Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

26 

 

 



 

N

bi



 = M × M

d

 × T



m

 × Ə


d

    (5) 


 

Burada, N

bi

 – bitməmiş istehsalda dövriyyə fondlarının həcmi;  



M – məhsul buraxılışının natural ölçülərlə həcmi;  

M

d



 – məhsul vahidinin maya dəyəri;  

T

m



 – məhsulun istehsalı müddəti;  

Ə

d



 – bitməmiş istehsalda  məmulatın hazırolma səviyyəsi. 

 

Dövriyyə  fondlarının  digər  bir  elementi  də  gələcək  dövrün  xərcləridir.  Bu 



xərclər  hazırda  çəkilsə  də,  gələcək  dövrə  aid  olunur.  Gələcək  dövrün  xərcləri  üzrə 

normativi hesablamaq üçün aşağıdakı düsturdan istifadə edirik: 

 

Ngdx = X


0

+X

p



-X

m

    (6) 



 

Burada, Ngdx – gələcək dövrün xərcləri üzrə normativ

X

0

 – cari ilin əvvəlinə gələcək dövrün xərcləri;  



X

p

 – smeta üzrə plan dövründə çəkilən xərclər;  



X

m

 – planlaşdırılan dövrdə məhsulun maya dəyərinə daxil edilən xərclər.  



 

Dövriyyə vəsaitləri əvvəlki sualda da qeyd etdiyimiz kimi dövriyyə fondları və 

tədavül  fondlarına  ayrılır.  Tədavül  fondlarınınəsas  tərkib  hissəsi  və  normativin 

hesablandığı dövriyyə vəsaiti hazır məhsul qalığıdır.Hazır məhsuldan böyük həcmdə 

ehtiyatların yaradılması istehlak tələbini səmərəli şəkildə ödəməyə imkan verir.Hazır 

məhsul  üzrə  ehtiyatların  yaradılması  müəyyən  xərclərin  çəkilməsi  ilə  bağlıdır.  Bu 

xərclər  hazır  məhsul  ehtiyatının  saxlanması,  yola  salınması  üzrə  xərcləri  və  həmin 

ehtiyatların hazırlanmasına sərf edilmiş investisiyaya hesablanan mənfəəti əhatə edir.   

 

Hazır  məhsul  ehtiyatlarının  idarə  olunmasındailk  əvvəl  məhsul  növləri  üzrə 



sifarişin  səmərəli  həcmi  müəyyən  olunmalıdır.Sifarişin  səmərəli  həcminin 

müəyyənləşməsihəm  hazır  məhsul  ehtiyatının  qorunub  saxlanması  ilə,  həm  də 

sifarişin  həyata  keçirilməsi  ilə  bağlı  xərclərin  optimallaşdırılmasında  mühüm  rol 

oynayır. 




27 

 

 



 

 

Hazır məhsula tələbin sabit bir kəmiyyəti yoxdur. Bu da təsərrüfat subyektində 



hazır məhsullardan sığorta ehtiyatlarının yaradılmasını zəruri edir. 

Hazır məhsul üzrə normativi hesablamaq üçün düsturdan istifadə edilir: 

 

N

hm



= R × D        (7) 

 

Burada, N



hm

  - hazır məhsul üzrə normativ; 

R – istehsal maya dəyəri ilə əmtəəlik məhsulun bir günlük buraxılışı;  

D – hazır məhsuldan günlük ehtiyat norması.  

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 


28 

 

 



 

1.3.

 

Dövriyyə vəsaitlərinin formalaşdırılması mənbələri 

 

 



Müəssisənin  dövriyyə  vəsaitlərinin  formalaşması  mənbələri  əsasən  dövriyyə 

vəsaitlərindən  istifadənin  səmərəliliyini  müəyyənləşdirir.  Dövriyyə  vəsaitləri 

müəssisənin öz dövriyyə vəsaitləri və onlara bərabər tutulan dövriyyə vəsaitləri; borc 

alınan  və  cəlb  edilən  dövriyyə  vəsaitləri  hesabına  formalaşır.Müəssisənin  maliyyə 

sabitliyinin  təmin  olunmasında  xüsusi  vəsaitlər,  cəlb  olunmuş  və  borc  alınmış 

vəsaitlər  arasında  düzgün  əlaqənin  qurulması  mühüm  rol  oynayır.  Müasir  dövrdə 

maliyyə menecerlərinin əsas vəzifələrindən biri də minimum dövriyyə vəsaitləri sərf 

edərək uğurlu fəaliyyət qurmaqdan ibarətdir. 

 

Dövriyyə vəsaitlərinin formalaşma mənbələrini sxem 1.3.1-də göstərildiyi kimi 



qruplaşdırmaq olar:  

 

Sxem 1.3.1. Müəssisənin dövriyyə vəsaitlərinin formalaşma mənbələri

 

 

 

Müəssisənin  öz  dövriyyə  vəsaitləri  dedikdə,  müəssisə  fəaliyyətə  başladığı 



andan  etibarən  sahibkar  tərəfindən  onun  sərəncamına  verilən  və  daim  müəssisənin 

ixtiyarında  olan  vəsaitləri  başa  düşülür.  Müəssisənin  öz  dövriyyə  vəsaitlərinin 

mənbələrində  əsas  hissəni  Nizamnamə  fondu  təşkil  edir.Hər  bir  müəssisə  təşkil 

müəssisənin 

dövriyyə 

vəsaitlərinin 

formalaşması 

mənbələri   

müəssisənin öz 

dövriyyə 

vəsaitləri 

müəssisənin öz 

dövriyyə 

vəsaitlərinə 

bərabər tutulan 

dövriyyə 

vəsaitləri - sabit 

passivlər 

borc alınan 

vəsaitlər - 

qısamüddətli 

bank kreditləri 

ticarət kreditləri 

cəlb olunan 

vəsaitlər - 

müəssisənin 

debitor borcları 



29 

 

 



 

olunarkən  müəyyən  həcmdə  nizamnamə  kapitalına  malik  olmalıdır.  Nizamnamə 

kapitalı  müəssisənin  gəlir  əldə  etməsi  üçün  gələcək  fəaliyyətində  ilkin  kapital  kimi 

çıxış  edir.  Müxtəlif  təşkilati-hüquqi  formaya  malik  olan    müəssisələr  üçün  

nizamnamə  kapitalının  formalaşdırılması  qaydaları  Azərbaycan  Respublikasının 

normativ  hüquqi  aktları  ilə  tənzimlənir.  Nizamnamə  kapitalı  pul,  yaxud  qeyri-pul 

formasında təşkil oluna  bilər.  

 

Nizamnamə fondunun tərkibi baxımından müəssisələr iki qrupa ayrılır: 



1.

 

Yeni yaradılan müəssisələr; 



2.

 

Fəaliyyət göstərən müəssisələr.  



 

Yeni  yaradılan  müəssisələrin  nizamnamə  kapitalının  formalaşma  mənbələri 

üzvlük haqları, səhm kapitalı, uzunmüddətli kreditlər, sahə-maliyyə ehtiyatları, büdcə 

vəsaitləri və s. hesabına formalaşır.  

 

Fəaliyyət  göstərməkdə  olan  müəssisələrdə  isə  məhsul  realizasiyasından  gəlir, 



amortizasiya  ayırmalarından  gəlir,  sabit  passivlər,  özgəninkiləşdirilən  və  ya  sıradan 

çıxmış  vəsaitlərin  satışından  gəlirlər,  müxtəlif  məqsədli  daxilolmalar  maliyyə 

ehtiyatlarının mənbələrini təşkil edir.   

 

Müəssisələrin təşkilati-hüquqi formasından asılı olaraq, müxtəlif müəssisələrdə 



nizamnamə kapitalının əsas elementləri aşağıdakı kimidir: 

 



Dövlət müəssisələrində - büdcə vəsaitləri; digər dövlət müəssisələrinin əmanət 

və gəlirləri; 

 

Bələdiyyə  müəssisələrində  -  yerli  büdcə  vəsaitləri;  başqa  bələdiyyələrin 



müəssisələrinin əmanətləri; 

 



Fərdi müəssisələrdə - ailə üzvlərinin əmlakları; 

 



Qapalı tipli səhmdar cəmiyyətdə - təsisçilərin pay haqları və əmanətləri; 

 



Açıq tipli sənmdar cəmiyyətdə - səhmlərin dəyəri

 



Müəssisə birliklərində (ittifaq və s.) – müqaviləyə əsasən toplanan vəsait. 

 

Müəssisənin inkişafı istehsal proqramının genişlənməsinə, istehsalın həcminin 



dəyişilməsinə  səbəb  olur  ki,  bu  da  dövriyyə  vəsaitlərinin  də  həcminin  dəyişməsinə 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə