Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

53 

 

 



 

  Maliyyə  nəzarətində  əsas  tətbiq  olunan  metod  təftiş  metodudur  ki,  o  da 

yoxlamanın  əhatəsi  baxımından  tam,  natamam,  tematik  və  kompleks  formalara 

ayrılır.  

 

Təftişin  tam  təftiş  metodunda  yoxlanılan  təsərrüfat  subyektinin  maliyyə-



təsərrüfat fəaliyyəti bütövlükdə təftiş edilir.   

 

Natamam  təftişdə  isə  tam  təftişin  əksinə,  maliyyə-təsərrüfat  fəaliyyəti 



bütünlüklə nəzarət obyekti olmur. Yalnız onun müəyyən sahələri yoxlanılır. 

 

Tematik  təftişdə  bənzər  təsərrüfat  subyektlərinin  maliyyə-təsərrüfat 



fəaliyyətinin  müxtəlif  sahələri  ilə  bağlı  nöqsanların,  pozuntuların  aradan 

qaldırılmasına  çalışılır.      Kompleks  təftişdə  isə  təsərrüfta  subyektinin  maliyyə-

təsərrüfat fəaliyyətinin bütün tərəfləri yoxlanılır.   

 

Təftişin  digər  təsnifləşmə  əlaməti  isə  maliyyə-təsərrüfat  proseslərinin  əhatəsi 



dairəsidir  ki,  bu  baxımından  təftiş  tam  və  seçmə  olur.  Tam  təftişdə  təsərrüfat 

subyektinin  bütün  maliyyə-təsərrüfat  əməliyyatları  və  ilkin  sənədləri  yoxlanılır. 

Seçmə  təftişdə  isə  müəyyən  vaxt  müddəti  ərzində  ilkin  sənədlərin  bir  qisminin 

yoxlanılır.  Bu  iki  təftiş  növünün  birgə  tətbiqi  nəticəsində  təftişin  başqa  növü  olan 

kombinəedilmiş təftiş formalaşır.  

 

İstənilən  təftiş  növünün  tətbiqindən  əvvəl  təftiş  proqramı  hazırlanır.  Təftiş 



sonda rəsmi aktla rəsmiləşdirilir.  

 

Rus  iqtisadçılarından  O.A.Noqina  nəzarət  metodlarını  ümumelmi  və  xüsusi 



nəzarət  metodları  olmaqla  iki  qrupa  ayırır.  Ümumelmi  metodlar  induksiya, 

deduksiya,  sintez, analiz analogiya kimi üsulları əhatə edir. 

Xüsusi  metodlar  isə  empirik  və  spesifik  olmaqla,  iki  qrupa  ayrılır.  Hər  biri  də 

özlüyündə  müxtəlif  növlərə  ayrılır.  Empirik  metodlara  inventarizasiya,  ekspertiza, 

ekperiment, yoxlama aid olunur. Spesifik metodlara isə iqtisadi-riyazi üsullar, iqtisadi 

təhlil üsulları və s. kimi üsullar aiddir. 

 

Başqa  bir  təsnifat  əlamətinə  görə  isə  nəzarət  metodları  sənədli  və  faktiki 



nəzarət  metodlarına  ayrılır.Sənədli  nəzarət  dedikdə,  nəzarətin  həyata  keçirilməsi 

zamanı yoxlama sənədlərə istinad edir, məsələn ilkin uçot sənədləri, müqavilələr və s. 




54 

 

 



 

 

Faktiki  nəzarət  metodları  isə  birbaşa  mühasibat  uçotu  obyektləri  ilə 



əlaqədardır.  Burada  sənədlər  yox,  əsas  vəsaitlər,xammal  və  s.  yoxlamada  əsas 

götürülür. Belə metodlara  inventarizasiya, nəzarət ölçmə, nəzarət məqsədilə alqı, və 

s. aiddir.  

 

Təsərrüfat  subyektlərinin  əmlakının,  öhdəliklərinin,  sərvətlərinin  və  s.  faktiki 



vəziyyətinin  yoxlanılması,  qiymətləndirilməsi  və  sənədlərlə  rəsmiləşdirilməsi 

inventarizasiya adlanır.  

 

Nəzarət məqsədilə alqı metodu səlahiyyətli dövlət nəzarət orqanları, həmçinin 



daxili müfəttişlər tərəfindən həyata keçirilir.  Bu metodun tətbiqi nəticələrinə əsasən 

protokol və ya akt tərtib edilir.  

 

Digər  bir  nəzarət  metodu  olan  ekspertizanın  tətbiqi  müxtəlif  mütəxəssislərin 



biliklərindən istifadə edərək nəzarəti nəzərdə tutur.  

 

Sorğu metodu da faktiki nəzarət metodlarındandır. O, yazılı və şifahi formada 



ola bilər. Bu  metodun tətbiqi zamanı qoyulan suallara cavablar nəzarətçi tərəfindən 

təzyiqə məruz qalmadan və təhlükəsiz şəraitdə razılıq əsasında alınmasına əsaslanır. 

Yoxlanılan  təsərrüfat  subyektinin  yazılı  izahatı  nəzarət  idarəsinə  yollanmalıdır,  Bu 

izahat  əsasında  da  həmin  təsərrüfat  subyektində  hansı    tədbirlər  görüləcəyi  haqda 

sərəncam verilir.  

Baxış  metodu  təftiş  yoxlanılan  obyektin  vəziyyətini  öyrənmək  üçün  aparılır. 

Bu  metodun  sonunda  sənəd  rəsmiləşdirilməsi  baş  vermir.  Bu  baxımdan  da 

inventarizasiyadan fərqlənir. Müşahidən fərqli olaraq isə baxış metodunun tətbiqində 

yoxlamanı aparan şəxsin obyektə baxış haqda qəti bildiriş niyyəti olur. 

 

 

 

 

 

 

 

 



55 

 

 



 

           2.3.Müəssisənin dövriyyə vəsaitlərindən istifadə üzrə maliyyə                          

                                                  nəzarətinin təşkili 

 

 

Maliyyə  nəzarəti  mülkiyyət  formasından  asılı  olmayaraq,  bütün  təsərrüfat 



subyektlərində tətbiq olunur. Bu zaman qanunverici və icra hakimiyyəti orqanlarının 

normativ  aktları,  ilkin  sənədlər,  mühasibat  balansları  və  analitik  və  sintetik  uçot 

göstəriciləri əsas götürülür.  

 

Yoxlama  zamanı  bank  və  kassa  əməliyyatları  tam,  digər  sahələr  isə  seçmə 



üsulla  seçilərək  yoxlanıla  bilər.  Müəssisələrdə  maliyyə  nəzarətinin  təşkili  zamanı 

yoxlamanın aşağıdakı ardıcıllığına əməl etmək məqsədəuyğundur: 

1.

 

Nəzarəti icra edəcək şəxsin müəssisəyə getmədən gördüyü hazırlıq işi; 



2.

 

Pul vəsaitləri və maddi dəyərlilərin gözlənilmədən inventarizasiyasının təşkili; 



3.

 

Yoxlanılacaq müəssisənin struktur bölmələrinə baxış; 



4.

 

Yoxlanılacaq materialların həcmi ilə tanışlıq; 



5.

 

Sənədlərə  əsasən  müəssisənin  maliyyə-təsərrüfat  əməliyyatları  və  uçotunu 



yoxlamaq; 

6.

 



Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi. 

 

Daxili maliyyə nəzarəti qarşısına qoyulan əsas vəzifələrə aşağıdakıları aid edə 



bilərik: 

 



İllik  hesabatın  hazırlanması  zamanı  mühasibat  uçotu  prinsip  və  qaydalarına 

əməl olunması; 

 

Xarici maliyyə nəzarətini keçirənlərin zəmanətləri ilə tanış olmaq; 



 

Təsərrüfat subyektinin strateji maliyyə məsələləri barəsində razılaşma; 



 

Rəhbərlik üçün hazırlanmış materialların düzgünlüyü; 



 

Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin səmərəliliyinin yoxlanılması və s.  



Hər bir təsərrüfat subyekti üzrə dövriyyə aktivləri müxtəlif likvidlik dərəcəsinə 

malik elementlərdən (ehtiyatlar, pul vəsaitləri, debitor borcları və s.) təşkil olunur. Bu 

cəhətdən  dövriyyə  vəsaitlərinin  strukturu,  həcmi,  istifadəsinin  səmərəliliyi,  o 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə