Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   2   3   4   5   6   7   8   9   ...   26

17 

 

 



 

 



İstehsal tsiklinin hazırlığı; 

 



İstehsal tsikli və realizasiyanın uzunluğu; 

 



Materialların emal və yığım sexları arasındakı bölgüsü;  

 



Materialların istehsala daxil olması dövriliyi; 

 



Satıcıların istehlakçı müəssisədən uzaqlığı; 

 



Məhsulun təhvil verilməsi tezliyi; 

 



Təhvilverənlərdən göndərilən məhsulun miqdarı; 

 



Məhsulun satıcı və alıcıları arasındakı hesablaşma formaları və qaydası və s.  

 

Dövriyyə vəsaitlərinin normativinin müəyyən olunmasında istifadə olunan əsas 



metodlara aiddir:   

A.

 



Birbaşa  hesablama  metodu  –  bu  metoddan  istifadə  zamanı  dövriyyə 

vəsaitlərinə  olan  tələbatı  hesablamaq  üçün    məhsul  vahidi  üzrə  sərf  normativinin 

həmin  məhsulun  planda  nəzərdə  tutulan  istehsal  həcminə  vurmaq  lazımdır.  Lakin 

nəzərə  alsaq  ki,    məhsulların  nomenklaturası,  plan  göstəricisi  tez-tez  dəyişir,  bu 

zaman  bu metod heç də səmərəli olmayacaqdır.  

B.

 



Statistik  -analitik  metod  -    elmi-texniki  nailiyyətlərin,  istehsalın  təşkilinin 

qabaqcıl  metodlarının,  nəzərə  alınmasına  uyğun  tədqiqat  və  ekspertiza  işlərinin 

aparılmasına  əsaslanır.  Müəssisə  üçün  lazım  olan  dövriyyə  vəsaitlərinin  həcmi 

normalaşdırılan dövriyyə vəsaitləri üzrə ayrı-ayrılıqda müəyyən olunaraq müəssisəyə 

lazım olan dövriyyə vəsaitlərinin ümumi həcmi hesablanır. 

C.

 



Əmsallar  metodu  –  bu  metodun  tətbiqi  zamanı  müəssisədə  mövcud  olan 

normativlər istehsalın həcminə, yaxud həmin normativlərə təsir edən digər amillərin 

dəyişməsinə uyğun olaraq artırılır və ya azaldılır.                                                                              

 

Bu  metodlardan  birbaşa  hesablama  metodu  əsasən  cari  planlaşdırmada, 



statistik-analitik  metod  və  əmsallar  metodu  isə  dövriyyə  vəsaitlərinin  həcminin 

perspektivdə deyişməsinin hesablanmasında daha çox istifadə olunur. 

 

Müasir  şəraitdə  getdikcə  məhsulların  rəqabət  qabiliyyəti  artır  ki,  bu  da  



materiallara  qənaət  edilməsi  məqsədilə  texniki-iqtisadi  cəhətdən  əsaslandırılmış 

material sərfi normalarının işlənib hazırlanmasını və tətbiq edilməsini tələb edir.  




18 

 

 



 

 

Normalaşdırmanın əsas prinsipi olan material sərfi normalarının mütərəqqiliyi 



özündə  texniki  tərəqqinin  son  uğurlarını,  texnoloji  prosesin  və  istehsalın  təşkilinin 

inkişafını,  mövcud  qabaqcıl  təcrübədən  istifadəni  əks  etdirməlidir.  Bu  səbəbdən 

material sərfı normaları daim azalma istiqamətində dəyişdirilməlidir. 

 

Maddi-material ehtiyatlarının normalaşdırılması müəyyən mərhələlərdən keçir. 



Bu mərhələlər aşağıdakılardır:  

1)

 



Material 

hərəkəti 

axınının 

optimallaşdırılması 

(istehsalın 

bütün 


mərhələlərində); 

2)

 



Ehtiyatların səviyyəsinin monitorinqinin təşkili; 

3)

 



İdarəetmə  uçotu  və  ekspert  məlumatları  nəzərə  alınaraq  elmi  baxımdan 

əsaslandırılmış normaları hesablamaq; 

4)

 

Normativlərin razılaşdırılması və təsdiqi;  



5)

 

Təsdiqlənmiş normativlərə əməl olunması üzrə işçi heyətinin stimullaşdırılması 



mexanizminin hazırlanması; 

6)

 



İstehsalatdakı dəyişikliklərə əsasən normativlərə yenidən baxılması. 

 

Müəssisənin  daxili  ehtiyat  mənbələrini  aşkar  etmək  və  materialları  səmərəli, 



həmçinin qənaətlə istifadə etmək material resurslarının sərfini normalaşdırmağın əsas 

məqsədləridir.  Material  sərfi  normaları  həmçinin  müəssisələrin  material  fondlarına 

olan tələbatını da dəqiq müəyyən etməyə şərait yaradır. Bu normalar müəssisə üçün 

lazımi  materialları  əldə  etmək  məqsədilə  tələbatnamələr  tərtib  etmək  və  bu 

tələbatnamələri  yoxlamaqda,  istifadə  olunan  material  –  texniki  təchizat  planlarını 

tapmaqda mühüm əhəmiyyət təşkil edir. 

 

 

Maddi  resursların  əsas  növlərini  təsərrüfat  subyektinin  strukturunda  olan 



texniki şöbənin tərkibindəki xüsusi büro və ya qrup normalaşdırır.  Təmir məqsədilə 

materialın  normalaşdırılması  ilə  baş  mexanik  şöbəsi  və  baş  energetik  şöbəsi  məşğul 

olurlar.  Müxtəlif  təsərrüfat  inventarlarının,  Alətlərin,  ştampların  və  s.  istehsalı  ilə 

olan materialların normalaşdırılması ilə  müəssisənin müvafiq şöbə və sexləri məşğul 

olurlar. Təchizat orqanları isə bu şöbələrdən məsrəf normalarını alaraq, onları keçmiş 



19 

 

 



 

illərdə qüvvədə olan məsrəf normaları ilə müqayisədə təhlil edərək sistemləşdirir və 

bunun əsasında illik maddi-texniki təchizat planını hazırlayırlar. 

 

Material  məsrəfi  normaları  müxtəlif  əlamətlərə  görə  təsnif  olunur.  Bu 



əlamətlərə aiddir: fəaliyyət müddəti; maddi resursların təfsilləşdirmə dərəcəsi; tətbiq 

miqyası və s.  

 

Fəaliyyət müddətinə görə normaları illik və perspektiv normalara ayırırlar. İllik 



normalar cari planlaşdırmada istifadə edilir.  Onlar xammal, material, yanacaq və s.in 

məhsul vahidinə orta illik məsrəfini ifadə edir. İllik məsrəf normaları il üçün istehsalı 

nəzərdə tutulmuş məhsulların plan maya dəyərinin kalkulyasiyasında tətbiq olunur.  

 

Təfsilləşdirmə  dərəcəsi  baxımından  məsrəf  normalarını  iriləşdirilmiş  və 



müfəssəl normalara ayırmaq məqsədəuyğundur.  

 

İriləşdirilmiş  məsrəf  normaları  ümumi  xarakter  daşıyır.  Belə  ki,  bu  normalar 



məhsul  vahidinə  hər  hansı  material  növündən  maksimum  yol  verilə  bilən  məsrəf 

həddini ümumi şəkildəifadə edir. İriləşdirilmiş normalar, əsasən, müəssisənin il üçün 

istehsala  lazım  olacaq  maddi  dəyərlərə  tələbatının  müəyyənləşdirilməsində,  o 

cümlədən materialdan qənaət işinin ümumi təhlilində tətbiq edilir. 

 

Materialların  nomenklaturası  baxımından  məsrəf  normalarının  digər  bir  növü 



müfəssəl məsrəf normalarıdır ki, onlar dakonkret texniki göstəriciləri əks olunmaqla, 

hər  hansı  materialdan  hesablanmış  normalardır.  Bu  normalardan  əsasən 

təfsilləşdirilmiş sifarişlərin hazırlanması, həmçinin  sexlərin konkret material növləri 

ilə təminatında istifadə edilir.  

 

Məsrəf normalarının təsnifləşdirmə formalarından biri də tətbiq miqyasına görə 



təsnifləşdirmədir.  Bu  əlamət  nəzərə  alınaraq,  məsrəf  normaları  fərdi  və  toplu 

normalara ayrılır.  

 

Fərdi  normalar  dedikdə,  müəyyən  zavodda  və  ya  müəyyən  tip  avadanlıqda 



hazırlanan konkret məhsul vahidinə sərf edilən material normaları nəzərdə tutulur. 

Əgər  eyni  bir  məhsula  bir  neçə  müəssisə  tərəfindən  material  sərfi  baş  verirsə,  belə 

normalar  toplu  normalar  adlanır.  Qrup  normaları  ayrı-ayrı  müəssisələrdə  eyni  tipli 

məhsul  üçün  fərdi  məsrəf  normalarının  orta  kəmiyyəti  kimi  hesablanır.  Onların 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə