Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

59 

 

 



 

 



Pul vəsaitlərinin proqnozlaşdırılması metodlarının araşdırılması; 

 



Seçilmiş  metoda  əsasən  pul  vəsaitlərinin  proqnozlaşdırılan  həcminə 

uyğunluğunun təhlili; 

 

Pul vəsaitlərinin hərəkətinə nəzarət; 



 

Likvidliyin lazımi səviyyədə saxlanmasına nəzarət və s.  



Debitor  borclarına  nəzarəti  nəzərdən  keçirdikdə  isə  onların  təhlilində 

aşağıdakıların yoxlanılması lazımdır: 

 

Bağlanmış müqavilələrin qanuniliyi; 



 

Debitor  borclarının  toplanmasında  istifadə  olunan  qeyri-standart  yolların 



(sessiya, faktorinq) qanuniliyinə nəzarət

 



Debitor borcların hərəkəti üzrə uçotun qiymətləndirilməsi; 

 



Başqa hesablarda debitor borclarının gizledilib-gizledilməməsi; 

 



Ümidsiz debitor borclarının zərərlərə silinməsinin düzgünlüyü; 

 



Debitor borclarının təmin olunmasına nəzarət və s.  

 

 



 

 

 



 

 

 



 

 

 




60 

 

 



 

FƏSIL III. MÜƏSSİSƏLƏRDƏ DÖVRİYYƏ VƏSAİTLƏRİNDƏN 

İSTİFADƏNİN  SƏMƏRƏLİLİYİNİN ARTIRILMASINDA MALİYYƏ 

NƏZARƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ƏHƏMIYYƏTİ 

 

3.1.

 

Müəssisələrdə dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyinin 

artırılmasında maliyyə nəzarətinin rolu 

 

Dövriyyə  aktivləri  təsərrüfat  subyektləri  üçün  maliyyə  sabitliyinin,  ödəmə 



qabiliyyətinin  qorunmasında,  maliyyə-təsərrüfat  əməliyyatlarının  davamlılığının 

təmin  olunmasında  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  da  imkan  verir  ki,  şirkət 

vaxtında və tam uğurla kommersiya fəaliyyətini həyata keçirə bilsin və  onun ödəniş 

və hesablaşma öhdəliklərini vaxtında və tam  yerinə yetirsin.  Bütün bunlar dövriyyə 

vəsaitlərindən səmərəli istifadə olunmasını, onlara qənaəti zəruriləşdirir.  

 

Dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyinə mənfi təsir göstərən amillər 



aşağıdakılardır: 

 



Yüksək infilyasiya səviyyəsi

 



Vergi yükünün artırılması; 

 



İstehsal və istehlak tələbatının azalması; 

 



Ödəniş və hesablama əməliyyatlarının icrasında pozuntular; 

 



Yüksək kredit faizləri və s.  

 

Dövriyyə  vəsaitlərindən  istifadənin  yaxşılaşdırılması  sahibkarlığın  inkişafı 



baxımından  qarşıya  qoyulmuş  aktual  məsələlərdən  birinə  çevrilmişdir.  Çünki 

dövriyyə  vəsaitlərinin  istifadəsinin  yaxşılaşdırılması  investisiyaların  da  həcminin 

artmasına səbəb olur.  

 

Dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyi onun dövriyyəsi ilə əlaqəlidir. 



Dövriyyə  vəsaitlərinin  dövriyyə  sürətinin  artırılması  müəssisənin  daha  az  xərclə 

istehsal  proqramını  icra  etməsinə  imkan  verir.    Dövretmə  dedikdə,  vəsaitlərin  bir 

formadan digərinə keçməsi və fasiləsiz olaraq bu hərəkətin davam etməsi deməkdir.  



61 

 

 



 

 

Dövriyyə  vəsaitlərinin  səmərəli  istifadə  göstəriciləri  vaxt  amilinin  əsas 



götürüldüyü aşağıdakı göstəricilərdır: 

 



Dövrеtmə əmsalı;  

 



Dövriyyənin yüklənməsi əmsalı;  

 



Bir dövriyyənin uzunluğu əmsalı. 

 

Dövriyyə  vəsaitlərinin  dövretmə  sürəti  ondan  istifadənin  səmərəliliyinin 



qiymətləndirilməsində  istifadə  olunan  göstəricilərdən  biridir.  Dövriyyə  vəsaitləri 

daha  tez  dövr  etdikcə  onlar  istehsal  və  tədavül  mərhələlərində  daha  az  müddətdə 

qalırlar ki, bu da daha az vəsait hesabına istehsalın genişləndirilməsinə şərait yaradır 

və  müəssisənin  rentabelliyi  də  artır.  Dövretmə  sürətinin  hesablanmasında  əsas 

istifadə olunan göstəricilər dövriyyə vəsaitlərinin orta məbləği və satışdan alınan gəlir 

məbləğidir.  Dövriyyə  vəsaitlərinin  orta  məbləğini  hesablamaq  üçün  iki  üsuldan 

istifadə olunur. Bunlar aşağıdakılardır: 

 



Orta hesabla dövriyyə vəsaitlərinin orta məbləğinin müəyyən olunması; 

 



Orta  xronoloji  üsulla  dövriyyə  vəsaitlərinin  orta  məbləğinin  müəyyən 

olunması. 

 

Dövriyyə vəsaitlərinin dövretmə əmsalını hesablamaq üçün satılmış məhsulun 



həcmini dövriyyə vəsaitlərinin orta qalığına nisbətini tapmalıyıq. Düstur formasında 

aşağıdakı kimi olacaqdır: 

 

Ə



=R/D

or   


  (8) 

Burada, Ə

 – dövriyyə vəsaitlərinin dövretmə əmsalı; 



R – topdansatış qiymətində satılmış olunmuş məhsulun həcmi(manatla);  

D

or



 – dövriyyə vəsaitlərinin orta illik (rüblük, aylıq) qalığıdır, (manatla)  

 

Misal  1.  Realizə  olunmuş  məhsul  üzrə  müəssisəyə  il  ərzində  100000  manat 



daxil  olmuşdur.  Dövriyyə  vəsaitlərinin  orta  qalığı  isə  20000  manat  təşkil  edir.  Bu 

zaman dövretmə əmsalı 

Ə



 =100000/20000=5  




62 

 

 



 

olacaqdır. 

 

Orta  hesabla  bir  il  ərzində  dövriyyə  vəsaitlərinin  miqdarını  hesablamaq  üçün 



onların ilin əvvəlinə və axırına olan qalıqlarının yarısının üzərinə ilin aylarının (ilin 

1-ci  ayı  istisna  olmaqla)  əvvəlinə  olan  qalıqları  əlavə  edilib,  nəticəni  ildəki  ayların 

sayına  bölürlər.  Dövriyyə  vəsaitlərinin  orta  illik  qalığını  dütur  kimi  aşağıdakı 

formada ifadə edə bilərik: 

 

     


  

 

                                                      



  

 

     



           

 

 



Burada, D

or

– dövriyyə vəsaitlərinin bil il üçün məbləği; 



D

1

, D



2

,....,D


12 

– dövriyyə vəsaitlərinin ayın əvvəlinə olan məbləği

n- bir ildəki ayların sayıdır. 

 

Misal  2.  Dövriyyə  vəsaitlərinin  il  ərzində  hər  bir  ay  üzrə  məbləğini  aşağıdakı 



kimi  götürək:  Yanvar  -  20000  manat,  fevral  -  22000  manat,  mart  –  30000  manat, 

aprel – 28000 manat, may – 32000 manat, iyun – 19000 manat, iyul – 22000 manat, 

avqust  –  18500  manat,  sentyabr  –  24400  manat,  oktyabr  –  28000  manat,  noyabr  – 

30500 manat, dekabr – 21200 manat. Bu zaman dövriyyə vəsaitlərinin bir il üçün orta 

məbləği aşağıdakı kimi hesablanacaqdır: 

     


                                                                         

    


 

 

      



  

            

 

Dövretmə  sürəti  müəyyən  vaxt  ərzindəki  dövrlərin  sayı  ilə  müəyyən  olunur. 



Dövriyyə vəsaitlərinin dövrlərinin sayı, bir il və ya rüb müddətində istifadə edilmiş 

dövriyyə  vəsaitlərinin  1  manatına  düşən  satılmış  məhsulun  miqdarını  əks  etdirir. 

Dövretmə  müddəti  ərzində  dövriyyə  vəsaitlərinin  dövrlərinin  sayı  nə  qədər  çox 

olarsa,  dövriyyə  vəsaitlərinin  mövcud  miqdarı  şərait  yaradar  ki,  daha  çox  məhsul 

istehsal  olunsun.  Dövrlərin  sayının  artırılması  ilə  yalnız  istehsal  olunan  məhsulun 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə