Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   ...   18   19   20   21   22   23   24   25   26

79 

 

 



 

хərclərinin analitik uçоtu təşkil olunmalıdır; dövriyyə vəsaitlərindən səmərəli istifadə 

üçün işlənib hazırlanan tədbirlər planı sintеtik və analitik təhlil matеriallarına uyğun 

olmalıdır; auditor yoxlama zamanı yoxlamanı  dövriyyə vəsaitləri ilə əlaqəsi оlmayan 

matеriallarla yükləməməlidir və s.  

Dövriyyə  vəsaitlərindən  istifadənin  səmərəliliyinin  daha  da  artırılması 

müəssisənin  də  mənfəətinin  artmasına  və  bu  da  ölkə  ərazisində  ÜDM-nin  də 

yüksəlməsinə gətirib çıxarır. Artımın əldə olunması üçün isə dövriyyə vəsaitlərindən 

istifadənin  səmərəliliyinin  artırılması  üzrə  maliyyə  nəzarəti  sistemini  də 

təkmilləşdirmək lazımdır. Maliyyə nəzarətinin təkmilləşdirilməsi  nəzarətin ən müasir 

mexanizmlərinin  tətbiqini,  nəzarət  sisteminin  əlaqələndirilməsini,  təsir  gücünün 

artırılmasını və s. nəzərdə tutur. 

Bizim  ölkəmizdə  də  son  dövrlər  maliyyə  nəzarəti  inkişaf  etsə  də,  onun  da 

müəyyən  çatışmazlıqları  vardır.  Ölkəmizdə  maliyyə  nəzarəti  sisteminin  əsas 

problemlərindən  biri  əlaqələndirmənin  yoxluğu,  bir  təsərrüfat  subyektində  eyni 

zamanda bir neçə nəzarətçinin yoxlamalar təşkil etməsi olmuşdur. Bu sahədə mövcud 

olan çatışmazlıqlara həmçinin aşağıdakıları da aid etmək olar: 

 



Ölkə üzrə ümumi maliyyə nəzarəti standartları formalaşmamışdır; 

 



Daxili  və  xarici  maliyyə  nəzarətini  həyata  keçirən  orqanların  görməli 

olduğu işlər lazımi dərəcədə fərqləndirilməmişdir; 

 

Maliyyə  nəzarətini  həyata  keçirən  orqanlar  üçün  inzibati  təsir  üçün 



reqlamentləşdirilmiş qaydalar mövcud deyildir və s.  

Müstəqillik əldə etdikdən sonra maliyyə nəzarətinin təkmilləşdirilməsi ilə bağlı 

bir  sıra  tədbirlər  görülmüşdür.  Buraya  qəbul  olunan  qanun  layihələri,  imzalanan 

fərmanlar və s. aid oluna bilər. Bunların bəzilərinə aşağıdakıları aid edə bilərik:  




80 

 

 



 

 



―İstehsal,  xidmət,  maliyyə-kredit  fəaliyyətinə  dövlət  nəzarətinin  qaydaya 

salınması  və  əsassız  yoxlamaların  qadağan  edilməsi  haqqında‖  1996-cı  il  17 

iyun tarixli 463 saylı fərman; 

 



―Dövlət  nəzarəti  sisteminin  təkmilləşdirilməsi  və  sahibkarlığın  inkişafı 

sahəsində süni maneələrin aradan qaldırılması haqqında‖ 7 yanvar 1999-cu il 

tarixli fərman; 

 



"Sahibkarlığın  inkişafına  mane  olan  müdaxilələrin  qarşısının  alınması 

haqqında" 28 sentyabr 2002-ci il tarixli fərmanı; 

 

Maliyyə  Nazirliyi  tərəfindən  maliyyə  nəzarəti  işini  nizamlamaq  məqsədilə 



verilmiş  ―Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət maliy-

yə  nəzarətinin  həyata  keçirilməsi  qaydaları  haqqında‖  1-64  saylı,  27  iyun 

2001-ci il tarixli təlimatı  

 



Azərbaycan  Respublikası  Prezidentinin  2004-cü  il  3  sentyabr  tarixli  377 

nömrəli sərəncamı ilə təsdiq edilmiş ―Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət 

Proqramı (2004- 2006-cı illər)‖ və s. 

Ölkə  ərazisində  Auditorun  peşə  məsuliyyətinin  icbari  sığortası  haqqında‖, 

―Daxili  audit  haqqında‖,  ‖,  ―Banklar  haqqında‖,  ―Mühasibat  uçotu  haqqında‖, 

―Maliyyə-sənaye  qrupları  haqqında‖  və  s.  bu  kimi  qanunların  qəbulu  auditin  ölkə 

iqtisadiyyatında  və  cəmiyyətin  həyatında  oynadığı  rol  və  vəzifələri  əks  etdirir. 

Həmçinin, ötən dövr ərzində iqtisadi-maliyyə həyatında və qanunçuluq sferasında baş 

verən dəyişikliklər nəzərə alınmaqla və beynəlxalq təcrübəyə uyğun olaraq ―Auditor 

xidməti  haqqında‖  Azərbaycan  Respublikasının  Qanununa  çoxsaylı  əlavə  və 

dəyişikliklər edilmişdir.

 

1999-2008-ci  illərdə  Azərbaycan  Respublikasında  Auditorlar  Palatası 



tərəfindən  ilk  dəfə  olaraq  ―Azərbaycan  Respublikasında  audit  sisteminin  islahatı‖ 

konsepsiyası  işlənib  hazırlanmış  və  mərkəzi  icra  hakimiyyəti  orqanlarına  təqdim 

edilmişdir.  Burada  audit  sisteminin  normativ  hüquqi  bazasının  təkmilləşdirilməsi, 

beynəlxalq  təcrübə  əsasında  ölkədə  auditin  təşkili,  ölkəmizdə  auditor  kadrlarının 




81 

 

 



 

hazırlanması və ixtisasartırmasının istiqamətləri, auditin keyfiyyətinin yüksəldilməsi 

və ona nəzarətin təkmilləşdirilməsi və s. istiqamətdə təkliflər işlənib hazırlanmışdır. 

    


Azərbaycan  Respublikası  Prezidentinin  2004-cü  il  3  sentyabr  tarixli  377 

nömrəli  sərəncamı  ilə  təsdiq  edilmiş  ―Korrupsiyaya  qarşı  mübarizə  üzrə  Dövlət 

Proqramında  (2004-  2006-cı  illər)‖  auditor  xidmətinin  təkmilləşdirilməsi  məqsədilə 

auditin qanunvericilik bazasının təkmilləşdirilməsi və auditor xidmətinin beynəlxalq 

audit  standartlarına  uyğunlaşdırılması,  milli  audit  standartlarının  hazırlanmasının 

başa çatdırılması və s. kimi məsələlərin həlli Auditorlar Palatasına tapşırılmışdır.    

 ―Azərbaycan  Respublikasinda  auditor  xidmətinin  inkişaf  konsepsiyasi‖nda 

2014-2020-ci  illərdə  həyata  keçirilməsi  nəzərdə  tutulmuş  tədbirlər  aşağıdakı 

istiqamətlərdədir:  

 



Auditor xidmətinin normativ hüquqi bazasının təkmilləşdirilməsi üzrə: 

 



Auditor  fəaliyyətinin  idarə  olunması,  tənzimlənməsi  və  auditin 

institusional potensialının gücləndirilməsi üzrə: 

 

Beynəlxalq audit standartlarının tətbiqinin genişləndirilməsi üzrə; 



 

Auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi üzrə; 



 

Auditor kadrlarının hazırlanması və yenidən hazırlanması üzrə; 



 

Auditin təşkili üzrə; 



 

Auditdə  şəffaflığın  artırılması,  haqsız  rəqabət  və  korrupsiyaya  qarşı 



mübarizə üzrə; 

 



Auditin  təşkili  və  tənzimlənməsinə  dair  metodik  vəsait  və  tövsiyələrin 

hazırlanması üzrə; 

 

Auditin təbliği və təşviqi üzrə



 

Auditdə informasiya texnologiyalarının tətbiqi üzrə; 



 

Nəşrlər, seminar və konfransların keçirilməsi üzrə; 



 

Təhlil, tədqiqat və sosioloji sorğular üzrə




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə