Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   2   3   4   5   6   7   8   9   ...   26

14 

 

 



 

1.2.

 

Müəssisələrdə dövriyyə vəsaitlərinə olan tələbatın müəyyən 

edilməsi (normalaşdırılması) 

 

 

Dövriyyə  aktivlərinə  tələbatın  müəyyən  olunması  müəssisənin  fəaliyyətinin 



əsas  vəzifələrindən  biri  hesab  olunur  ki,  butələbatın  optimal  həddi  müəssisənin 

fəaliyyətinin  fasiləsizliyini,  maksimal  işgüzar  aktivliyini,  istifadədənkənar  pul 

vəsaitlərinin aradan qaldırılmasını təmin etməlidir.  

 

Dövriyyə kapitalına tələbat müəyyən olunan zaman bu vəsaitlərin ehtiyatlarının 



aşağıdakı əlamətlər nəzərə alınaraq planlaşdırılması nəzərdə tutulmuşdur: 

 



İstehsal imkanları; 

 



Bazarın təhlili; 

 



Tələb və təklifin il ərzindəki bölüşdürülməsi;  

 



Müəssisənin kredit siyasəti və s.  

 

Dövriyyə vəsaitlərinə olan tələbatın hesabatı tərtib olunan zaman bəzi amillər 



nəzərə alınmalıdır. Bu amillərə aşağıdakılar aid oluna bilər: 

1)

 



İnflyasiyanın  yüksək  həddində  xammal  qiymətində  ola  biləcək  dəyişikliklər 

nəzərə alınaraq, dövriyyə kapitalına olan tələbatın bir neçə variantının hazırlanması; 

2)

 

Dövriyyə vəsaitlərinə olan tələbatın hesabatının ay, rüb, il ürzə tərtibi; 



3)

 

İstifadə  olunan  normativlərdə  mövsümi  və  digər  dəyişikliklərin  nəzərə 



alınması.  

 

Dövriyyə  kapitalına  tələbatın  müəyyən  olunmasında  müxtəlif  metodlardan 



istifadə olunur. Bu metodlar aşağıdakılardır: 

 



ABC metodu; 

 



Sifarişlərin optimal qrupunun müəyyən olunması 

 



Ehtiyatların optimal səviyyəsinin qorunub saxlanılması 

 



Hesablanmış tələbatın texniki qiymətləndirilməsi 

 



Dövriyyə vəsaitlərinin normalaşdırılması  

 

İlk  qeyd  etdiyimiz  metod  olan  ABC  metodunun  istifadəsi  daha  çox  geniş 



çeşiddə xammal və material sərf olunan istehsalata malik böyük sənaye müəssisələri 


15 

 

 



 

üçün  xarakterik  hesab  olunur.Materialların  əhəmiyyətliliyi  baxımından  bu  metodun 

tətbiqində onları üç qrupa ayırırlar: 

 



A-ən qiymətli resursların dəqiq uçotu və ona nəzarət; 

 



B-müəssisə  üçün  ən  əhəmiyyətli  əmtəə-material  ehtiyatının  uçotu  və  ona 

nəzarət; 

 

C-  azqiymətli  əmtəə  material  ehtiyatlarının  geniş  çeşidinin  uçotu  və  ona 



nəzarət. 

 

İkinci  qeyd  etdiyimiz  metod  olan  sifarişlərin  optimal  qrupunun  müəyyən 



olunması  metodunun  tətbiqində  əsas  məqsəd  məcmu  xərclərin  minimal  həddi  ilə 

istehsal  prosesinin  fasiləsizliyinin  təmin  olunmasıdır.  Bu  metodun  tətbiqi  əsasən 

aşağıdakı hallar üçün uyğundur:  

 



Xammal və materialların mütənasib istifadəsində; 

 



Daha qiymətli və vacib xammal və materiallar üçün; 

 



Böyük həcmli mallara güzəştlərin tətbiqi zamanı; 

 



Minimal mal qruplarının fasilələrlə tədarükündə;  

 



Tədarükün  nəqliyyat  vasitələrinin  yükqaldırma  qabiliyyəti  ilə  bağlı  olaraq 

azaldılmasında.  

 

Üçüncü  metod  olan  ehtiyatların  optimal  səviyyəsinin  qorunub  saxlanılması 



əsasən aşağıdakı hallarda istifadə edilir: 

 



Saxlanılan ehtiyatların həcminin kiçik olması halında; 

 



Dərhal bazardakı dəyişikliklərə münasibət bildirildiyi halda; 

 



Tədarükün yalnız nəzərdə tutulan müddətdə həyata keçirilməsi halında. 

 

Ehtiyatların  optimal  səviyyəsinin  müəyyən  olunması  metodunda  əsas  məsələ 



ondan ibarətdir ki, sifarişlərin ölçüsü ehtiyatların maksimal həcmi ilə onların faktiki 

səviyyəsi arasındakı fərq kimi hesablanır.  

 

Yuxarıda qeyd olunan metodlardan dövriyyə vəsaitlərinin normalaşdırılması ən 



çox  şərh  olunan,  Azərbaycanda  da  geniş  yayılan  və  istifadə  olunan  metod  hesab 

olunur.  Müəssisə  üçün  bu  metodun  əhəmiyyəti  və  rolu  çox  böyükdür.  Belə  ki,  bu 




16 

 

 



 

metod  olmadan  müəssisənin  istehsal,  maliyyə-iqtisadi  fəaliyyətinin  səmərəliliyinin 

artırılması mümkün deyildir.  

 

Müəssisə  üçün  istehsal-maliyyə  fəaliyyətinin  normalaşdırılmasında,  istehsalın 



səmərəliliyinin  artırılmasında,  maddi  həvəsləndirmənin  həyata  keçirilməsində, 

istehsal ehtiyatlarının aşkara çıxarılmasında dövriyyə vəsaitlərinin normalaşdırılması 

metodu mühüm əhəmiyyətə malikdir.  

 

Dövriyyə  vəsaitlərinin  normalaşdırılması  -  norma  və  normativlərin  müəyyən 



edilməsidir.  Norma  dedikdə,  məhsul  vahidinin  istehsalı  üçün  yol  verilə  bilən, 

minimum material məsrəfləri nəzərdə tutulur.   

 

Dövriyyə  vəsaitlərinin  normasını  hesablamaq  üçün  müəssisənin  normal 



fəaliyyəti  şəraitində  bu  və  ya  digər  material  dəyərlərinin  ehtiyatının  onların  günlük 

sərfinə olan nisbətini tapmaq lazımdır. Dövriyyə vəsaitlərinin norması sərf günləri ilə 

ölçülür. Bəzi material dəyərləri vardır ki, onlar üzrə sərf normalarını tapmaq üçün:  

-

 



Qablar üzrə - onların ehtiyatının əmtəəlik məhsulun dəyərinə; 

-

 



Ehtiyat hissələri üzrə -  avadanlığın dəyərinə; 

-

 



Azqiymətli  və  tezköhnələnvəsaitlər  üzrə  -  işçilərin  sayına    nisbətini 

hesablamaq lazımdır. 

 

Bu  metodun  tətbiqinin  əsas  vəzifəsi  -  iqtisadi  cəhətdən  əsaslandırılmış 



normativlərin  müəyyən  olunmasıdır.  Bu  normativlər  müəssisəyə  öz  dövriyyə 

vəsaitlərindən  istifadə  edərək,  istehsalın  ahəngdar  həyata  keçirilməsinə,  məhsulun 

normal  reallaşdırılmasına,  tərəfdaşları  ilə  hesablaşmaların  vaxtında  icrasına  şərait 

yaratmalıdırlar.  Müəssisəyə  lazım  olan  əmtəə-material  dəyərlərinin  orta  ehtiyatının 

(orta qalığının) pulla ifadə edilmiş minimum qalığı dövriyyə vəsaitlərinin normativi 

hesab olunur. Dövriyyə vəsaitlərinin normativi hesablanarkən onların günlük sərfinin 

həcminin  (pulla  ifadə  edilmiş)  dövriyyə  vəsaitlərinin  normalarına  hasilini  tapmaq 

lazımdır.                                                                                                                            

 

Dövriyyə vəsaitləri üzrə olan normalar müəyyən olunan zaman müəssisənin bəzi  



özünəməxsus xüsusiyyətlərini nəzərə almaq lazımdır. Bu xüsusiyyətlərə aşağıda qeyd 

etdiklərimizi aid edə bilərik: 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə