Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

40 

 

 



 

2.2

 

Maliyyə nəzarətinin üsul və formaları 

 

İkinci fəslin ilk sualındamaliyyə nəzarətinin mahiyyətini açıqladıq və  maliyyə 



nəzarətinin  xüsusi  metod  və  formalarla  təsərrüfat  subyekti  və  onun  idarəetmə 

sisteminin  maliyyə  əməliyyatları  və  bu  əməliyyatlarla  bağlı  digər  məsələlərin 

yoxlanılması  ilə  əlaqədar  fəaliyyət  olduğu  fikrinə  gəldik.  Bəs  bu  üsul  və  formalar 

hansılardır? İkinci fəsilin ikinci sualında bu mövzunu araşdıracağıq.  

Maliyyə  nəzarətinin  hansı  əlamətlər  üzrə  təsnifləşdirilməsi  məsələsində  müxtəlif 

fikirlər mövcuddur. Maliyyə nəzarəti formalarının təsnifatını cədvəl 2.2.1.də olduğu 

kimi göstərmək olar. 

Cədvəl 2.2.1. Maliyyə nəzarətinin formaları 

 

Təsnifəşdirmə əlamətləri 

Maliyyə nəzarətinin formaları 

Təzahür formasına görə 

 

İcbari nəzarət; 



 

Könüllü nəzarət 



Yoxlamanın həyata keçirilmə zamanına görə  

 



İlkin nəzarət; 

 



Cari nəzarət; 

 



Sonrakı nəzarət 

Yoxlamanın həcmi baxımından 

 

Kompleks nəzarət; 



 

Tematik (qismən) nəzarət; 



 

Seçilmiş nəzarət. 



İmperativ baxımdan 

 



Dövlət nəzarəti

 



Qeyri-dövlət nəzarəti 

Yoxlamanın obyekti baxımından 

 

Vergi nəzarəti; 



 

Büdcə nəzarəti; 



 

Kredit (bank) nəzarəti; 



 

Valyuta nəzarəti; 



 

 Sığorta nəzarəti; 



 

Gömrük nəzarəti; 



 

Investisiya nəzarəti; 



 

Pul kütləsinə nəzarət.   



Yoxlamanı həyata keçirən subyektə görə 

 



Prezident yoxlaması; 

 



Yerli  özünüidarəetmə  orqanları  və 

onların  nümayəndələri  tərəfindən  həyata 

keçirilən nəzarət; 

 



İcra  hakimiyyət  orqanları  tərəfindən 

keçirilən nəzarət; 

 

Maliyyə-kredit orqanlarının nəzarəti; 



 

Audit yoxlaması; 



 

Müəssisədaxili nəzarət 



Informasiya mənbəyi baxımından 

 



Sənədli nəzarət; 


41 

 

 



 

 



Faktiki nəzarət. 

Yoxlama zamanı tətbiq olunan metoda görə 

 

Yoxlama; 



 

Maliyyə fəaliyyətinin təhlili; 



 

Sorğu; 



 

Nəzərdən keçirmə;  



 

nəzarət;  



 

müşahidə (monitorinq);  



 

təftiş.    



 

 

Cədvəl  2.2.1-də  ilk  olaraq  göstərdiyimiz  təsnifləşdirmə  əlaməti  olan  təzahür 



formasına görə maliyyə nəzarətini icbari və könüllü olmaq üzrə 2 qrupa ayırmışıq. Bu 

təsnifləşdirmə əlaməti daha çox N.Q.Hacıyev, Т.А. Başkatova və başqa iqtisadçıların 

adı ilə bağlıdır.  

 

Məcburi (icbari) nəzarət - qüvvədə olan qanunvericiliyə əsasən dövlət maliyyə 



nəzarəti orqanları vasitəsilə əvvəlcədən müəyyən edilmiş müddətdə həyata keçirilən 

nəzarət  növüdür.    Məcburi  maliyyə  nəzarətinə  təsərrüfat  subyektlərinin  illik 

hesabatlarının  yoxlanılması,  vergi  yoxlamaları  kimi  əməliyyatların  yoxlanılması  aid 

olunur. Məcburi maliyyə nəzarəti aşağıdakılar əsasında həyata keçirilir:  

 

Qanunvericilikdə nəzərdə tutulduğu hallarda; 



 

Müəyyən dövlət orqanlarının qərarına əsasən. 



 

Könüllü  (təşəbbüs  əsasında)  maliyyə  nəzarəti  dedikdə,    təsərrüfat 

subyektlərinin  yoxlamanı  icra  edəcək  nəzarət  orqanı  ilə  aralarında  imzalanmış 

müqavilə  əsasında,  müstəqillik  prinsipinə  riayət  olunaraq  həyata  keçirilən  nəzarət 

forması başa düşülür.  

 

Yoxlamanın keçirilmə zamanına görə maliyyə nəzarəti cədvəldə də göstərildiyi 



kimi ilkin, cari və sonrakı nəzarət formaları fərqləndirilir. Bu təsnifləşdirmə əlaməti 

N.Q.Hacıyev, A.S.Narinskiy, T.A.Başkatova, E.Y,Qraçeva, V.M.Rodionova və digər 

iqtisadçılar tərəfindən irəli sürülmüşdür.  

 

Büdcələrin  (dövlət  büdcəsi,  bələdiyyə  büdcələri),  büdcə  təşkilatları,  digər 



təsərrüfat subyektlərinin gəlirlər və xərclər smetasının,  onların maliyyə planlarının, 

büdcə layihələrinin hazırlanması və qəbulu zamanı maliyyə nəzarətinin ilkin nəzarət 

formasından istifadə olunur.  İlkin nəzarət daha çox profilaktik xarakter daşıyır. Belə 



42 

 

 



 

ki,  ilkin  nəzarət  vasitəsilə  maliyyə  resurslarından  səmərəsiz  istifadə  halları  aşkara 

çıxarılır  və  bu  halları  aradan  qaldırmağa  kömək  edir.  Bununla  yanaşı,  təsərrüfat 

subyektlərinin  fəaliyyətinin  istənməyən  nəticələri  aşkar  olunaraq,  aradan 

qaldırılmasına şərait yaradılır. İlkin nəzarət zamanı müəssisənin maliyyə baxımından 

möhkəmlənməsində əhəmiyyət kəsb edən əlavə ehtiyatlar da aşkar oluna bilər.  

 

Həyata  keçirilmə  zamanına  görə  maliyyə  nəzarətinin  ikinci  forması  olan  cari 



(operativ)  nəzarət    müəssisənin  istehsal  və  təsərrüfat  əməliyyatlarının,  müxtəlif 

səviyyəli  büdcələrin,  maliyyə  planlarının,  icrası,  gəlir  və  xərclərin  smetasının 

qiymətləndirilməsi  zamanı  tətbiq  olunur.  Bu  nəzarət  formasının  əsas  vəzifəsi 

mühasibat  uçotu  və  maliyyə  hesabatının  tələblərinə,  maliyyə  intizamına  riayət 

edilməsini  təmin  etmək  və  maliyyə  intizamındakı  pozuntuları  aşkara  çıxarmaqdan 

ibarətdir.  Cari  nəzarət  müəssisənin  daxili  yığım  ehtiyatlarının  artırılmasının 

yoxlanılmasına  imkan  verir.  Cari  nəzarətdə  təsərrüfat  subyektinin  fəaliyyəti  faktiki 

materiallarla ardıcıl olaraq təhlil olunur.  

 

Sonrakı  (növbəti)  nəzarət  hesabat  dövrünün  sonunda  icra  olunur.  Bu  nəzarət 



forması  büdcələrin  icrası  ilə  bağlı  hesabatların  təsdiqi,  maliyyə-təsərrüfat 

fəaliyyətinin nəticələrinin yoxlanılmasında tətbiq olunur. Bu nəzarət formasının əsas 

vəzifəsi  –  təsərrüfat  subyektinin  maliyyə-təsərrüfat  fəaliyyətinin  nəticələrinin, 

maliyyə  siyasəti  və  strategiyasının  effektivliyinin  qiymətləndirilməsidir.  Sonrakı 

nəzarət  ilkin  nəzarətlə  bağlı  olub,  onun  göstəriciləri  əsasında  həyata  keçirilir.    Bu 

nəzarət  formasının  məqsədi  büdcələrin  reallaşdırılması  nəticələrinin  təhlili,  maliyyə 

planlarının  icrası,  gələcək  illər  üçün  maliyyə  siyasəti  strategiyası  və  taktikasını 

hazırlanmasıdır. 

 

İmperativ  baxımdan  maliyyə  nəzarəti  dövlət  və  qeyri  –  dövlət  nəzarətinə 



ayrılır.  Qeyri-dövlət  nəzarəti  də  özlüyündə  daxili  (müəssisədaxili,  korporativ)  və 

xarici (audit) olmaqla iki qrupa ayrılır. Dövlət və qeyri-dövlət maliyyə nəzarəti bir-

birindən  subyekt,  məqsəd  və  metod  baxımından  fərqlənsələr  də,  onlar  bir-biri  ilə 

bağlıdır.  Dövlət  nəzarətinin  əsas  məqsədi  dövlət  büdcəsinə  daxil  olan  resursların 

artırılması,  dövlətin  idarəetmə  xərclərinin  minimuma  endirilməsindən  ibarətdir. 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə