Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   ...   18   19   20   21   22   23   24   25   26

69 

 

 



 

 

Ölkənin  mövcud  iqtisadi  vəziyyəti,  qanunvericilikdə  baş  verən  dəyişikliklər,  



kredit üzrə faizlər, inflyasinın səviyyəsi və s. kimi amillər xarici amillər hesab olunur. 

Bu amillər müəssisədən asılı olmayan amillərdir.   

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 


70 

 

 



 

3.2 Müəssisələrdə dövriyyə vəsaitlərinin səmərəliliyinin artırılması üçün maliyyə 

nəzarətinin təkmilləşdirilməsi istiqamətləri 

 

Dövriyyə  vəsaitlərinin  dövretmə  sürətinin  artması  onlardan  istifadə 

səmərəliyini  də  artırır.  Bu  da  onu  göstərir  ki,  dövriyyə  vəsaitlərinin  idarə  olunması 

müəssisənin  maliyyə  siyasətinin  hazırlanmasında  və  maliyyə  planlaşdırılmasında 

mühüm rol oynayır.  

Dövriyyə vəsaitlərinin idarə olunması dedikdə,  müəssisənin uzunmüddətli və 

səmərəli  istehsal  və  maliyyə  fəaliyyətini  təmin  etmək  üçün  lazımi  dövriyyə 

vəsaitlərinin həcminin və strukturunun, onların mənbələrinin, aralarındakı nisbətlərin 

araşdırılması başa düşülür.  

Müəssisənin  mənfəəti  müəyyən  dərəcədə  dövriyyə  vəsaitlərinin  həcmindən 

asılıdır.    Dövriyyə  vəsaitlərinin  həcmi  optimal  səviyyədə  olmalıdır.  Optimal 

səviyyədən  istər  çox  olduqda,  istərsə  də  az  olduqda  bu  istənilən  nəticəni 

verməyəcəkdir.  Belə  ki,  əgər  dövriyyə  vəsaitlərinin  səviyyəsi  zəruri  normadan  az 

olarsa, bu müəssisənin fəaliyyətində tez-tez fasilələrin yaranmasına səbəb olacaq ki, 

bu  da  mənfəətin  həcminin  azalmasına  gətirib  çıxaracaqdır.  Dövriyyə  vəsaitlərinin 

həcmi  əgər  optimal  normadan  çox  olarsa,  bu  zaman  vəsaitlərin  bir  qismi  istehsal 

tsiklindən kənarda qalır, bu da xəcləri artırır və mənfəətə də mənfi təsir edir.    

Ehtiyatlardan  istifadənin  səmərəlik  səviyyəsi,  qənaət  və  rentabellik  təhlil 

olunan  zaman  müəyyən  məsələlərə  də  nəzər  salmaq  lazımdır.  Bu  məsələlər 

aşağıdakılardır:  

 

Mövcud normativ və standartlara riayət olunması;  



 

Qənaət  və  rentabelliyin  yoxlanılmasında  lazımi  normativlərin  müəyyən 



olunması;  

 



Pozuntuların aradan qaldırılması üzrə tədbirlər hazırlamaq və icra etmək. 

Dövriyyə  aktivlərinin  təhlili  zamanı  onlardan  səmərəli  istifadə  olunmasını 

aşkara  çıxarmaq  üçün  aktivlərin  dövr  müddəti,  dövrеtmə  surəti,  vəsaitin  dövriyəyə 

cəlb оlunması, dеbitоr bоrclarının vəziyyəti, dеbitоr bоrcunun  dövriyyə  aktivlərinin 




71 

 

 



 

məcmunda  хüsusi  çəkisi,  əmtəə-matеrial  еhtiyatlarının  dövriyyəsi  və  s.  kimi 

göstəriciləri ətraflı şəkildə öyrənmək lazımdır.  

Dövriyyə aktivlərinin uçotu və auditi müasir tələblərə uyğun şəkildə qurularsa, 

o  zaman  onlardan  səmərəli  istifadə  etmək  mümkün  olar.  Bu  zaman    müəssisənin 

istеhsal еhtiyatlarından, tədavül sfеrasındakı maddi aktivlərdən, qısamüddətli maliyyə 

qоyuluşlarından,  pul  vəsaitlərindən,  hеsablaşmalarda  оlan  vəsaitlərdən  istifadə 

yaxşılaşar.  Yəni,  müəssisənin  dövriyyə  vəsaitlərindən  səmərəli  və  qənaətlə  istifadə 

olunması  maya  dəyərinin  aşağı  salınmasına,  satışdan  alınan  mənfəətin  artırılmasına 

gətirib çıxarır.  

Dövriyyə  vəsaitlərindən  səmərəli  istifadə  olunması  məqsədilə  müəyyən 

tədbirlər həyata keçirilməlidir:  

 

Yoxlama  zamanı  müəssisə  rəhbərinin  əmri  ilə  təsdiq  olunmuş  siyahıda  adı 



оlmayan  işçilərə,  orada  işləməyən  şəхslərə  və  əvvəlki  avans  üçün  hеsabat 

vеrməyən təhtəlhеsab şəхslərə kassadan nağd pul vеrilməsi əməliyyatları xüsusi 

diqqətlə yoxlanılmalıdır;  

 



Ezamiyyə  хərclərinin  rəsmiləşdirilməsi  ilə  əlaqəli  sənədlərin  düzgün 

rəsmiləşdirilməsi diqqətlə təhlil olunmalıdır;  

 

Vеrgiyə  cəlbеtmə  məqsədi  ilə  nоrma  həddində  və  nоrmadan  artıq  sərf  еdilmiş 



nümayəndəlik хərclərinin analitik uçоtu təşkil olunmalıdır;  

 



Dövriyyə vəsaitlərindən səmərəli istifadə üçün işlənib hazırlanan tədbirlər planı 

sintеtik və analitik təhlil matеriallarına uyğun olmalıdır;  

 

Auditor  yoxlama  zamanı  yoxlamanı    dövriyyə  vəsaitləri  ilə  əlaqəsi  оlmayan 



matеriallarla yükləməməlidir və s.  

Dövriyyə  vəsaitlərindən  istifadənin  səmərəliliyinin  daha  da  artırılması 

müəssisənin  də  mənfəətinin  artmasına  və  bu  da  ölkə  ərazisində  ÜDM-nin  də 

yüksəlməsinə gətirib çıxarır. Artımın əldə olunması üçün isə dövriyyə vəsaitlərindən 

istifadənin  səmərəliliyinin  artırılması  üzrə  maliyyə  nəzarəti  sistemini  də 

təkmilləşdirmək lazımdır.  




72 

 

 



 

Maliyyə  nəzarətinin  təkmilləşdirilməsi    nəzarətin  ən  müasir  mexanizmlərinin 

tətbiqini,  nəzarət  sisteminin  əlaqələndirilməsini,  təsir  gücünün  artırılmasını  və  s. 

nəzərdə tutur. 

Bizim  ölkəmizdə  də  son  dövrlər  maliyyə  nəzarəti  inkişaf  etsə  də,  onun  da 

müəyyən  çatışmazlıqları  vardır.  Ölkəmizdə  maliyyə  nəzarəti  sisteminin  əsas 

problemlərindən  biri  əlaqələndirmənin  yoxluğu,  bir  təsərrüfat  subyektində  eyni 

zamanda bir neçə nəzarətçinin yoxlamalar təşkil etməsi olmuşdur. Bu sahədə mövcud 

olan çatışmazlıqlara həmçinin aşağıdakıları da aid etmək olar: 

 



Ölkə üzrə ümumi maliyyə nəzarəti standartları formalaşmamışdır; 

 



Daxili  və  xarici  maliyyə  nəzarətini  həyata  keçirən  orqanların  görməli 

olduğu işlər lazımi dərəcədə fərqləndirilməmişdir; 

 

Maliyyə  nəzarətini  həyata  keçirən  orqanlar  üçün  inzibati  təsir  üçün 



reqlamentləşdirilmiş qaydalar mövcud deyildir və s.  

1996-cı  ildə  Beynəlxalq  Valyuta  Fondunun  tələbinə  əsasən  ölkə  prezidentinin 

fərmanı ilə yoxlamalar məhdudlaşdırıldı və prokurorluq və DİN orqanlarına təsərrüfat 

təşkilatlarında yoxlamalar aparması qadağan olundu və ölkədə başlıca maliyyə nəza-

rət  orqanı  olan  Maliyyə  Nazirliyinin  nəzarət  strukturları  yenidən  qurularaq,  bəzi 

dövlət nəzarət orqanlarının funksiyaları məhdudlaşdırıldı.  

Müstəqillik əldə etdikdən sonra maliyyə nəzarətinin təkmilləşdirilməsi ilə bağlı 

bir  sıra  tədbirlər  görülmüşdür.  Buraya  qəbul  olunan  qanun  layihələri,  imzalanan 

fərmanlar və s. aid oluna bilər. Bunların bəzilərinə aşağıdakıları aid edə bilərik:  

 



―İstehsal,  xidmət,  maliyyə-kredit  fəaliyyətinə  dövlət  nəzarətinin  qaydaya 

salınması  və  əsassız  yoxlamaların  qadağan  edilməsi  haqqında‖  1996-cı  il  17 

iyun tarixli 463 saylı fərman; 

 



―Dövlət  nəzarəti  sisteminin  təkmilləşdirilməsi  və  sahibkarlığın  inkişafı 

sahəsində süni maneələrin aradan qaldırılması haqqında‖ 7 yanvar 1999-cu il 

tarixli fərman; 

 



"Sahibkarlığın  inkişafına  mane  olan  müdaxilələrin  qarşısının  alınması 

haqqında" 28 sentyabr 2002-ci il tarixli fərmanı; 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə