Azərbaycan döVLƏT İQTİsad universiteti nəzdində Qida Sənayesi Kolleci (tədris müəssisəsinin adı) Təsdiq edirəm: Tədris işləri üzrə direktor müavini : Əfəndiyev T. (imza, soyadı, adı) “14” fevral 2023 –cü IL Fənn sillabusu


Mühazirə 2.Havanın çirklənmə mənbələri və səbəbləri



Yüklə 151,5 Kb.
səhifə8/37
tarix04.05.2023
ölçüsü151,5 Kb.
#108436
1   ...   4   5   6   7   8   9   10   11   ...   37
Mühazirə 2.Havanın çirklənmə mənbələri və səbəbləri.
Buna qarşı mübarizə tədbirləri.

Havada qazların (buxarların) bərk və ya maye halında müxtəlif maddələrin, həmçinin radioaktiv elementlərin canlı orqanizmlərin həyat şəraitinə mənfi təsir edə biləcək miqdarda olmasına atmosfer çirklənməsi deyilir.


Atmosferin çirklənməsi əsasən insanların təsərrüfat fəaliyyəti ilə yeni antropogen amillərlə əlaqədardır, lakin atmosfer müstəsna hallarda təbii proseslərin təsirindən də çirklənə bilər. Yer kürəsində atmosfer çirklənməsi regional və qlobal miqyasda olur.
Atmosferin regional çirklənməsinin səbəbi şəhərlərin, iri sənaye komplekslərinin yerləşdiyi ərazinin havasına çoxlu miqdarda tullantıların (tüstü, his, qaz, toz və s.) daxil olmasıdır. Qlobal çirklənmənin səbəbi isə regional çirklənmənin tədricən çox uzaq sahələrə yayılması və nəhayət yerətrafı atmosferi tam əhatə etməsidir.
Atmosfer çirkləndiriciləri təbii, istehsalat və məişət prosesləri ilə əlaqədar olub, aşağıdakı kimi qruplaşdırılır:
-Təbii mənşəli çirkləndiricilər – mineral maddələr, qazlar, bitki, heyvan və mikrobioloji mənşəli birləşmələr;
-Yanacaqdan istifadə nəticəsində çıxan zərərli qazlar və maddələr;
-Sənaye müəssisələrinin tullantıları (toz, tüstü, qazlar);
-Sənaye və məişət tullantılarını zərərsizləşdirmək məqsədilə yandırarkən atmosferə qarışan tüstü və s. maddələr.
-Atmosferin təbii çirklənməsinin səbəbi təbii fəlakətlər (vulkan püskürməsi, zəlzələ, meşə yanğınları, fırtınalar) havanın dəyişməsi, mineral su mənbələrindən ayrılan və üzvi maddələrin parçalanmasından alınan qazlar, okeandan havaya daxil olan karbon qazı, hidrogen-sulfit, xloridlər və digər qazlar, habelə çöl və səhra zonalarında olan şoran yerlərdən sovrulan duzlardır.
Yanacaqdan istifadə nəticəsində atmosferə daxil olan çirkləndiricilərin tərkibi yanacağın növündən və ondan istifadə üsulundan, istehsal texnologiya­sından, xammalın və alınan məhsulun tərkib və xassələrindən asılıdır. Yanacaqlardan istifadə nəticəsində atmosferin çirklənməsi qlobal miqyas almışdır. Yanacaq tam yandıqda atmosferə su buxarları, karbon qazı deyil, qismən də azot və kükürd oksidləri də daxil olur. Mühərriklərdə yanacağın yanma prosesi tam başa çatmadığı üçün havaya zəhərli qazlar və kül qarışır.
Sənaye müəssisələrindən havaya buraxılan tüstü, turşu və fenol buxarları və digər zəhərli maddələrlə zəngindir. Sənaye müəssisələrindən atmosferə daxil olan qazların tərkibində çox zəhərli karbon 2 oksid (CO) və kükürd oksidi (SO2) olur. Kükürd oksidləri havada su və su buxarları ilə reaksiyaya girərək sulfit və sulfat turşuları əmələ gətirir.
Avtomobil mühərriklərinin işlənmiş qazlardan, sənaye müəssisələrindən və elektrik stansiyalarından havaya daxil olan kükürd oksidləri, azot oksidləri ultrabənövşəyi şüaları udu rvə kimyəvi fəal formaya düşür. M.E.Berlyandın hesablamalarına görə hər il ətraf mühitə, o cümlədən atmosferə 150-300·106·t antropogen aerozol daxil olur. Əsas məsələ qlobal ekoloji sistemə təsir edə biləcək atmosfer prosesləri kompleksinin kəmiyyətcə modellərinin işlənməsi vacibdir. Bu problem alim və mütəxəssislərin diqqət mərkəzindədir. Lakin müasir dövrdə ən vacib məsələ – atmosferin çirklənməsinin qarşısını almaq, onun təbii xassələrini qorumaqdır.
Ətraf mühitdə antropogen çirkləndiricilərin qatılığı yüksək olduqda insan orqanizmində müxtəlif xəstəliklər əmələ gəlir. Məsələn, benzol qanda xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Arsen dəridə və ciyərlərdə xərçəng xəstəliyini törədir. Yaponiyada civənin qatılığının yüksək olması “Minamat” xəstəliyinin artmasına səbəb olmuşdur. Bu xəstəlik zamanı əsəb sistemi pozulur və psixi xəstəliklər yaranır. Suda kadmiyin miqdarı çox olduqda “İtay-İtay” xəstəliyi, zink çatışmadıqda qan təzyiqi əmələ gəlir.
Yeni “kimyəvi” xəstəlik alopetaya (keçəlləşmə) əmələ gəlmişdir. Altay vilayətində 28% yeni doğulanlarda ağır formada sarılıq olur. Buna səbəb nüvə raketlərinin məhv edilməsi və polimetallıq şaxtalarda olan yanğındır.
Bu və ya digər maddənin təhlükəliliyi aşağıdakı göstəricilərə görə müəyyən olunur.
1.Toksikilik dərəcəsi (kimyəvi və yaxud bioloji maddənin insan, heyvan və bitki orqanizmlərinə təsiri)
2.Torpaqda, bitkilərdə (heyvanlarda) davamlılığı
3.Yol verilən qatılığı
Ağır metallar “toksiki” və “mikroelementlər” olmaqla iki yerə ayrılır.
Əsas toksiki təsir edən ağır metallara civə, kadmium, qalay, arsen, xrom və sink daxildir. Əvvəlki üç element daha çox təsirə malik olmaqla az qatılıqda da zəhərləyici təsir göstərirlər.
Civə çox toksiki təsirə malik olub, bitkilərə torpaqların çirklənməsi nəticəsində daxil olur. Ən çox zəhərli təsirə civənin üzvi mineral birləşmələri malikdirlər.
Torpağın 1kq – da 50 mq civə olduqda bitkilərin böyümə prosesinə mənfi təsir göstərir. Torpağın 1 kq – da 1000 mq civə olduqda isə bitkilər zəhərlənir.
Kadmium toksiki təsirə malikdir. Bitkilər onu tələb etmir. Sinklə antoqanist təsirdə olaraq onun bitkiyə daxil olmasını ləngitməklə bitkilərdə fizioloji proseslərin pisləşməsinə səbəb olur. Bitkilər kadmiyə aşağıda göstərilən qaydada həssasdırlar.
Pomidor – vələmir – çəmən otları – yerkökü – lobya – noxud – ispanaq.
Kadmium ən çox metallurgiya müəsisələri yerləşən torpaqlarda olur. Çirklənmə mənbələrindən 2 km məssafəyədək torpaqda, suda kadmium qatılığı yol verilən miqdardan çox olur.
Qalay bitkilər üçün az qorxuludur. Yol verilən miqdarı 1 kq – da 10 mq – dan çox olmamalıdır. O torpaqda bir sıra metalların mütəhərrikliyini azaldır. Məsələn, molibdenat turşusu ilə reaksiyaya girərək qalay molibdat əmələ gətirir.torpaqda çoxlu miqdarda böyümə zəifləyir, dəmirin daxil olmasını azaltmaqla bitkilərdə xloroz xəstəliyinin əmələ gəlməsinə səbəb olur.
Torpaqdan qalay kadmium, sinkə vo misə nisbətən az yuyulur. Çünki, humusla möhkəm birləşmiş halda olur.
Bitkilərin quru hissəsinin bir kiloqramında 1-5 mq qalayın olması ərzaq kimi istifadə olunması üçün qorxulu deyildir.
Sink – bitkilərin və heyvanların qidalanmasında mühüm rol oynayır. Oksidləşmə - reduksiya prosesini sürətləndirir. Azotlu maddələr mübadiləsində iştirak edir. Sulu karbonların əmələ gəlməsinə təsir edir. Zülalın oksidləşməsində və fotosintez prosesində iştirak edir. Sink çatışmadıqda bitkilər zəif inkişaf edir. Lobya, soya, kənaf zink çatımazlığına şiddətli həssasdır. Şəkər çuğunduru, kartof, pomidor, yonca zink çatışmamazlığına orta dərəcədə həssasdır. Vələmir, buğda, çovdar, noxud, yerkökü tarla şəraitində zinkə həssaslıq göstərmir.
Mis – askorbinoksidaza, aldoza fermentlərinin tərkibinə daxildir. Mis çatışmadıqda göstərilən fermentlərin fəallığı aşağı düşür. Mis oksidləşmə - reduksiya və fotosintez prosesində iştirak edir. Nişastanın, zülalların, yağların, rəngli piqmentlərin və askorbin turşusunun sintezində fəaliyyət göstərir.
Dəmir təbiətdə ən çox yayılmış elementlərdən biri olub, 51% təşkil edir. Dəmir bir mineralların tərkibinə daxildir. Müxtəlif torpaqlarda dəmirin miqdarı eyni deyildir. ən çox miqdarı qırmızı torpaqlarda olur, 10-11% təşkil edir. ən az miqdarı yüngül qumsal torpaqlarda olub 1%-ə yaxındır. Dəmir bitki və heyvan orqanizmlərinin tərkibinə daxildir.Dəmir hemoqlobinin və bir sıra tənəffüs fermentlərinin tərkibinə daxil olub, oksigen mübadiləsində və oksidləşmə-reduksiya proseslərində iştirak edir. Dəmir çatışmazlığı bitkilərdə xloroz xəstəliyinin əmələ gəlməsinə və məhsuldarlığının kəskin surətdə aşağı düşməsinə səbəb olur.Bir çox çirkləndiricilər qlobal ekoloji problemlər yaradır. Karbon iki oksid, azot oksidləri, parnik effekti, kükürd iki oksid, turşu yağları əmələ gətirir.



Yüklə 151,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə