Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə191/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   ...   187   188   189   190   191   192   193   194   ...   215

395 

çıxıĢ etmiĢdir. "ġərh ət-tənvir"də irəli sürülmüĢ ideyalar biliyin müxtəlif sahələrini əhatə

edir.  Tədqiqatçının  poeziya  və  ədəbi  tənqid sahələrindəki  yaradıcı  mülahizələri  xüsusi

əhəmiyyət  kəsb  edir.  Yusif  ibn  Tahir  təbabət, psixologiya,  astronomiya  və bir  qədər 

həndəsə ilə də məĢğul olmuĢdu. 

XII-XIII yüzillərdə keçmiĢ Alban dövlətinin iri feodal mülklərindən biri olan

Xaçın  (Arsax)  məlikliyinin  yenidən  dirçəlməsi,  XIII  yüzilin  əvvəllərində  dövrün 

görkəmli  siyasi  və  mədəni  xadimi  Həsən  Cəlalın  hakimiyyətə  gəlməsi,  alban

mədəniyyətinin, o cümlədən  alban  ədəbiyyatının  yeni  inkiĢaf  yoluna daxil  olmasına

gətirib çıxartdı. Lakin əvvəlki dövrlərdən fərqli olaraq bu zaman  artıq mədəni-ideoloji 

cəhətdən erməniləĢmiĢ alban kilsə xadimləri öz  ədəbiyyatlarını  qədim  erməni  dilində

yaratmağa baĢladılar. Məhz bu xadimlər  V-X əsrlərdə alban dilində yazılmıĢ əsərləri

qədim  erməni  dilinə  çevirdilər.  Təsadüfi  deyil  ki,  Moisey  Kalankatlının  dövrümüzə 

qədim  erməni  dilində  çatmıĢ  "Alban  tarixi"  əsərinin  ən  erkən  əlyazması  XIII  əsrə

aiddir.  Lakin  əhali  hələ  uzun  müddət  özünü  alban  etnosu  sayırdı,  belə  ki,

qriqoryanlaĢdırılmıĢ olsa da alban mədəni-siyasi ənənələrini hələ də qoruyub saxlayan 

müstəqil alban kilsəsi mövcud idi. 

Alban özünüdərkinin vüsət tapdığı bu dövrdə xristian albanlar üçün  onların

həyatlarının  bütün  tərəflərini  tənzimləyə  biləcək  hüquqi  sənədin  yaranması  zərurəti 

meydana  çıxdı.  Bu sənədin  köməy ilə onlar nəinki yad dini-siyasi təsirə, eləcə də ideya

baxımından baĢqa xristian kilsələri  ilə birləĢməyə  müqavimət göstərə bilərdilər.  Bu

zərurət  alban  mədəniyyətinin  görkəmli  xadimi  olan  Gəncə  sakin i  M xitar  QoĢun 

(1130-1213)  Albaniya  katolikosu  III  Stepannosun  xahiĢi  ilə  "Datasnagirk"

("Qanunnamə)  əsərini  yazmasına  səbəb  oldu.  Müəllif  əsəri  yazarkən  ġərqi  Roma

imperiyası  qanunlarını,  Moiseyin  qanunlarını,  eləcə də alban  kilsə  kanonlarını  mənbə 

kimi  əsas  götürmüĢdü. Azərbaycan  tədqiqatçıları  (Z.M.Bünyadov,  F.Məmmədova)  bu

"Qanunnamə"ni  ermənilərə  aid  edən  müasir  erməni  alimlərinin  iddialarını  tutarlı

dəlillərlə  rədd  edir,  onu  məhz  albanlar üçün qrabarda  (qədim  erməni  dilində) yazılmıĢ 

alban ədəbiyyatı abidəsi hesab edirlər.  

Gəncədən  keçərək  Xaçına  gələn  Mxitar  buradakı  Getik  monastırında

yaĢamağa baĢlayır və monastırı dağıdan zəlzələyədək Getikdə qalır. Bundan sonra Xaçın 

knyazı  Vahtanqın və  onun  yaxın  adamlarının  köməyilə  Nor  Getik  (QoĢavəng  -  "QoĢun

monastırı"  da  adlandırılırdı)  monastırının  və  oradakı  məktəbin  əsasını  qoyur,  buranı

həm Albaniyanın, həm də Ermənistanın maarif ocağına çevirə bilir. QoĢavəngə yalnız 

oxu maq  üçün  deyil,  öz  biliklərini  təkmilləĢdirmək  üçün də  axıĢıb  gəlirdilər.  M xitar

QoĢ  ömrünün  sonunadək  bu  monastırda  qalmıĢ  və  1213-cü  ildə  burada  vəfat

etmiĢdir.  Elə  burada  da  o,  "Alban  salnaməsi",  eləcə  də  dini  mövzulu  "Qandzaklı 

(Gəncəli) Xosrovun müsibəti" əsərlərini qələmə almıĢdır.  

"Alban salnaməsi"ni yazarkən  müəllif,  Dasxuransi-Kalankatlının  yazdığı tarixi

davam  etdirməyi,  1130-1162-ci  illərdə  -  Səlcuq  hakimiyyəti  illərində  baĢ  verən 

hadisələri iĢıqlandırmağı nəzərdə tutsa da, müəyyən səbəblər üzündən əsəri yarımçıq 

qoymalı olmuĢdu. 




396 

Alban ədəbiyyatının digər tanınmıĢ nümayəndəsi Gəncəli Kirakos 1201-ci

ildə  doğulmuĢ,  1272-ci  ildə  vəfat  etmiĢdir.  Mxitar  QoĢun  yetiĢdirməsi  Vanakan ın

Ģagirdi  olan  Kirakos  ömrünün  çox  hissəsini  QoĢavəngdə  (Nor  Getikdə)  keçirmiĢ, 

yazdığı  "Tarix"   əsəri  ilə  Cənubi  Qafqaz  xalqlarının  XIII  yüzilin  I  yarısına  aid

tarixinə  qiy mətli  faktlar  əlavə  etmiĢdir.  66  fəsillik  bu  əsərin  22  fəsli  bilavasitə

Ermənistana,  18  fəsli  Albaniyaya,  7  fəsli  Gü rcüstana  aid  edilmiĢ,  qalan  fəsillərdə 

isə hər üç Qafqaz xalqı üçün ü mu mi dini məsələlərə to xunulmuĢdur. 

Bütün  deyilənlər,  XI-XII  əsrlərdə  Ģimallı-cənublu  Azərbaycan  ərazisində

elmin sürətli  inkiĢafın ı, onun  mü xtəlif sahələrinə dair onlarla əsərlərin yazıldığ ını, 

bu əsərlərin əsasən dövrün elm dili olan ərəb d ilində qələmə alındığın ı, Azərbaycan 

alimlərin in  Yaxın  və  Orta  ġərq  müsəlman  mədəniyyətinin  inkiĢafında  tutduqları

əvəzedilməz  və  əhəmiyyətli  mövqelərin i  açıqlay ır.  Elmin,  mədəniyyətin  bu 

inkiĢafı,  sözsüz  ki,  ö lkən in  sosial-iqtisadi  vəziyyətinin  və  Ģəhər  mədəniyyətinin 

ümu mi yüksəliĢi ilə bilavasitə bağlı idi. 

§ 6. ƏDƏBĠYYAT 

X-XII  əsrlər  ərəb-müsəlman  mədəniyyətinin,  o  cümlədən  onun  mühüm

tərkib  hissəsi  olan  ədəbiyyatın  tarixində  ən  məhsuldar  dövrlərdən  biri  kimi 

qiymətləndirilir.  Bu  mədəniyyətin  yaradıcılarından  olan  Azərbaycan  ziyalıları  b ir 

çox  sahələrdə  olduğu  kimi,  ədəbiyyat  sahəsində  də böyük  nailiyyətlər  qazan mıĢ,

ərəb  və  fars  dillərində  yazdıq ları  elmi-bədii  əsərlərlə  dövrün  ümu mmüsəlman

mədəniyyətini ən yüksək səviyyəyə qaldıra bilmiĢdilər.  

VIII-IX  əsrlər  ədəbiyyatında  geniĢ  vüsət  tapmıĢ  şuubilik   -"xalqç ılıq"

mey illəri  Xilafətin  ayrı-ayrı  vilayətlərə  -  siyasi  baxımdan  müstəqil  dövlətlərə

parçalan ması  ilə  bu  dövrdə  daha  da  möhkəmlənnıiĢ,  vaxtı  ilə  Sasanilərin 

tabeliyində  olan  ərazilərdə,  o  cümlədən  Azərbaycanın  bir  sıra  bölgə lərində,

ərəblərəqədərki "ədalətli" cəmiyyətə baĢ çılıq edən Ġran Ģahların ın nüfuz və qüdrəti

haqqında xülyalar yenidən dirilmiĢ, Ġran tarixinə, Ġran ədəbiyyatına, Ġran-fars dilinə 

aludəçilik  artmıĢdı.  X  əsrin  ikinci  yarısında  iranlı  Buveyhilərin  Bağdadı  ələ

keçirmələri  ilə  Abbasilərin  zahiri  siyasi  hakimiyyətinə  son  qoyulması,  eləcə  də

Buveyhilərin  Ġran  mütləqiyyətini  diriltmək  cəhdləri  irançılıq  ideyalarının  daha  da 

geniĢlənməsinə və  möhkəmlənməsinə səbəb olmuĢdu. Bu ideyaların Ġran Ģairi Firdov -

sinin  (934-1024)  "ġahnamə"  poemasında  öz  ifadəsini  tapmıĢ  təntənəsi  xüsusilə

poeziyada  fars  dilinin  ərəb  dilinə  üstün gəlməsi  prosesini gücləndirmiĢ,  yeni  farsdilli 

ədəbiyyatın  yaranmasına,  dövlətçilikdə  irançılıq  ənənələrinin  artmasına  təkan  verən 

amillərdən olmuĢdu. 



Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə