Z.Tağıyev  açmışdı.  Digər  məktəb  isə  1898-ci 

ildən  Qubada  fəaliyyət  göstərirdi.  Qubadakı  məktəbin daha  çox  tələbəsi var  idi. Mək-

təbin nəzdində  10  desyatin sahəsi olan nümunəvi bağ  meyvə ağacları və üzümlükləri ən 

yaxşı üsulla becərməyi öyrənməyə imkan verirdi. 

Bağçılıq və üzümçülüyün inkişafına əməli kömək etmək məqsədilə təşkil olunan 

sərgilərə  gələnlərə  və  onların  iştirakçılarına  bağçılığın  ayrı-ayrı  sahələri  haqqında 

mühazirələr  oxuyur, bir  çoxlarını  medalla  təltif  edərək həvəsləndirirdilər.  Quba şəhərində, 

Nügədi,  Xaçmaz  və  başqa  yerlərdə  ağacların  müalicə  üsullarını  öyrətmək  üçün  də  nü-

munəvi bağ sahələri salın mışdı. 

Azərbaycanda böyük əksəriyyətini xırda bağ sahibləri təşkil edən üzümçülərin hər 

birinin sərəncamında  1/4,  1/2 desyatin bağ sahəsi var  idi.  Bununla belə öz təsərrüfatlarını 

kapitalistcəsinə qurmuş Ağayev qardaşları, Forer qardaşları, İretski və b. kimi sahibkarlar 

təsərrüfat  əməliyyatlarının  çox  hissəsini  əllərində  cəmləmiş  və  xırda  istehsalçıları 

özlərindən asılı etmişdilər. 

Bağçılıqla  məşğul  olan  kəndlilər  təkcə  üzümü  deyil,  yetişdirdikləri  külli 

miqdarda  müxtəlif  meyvələri  də  Azərbaycan  şəhərlərində  satırdılar.  Meyvə  və  meyvə 

qurusu  müxtəlif  ölkələrə  və  Rusiya  şəhərlərinə  aparılırdı.  Məsələn,  1913-cü  ildə 

Peterburqa 33,6  min pud, Odessaya 183 min pud, Rostova 78 min pud müxtəlif meyvə 

göndərilmişdi. Təkcə dəniz yolu ilə hər il 250-350  min pud meyvə qurusu daşınırdı. Bu 

yüklərin içərisində qoz və fındıq xüsusi yer tuturdu. 

Kənd təsərrüfatı istehsalı sahəsində üzümçülüklə bilavasitə bağlı olan şərabçılığı 

da  qeyd  etmək  lazımdır.  Azərbaycanda  hər  il  2-2,5  min  vedrə  olan  şərab  istehsalı  iri 

sahibkarların  (Forer  qardaşları,  Hummel  qardaşları,  Ağayev  qardaşları  və  b.)  əllərində 

cəmlənmişdi. Çaxırın böyük hissəsi Rusiya quberniyalarına göndərilirdi. 

Azərbaycanın  əksər  yerində baramaçılıqla  da  məşğul  olurdular.  Bu təsərrüfat 

sahəsinin inkişafı üçün əsas şərtlərdən biri tut ağacı  plantasiyalarının genişlənməsi idi. 

Bu  plantasiyalar  Azərbaycanda  əsas  etibarilə  Nuxa,  Ərəş,  Naxçıvan  (Ordubad) 

qəzalarında və Zaqatala dairəsində geniş sahələri əhatə edirdi. XX yüzilliyin əvvəllərinə 

yaxın Zaqatala dairəsində tut bağlarının sahəsi 1300 desyatin, Yelizavetpol quberniyasında 

isə 10 min desyatin - dən çox idi. İpəkqurdunun yemlənməsi və barama alınması üçün 

xüsusi məntəqələr var idi. Rusiya toxuculuq sənayesi üçün mühüm xammal olan barama-

çılığı  inkişaf etdirmək  üçün  Tiflisdə "Qafqaz  ipəkçiliyi stansiyası"  təşkil  edilmiş,  onun 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə