Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

33 

 

 



 

malik  vahid  əmanətdir.  O,  öz  sahibinə  dividendlərin  alınması  və  səhm  sahiblərinin 

yığıncaqlarında  səs  hüququ  verən  qiymətli  kağızdır.  Səhmlər  müddətsiz  qiymətli 

kağızlardır,  yəni  səhm  sahibinin  hüquqları  səhmdar  cəmiyyətin  fəaliyyət  göstərdiyi 

müddət  ərzində  mövcud  olur.  Səhmdar  cəmiyyətin  müflisləsməsi  zamanı  yalnız 

səhmə qoyduu vəsaiti itirir. 

Borc  maliyyələşməsi  –  müəssisə  qiymətli  kağızlar  (istiqrazlar)  satır,  bu 

qiymətli kağızlar isə sahibinə istiqrazlar üzrə faizlərin ödənilməsində səhmdarlardan 

fərqli  olaraq,  əvvəl  ödənilərək  üstünlük  verir,  hətta  müəssisə  müflis  olduğu  halda, 

iddianın təmin edilməsində birinciliyə malikdir.  

 

Büdcədən  maliyyələşmə  yalnız  müəyyən  məqsədlər  üçün  həyata  keçirilir. 



Büdcədən  maliyyələşən  vəsait  ya  cari  əməliyyatlara,  yaxud  da  investisiya 

layihələrinin həyata keçirilməsinə yönəldilə bilər.  

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 



 

 

 



 


34 

 

 



 

FƏSIL II. MÜƏSSİSƏLƏRDƏ MALİYYƏ NƏZARƏTİNİN TƏŞKİLİ VƏ 

DÖVRİYYƏ VƏSAİTLƏRİNDƏN İSTİFADƏ ÜZRƏ MALİYYƏ 

NƏZARƏTİNİN HƏYATA KEÇİRİLMƏ QAYDALARI 

 

2.1. Maliyyə nəzarətinin təşkili zəruriliyi və əhəmiyyəti 

 

 

Müasir  dövrdə  sürətli  inkişaf  müəssisələrdə  maliyyə  nəzarəti  sisteminin 



yaradılması və inkişafını da olduqca zəruri hala çevirir. Bəs maliyyə nəzarəti nədir? 

Dissertasiya işinin ikinci fəslinin ilk sualında bunu araşdıracağıq.  

 

Nəzarət müəssisənin idarəetmə mərhələlərindən biridir. Nəzarətin əsas növləri 



kimi  iqtisadi  nəzarət,  inzibati  nəzarət,  texniki  (texnoloji,  prosessual)  nəzarət, 

təsərrüfat nəzarəti, maliyyə nəzarəti növləri fərqləndirilir. [13, səh 14] 

 

İqtisadi  nəzarət  –  resurslardan  istifadə  üzrə  itki  və  tullantıları,  qeyri-qanuni 



vəsait sərfini və buna imkan yaradan şəraiti araşdırır.  

 

İnzibati  nəzarət  –  müəssisənin  fəaliyyəti  zamanı  mövcud  qanunvericiliyə, 



normativ aktlara əməl olunub-olunmadığına nəzarətdir. 

 

Texniki  nəzarət  –  müəssisədə  baş  verən  istehsal  dövründə  texniki  təchizatın 



vəziyyətinə  nəzarəti,  onların  fəaliyyətində  texniki  normativlərə  əməl  olunmasının 

yoxlanılmasını nəzərdə tutur.  

 

Təsərrüfat  nəzarəti  –  müşahidə  və  yoxlama  sistemi  vasitəsilə  təsərrüfat 



subyektinin  təsərrüfat  əməliyyatlarının  qarşısında  duran  məqsədə  çatmaqda  

yaranacaq maneələri müəyyən edərək aradan qaldırılması üçün nəzərdə tutulur.  

 

Hər bir nəzarət növünün predmeti müəssisə fəaliyyətinin ayrıca aspektini əhatə 



edir.  Bu  baxımdan  əgər  nəzarət  pul  vəsaitləri  üzrə  əməliyyatları  əhatə  edirsə,  belə 

nəzarət  maliyyə  nəzarətidir.  Rus  iqtisadçısıA.  L.  Jdanov  qeyd  edir  ki,  maliyyə 

nəzarətinin belə bir xüsusiyyəti vardır ki, onun obyekti pul vəsaitlərinin hərəkəti ilə, 

yəni maliyyə resurslarının istifadəsi ilə bağlıdır. [13, səh.14] 




35 

 

 



 

 

Alman alimi D. Han qeyd edir ki, ―Nəzarət – müəssisənin faktiki göstəriciləri 



ilə plan göstəricilərinin müqayisəsi əsasında imkan verir ki, müəssisənin fəaliyyətini 

qiymətləndirmək mümkün olsun.‖ [13, səh.15] 

 

Müasir  dövrdə  bir  çox  alimlər  maliyyə  nəzarətinə  maliyyə  sahəsində 



qanunvericiliyin  və  mühasibat  hesablarında  əks  olunan  məlumatların  etibarlılığının  

təmin olunmasının yolu kimi baxırlar.  

 

Maliyyə 


nəzarəti  təsərrüfat  və  idarəetmə  subyektlərinin  mövcüd 

qanunvericiliyə  riayət  etməsi  üzrə  hazırlanan  və  icra  olunan  tədbirlərin  cəmindən 

ibarət  olub,  maliyyə  əməliyyatlarının  səmərələliyinin  və  yaranan  xərclərin 

məqsədəuyğunluluğunun  qiymətləndirilməsini  əks  etdirir.  Yəni,  maliyyə  nəzarəti 

yalnız  maliyyə  fəaliyyətinin  qanunauyğunluğunu  qiymətləndirmir,  həmçinin  onun 

fəaliyyətini təhlil də edir.  

 

Maliyyə  nəzarəti  də  zamanla  məzmunca  dəyişilmişdir.  O,  ilk  əvvəl  dövlət 



xəzinə  vəsaitlərinin  xərclənməsinə  dövlət  nəzarəti  kimi  meydana  gəlmişdir.    Lakin 

sonradan  bazar  münasibətləri  genişlənmiş  və  inkişaf  etmiş,  maliyyə  bazarları 

yaranmış,  müəssisələr  arasındakı  əlaqələr  genişlənmişdir  ki,  bu  da  maliyyə 

nəzarətinin də forma və metodlarında dəyişikliklərə səbəb olmuşdur.  

 

Maliyyə  nəzarətinin  mahiyyətini  başa  düşmək  üçün  onu  təşkil  edən 



elementlərinin xüsusiyyətlərini araşdırmaq lazımdır. Bu elementlər aşağıdakılardır: 

 



Nəzarət subyekti; 

 



Nəzarət obyekti; 

 



Nəzarətin predmeti; 

 



Nəzarətin məqsədi; 

 



Nəzarətin vəzifələri; 

 



Texnika və texnologiyaları; 

 



Nəzarətin prinsipləri; 

 



Nəzarət prosesləri. 

 

İndi isə bu elementlər üzrə maliyyə nəzarətini nəzərdən keçirək. 




36 

 

 



 

 

Maliyyə  nəzarətinin  subyektləri  dedikdə,  maliyyə  nəzarətini  həyata  keçirən 



hüquqi və fiziki şəxslər başa düşülür.  

 

Maliyyə nəzarəti sistemi inişaf etmiş ölkələrdə demək olar ki, eyni formadadır 



və maliyyə nəzarəti sistemi aşağıdakılardan təşkil olunmuşdur:  

 



Hesablama Palatası;  

 



Büdcəyə vergi daxilomalarına nəzarət edən vergi orqanları;  

 



Qeyri-dövlət nəzarət orqanları;  

 



Daxili nəzarət sistemi və s. 

 

Maliyyə  nəzarətinin  obyektini  müxtəlif  alimlər  müxtəlif  formalarda  müəyyən 



etmişdirlər.  Biz  də  bunlardan  bəzilərinə  nəzər  salaq.  Rus  iqtisadçısı  S.V.Stepaşin  

―Dövlət maliyyə nəzarəti‖ əsərində milli  gəlirin istehsalı, bölgüsü və onun səmərəli  

istifadəsini,  müəssisə  ilə  dövlət,  başqa  hüquqi  və  fiziki  şəxslər  arasındakı  əlaqələri  

maliyyə nəzarətinin obyekti olaraq nəzərdən keçirir.  

 

Digər  rus  iqtisadçıları  olan  V.A.Jukov  və  S.P.Opyonişev    isə  maliyyə 



nəzarətinin  obyektinə  pul  vəsaitlərindən  düzgün  istifadə,  vergilərin  düzgün 

hesablaması kimi elementləri də daxil edirlər. 

 

Bütün  bunları  ümumiləşdirərək  deyə  bilərik  ki,  maliyyə  nəzarətinin  obyekti 



müəssisənin  maliyyə  fəaliyyətinin  bütün  sahələrini  əhatə  edir.  Maliyyə  nəzarətinin 

obyektinə aşağıdakılar aiddir: 

 

müəssisənin pul vəsaitləri; 



 

kontragentlərlə əməliyyatlar (alıcılar, sifarişçilər, podratçılar və s.) 



 

əmək haqqının ödənilməsi üzrə əməliyyatlar; 



 

büdcə və hökümət orqanları ilə əməliyyatlar; 



 

müəssisənin fəaliyyətinin maliyyə nəticələri; 



 

kapital əməliyyatları; 



 

məhsulun satışı vəs. 



 

Maliyyə  nəzarətinin  obyektlərinə  diqqət  yetirsək,  onu  iki  aspektdən 

qiymətləndirə bilərik:  



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə