Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə26/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   22   23   24   25   26   27   28   29   ...   249

downloaded from KitabYurdu.az

 

 



55 

Kredit-bank müəssisələrinin sürətli artımı Azərbaycan iqtisadiy yatında kapitalist 

inkişafının  tələbi  ilə  şərtlənirdi.  Bank  kapitalı  kredit  müəssisələri  çoxaldıqca  və 

fəaliyyətlərini genişləndirdikcə yerli sənayenin, ticarət və kənd təsərrüfatının, əhalinin 

təsərrüfat  həyatının  bütün  sahələrini  əhatə  edirdi.  Girov  əvəzinə  verilən  borclar, 

bankların fəal əməliyyatının yayılma dairəsinin həcmi və s. bank  kreditinin Azərbaycan 

iqtisadiyyatı ilə nə qədər geniş qovuşduğunu sübut edir. 

Bakı banklarının, demək olar  ki,  hamısı  əsasən neft sənayesi, ona  xid mət  edən 

sənaye sahələri və neft məhsulları ticarəti ilə bağlı idi və onlara xidmət edirdi. Veksel və 

əmtəə  kreditlərinin  əsas  hissəsi  neft  sənayesi  sahəsinə  düşürdü.  Çəltik  və  buğda 

dəyirmanları,  tütün  fabrikləri,  balıq  sənayeçiləri,  manufaktura  tacirləri,  qənd,  meyvə, 

pambıq və s. ilə ticarət edənlər də bank kreditindən geniş istifadə edirdilər. 

Rusiya kommersiya banklarının Bakı şöbələri neft sənayesi ilə, yerli sənayenin 

başqa sahələri və ticarətlə qovuşdu, bank kapitalı sənaye kapitalı ilə qaynayıb qarışdı. Bu 

isə maliyyə oliqarxiyasının hakimiyyətinə gətirib çıxardı. Bankların şöbələri kapitalın və 

inhisarların təmərküzləşməsi prosesini sürətləndirib gücləndirdi, iqtisadiyyatın müxtəlif 

sahələrindəki  qarşılıqlı  əlaqələri  yüksək  dərəcədə  qüvvətləndirdi.  Bankların  şöbələri 

təsərrüfat həyatının mərkəzinə çevrildi. 

Bank  şöbələrinin  Gəncə  qrupu  7-10  mln  rubulluq  veksellərin  hesabını 

aparırdı


147

. Gəncədəki bütün bank şöbələri kənd təsərrüfatının  müxtəlif sahələrini, əsasən 

isə  çaxır  və  araq  istehsalını,  pambıqçılığı  və  ipəkçiliyi  kreditlə təmin  edirdi.  Nuxa  və 

Şuşa  bankları  baramaçılığa  və  ipək  sənayesinə,  həmçinin  başqa  istehsal  sahələrinə 

kredit  verirdi.  Bank şöbələrinin apardığı veksel  hesabının  məbləği  hər  il  Nu xada  3-4, 

Şuşada isə 2-3 mln rubul olurdu. 

Torpaq banklarının bir qrupu özlərinin 1916-cı ilə qədərki fəaliyyəti dövründə 

kənd  malikanələrini  girov  götürməklə,  Azərbaycanın  torpaq  sahiblərinə  7  mln  rubl 

uzunmüddətli  borc  vermişdi

148


.  Mülkədarlar  bu  kapitalın  müəyyən  hissəsini  öz 

təsərrüfatlarını genişləndirməyə, onları  kapitalist yolu  ilə  inkişaf etdirməyə yönəltmişdilər. 

Bu  banklar,  yəni  Bakıda  fəaliyyət  göstərən  Bakı  şəhər  Kredit  Cəmiy yəti,  Tiflis 

Zadəgan  Torpaq  Bankı,  Don  Torpaq  Ban kı,  Tiflis  Zadəgan  Bankının  Şuşadakı 

agentliyi,  Poltava  torpaq  bankının  Gəncədəki  agentliyi  hə min  şəhərlərdə  aparılan 

inşaat işləri üçün girov müqabilində borc vermişdi.  

Azərbaycanda  fəaliyyət  göstərən  kiçik  kred it  müəssisələri  1909-cu  ildən 

1913-cü  ilədək  xırda  kənd burjua ziyasından olan ü zvlərinə  6,5 -7  mln  rubla  qədər 

borc vermişdi. Bu məbləğ kənd təsərrüfatının mü xtə lif sahələrinə qoyulmuşdu. 

Beləliklə,  müharibədən  qabaqkı  illərdə  Azərbaycanda  iqtisadiyyatın 

mü xtəlif  sahələrinə  -  sənaye,  kənd  təsərrüfatı  və  ticarətə  hər  il  100-150  mln  rubl 

bank kapitalı yönəldilmişdi. 

Bank  kapitalı  Azərbaycan  iqtisadiyyatının  bütün sahələrinə  daxil  o lmuş, 

təsərrüfatı  aparmaq  üsulların ı,  onun  strukturunu,  bütün  pul  münasibətlərin in 

mah iyyətini dəyiş miş, sənayedə, kənd təsərrüfatında və ticarətdə əmtəə təsərrüfatı 

və kapitalizmin inkişafını sürətləndirmişdi. 




downloaded from KitabYurdu.az

 

 



56 

§ 7. İSTEHSALIN TƏMƏRKÜZLƏŞMƏSİ PROSESİNİN 



GÜCLƏNMƏSİ 

 

Neft  istehsalının  təmərküzləşməsi.  Azərbaycanın  neft  sənayesinin 

xüsusiyyətlərindən biri iri kap italist ko mpaniyaları qrupunu, eyni zamanda kiçik və 

orta  firmala rın  böyük  kütləsini  özündə  birləşdirməsi  idi.  Ayrı-ayrı  ne ft 

ko mpaniyalarının  XIX  əsrin  90-c ı  illə rindən  birləş mə  səylərin in  güclən məsi,  XX 

əsrin əvvəllərindən isə neft istehsalının təmərküzləşməsi daha geniş vüsət aldı. 

Sənaye  istehsalının  inkişafının  gedişi  onun  ayrı-ayrı  sahələri  daxilində 

özünəməxsus  təmərkü zləşməsi  prosesində  özünü  göstərirdi.  Bu  şəraitdə  ümu mi 

istehsal  həcmində  neft  hasilatı  və  emalı  arasında  mühüm  dəyişiklik  baş  verdi. 

Məsələn,  1890-1900-cü  illərdə  neft  çıxaran  müəssisələrin  istehsal  həcmi  12  dəfə, 

neft  emalı  müəssisələrin inki  isə  5  dəfə  artmışdı.  Əsas  məsələ  onda  idi  ki,  b irinci 

müəssisələrin sayı iki dəfə artmışdısa, ikincilər 1/3 dəfə azalmışdı

149


. 1900-1908-ci 

illərdə  isə  neft  hasil  edən  müəssisələrlə  neft  emalı  müəssisələri  arasındakı  fərq 

böyük deyildi. 

Neft sənayesində təmərküzləşmənin xüsusiyyəti onda idi ki, bu prosesə əsasən 

iri,  getdikcə  əhəmiyyəti  artan  firmalar  cəlb  olunmuşdu.  İllər  keçdikcə  iri  qruplaşan 

firmalar dəyişirdi. XX əsrin lap başlanğıcında neft istehsalı ilə məşğul olan 152 firmadan 

67-sinin hər birinin  illik neft  istehsalı  1  mln puddan  çox  idi və  570,7  mln  pud  neft hasil 

etmişdilər ki, bu da ümumi məhsulun 93,3 faizini təşkil edirdi

150

. Onlardan ildə 5-10 mln 



pud arasında neft çıxaran  firmaların  xüsusi çəkisi  20  faiz,  10-20  mln  pud arasında  neft 

istehsal edən firmalarınkı isə 39,4 faiz idi. Əgər 1904-cü ildə hər biri ildə 20 mln puddan 

çox  neft hasil edən  9  firmanın ümumi  məhsulda payı  54,5  faizə bərabər  idisə,  1910-cu 

ildə  7  firmanın  payına  44  faiz  düşürdü.  Neft  hasilatının  təmərküzləşməsi  bütün  neft 

sənayesinin təmərküzləşməsinin əsasını təşkil edirdi. Neft emalı sənayesində də təmər-

küzləşmə səmərəli olmuşdu. 1901-1911 -ci  illər arasında ağ neft zavodlarının sayı 83-

dən 53-ə enmişdi. İşləməyən zavodların sayını (1901-ci ildə 14, 1909-cu ildə 52) nəzərə 

alsaq, təmərküzləşmənin miqyası daha böyük idi. Ən iri neft emalı zavodları (ildə 5 mln 

puddan artıq istehsalı olan) 1903-cü ildə bütün ağ neft istehsalının 63 fa izin i, 1909-cu 

ildə isə 72 faizini verirdi

151



1911-ci  ildə  Bakı  rayonunda  47  səhmdar  neft  sənayesi  müəssisəsi  var  idi. 



Onların əmlaklarının balans qiyməti 212,4 mln rubla bərabər idi və onlar bütün Rusiya 

neft səhmdar cəmiyyətlərinin 77,6 faizin i təşkil edirdi

152



XX əsrin birinci onilliyindən fərqli olaraq, ikinci onilliyin müharibə ərəfəsində 



neft  istehsalının  təmərküzləşməsi  prosesi  yeni  mərhələyə  qədəm  qoydu.  Bu 

mərhələnin  əsas  xüsusiyyəti  ondan  ibarət  idi  ki,  yeni  cəmiyyətlərin  yaranması  ilə 

köhnələrin  yenidən qurulması prosesi  gedirdi.  Belə  cəmiyyətlər  köhnədən  fəaliyyətdə 

olan  müəssisələrə,  ticarət  evlərinə əsaslanırdılar.  Çar  mütəxəssisləri yazırdılar  ki,  23  il 

müddətində  (1890-cı  ildən  1913-cü  ilə  qədər)  479  firmadan  298-i  sıradan  çıxmışdı

153


Lakin  qeyd etməliyik  ki,  onların bir hissəsi ya sahibini, ya da  adını dəyişmiş, bir təşkilat 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə