Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

46 

 

 



 

keçirilməsində köməklik etməkdir. Daxili nəzarət nəzarətin digər formalarından fərqli 

olaraq, daha çox informasiya və hazırlıq funksiyasını icra edir.  

 

Daxili  nəzarət  rəhbərlik  üçün  maliyyə  təhlilini  həyata  keçirərək  ona  təhlilin 



məlumatlarını təqdim edir, mühasibat və statistika hesabatlarının, imzalanmış mülki 

və  əmək  müqavilələri  üzrə  maliyyə  nəticələrini  qiymətləndirir.  Daxili  nəzarət 

nəticəsində əldə olunan məlumatlar imkan verir ki, təsərrüfat subyektinin maliyyə və 

təsərrüfat  əməliyyatlarının  səmərəlilyinin  artırılsın,  maliyyə  intizamını  pozan  hallar 

araşdırılaraq  qiymətləndirilsin.  Məcburi  maliyyə  yoxlamasından  əvvəl  daxili 

nəzarətinin  keçirilməsi  daha  əhəmiyyətlidir.  Belə  ki,  daxili  nəzarət  təsərrüfat 

subyektinin  öz  gücü  və  öz  vəsaitləri  hesabına  vaxtında  maliyyə  sahəsində 

cinayətkarlıq hallarının aşkar olunaraq aradan qaldırılmasına, həmçinin dövlət nəzarət 

orqanları üçün zəruri sənədlərin hazırlanmasına şərait yaradır.   

Daxili  maliyyə  nəzarətinin  təşkilinin  əsas  məqsədləri  Sxem  3.2.1.də 

verilmişdir. 

Sxem 3.2.1. Daxili maliyyə nəzarətinin məqsədləri.  

 

daxili maliyyə 

nəzarətinin 

məqsədləri 

qanunlara, 

planlara, və digər 

normativ  və 

standartlara riayət 

olunması 

aktivlərin 

mühafizəsi 

resurslardan 

səmərəli və 

qənaətlə istifadə 

olunması 

plan üzrə müəyyən 

olunmuş məqsəd 

və vəzifələrin 

icrası 

məlumatların 



tamlığı, etibarlılığı 


47 

 

 



 

Ümumiyyətlə,nəzarət  dedikdə,  rəhbərlik  tərəfindən  düzgün  planlaşdırma, 

təşkilatçılıq və idarəetmənin nəticəsi başa düşülür. Daxili maliyyə nəzarətinin üç əsas 

növü fərqləndirilir: 

1.

 

Profilaktik  nəzarət  –  gözlənilməz  mənfi  hadisələrin  baş  verməsini  önləmək 



üçün həyata keçirilir

2.

 



Aşkar  etmə  nəzarəti  -  baş  vermiş  arzuolunmaz  hadisələri  müəyyənləşdirərək 

onların aradan qaldırılması üçün tətbiq olunur;  

3.

 

İdarəedici  nəzarət  -  lazımi  hadisələrin  həyata  keçirilməsinə  gətirib  çıxarır, 



yaxud ona şərait yaradır.   

Səmərəli daxili maliyyə nəzarəti sistemi qərar qəbulunda mühüm rol oynayan 

hadisələr  haqqında  daxili  və  xarici  bazarla  əlaqəli  məlumatları  tələb  edir.  Bu 

məlumatlar istifadə olunan formada, zamanında, etibarlı şəkildə  hazırlanaraq təqdim 

edilməlidir.  

Risklərə  mütəmadi  nəzarət    daxili  nəzarət  sisteminin  səmərəliliyinin  təmin 

olunmasında mühüm rol oynayır.  

Daxili nəzarət sistemi bəzi amillərin təsiri ilə formalaşır. Bu amillərə aiddir:  

 

təsərrüfat subyektinin rəhbərliyinin daxili nəzarətə olan münasibəti;  



 

təsərrüfat subyektinin strukturu elementlərinin həcmi; 



 

təsərrüfat subyektinin strateji məqsədləri və vəzifələri; 



 

zəruri resurslarla təmin olunma səviyyəsi



 

kadrların bilik və bacarıqlarının səviyyəsi; 



 

fəaliyyətin nə dərəcədə avtomatlaşdırılması və s.  



 

Kənar amillər və s.  



Müəssisələrin  idarəetmə  struktur  bölmələrindən  olan  daxili  audit  xidməti 

keyfiyyət meyarı olan iqtisadi səmərəlilik meyarına malikdir. İqtisadi səmərəlilik əldə 

etmək üçün isə texnoloji və metodoloji baza hər zaman inkişaf etdirilməlidir.  Daxili 



48 

 

 



 

audit  bölməsinin  keyfiyyətinin  qiymətləndirilməsində  aşağıdakı  prinsiplər  əsas 

götürülür:  

 



effektivlik; 

 



sənədləşdirmə,  

 



metodoloji uyğunlaşma;  

 



təşkilati uyğunlaşma. 

Daxili  auditlə  təftiş  bəzi  hallarda  eynilədirilir.  Lakin  bu  anlayışlar  bir  çox 

əlamətinə  görə  bir-birindən  fərqlənirlər.  Təftişin  vəzifələri  dairəsi  daxili  auditin 

vəzifələri dairəsi ilə müqayisədə daha dardır.  

Təftişin vəzifələrinə əsasən aşağıdakıları aid edə bilərik: 

 



Normativ və standartların tələblərinin həyata keçirilməsinə nəzarət etmək

 



Mühasibat uçotunun təşkilini inkişaf etdirmək;  

 



Maddi,  əmək  və  maliyyə  vəsaitlərindən  səmərəli  istifadə  və  bu  istiqamətdə 

mühasibat uçotunun rolunun artırılması; 

 

Maliyyə-təsərrüfat  əməliyyatlarının  hesabatlarda  tam  və  etibarlı  əks 



olunmasına nəzarət və s. 

Lakin daxili auditin vəzifələrinə qeyd elədiklərimizlə yanaşı başqa vəzifələr də 

daxildir.  Belə  ki,  daxili  audit  maliyyə  hesabatının  yoxlanılması,  nəticədə  əldə 

olunanməlumatların    idarəetmə  qərarlarının  qəbulu  üçün  rəhbərliyə  verilməsi; 

idarəetmə  sistemində  mövcud  risk  səviyyəsinin  müəyyən  olunması;  vergi  və  s. 

orqanlarının  tətbiq  edə  biləcəyi  sanksiyalar  haqqında  xəbərdarlıq  etmək  kimi  əlavə 

işləri də icra edir.  

Digər bir  fərq ondan  ibarətdir  ki, təftişin əsas  məqsədi  çatışmazlıqları  aradan 

qaldırmaq,  onların  səbəbkarlarını  cəzalandırmaqdırsa,  daxili  audit  nəzarət  olunan 

bölməyə yardıma yönəldilir. 




49 

 

 



 

Təftiş  aktivlərdən  sui-istifadə  hallarının  məhdudlaşdırılması,  aktivlərin 

qorunması, profilaktik tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Daxili audit isə 

yalnız  yoxlamanı  nəzərdə  tutmur.  O  həmçinin,  investisiya  cəlb  olunması  kimi 

məsələlər üzrə məsləhətlərin də verilməsini də nəzərdə tutur. 

Güclü daxili nəzarət sistemi aşağıdakılara nail olmağa imkan verir: 

 

Təsərrüfat subyektinin vəzifə və məqsədlərinin reallaşdırılması;  



 

Uzunmüddətli gəlirlilik planlarına nail olmaq



 

Etibarlı maliyyə hesabatlarının tərtibinə kömək etmək;  



 

Gözlənilməz itki risklərinin azaldılmasına kömək etmək. 



 

Korporativ maliyyə nəzarəti korporasiyaların, cəmiyyətlərin maliyyə-təsərrüfta 

əməliyyatlarına  nəzarəti  nəzərdə  tutur.  Onun  əsas  məqsədi  səhmdarların  kapitalının 

və  cəmiyyətin  aktivlərinin  müdafiəsindən  ibarətdir.  Korporativ  nəzarət  qarşısında 

duran bu məqsədə çatmaq üçün aşağıdakı məsələlərin həllinə nail olmalıdır: 

a)

 



Səmərəli  idraəetmə  sisteminin  təmin  olunması  və  təsərrüfat  subyektinin 

vəzifəli şəxsləri tərəfindən sui-istifadə hallarının aradan qaldırılması; 

b)

 

Daxili  nəzarətin  effektiv  əməliyyatlarının  aşkar  olunması  və  onlara  əməl 



olunmasını təmin etmək; 

c)

 



Təsərrüfat  subyektinin  maliyyə-təsərrüfat  planıının  qəbulu  və  icrasının  təmin 

olunması; 

d)

 

Maliyyə risklərinin aşkar olunması və qarşısının alınması; 



e)

 

Maliyyə hesabatlarında əks olunan məlumatların düzgün olması.  



 

Qeyri-dövlət  nəzarətinin  növlərindən  biri  də  kommersiya  bankları  tərəfindən 

nəzarətdir  ki,  kommersiya  bankları  tərəfindən  nəzarətin  obyekti  onların  müştəriləri 

olan təsərrüfat  subyektlərdir.  Nəzarətin bu  növü bank  müştərilərinin nağd  və qeyri-

nağd  ödəniş  qaydalarına  əməl  edib-etmədiyini,  o  cümlədən  müştərilərin  ödəmə 

qabiliyyətini müəyyən etmək üçün həyata keçirilir. Kommersiya bankları müştərilərin 

hesablama–kassa 

əməliyyatlarının 

aparılması 

qaydalarına 

və 

valyuta 


qanunvericiliyinə əməl etdiklərinə nəzarət edirlər. 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə