Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

63 

 

 



 

miqdarı artırılmır, o cümlədən dövriyyə vəsaitlərinin qənaət edilmiş hissəsindən əlavə 

məqsədlər üçün istifadə etmək olar. 

 

Dövretmə  sürəti  istehsalın  həcminin  artırılması,  istehsal  ehtiyatları  və  onların 



səmərəli istifadəsi,  yeni  texnikanın  tətbiqi,  alınan  məhsulun satılmasın kimi  bir  sıra 

amillərdən asılıdır.  

Dövriyyə vəsaitlərinin dövriyyə sürəti və həcminə aşağıdakı amillər təsir edir: 

 



Müəssisənin ölçüsü (kiçik, orta, böyük); 

 



Müəssisənin fəaliyyət xarakteri (pərakəndə, topdansatış və s.); 

 



İstehsalın dövri müddəti; 

 



Müəssisənin uçot siyasəti;   

 



Müştərilərin ödəmə qabiliyyəti; 

 



Müştərilərin və təchizatçıların coğrafi mövqeyi;  

 



Zəruri resursların keyfiyyət və müxtəlifliyi;   

 



Qiymətləndirmə və infilyasiya və s.  

 

Dövretmə  müddəti  isə  bir  dövrün  baş  verməsinə  sərf  olunan  vaxtı  ifadə  edir. 



Dövretmə müddətini hesablamaq üçün hesabat dövründəki günlərin sayını dövretmə 

sürətinə bölmək lazımdır. Düstur şəklində onu aşağıdakı kimi ifadə edə bilərik: 

 

Y

k



=B/Ə

,       (8) düsturu tətbiq etsək, onda       Y



k

=BxD


or

/R       (10)      

 

 

Burada,Yk  –  dövriyyə  vəsaitlərinin  bir  dövriyyəsinin  gün  hesabı  ilə 



uzunluğudur;  

B – dövrdəki günlərin sayıdır (il – 360 gün, rüb – 90 gün və ay – 30 gün). 

Ə



 - dövretmə əmsalıdır. 



 

Misal  3.  Misal  1-də  verilmiş  məlumatlara  əsasən  dövretmə  müddətini 

hesablayaq.  

Y

k



=360/5=72 gün 


64 

 

 



 

 

Dövriyyənin  yüklənmə  əmsalını  hesablamaq  üçün  dövriyyə  vəsaitlərinin  orta 



məbləğini əmtəəlik məhsulun miqdarına bölərək əldə etmək olar. Düstur formasında 

bu əmsal aşağıdakı kimi ifadə olunur: 

 

Ə

y



 = D

or

/R           (11) 



 

 

Burada, Ə



y

 – dövriyyənin yüklənmə əmsalını,  

D

or

 – dövriyyə vəsaitlərinin orta illik (rüblük, aylıq) qalığı (manatla)  



R – topdansatış qiymətində satılmış olunmuş məhsulun həcmini (manatla) ifadə edir. 

Misal  4.  Dövriyyə  vəsaitlərinin  orta  məbləğini  25000  manat,  əmtəəlik  məhsulun 

həcmini isə 100000 manat kimi qəbul etsək, o zaman dövriyyənin yüklənmə əmsalı 

aşağıdakı kimi alınar:  

Ə

y

=25000/100000=0,25 



 

Yüklənmə  əmsalı  dövriyyə  əmsalının  tərsi  olub,  1  manatlıq  satılmış  məhsula 

düşən  istifadə  olunnmuş  dövriyyə  vəsaitlərinin  miqdarı  ilə  ölçülür.  Onun  həcminin 

kiçik olması dövriyyə vəsaitlərinin dövranını daha da sürətləndirir.  

 

Dövriyyə  vəsaitlərindən  istifadə  göstəriciləri  nəzərdən  keçirilən  zaman 



əmtəəlik  məhsulun  miqdarını  bütövlükdə  deyil,  faktiki  satılan  hissəsi  əsas 

götürülməlidir.  

Dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyi dövretmə müddətinin mümkün 

qədər  az,  dövriyyə  əmsalının  isə  çox  olması  halında  yüksək  olur.  Məsələn,  neft-

kimya  müəssisələrini  nəzərdən  keçirək.  Belə  müəssisələrdə  dövriyyə  vəsaitlərinin 

dövrlərinin sayı digər sahələrdən çoxdur. Belə ki, dövriyyə vəsaitlərinin dövrlərinin 

sayı ildə orta hesabla 12-15 olduğu halda başqa sənaye sahələrində bu rəqəmlər daha 

aşağıdır.  Bu  da  neft-kimya  sahəsində  dövriyyə  vəsaitlərindən  istifadənin 

səmərəliliyini daha yüksək edir.  

Müəssisənin  dövriyyə  vəsaitlərinin  dövriyyə  göstəricilərini  hesabladıqda 

dövriyyə vəsaitlərinin qalıq məbləğinin tərkibinə hesablaşma hesablarında olan nağd 

pul vəsaitləri aid olunmur. Bunun səbəbi isə dövriyyə aktivlərinin dövretmə sürətinin 




65 

 

 



 

artırılması  halında  qənaət  olunan  dövriyyə  vəsaitləri  bankda  akkumulyasiya 

olunmasıdır.  

 

Dövriyyə  vəsaitlərindən  istifadənin  yaxşılaşdırılması  material  sərfinə  qənaət 



etməyə  imkan  verir.  Daha  az  material  sərf  olunması  isə  hazırlanan  məhsulun  maya 

dəyərini və material tutumunu aşağı salır ki, bu da müəssisənin maliyyə vəziyyətinə 

müsbət təsir edir.  

 

Material  ehtiyatlarından  istifadənin  səmərəliliyini  qiymətləndirmək  üçün  bəzi 



göstəriciləri nəzərdən keçirmək lazımdır.  

 

Bu göstəricilərdən biri mövcud xammaldan hazır məhsul alınması əmsalıdır, o 



imkan  verir  ki,  ilkin  xammalla  nə  qədər  məhsul  istehsal  edə  biləcəyimizi  müəyyən 

edək. Bu əmsal faizlə ifadə edilir.  

 

İkinci  nəzərdən  keçiriləcək  əmsal  materialdan  istifadə  əmsalıdır.  Bu  əmsalla 



məhsul  istehsalında  yaranan  itkilərin  miqdarını  əks  etdirir.  Bu  göstəricinin  də  iki 

forması vardır. Bunlar aşağıdakılarıdr: 

 

Materialdan istifadənin plan əmsalı; 



 

Materialdan istifadənin faktiki əmsalı. 



 

Ilkin  göstərici    hazırlanmış  məhsul  vahidinin  xalis  çəkisinin    məhsulun  sərfi 

normalarına əsasən istifadə olunancaq materialın həcminə nisbəti kimi hesablanır. 

 

Materialdan  istifadənin  faktiki əmsalı isə hazırlanmış    məhsul vahidinin  xalıs 



çəkisinin materialın faktiki istifadə olunmuş miqdarına nisbəti kimi hesablanır.  

 

Materialdan  istifadə  əmsalı  vahidə  nə  qədər  yaxın  olarsa,  itki  də  o  qədər  az 



olar. Elə sahələr də vardır ki, orada detalın xalis həcmi onun xüsusi çəkisinin əvəzinə 

istifadə olunur.  

 

Misal  5.  Tutaq  ki,  məhsulun  xalis  çəkisi  1,5  kq,  məhsul  vahidinin  istehsalına 



məsrəf  norması  2  kq  müəyyən  edilmişdir.  Məhsulun  hər  birinin  istehsalına  faktiki 

material sərfi isə 1.6 kq təşkil etmişdir. Buradan materialdan plan istifadə əmsalı və 

faktiki istifadə əmsalını tapmaq üçün aşağıdakı nisbətlər hesablanmalıdır: 

1,5 kq : 2 kq = 0,75 (plan istifadə əmsalı), 

1,5 kq : 1,6 kq = 0,9 (faktiki istifadə əmsalı) 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə