Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

56 

 

 



 

cümlədən 

onların 

təsərrüfat 

subyektinin 

maliyyə 


vəziyyətinə 

təsirin 


qiymətləndirilməsində müəssisədaxili nəzarətin əhəmiyyəti artır.  

 

Dövriyyə vəsaitlərinin təhlilinin əsasında iki əsas məqsəd durur. Bu məqsədlər 



aşağıdakılardır:  

 



Dövriyyə vəsaitlərinin tərkibi, strukturu və dövriyyəsinin təhlili; 

 



Dövriyyə  vəsaitlərinin  bütövlükdə  və  ya  ayrı-ayrı  elementlərinin  istifadəsinin 

səmərəliliyinin təhlili.  

 

Dövriyyə vəsaitlərinin təhlilində istifadə olunan məlumat mənbələri idarəetmə, 



əməliyyat, statistik uçot məlumatları, hesabat, plan məlumatları (smeta, büdcə, biznes 

plan), istehsal-texniki məlumatlar və s. aiddir. Bununla yanaşı, dövriyyə vəsaitlərinin 

təhlilində  ümumiqtisadi  və  sənaye  məlumatları,  kontragentlər  və  rəqiblər  haqqında, 

resursların qiyməti, maliyyə resurslarının cəlb olunması və yerləşdirilməsi haqqında 

məlumatlar və s. kimi informasiyalardan istifadə olunur.   

 

Dövriyyə  aktivlərinin  təhlili  kompleks  və  sistematik  bir  prosesdir.  Dövriyyə 



aktivlərinin daxili və xarici təhlili həyata keçirilir ki, bu iki nəzarət forması təhlilin 

obyekti baxımından fərqlənirlər.  

 

Dövriyyə aktivlərinin xarici təhlili zamanı yoxlanılan elementlər Sxem 2.3.1.də 



göstərilmişdir.  

 

 



 

 

 



 

 

 



 

 



57 

 

 



 

Sxem 2.3.1. Dövriyyə aktivlərinin xarici təhlili 

 

 



Dövriyyə vəsaitlərinin daxili təhlilinin üç forması vardır: 

 



Ehtiyatların  təhlili; 

 



Pul vəsaitlərinin təhlili;  

 



Debitor borclarının təhlili. 

 

Ümumilikdə, dövriyyə aktivlərinin daxili yoxlanılmasında aşağıdakı məsələlər 



təhlil olunur: 

 



Dövriyyə aktivlərinin vəziyyətinin təhlili və qiymətləndirilməsi;  

 



Dövriyyə  vəsaitlərinin  ayrı-ayrı  elementlərinə  tələbatın  təhlili  və 

qiymətləndirilməsi;  

 

Dövriyyə  vəsaitlərinin  sərfi  üzrə  büdcənin  icrasının  təhlili  və 



qiymətləndirilməsi;  

 



Dövriyyə  vəsaitlərinin  proqnozlaşdırılmasında  istifadə  olunan  metodların  hər 

birinin məqsədəuyğun seçilməsinin analizi; 

Dövriyyə aktivlərinin 

xarici təhlili 

Dövriyyə vəsaitlərinin 

investisiya cəlb 

ediliciyinin təhlili və 

qiymətləndirilməsi 

İnvestisiya olunmuş 

dövriyyə aktivlərinə 

xarici təsirlərin 

qiymətləndirilməsi; 

Dövriyyə vəsaitlərinə 

investisiya riskinin 

analizi və 

qiymətləndirilməsi; 

Təsərrüfat subyektinin 

maliyyə-təsərrüfat 

əməliyyatlarından 

dövriyyə 

vəsaitlərindən 

istifadənin 

səmərəliliyinin təhlili 

və qiymətləndirilməsi 

və s. 

Təsərrüfat subyektinin 



likvidliyi və ödəmə 

qabiliyyətinin təhlili və 

qiymətləndirilməsi; 

Təsərrüfat subyektinin 

iflas diaqnozunun 

hazırlanması və s.  




58 

 

 



 

 



Dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyinin qiymətləndirilməsi;  

 



Dövriyyə vəsaitlərindən istifadənin göstəricilərinin təhlili;  

 



Dövriyyə vəsaitlərindən istifadənin göstəricilərinin təhlili;  

 



Müəssisənin maliyyə sabitliyinə dövriyyə vəsaitlərinin təsirinin təhlili; 

 



Müəssisənin maliyyə sabitliyinə dövriyyə vəsaitlərinin təsirinin təhlili; 

 



Dövriyyə vəsaitlərindən istifadə zamanı yaranacaq risklərin qiymətləndirilməsi 

və s.   


 

Yuxarıda qeyd  etdiyimiz  kimi  dövriyyə  vəsaitlərinə daxili  maliyyə  nəzarəti 3 

istiqamətdə həyata keçirilir (ehtiyatlar, pul vəsaitləri, debitor borcları). İndi isə hər bir 

istiqamət üzrə ayrıca yoxlanılan məsələləri nəzərdən keçirək.  

 

Ehtiyatların  (xammal  və  materiallar,  bitməmiş  istehsal,  hazır  məhsul)  



təhlilində aşağıdakı məsələlər təhlil olunaraq qiymətləndirilir: 

 



Alınmış ehtiyatların düzgün mədaxili; 

 



Ehtiyatların anbarda saxlanmasının lazımi şəraitinə uyğunluğu

 



Ehtiyatların verilmiş vəkalətnamələrə əsasən alınması; 

 



Alınmış ehtiyatlar üzrə məsrəf normalarına əməl olunmasının düzgünlüyü; 

 



Zay olmuş ehtiyatların silinməsinin düzgünlüyü; 

 



Hazır məhsul buraxılışının xammalın istifadəsinə uyğun olması; 

 



Bitməmiş istehsalın mühasibat balansında əks olunması vəziyyəti; 

 



Hazır məhsulun qiymətinin müəyyənləşdirilməəsinin düzgünlüyü; 

 



Satış ilə bağlı imzalanmış müqavilə şərtlərinin yerinə yetirilmə səviyyəsi

 



Ehtiyatlardan istifadənin proqnozlaşdırılması metodikasına uyğunluğu; 

 



Ehtiyatlar  və  anbara  daxil  olunan  digər  maddi  dəyərlilərin  kəmiyyət  və 

kyfiyyəti, tamlığı; 

 

Ehtiyatların istehsala buraxılması; 



 

Istehsalda olan ehtiyatların vəziyyəti; 



 

Ehtiyatların optimal həcminə uyğunluğu; 



 

Buraxılmış məhsulun keyfiyyəti və s.  



 

Pul vəsaitlərinin təhlilində aşağıdakı məsələlər təhlil olunur: 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə