Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

50 

 

 



 

 

Qeyri-dövlət  maliyyə  nəzarətinin  formalarından  biri  də  auditdir.  Audit  xarici 



nəzarət forması hesab olunur. Audit yoxlaması hüquqi şəxs olan audit təşkilatı və ya 

fiziki şəxs olan auditor tərəfindən aparıla bilər. Audit dedikdə,  mühasibat uçotunun 

düzgün  aparılmasına,  mühasibat  və  maliyyə  hesabatlarına  müstəqil  nəzarətdir. 

Auditin müxtəlif növləri vardır. Bu növlər Cədvəl 2.2.2-də göstərilir. 

 

Cədvəl 2.2.2. Auditin növləri və hər bir növ üzrə fəaliyyətin məzmunu 

 

Auditin növləri 

Onların fəaliyyətinin məzmunu 

Məcburi audit 

Bilavasitə  qanunvericilikdə  nəzərdə  tutulan 

hallarda  və  ya  dövlət  orqanlarının  tapşırığı 

əsasında yerinə yetirilir. 

Könüllü audit 

Yoxlanılacaq təsərrüfat  subyekti ilə auditor və 

ya  audit  təşkilatı  arasında  könüllülük  prinsipi 

əsasında  bağlanmış  müqavilə  üzrə  həyata 

keçirilir. 

Kənar audit 

Auditor 


firmaları  və  sərbəst  auditorlar 

tərəfindən 

bağlanan 

müqavilə 

əsasında 

təsərrüfat  subyektinin  mühasibat  uçotunun  və 

maliyyə  hesabatının  düzgünlüyünü  obyektiv 

olaraq 


 

qiymətləndirmək 

üçün  nəzərdə 

tutlmuşdur. 

Daxili audit 

Təsərrüfat 

subyektinin 

struktur 

elementlərindən  biri  kimi  təşkil  olunur  və  

ehtiyatların  itkisinin  qarşısını  almaq  və 

müəssisə  daxilində  zəruri    dəyişikliklər 

aparmaq üçün həyata keçirilir. 

 

Uyğunluq auditi 



Təsərrüfat  subyektinin  maliyyə,  təsərrüfat 

fəaliyyətinin  qoyulmuş  şərtlərə,qaydalara 

uyğun  olub  olmadığını  müəyyən  etmək 

üçünhəyata keçirilir. 

Təsərrüfat auditi 

Təsərrüfat 

fəaliyyətini 

yaxşılaşdırmaq 

imkanlarının  müəyyənləşdirilməsi  və  bu 

haqda  məsləhətlər  verilməsi,  idarəetmənin 

səmərəliliyinin təhlilini nəzərdə tutur. 

Maliyyə hesabatının auditi 

Maliyyə 

heasbatının  müəyyənləşdirilmiş 

meyarlara  və  mühasibat  uçotunun  qəbul 

olunan 


qaydalarına  mütənasib  olması 

haqqında rəy vermək üçün həyata keçirilir. 

Əməliyyat auditi 

Təsərrüfat  sisteminin  təsərrüfat  əməliyyatları 

və  metodlarının  hər  hansı  bir  hissəsinin 

təhlilidir. 

Dövlət  orqanlarının  müvafiq  qərarı  ilə  həyata 

keçirilən audit 

Qanunvericiliyə  uyğun  olaraq    əsasən 

səlahiyyətli  dövlət  orqanlarının  müvafiq 




51 

 

 



 

qərarı ilə həyata keçirilən məcburi auditin bir 

formasıdır. 

 

Auditorlar  yalnız  audit  yoxlamalarını  həyata  keçirmirlər.  Onlar  Həmçinin,  



təsərrüfat subyektlərinə, fiziki şəxslərə məsləhət xidmətləri də icra edirlər. 

Azərbaycan  Respublikasında  audit  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  mütləq 

qaydada Auditorlar Palatasından lisenziya almaq lazımdır. Lisenziyanın müddəti isə 

5 ildir.  

Auditor yoxlamasının əsas mərhələləri Sxem 2.2.2-də göstərilmişdir: 

 

Sxem 2.2.2. Auditor yoxlamasının mərhələləri 

 

 

Sxem 2.2.2. Auditin mərhələləri. 



 

Maliyyə  nəzarətinin  bir  digər  növü  büdcə  nəzarətidir.  Bu  növ  maliyyə 

nəzarətinin  mühüm  formalarından  hesab  olunur.  Onun  vəzifəsi  büdcənin 

hazırlanması,  baxılması  və  təsdiqi  mərhələlərində  büdcənin  mövcud  ehtiyatlarının 

gəlir  hissəsinin  istifadəsinə  nəzarət  etməkdir.  Büdcə  xərclərinin  təhlilində  hər  bir 

xərcin  məqsədəuyğun  maliyyələşdirilməsi  yoxlanılır.  Büdcədən  istifadə  zamanı 

büdcə  nəzarəti  büdcə  vəsaitlərindən  vaxtında  və  səmərəli  formada  istifadə 

olunmasının yoxlanılmasını nəzərdə tutur.     

auditin 

planlaşdırılması 

audit 

sübutlarının 



toplanması 

üçüncü 


şəxslərin 

məlumatların

dan istifadə 

etmək 


sənədləşdirmə 

auditor rəyi 




52 

 

 



 

Vergi  nəzarəti  də  maliyyə  nəzarətinin  bir  formasıdır.  Vergi  nəzarəti    büdcə 

sisteminin  bütün  mərhələlərində  büdcənin  gəlir  hissəsinə  daxil  olan  vergilərin 

hərəkətinə nəzarət etməkdir.  

 

Digər  maliyyə  nəzarəti  növü  olan  gömrük  nəzarətinin  əsas  vəzifəsi  büdcəyə 



gömrük rüsumları və vergilərin tam və vaxtında daxil olmasıdır.  

 

Valyuta  Nəzarəti    -  ixrac  əməliyyatlarından  gəlirlərin  tam  və  vaxtında  daxil 



olmasına, idxal malları üzrə xarici valyuta ilə ödənişlərin düzgünlüyünə nəzarətdir.  

 

Sığorta  nəzarəti  sığorta  bazarında  sabitliyin  təmin  olunması  üçün  nəzərdə 



tutulmuşdur.  

 

Maliyyə nəzarəti metodları dedikdə, nəzarətin məqsədlərinə çatmaq məqsədilə 



istifadə  edilən  üsul  və  qaydaların  toplusu  başa  düşülür.  Maliyyə  nəzarətinin  tətbiqi 

zamanı  müxtəlif metodlardan istifadə olunur. Bu metodlar əsasən nəzarət, nəzərdən 

keçirmə, maliyyə vəziyyətinin təhlili, müşahidə, yoxlama, təftiş ola bilər.  

 

Maliyyə nəzarətinin yoxlama metodunun tətbiqi zamanı hesabat sənədləşmələri 



və  məxaric  sənədləri  üzrə  maliyyə  fəaliyyətinin  müxtəlif  aspektləri  araşdırılır. 

Yoxlama  nəticəsində  əgər  hər  hansı  pozulma  halı  aşkarlanarsa,  onun  qarşısının 

alınması üçün tədbirlər görülür. 

 

Qanunvericilikdə  əks  olunan  norma  və  tələblərə  əsasən  aparılan  maliyyə 



əməliyyatlarının  təhlili  nəzarət  metoduna  əsaslanır.  Əgər  bu  norma  və  tələblər 

pozularsa, sanksiyalar tətbiq oluna bilər 

 

Maliyyə  nəzarətinin  bir  digər  növü  olan  müşahidə    və  ya  monitorinq  nəzarət 



subyektinin maliyyə  durumu və onun resurslarıdan səmərəli istifadə ilə bağlı nəzarət 

metodudur. Bu nəzarət  metodu yoxlanılacaq təsərrüfat subyektinin razılığı əsasənda 

və ya arbitraj məhkəməsinin qərarı ilə keçirilə bilər. Arbitraj məhkəməsinin qərarına 

əsasən  monitorinq  metodu  əsasən  müəssisənin  öhdəliklərini  yerinə  yetirmədiyi  və 

müəssisənin müflisləşməyə getdiyi halqa tətbiq olunur. 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə