Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

43 

 

 



 

Qeyri-dövlət  nəzarətində  isə  əsas  məqsəd  daha  çox  mənfəət  götürülməsi  və  dövlətə 

olan ayırmalar və başqa xərcləri azaltmaqdır.  

 

Rus iqtisadçılarından olan A.N. Kozırin dövlət maliyyə nəzarətini də iki qrupa 



ayırır:  

 



dövlət  hakimiyyəti  və  idarəçilik  orqanları,  həmçinin  xüsusi  nəzarət  orqanları 

tərəfindən icra olunan ümumdövlət nəzarəti;  

 

nazirliklər, yerli özünüidarəetmə orqanlarının nəzarət-təftiş şöbələri tərəfindən 



həyata  keçirilən  idrə  nəzarəti.  Bu  nəzarət  qeyd  olunan  orqanların  onlara  tabe  olan 

idarələrində həyata keçirirlir.  

 

Rus  iqtisadçısı  L.  N.  Ovsyannikov  dövlət  maliyyə  nəzarətinə  belə  bir  tərif 



vermişdir ki, dövlət maliyyə nəzarəti – hüquqi, iqtisadi, inzibati, mühafizə tədbirləri 

kompleksi  olub,  dövlət  qanunvericiliyi  əsasında  özünün  və  vətəndaşlarının  maliyyə 

maraqlarını  qorumaq  məqsədilə  həyata  keçirilir.  N.  F.  Efimova  isə  dövlət  maliyyə 

nəzarətini dövlət və bələdiyyələrin əmlakının və maliyyə resurslarının qanunauyğun 

və  səmərəli  istifadəsinə  nəzarəti  təmin  edən  tənzimlənən  hüquqi  normalardır.  [13, 

səh.19] 


 

Digər rus iqtisadçısı N. İ. Ximiçeva isə dövlət maliyyə nəzarətinə belə bir tərif 

verir ki, o, qanuna və məqsədə uyğun təhsil sisteminin yaradılması və fəaliyyəti, ölkə 

və  regionların  sosial-iqtisadi  baxımdan  inkişafında  dövlət  və  bələdiyyələrin 

büdcələrinin  yaradılması,  bölüşdürülməsi  və  inkişafına  nəzarəti  əhatə  edir.  [13, 

səh.19] 


 

Dövlət  maliyyə  nəzarəti  bir  sıra  özünəməxsus  funksiyalara  malikdir.  Bu 

funksiyalara aşağıdakıları aid edə bilərik:  

 



Büdcə    və  büdcədənkənar  fondlar  üzrə  gəlir  və  xərclərin  vaxtında    həyata 

keçirilməsinin  yoxlanılması,    dövlət    vəsaitlərinin  səmərəli  sərfi,  dövlət 

əmlakının effektiv istifadəsinə nəzarət; 

 



Büdcə    və  büdcədənkənar  fondlara  daxil  olan  və  sərf  olunan  maddələrin 

əsaslandırılmasının dəyərləndirilməsi; 




44 

 

 



 

 



Büdcə  prosesinin  inkişafına  istiqamətlənmiş  tövsiyyələr  hazırlamaq,  maliyyə 

intizamının  pozulması  hallarının  araşdırılaraq,  aradan  qaldırılması  ilə  bağlı 

təkliflər hazırlamaq; 

 



 

Büdcə  və  büdcədənkənar  fondlar  üzrə  vəsaitlərin  bank  sistemində  hərəkətinə 

nəzarət;   

 



Vergi, rüsum və s. kimi ödəmələrin dövlət  büdcəsinə daxil olmasına nəzarət; 

 



Büdcə  və  qeyri-büdcə  vəsaitlərindən  nazirlik  və  müəssisələrin  effektiv 

istifadəsinin qiymətləndirilməsi; 

 

Maliyyə hesabatlarının düzgün tərtibi və icrasına nəzarət və s.  



 

Dövlət  maliyyə  nəzarəti  dövlət  orqanları  tərəfindən  icra  olunur.  Ölkəmizdə 

dövlət  maliyyə  nəzarətini  həyata  keçirən  orqanlara  Azərbaycan  Respublikası 

höküməti,  Prezidentin  nəzarət  idarəsi,  Hesablama  Palatası,  Dövlət  Xəzinədarlığı, 

Dövlət  Maliyyə  Nəzarəti  Xidməti,  maliyyə  monitorinqi  üzrə  komitə,  gömrük 

komitəsi, maliyyə-büdcə nəzarətinin yerli orqanları və s. aiddir.   

 

Hesablama  palatası  dövlət  büdcə-maliyyə  nəzarətini  həyata  keçirən,  Milli 



Məclisə  hesabat  verən  dövlət  orqanıdır.  ―Hesablama  Palatası  haqqında‖  AR 

Qanununa əsasən Hesablama Palatasının fəaliyyət dairəsinə dövlət büdcəsinin təsdiqi

icrasına, əmlakının idarəsi və onun haqqında sərəncam verilməsinə, dövlət büdcəsinə 

onun  əmlakının  xüsusiləşdirilməsindən  yaranan  vəsaitlərin  mədaxilinə,  yerli 

özünüidarəetmə  orqanları  və  hüquqi  şəxslər  üçün  büdcədən  ayrılan  vəsaitlərin 

təyinatı üzrə xərclənməsinə nəzarət aiddir.  

 

Dövlət Xəzinədarlığı Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 fevral 



2009-cu il, 48 saylı Fərmanı ilə ―Dövlət Xəzinədarlığı Agentliyi haqqında Əsasnamə‖ 

ilə  fəaliyyətə  başlamışdır.  Bu  Orqan  Maliyyə  Nazirliyi  nəznində  yaradılmışdır.  O, 

dövlətə  məxsus  vəsaitləri  mərkəzdən  idarə  edən,  bu  vəsaitlərin  mədaxili  və 

məxaricinə  cari  nəzarət  edən,  dövlət  adından  çıxış  edərək  büdcə  xərcləri  üzrə 

öhdəliklər  qəbul  edən,  dövlət  büdcəsi  üzrə  kassa  icrasını  yerinə  yetirərək  bu 

əməliyyatların uçotunu icra edən orqandır.   




45 

 

 



 

 

Digər bir dövlət maliyyə nəzarəti orqanı Maliyyə Nazirliyi nəznində yaradılan 



Dövlət  Maliyyə  Nəzarəti  Xidmətidir.  Bu  orqan  fəaliyyəti  zamanı  aşağıdakılara 

nəzarət edir:  

 

Dövlət  büdcəsi,  məqsədli  büdcə  fonları,  büdcə  təşkilatlarının  büdcədənkənar 



fondları üzrə vəsaitlərinin xərclənməsinə; 

 



Dövlət zəmanəti ilə əldə olunmuş, dövlət büdcəsi hesabına verilən kreditlərin 

məqsədəuyğun xərclənməsinə və s.  

 

Dövlət maliyyə nəzarətinin icrasında metodiki rəhbərlik bu orqana məxsusdur 



və  o,  bu  sahədə  yaranan  pozuntu  hallarının  qarşısını  almaq  üçün  tədbirlər  işləyib 

hazırlayır.  

 

Yuxarıda da qeyd etdiyimiz kimi qeyri-dövlət nəzarəti daxili və xarici nəzarət 



olmaqla, iki formada olur.  

 

Daxili  nəzarət  müəssisə,  firmaların,  müəssisələrin  maliyyə  və  iqtisadi 



nəzarətini  əhatə  edir.  Daxili  nəzarət    müəssisədaxili  və  korporativ  formada  olur. 

Daxili  nəzarətin  obyekti  –  təsərrüfat  subyektinin  maliyyə-təsərrüfat  fəaliyyətidir. 

Daxili  nəzarətin  təşkilində  əsas  məqsədlər  təsərrüfat  subyektlərinin  maraqlarının 

qorunması  və  təminatı,  daxili  ehtiyatların  aşkar  olunması,  gəlirlərin  artırılması  və 

səmərəsiz  xərclərin  azaldılması,  maliyyə,  material  və  əmək  resurslarından  effektiv 

istifadədir.    Daxili  nəzarət  əməliyyatlarına  təsərrüfat  subyektinin  maliyyə-təsərrüfat 

planına  uyğun  əməliyyatların  icrası,  risk  menecmenti,  qeyri-standart  əməliyyatlar 

aiddir. 


 

Daxili nəzarət sisteminin strukturuna aiddir:  

 

Nəzarət mühiti; 



 

Daxili nəzarət mexanizm və vəsaitləri; 



 

Risk qiymətləndirilməsi sistemi. 



 

Müəssisədaxili nəzarət təsərrüfat subyektinin nəznində, öz hesabına yaradılan 

şöbələr hərəfindən göstərilən iqtisadi, maliyyə, hüquqi xidmətlərdir. 

 

Daxili  nəzarət  təsərrüfat  subyektinin  məqsədlərini  müdafiə  etdiyi  üçün  onun 



əsas  məqsədi  subyektin  rəhbərliyinə  effektiv  maliyyə  fəaliyyətinin  həyata 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə