Azərbaycan döVLƏT İQTİsad universiteti nəzdində Qida Sənayesi Kolleci (tədris müəssisəsinin adı) Təsdiq edirəm: Tədris işləri üzrə direktor müavini : Əfəndiyev T. (imza, soyadı, adı) “14” fevral 2023 –cü IL Fənn sillabusu



Yüklə 151,5 Kb.
səhifə9/37
tarix04.05.2023
ölçüsü151,5 Kb.
#108436
1   ...   5   6   7   8   9   10   11   12   ...   37
Mühazirə-3. Havanın çirklənməsi. Atmosfer
mənşəlli qlobal ekoloji anomaliyalar. Ozon problemi.


Hava ən zəruri və ekoloji əhəmiyyətə malik amildir. İnsan qidasız 5 həftə, susuz 5 gün qala bilirsə, havasız 5 dəqiqədən çox qala bilmir. Lakin, insanlann normal həyatının vacib şərti təkcə havanın varlığı ilə deyil, həm də onun təmizliyi ilə təmin olunur. Havanın keyfiyyəti insanlann sağlamlığını təmin edir, bitki və heyvanlar aləminin vəziyyətinə, tikinti, binalar və konstruksiyalann davamlığı və uzunömürlülüyünə də əhəmiyyətli təsir göstərir. Çirklənmiş hava litosferə, hidrosferə, planetimizin torpaq və su ehtiyatlanna, ümumilikdə isə əhalinin sağlamlığına güclü neqativ təsir edir, həm də məhvedici təzadlar törədir. Atmosferin ən başlıca funksiyalan bunlardır: - materiyanın canlı aləmini, xüsusilə insanı, heyvanlan, quşlan, balıqları və s. oksigenlə təmin edir və tənəffüs prosesi icra olunur; -Yer kürəsidə iqlimi tənzimləyir, buzlaqlardan soyuq hava cərəyanı mülayim və isti qurşaqlara və əksinə gətirilərək iqlimi formalaşdı nr; -gündüzlər yer təbəqəsinin qızmasmm, gecələr isə soyumasının qarşısını alır; -biosferdə enerji mübadiləsinin maddələrin kiçik və böyük dövranının tənzimlənməsində bilavasitə iştirak edir; - torpaqlann nəmliyinin sabit saxlanmasına və münbitliyinin qorunub tənzimlənməsinə zəmin yaradır; -Günəş şüalannm yayılmasında və səsin əmələ gəlməsində çox mühüm rol oynayır; - atmosferin ozon təbəqəsi Günəşin ultrabənövşəyi şüalannm yer səthinə keçməsinin qarşısını almaqla bəşəriyyəti onlann məhvedici təsirlərindən qoruyur; - meteoritlər və ağır qəlpələr kosmosdan yer səthinə enərkən atmosfer havası ilə sürtünmə nəticəsində göydə alışıb yanır və neytrallaş- dınhr. Atmosfer havasının kimyəvi tərkibini əsasən azot, eləcə də digər elementlər və qazlar təşkil edir (cədvəl 4.1). Atmosfer (yunanca "atmos" - buxar, nəfəs, "sphera" - şar, kürə) Yer kürəsini əhatə edən, yerin təkamülü zamanı yaranan, müxtəlif xarakterli təbii qazların (əsasən oksigen və azotun) fiziki qarışığından ibarət, materiyanın bütün canlı aləmi üçün müstəsna əhəmiyyəti olan şəffaf hava təbəqəsidir və onun qoruyucu yorğanı adlanır. Atmosfer sözünü ilk dəfə Aristotel söyləmiş, lakin rus elminə bu termini M.V.Lomonosov tətbiq etmişdir. Atmosfer cazibə qüvvəsinin mövcudluğu sayəsində Yer kürəsi ilə qırılmaz surətdə bağlıdır, onu tərk etmədən onunla birlikdə daimi hərəkətdədir. Yerin səthində o, əsasən geoloji təkamül və orqanizmlərin fasiləsiz fəaliyyəti nəticəsində formalaşmışdır. Elmi mülahizələrə görə, planetimizin ilk atmosferi əvvəlcə tamamilə oksigensiz olmaqla yerin təkində (yer qabığının faydalı qazıntılarla zəngin üst qatı) uçucu maddələrdən su buxarları, hidro- gen, su, metan, ammonyak və sinil turşusu buxarlarından ibarət olmuşdur. Sonralar isə vulkanik fəaliyyət nəticəsində yaranan sərbəst azot ammonyaka çevrilərək atmosferə daxil olmuşdur. Vulkanik püskürmələr nəticəsində mantiyadan yerin səthinə çıxan qazlann birləşməsindən və dəyişməsindən sonralar atmosferi təşkil edən müxtəlif qazlar əmələ gəlmişdir. Yerin geoloji mərhələləri zamanı Günəş şüalannm təsirindən canlı orqanizmlərin mineral birləşmələrlə qarşılıqlı əlaqəsi nəticəsində atmosferin qaz tərkibi həddindən artıq dərəcədə dəyişilmiş, havaya çoxlu karbon qazı daxil olmuşdur. Yer kürəsində həyatın mövcud olması da məhz karbon qazının miqdannm atmosferdə artmasından sonra baş vermişdir. Belə ki, Paleozoy erasının Devon dövründə quruda bitki örtüyünün geniş yayılması nəticəsində fotosintez prosesi əmələ gəlməklə, sonralar daha da güclənmiş və nəticədə atmosfer havasında oksigen qazı yaranmışdır. Atmosferin kütləsi hisrosferinkindən 200 min, litosfe- rinkindən isə 1 milyon dəfə azdır, onun 20%-i aşağı təbəqədə, troposferin 5 km-lik məsafəsində yerləşir, termosferdə (3 min km-lik məsafədə) sıxlığı olduqca azalır, ondan yuxanda kosmik fəza yerləşir və kosmos adlanır. Havanın temperaturunun tərəddüd etməsindən asılı olaraq onun 5 təbəqəsi ayırd edilir:
1 .Troposfer - atmosfer kütləsinin 90%-ini təşkil edir. Yer səthindən 11-16 km məsafədə yerləşən və aşağı və bütün su kütləsinin toplandığı təbəqədir. Onun sərhəddi gün ərzində 2-3 km arasında dəyişilir, yuxan qalxdıqca hər 100 metr məsafədə temperatur 0,6^ C azalır. Hava əsasən bu təbəqədə qanşır və yağıntılar da burada formalaşır. Troposferdə ozonun əsas hissəsi yerləşərək ozon qatını əmələ gətirir.
2.Stratosfer 16 km-dən 50-55 km-ə qədər olan məsafədə yerləşən, havanın həddindən artıq seyrək olması və nəmliyin (rütubətin) tamamilə olmaması ilə səciyyələnən, ekvatorda aşağı sərhəddində temteratur 55°C olan təbəqədir.
3.Mezosfer 50-55 km-dən 80 km-ə qədər olan atmosfer təbəqəsi olub, havanın çox seyrək və temperaturun 75 0C olması ilə səciyyələnir.
4. Termosfer (ionosfer) 80 km-dən 600-800 km-ə qədər olan məsafədə yerləşməsi, yüksək elektrik keçiriciliyinə malik olması ilə səciyyələnən seyrək, ionlaşmış qazlardan ibarət xüsusi atmosfer təbəqəsidir. Bu təbəqədə çox güclü elektrik cərəyanı mövcuddur.
5. Ekzosfer atmosferin 600-800 km-dən yuxan məsafəsini təşkil edən təbəqədir.
Atmosferlərin və biosferin kimyəvi komponentləri ilə emissiyaya girən əsas maddələrə kükürd, azot, karbon, fosfor birləşmələri, hallogenlər, fenollar və formaldehid hesab olunur. Atmosferi çirkləndirən əsas mənbələr energetika, avtomobil və aviasiya nəqliyyatı, qara və əlvan metallnrgiya müəssisələri, kimya və neft-kimya sənayesi zavodlarıdır
Böyük şəhərlərin atmosferinə müxtəlif məişət tullantılanndan - yararsız ayaqqabılar, paltar, avtomobil şinləri, tozlar və fizioloji proseslərdə əmələ gələn qalıqlardan ibarət çirkləndiricilər də daxil olur. Əhalisi sıx olan yaşayış yerlərində tənəffüs və digər səbəblərdən də hava çirklənir. Məsələn, bir adam gündə 10 m‘^ hava udur və atmosferə tərkibində 4%-ə qədər karbon qazı və çoxlu su buxarı olau hava ixrac edir. Gündə insan bədənindən 600-900 q-a qədər tər ifraz olunur.
Əhalisi 1,5-2,0 mln olan bir şəhərin atmosferinə yalnız nəfəsalma və tərləmə vasitəsilə 600-800 mln m^ karbon qazı, 180-240 m^ su buxan və s. qanşır. Beynəlxalq standartlara uyğun olaraq yaşayış məntəqələrinin atmosfer havasında zərərli maddələrin yol verilən qatdıq həddi (YVQ) mövcud normativlərin həddini keçməməlidir. Məlumdur ki, havaya daxil olan maddələr atmosfer prosesləri və ya fiziki qanunlara əsasən müxtəlif dəyişikliklərə məruz qalmalıdır. Qaz halında olan maddələr hava cərəyanı və külək vasitəsilə ümumi atmosfer kütləsinə qanşdığı üçün onlann qatdığı azalır. Bərk maddələr müəyyən müddətdən sonra Yer səthinə çökür. Şəhərlərin atmosferinə daxil olan maddələr çox nann hissəciklərdən ibarət olduğu üçün havada uzun müddət asılı vəziyyətdə qalır. Havanın (atmosferin) turbulentliyi, konveksiya və adveksiya xassələri ilə əlaqədar olaraq, onun müxtəlif qatışıqlardan öz-özünə təmizlənməsi prosesi uzun çəkir. Xüsusi tədqiqatlarla müəyyən edilmişdir ki, karbon qazı bir il ərzində 45-120 gün, kükürd qazı isə bir neçə saatdan bir neçə günə qədər havada qalır. Bərk hissəciklər isə ölçülərindən, koaqulyasiya və sedimentasiya xassələrindən asılı olaraq bir neçə saniyə və ya ay (bəzən isə il) müddətində havada asılı vəziyyətdə qala bilər. Atmosferə qanşan çirkləndiricilər hava kütlələrinin hərəkəti ilə əraziyə yayılır. Müəyyən edilmişdir ki, kükürd oksidi havaya daxil olan mənbədən hava ilə 6000-12000 km məsafəyə yayılır. Məhz bu səbəbdən 1972-ci ilin qışında Rur kömür hövzəsində havanın çirklənməsindən İsveçdə qara rəngli qar yağmışdır. 19 dekabr 1985-ci ildə Ərəbistan yarımadasından gələn toz siklonu Aşqabada təsir etmiş və xeyli ziyan vermişdir. 170 min t toz şəhəri bürümüş və ”toz tufanı" yaratmışdır. Bəzən küləyin (qasırğa) hesabına havanın çirklənməsi möcüzəli təbiət hadisələri kimi olur, məsələn, çirkli və yağlı yağış (1952, 1963), qara və qırmızı yağış, qurbağalı yağış və s. Belə "möcüzəli" çirkli yağışlar Azərbaycanın bəzi rayonlannda (İsmayıllı, Zəngilan, 1956-1958) və Bakıda da müşahidə edilmişdir. Konkret şəraitdən asılı olaraq tüstü boruları 70-150 m hündürlükdə tikilməlidir. Radioaktiv tullantılar basdmlan yerlərdə sanitariya-mühafızə zonası 1000 m, yandıncı peçlər qurulan yerdə isə 2000 m olmalıdır. Radioaktiv tullantıları basdıran stansiyalar şəhərdən 20 km, atom-elektrik stansiyalan isə 20-80 km aralı olmalıdır. Nüvə energetikasının gələcək inkişafı ilə əlaqədar olaraq radioaktiv tullantılannm basdmima texnologiyası öyrəniləcək və təkmilləşəcəkdir. Apanlan tədqiqatlar göstərir ki, radioaktiv tullantılann basdmiması üçün ən yaxşı yer daş duz, gilli-qayalı süxurlar, dəniz dibi və alt sahələrdir. Gələcəkdə radioaktiv tullantılann raketlərin köməyi ilə Yer cazibəsindən kənara tullanılması nəzərdə tutulur.
Böyük sənaye şəhərlərində havanın çox çirklənməsi nəticəsində qaz, tüstü, duman və toz qanşiği-smoq (qurum) əmələ gəlir ("smoq” ingiliscə "smoke”- tüstü və ”fog” - duman). Hazırda klassik və fotokimyəvi smoq növləri vardır. İkinci növ smoq Günəşin ultrabənövşəyi şüalannm birinci növə təsiri nəticəsində əmələ gəlir. Smoq əmələ gələrkən hava tutqunlaşır, xoşagəlməz kəskin qoxu yaranır, adamlann səhhətini pisləşdirir. Smoqun əmələ gəlməsi ilin soyuq dövrü (oktyabrdan fevraladək) üçün daha səciyyəvidir.



Yüklə 151,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə