Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

37 

 

 



 

a)

 



maliyyə  sahəsində  mövcud  olan  qanunvericilikvə  normativ  aktlara  əməl 

olunması,  mühasibat  uçotu  və  maliyyə  hesabatlarının  etibarlılığının  təmin  edilməsi, 

pul və material dəyərlilərinin qorunması; 

b)

 



müəssisədə  istehsalın  genişləndirilməsi  məqsədilə  onun  fəaliyyətinin  düzgün 

qiymətləndirilməsi, daxili resursların aşkara çıxarılması.  

 

Müxtəlif səviyyəli büdcələrin gəlirləri və xərcləri, vergi ödənişlərinin miqdarı, 



müəssisənin  gəlirləri,    xərcləri  və  s.  kimi  maliyyə  göstəriciləri  maliyyə  nəzarətinin 

predmeti qismində çıxış edir. 

 

Maliyyə  nəzarətinin  bir  çox  növünün  olmasına  baxmayaraq,  onların  ümumi 



məqsədi  vardır.  Bu  məqsəd  -  maliyyə  qanunvericiliyinə    əməl  olunmasının  təmin 

edilməsi,  maliyyə  resurslarının  bölünməsi  və  istifadəsinin  səmərəliliyini  təmin 

etməkdən ibarətdir.  

 

Maliyyə  nəzarətinin  məqsədinə  çatmaq  üçün  onun  vəzifələri  müəyyən 



olunmuşdur. Maliyyə nəzarətinin vəzifələri aşağıdakılardır: 

1.

 



mühasibat hesabatlarının və mühasibat uçotunun düzgün qurulması; 

2.

 



müəssisənin maliyyə fəaliyyətinin hüquqi  baxımdan tənzimlənməsi; 

3.

 



müflisləşmənin qarşısının alınması; 

4.

 



dövlət qarşısındakı öhdəliklərin vaxtında və düzgün icrası; 

5.

 



daxili resursların müəyyən olunması və şirkətin səmərəliliyinin artırılması üçün 

onlardan daha səmərəli istifadə edilməsinin təmin olunması; 

6.

 

mühasibat uçotunun təhlili; 



7.

 

pul vəsaitlərindən və material dəyərlilərindən səmərəli istifadəyə nəzarət; 



8.

 

zərərin ölçüsünün müəyyən olunması; 



9.

 

menecerlərin məsuliyyətinin obyektiv qiymətləndirilməsi və s.   



 

Dövlət  və  qeyri-dövlət  maliyyə  nəzarətinin  vəzifələri  və  funksiyaları  eyni 

deyildir.  Əgər  dövlət  maliyyə  nəzarətinin  əsas  vəzifəsi  -  mövcud  qanunvericiliyə 

riayət  etmək  və  büdcə  və  qeyri-büdcə  vəsaitlərindən  səmərəli  istifadəyə  əsaslanan  

dövlətin  maliyyə  siyasətinin  müvəffəqiyyətlə  icrasına  yardım  etməkdirsə,    qeyri-



38 

 

 



 

dövlət  nəzarətinin  əsas  vəzifəsi  –  təsərrüfat  subyektinin  maliyyə  hesabatının 

düzgünlüyünü təmin etmək və onun maliyyə resurslarından səmərəli istifadəyə şərait 

yaratmaqdan ibarətdir.  

 

Maliyyə  qanunvericiliyinə  əməl  olunmasında  maliyyə  nəzarəti  orqanları 



maliyyə sanksiyaları və qadağalardan istifadə edirlər.  

 

Maliyyə nəzarəti orqanlarının fəaliyyəti zamanı riayət etməli olduğu prinsiplər 



vardır.  Maliyyə  nəzarəti  prinsipləri  normativ  sənədlərdə  əks  olunması  baxımından  

beynəlxalq  hüquqi  aktların  müəyyən  etdiyi  prinsiplər;  Azərbaycan  Respublikası 

tərəfindən  müəyyən  olunan  prinsiplər;  digər  normativ  sənədlərdə  göstərilən 

prinsiplər;  normativ  hüquqi  aktlarda  qeyd  olunmayan  prinsiplər  kimi  qruplaşdırılır. 

Ali  nəzarət  orqanlarının  beynəlxalq  təşkilatı  olan  İNTOSAİ-nin  Lima 

deklarasiyasında maliyyə nəzarəti orqanları üçün əməl etməli olduqları əsas prinsiplər 

müəyyən olunmuşdur. Bu prinsiplər aşağıdakılardır:  

 



Müstəqillik və obyektivlik; 

 



Səriştəlilik və aşkarlıq; 

 



Nəticəlilik;  

 



Dəqiqlik;  

 



Professional davranış;  

 



Effektivlik və s. 

 

Bu prinsiplərdən ilk ikisi daha vacib hesab olunan prinsiplərdir. 



 

Maliyyə  nəzarəti  maliyyə  resurslarının  bütün  hərəkət  proseslərində  özünü 

göstərdiyi  üçün  ictimai  istehsalın  bütün  sahələrində  mövcuddur.    Məlumdur  ki, 

ictimai istehsalın sahələri istehsal, bölgü, mübadilə və istehlak hesab olunur. İndi isə, 

bu mərhələlərin hər birində maliyyə nəzarətinin necə iştirak etdiyinə baxaq. 

 

İstehsal prosesində maliyyə nəzarəti ictimai əməkdən istifadənin səmərəliliyini 



müəyyənləşdirir. 

 

Bölgü  mərhələsində  maliyyə  nəzarəti  bölgü  prosesində  əldə  olunan 



vəsaitlərdən dövlət büdcəsinə, sosial sığortaya vəsaitlərin ayrılmasına, ictimai yığım, 

istehlak fondlarının genişlənməsinə, bərpasına və s. yönəldilir.   




39 

 

 



 

 

Mübadilə  prosesində  maliyyə  nəzarətinin  rolu,  təsərrüfat  subyektlərinin 



material-texniki  vasitələrlə  təminatını  və  əhalinin  istehlak  mallarına  tələbatının 

ödənilməsini yoxlamaqdan ibarətdir.    

 

İstehlak  mərhələsində  maliyyə  nəzarəti  əsasən istehsal istehlakı  ilə bağlı olan 



əməliyyatlara  nəzarəti  nəzərdə  tutur.  Şəxsi  istehlaka  maliyyə  nəzarəti  zamanı 

vətəndaşların  maddi  və  mənəvi  tələbatlarının  ödənilməsi  zamanı  yaranan 

uyğunsuzluqları, qanunvericiliyin, normativ hüquqi aktların tələblərinin icrası zamanı 

pozuntu halları baş verərsə, onların səbəblərini araşdırır. 

 

Maliyyə  nəzarəti  yalnız    pul  dövriyyəsini  deyil,  həmçinin  mübadilə 



sövdələşmələri, o cümlədən qarşılıqlı hesablaşmaların müxtəlif formaları üzrə bütün 

əməliyyatları  əhatə  edir.  Rus  alimi  E.Y.Qraçeva  da  maliyyə  nəzarətini  maliyyə 

sisteminin  bütün  həlqələrində  fəaliyyət  göstərən  dövlət  nəzarətinin  bir  növü  kimi 

qiymətləndirir. 

 

Beynəlxalq  praktikada  daha  çox  maliyyə  nəzarətinin  anqlosakson  və  fransız 



modeli istifadə olunur.  İlkin modeldə nəzarət edən maliyyə orqanları yalnız müxtəlif 

növ  nəzarəti  həyata  keçirir,  onlar  üzrə  hesabat  hazırlayır,  lakin  sanksiyalar  dövlət 

hakimiyyətinin inzibati və məhkəmə hakimiyyəti orqanları tərəfindən icra olunur. 

 

Fransız  modelində  isə  maliyyə  pozuntularına  yol  verən  şəxslərin 



təqsirləndirilməsində  və  itkilərin  kompensasiyasının  tələb  olunmasında  müəyyən 

nəzarət orqanlarına bəzi məhkəmə funksiyalarının verilməsi üçün şərait yaradılır. Bu 

da anqlosakson və fransız modelləri arasındakı əsas fərqi təşkil edir.  

 

Maliyyə  nəzarəti  maliyyənin  nəzarətedici  funksiyasının  təzahürü,  yaxud 



gerçəkləşdirilməsi kimi çıxış edir.  

 

Ümumilikdə  maliyyə  nəzarətinə  belə  tərif  verə  bilərik  ki,  maliyyə  nəzarəti  – 



xüsusi təşkil olunmuş orqanlar tərəfindən, dövlət tapşırığı və ya iqtisadi subyektlərlə 

bağlanılan  razılaşmaya  əsasən  maliyyə,  pul,  valyuta,  kredit  əməliyyatlarının  hüquqi 

tələblərə, qanunvericiliyə uyğunluğunun yoxlanılmasıdır.  

 

 

 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə