Azərbaycan döVLƏT İQTİsad universiteti nəzdində Qida Sənayesi Kolleci (tədris müəssisəsinin adı) Təsdiq edirəm: Tədris işləri üzrə direktor müavini : Əfəndiyev T. (imza, soyadı, adı) “14” fevral 2023 –cü IL Fənn sillabusu


Aqrosfer–insanınkəndtəsərrüfatıfəaliyyətiiləyerərazisindədəyişilmişbütünsahələrinməcmusunuəksetdirənqlobalsistemdir. Aqroekosistemlər



Yüklə 151,5 Kb.
səhifə7/37
tarix04.05.2023
ölçüsü151,5 Kb.
#108436
1   2   3   4   5   6   7   8   9   10   ...   37
Aqrosfer–insanınkəndtəsərrüfatıfəaliyyətiiləyerərazisindədəyişilmişbütünsahələrinməcmusunuəksetdirənqlobalsistemdir.
Aqroekosistemlər–kəndtəsərrüfatıfəaliyyətiprosesindəinsantərəfindəndəyişdirilənekosistemlərdir.
Burakənd təsərrüfatıtarlaları, bağlar, üzümlüklər,tarlaqoruyucu meşəzolaqlarıvəs.aiddir. İnsan ekologiyasının aksiomları

Bəşəriyyətin inkişafının bütün dövrlərində insan amili Yer kürəsini ekoloji durumunun neqativ istiqamətdə dəyişilməsində və disbalansm yaranmasında ən apancı rol oynamışdır. Təbiətdə baş verən bütün dəyişikliklər məhz antropogen fəaliyyət və təsirlər nəticəsində yaranmışdır. İnsan amili təbiətdə dəyişikliyə məruz qalan ekosistemlərdə xüsusi rol oynamış, beləliklə də insan ekosistemi anlayışı təşəkkül tapmışdır. İnsan ekosistemi - insanın mövcud olduğu, fəaliyyət göstərdiyi, bioloji növ müxtəlifliyinin müxtəlif növləri (heyvanlar, bitkilər və s.), eləcə də cansız materiya ilə ünsiyyətdə olduğu biosfer ərazisini əhatə edir. İnsan ekosistemi, bir qayda olaraq, sosial xarakter daşıyır və ətraf mühitlə dialektik vəhdət təşkil edir, onunla qarşılıqlı əlaqədə olur. Bu qarşılıqlı əlaqədə təbii mühit müasir sənaye sivilizasiyası əsasında yaranmaqla, buraya insanın istifadə etdiyi hava, su, istehsalat proseslərində işlədilən materiallar, yaşayış mənzillərində, fabrik, zavod və müəssisələrdə istifadə olunan eneıji ehtiyatlan, «kənd təsərrüfat)) adlanan geobioloji sistem və ətraf mühit amilləri çərçivəsində insan orqanizmində baş verən bioloji reaksiyalar aiddir. Ekosistem mahiyyətcə canlı orqanizmlərin və onlan müşayət edən fiziki, kimyəvi proseslərdən ibarət mürəkkəb quruluşlu sistemdir. Tərkibində insanın mövcud olduğu ekosistemlər isə insan ekosistemləri adlanır və insan üçün xüsusi əhəmiyyət kəsb etməsinə görə digər xüsusi təbii ekosistemlərdən fərqlənir. Bu ekosistemdə dominant bioloji növ məhz insan hesab edilir, yalnız insan fəaliyyəti ilə determinasiya olunur. İnsan fəaliyyəti bioloji əsasa malik olmayıb, yalnız insanın tələbatının təmin olunmasının reallaşmasına xidmət edən sosial sistemdir. Bu sistem təbii ekosistemləri öz arzulanna müvafiq olaraq dəyişdirir. İnsan ekosistemi də təbii ekosistemlər kimi müvafiq qanuna və qaydalara uyğun olaraq formalaşır. İnsan ekosistemi 3 əsas sfera - ətraf mühit, fərdi idarəetmə və siyasi planlaşdırma əsasında təşəkkül tapır. Ətraf mühit sferasına heyvan və bitkilərin böyümə və inkişafının geobioloji fenomeni, po- pulyasiyalarm və cəmiyyətlərin dinamikası, qidalanma zəncirində maddələrin və eneıjinin mübadilə olunması aiddir. Fərdi idarəetmə sferası təbii ətraf mühitlə bilavasitə əlaqədə olan, proqnozu, fəsadlan nəzərə alınmadan ona təsir göstərən ayn-ayn adamlann, yaxud təşkilatlann davranışını, ekoloji etikasını ifadə edir. Siyasi planlaşdırma sferası isə cəmiyyətin siyasi, yaxud iqtisadi siqnallan, məlumatlan, proqram və layihələri hazırlamasından ibarətdir.


İnsan ekosisteminin ayn-ayrı sferalannm subyektləri ümumiləşdirilmiş formada aşağıdakı qruplara təsnif olunur (S. V.Alekseyev və b„ 2002): 1. Ətraf mühit sferasının snbyektləri:
♦ Bioloji populyasiyalar
♦ Populyasiyalarm biotoplan
♦ İqlim şəraiti Əlaqələr:
♦ Ətraf mühit obyektlərinin vəziyyətinə və qarşılıqlı əlaqəsinə təsir göstərən amillər. 2. Fərdi idarəetmə sferasının snbyektləri:
♦ İqtisadi fəaliyyəti bilavasitə təbii sərvətlərlə əlaqədar olan fərdi təsərrüfatçılar və sənaye müəssisələri (fermerlər, balıqçılar, taxta emalı və dağ-mədən sənayesi və s.). Əlaqələr:
♦ Fərdi idarəetmə subyektlərinin fəaliyyətinə təsir edən amillər 3. Siyasi planlaşdırma sferasının snbyektləri:
♦ Qərarlann qəbul edilməsi üçün məsul şəxslər
♦ Təzyiq qruplan (yerli və təbiəti mühafizə edən təşkilatlar) Əlaqələr: -Məsul qərarlan qəbul edən şəxslərin davranışına təsir göstərən amillər Məşhur rus ekoloqu V.P.Kaznaçeyev (2000) insan ekosistemlərinin qiymətləndirilməsi üçün antropoekonomik yanaşmanın 5 əsas sektorunu və 5 ictimai mexanizmi funksiyalanm təklif etmişdir.
♦ İnsandan istifadə sektoru - təbii sərvətlərdən, eneıji ehtiyatlanndan, maddi və texnoloji resurslardan istifadə olunmasına, həmçinin insan əməyinin qiymətləndirilməsinə nəzarəti həyata keçirir.
♦ Qeydiyyat uçot sektoru - bütün istehsalat və texnoloji proseslərin təbii ətraf mühiti, sosial, informasiya, demoqrafik mühitin çirklənmə dərəcəsini müəyyənləşdirir (entropiyanm termodinamik qanunu), onlan rəsmi qeydiyyata alır, proqnozlaşdmr və anti-istehsal prosesə nəzarət edir, müvafiq monitorinq apanr.
♦ Transformasiya sektoru - maliyyə, vergi məsələlərinin icra mexanizminə, beynəlxalq iqtisadi münasibətlərə, sosial normativlərin hazırlanmasına və realizasiyasma nəzarət edir.
♦ İnsan kapitalı sektoru - təbii resurslardan insan - istehsalat prosesi zamanı səmərəli istifadə edilməsinə, insanın optimal yaşayışının təmin olunmasına, sosial qayğılarının və gələcək nəsillərin istifadəsi üçün resursların saxlanmasının həyata keçirilməsinə nəzarət edir. • Balans sektoru - dövlət idarəetmə orqanlarını və digər maraqlı tərəfləri monitorinqin nəticəsinə əsasən müvafiq informasiyalar ilə (sahələr, ərazilər, sosial-demoqrafık qmplar üzrə) təmin edir. Məqsədyönlü sistemlər və insan sistemlərinin öz-özünü bərpa etmə xassəsi. İnsanlar da bioloji müxtəlifliyin digər növləri kimi heyvanlar, bitkilər, eləcə də cansız təbiət amilləri ilə mütəmadi olaraq qarşılıqlı vəhdətdə və təsirdə olmuşdur. Bəşəriyyətin, cəmiyyətin üzvü kimi insan bu ekosistemin aynimaz hissəsidir. Artıq 10 min ildən çoxdur ki, insan cəmiyyəti öz həyatı, yaşayışı naminə yeni ekosistem formalanm, insan ekosistemlərini formalaşdmnağa və davamlı surətdə inkişaf etdirməyə başlamışdır. İnsan cəmiyyətinin təbii mühiti dəyişməklə formalaşdırdığı yeni ekosistemlər çox böyük sürətlə inkişaf edir. Müasir dövrdə dünyada olduqca geniş miqyaslı dəyişikliklər baş verir. Adətən ekosistem adı altında müəyyən qanunlar əsasında canlı və cansız təbiət amillərinin qarşılıqlı təsiri və əlaqələri başa düşülür. Həmin qanunlara müvafiq olaraq təbiətdə ekoloji, fiziki və kimyəvi proseslər həmişə dialektik vəhdət formasında baş verir. İnsan cəmiyyəti və ətraf mühiti bir-birindən təcrid olunmuş formada dərk etmək qeyri-mümkündür. Bu baxımdan insan ekosisteminin əsas məqsədi cəmiyyətin rifahına, həyatının bütün sferalannda onun tələbatının təmin olunmasına zəmin yaratmaqdan ibarət olmaqla həmin sistemlərin əsas apancı qüvvəsi ilə sosial xarakter daşıyır. Lakin insan ekosistemlərinin təşəkkül tapması prosesində təbiətin mövcud qanunlan çərçivəsindən xaricdə olan və təbii ətraf mühitin normal ahəngini, landşaftın quruluşunu pozan, ümumilikdə isə ekoloji duruma neqativ təsir göstərən antropogen fəaliyyətə və təsirlərə yol verilir. Təbii mühit anlayışı, təbiətin özünə məxsus olan bütün amilləri, torpaq və su ehtiyatlan, atmosfer havası, istehsalat proseslərində işlədilən materiallar, eneıji resurslan, geobioloji sistem və ətraf mühit amillərinə müvafiq adekvat cavab reaksiyalan verən insan orqanizminin bioloji reaksiyalan və s. əhatə edir. Hazırda təbii ətraf mühitin mühafizəsinin həm nüfuzlu beynəlxalq təşkilatlann, həm də bütün dünya alimlərinin diqqətini cəlb edən və ən prioritet problem sayılan məsələ olmasına baxmayaraq, təbii ərazilərin və landşaftlann normal ahənginin pozulması get-gedə daha geniş vüsətlə insan cəmiyyəti tərəfindən davam etdirilir. Bunun əsas səbəbi isə insan cəmiyyətinin get- gedə artan sosial-iqtisadi tələbatının ödənilməsi məqsədilə şəhərlərin ərazisinin çox sürətlə genişlənməsi, bəzi çox milyonlu əhaliyə malik olan iri şəhərlərin birləşməsi, urbanizasiya, superurbanizasiya, mərkəzi şəhərlərdə fabrik, zavod, digər sənaye və emal müəssisələrinin geniş inkişaf tapması və s., kənd əhalisinin şəhərlərə miqrasiyasına zəmin yaratması və s. hesab olunur. İnsan ekosistemlərinin təşəkkül tapması və formalaşmasının əsas səbəbi inkişaf etmiş iri və mərkəzi şəhərlərdə makro və mikro infrastrukturlann, sənaye obyektlərinin, xarici firma və şirkətlərin inkişafına geniş yol verilməsidir. İnsan ekosistemlərinin dinamik inkişafına təkan verən başlıca amillərdən biri də dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində universitetlərin, akademi yal ann, institutlann, kolleclərin çoxunun mərkəzi sənaye şəhərlərində fəaliyyət göstərməsidir. Urbanizasiya, superurbanizasiya, meqapolislər, konurbasiyalann dinamik yüksələn xətlə inkişaf etməsi ətraf mühitin, xüsusilə litosferin, hidrosferin və atmosferin çox güclü surətdə tullantılarla çirklənməsinə səbəb olan ən başlıca amillərdir. Bu qlobal çirklənmə isə planetimizdə ekoloji fəlakət və kataklizmlərin arealını daha da genişləndirir, kəskin iqlim dəyişmələrinə güclü təkan verir. Əlbəttə, insan
cəmiyyətinin həyatın bütün sferalarmdakı tələbaü optimal surətdə təmin olunmalı və onun davamlı, dayanıqlı inkişafı əsas prioritet kimi dəyərləndirilməlidir. Lakin insan ekosistemlərinin inkişafı prosesində təbiətə, onun sərvətlərinə, təbii ətraf mühit amillərinə hədsiz dərəcədə diqqətlə yanaşmalı, neqativ fəsadlar törədən antropogen fəaliyyət növlərinə yol verilməməli, bumeranqm qarşısı alınmalı, tullantıların idarə edilməsi daimi dövlət nəzarəti altında olmalı, təbii sərvətlərdən rasional istifadə olunmalı və bəşəriyyətin gələcək nəsilləri üçün nəzərdə tutulan ehtiyatlara toxunulmamalıdır. İnsan ekosistemlərinin inkişaf etdirilməsi proseslərində təbiətə bütün bəşəriyyətin ümumi yaşayış, mövcudluq məkanı və evi kimi münasibət göstərilməli və onun tamlığı, qismən də olsa qorunub saxlanmalıdır. C.E.Xatçison və onun şagirdi Q.T.Odumun elmi tədqiqatlan nəticəsində biologiyada ekosistem əlaqəyə malik olan sistem kimi formalaşmağa başladı. Sistemli yanaşma konsepsiyası elmin digər, xüsusilə sosial sahələrinə də nüfuz etdi. Bu konsepsiyalann əsasını sosial, ekoloji və texniki sistemlərin prinsip etibarı ilə oxşar olması və bilavasitə mühəndis fəaliyyəti ilə idarə edilməsi təşkil edir. Həmin illərdə texnokratik ideyalar daha dinamik sürətlə inkişaf etməyə və elmin bütün sahələrində geniş inhisar tapdı. Kibernetikanın praktiki nailiyyətləri sübut etdi ki, idarəetmənin ekosistemdən başlamış ictimai inkişaf proseslərinə qədər bütün sahələrdə tətbiqi mütləq mümkün haldır. Müasir dövrün texniksizmi təbii mühiti elmi-texniki tərəqqinin başlıca mənbəyi kimi qəbul edən antroposeptrist mövqeyinə əsaslanır. Elmi-texniki tərəqqinin kriteriləri əsasən insanın bütün inkişaf edən həyat səviyyələrini ifadə edir. Texnisizm ideyasının təsiri nəticəsində industrial və postindustrial cəmiyyətlərin ümumi inkişafının əsas istiqamətləri formalaşmışdır. Bu prosesdə elmi-texniki tərəqqinin rolu real faktdır. Lakin bəşəriyyətin atom epoxasına daxil olması, planet əhalisinin çox sürətlə artması, şəhərlər, qəsəbələr, yollar və sənaye müəssisələri tərəfindən təbii ətraf mühitin sahələrinin zəbt olunması təbiətin deqradasiyasına, flora və fauna növlərinin seyrəlməsinə, bəzilərinin isə nəslinin kəsilməsinə səbəb olub. Yaponiya üzərində nüvə bombasının partlaması, nüvə və hidrogen smaqlannm keçirilməsi, AES-lərdə qəzalann baş verməsi Yerin ümumi radioaktiv fonunun yüksəlməsi ilə nəticələnib. Radioaktiv tullantılann basdmiması ətraf mühitə daha güclü neqativ təsir göstərən amil sayılır. Köhnə, primitiv istehsal üsullannm daha geniş tətbiqi də ekoloji vəziyyətin olduqca kəskin surətdə pozulmasına səbəb oldu. Dənizlərin dibindən neftin çıxaniması, onun nəhəng tankerlərlə bir ərazidən digərinə daşınması, bu zaman baş verən qəzalar daha yeni bir ekoloji faciə-dünya okeanının neft və onun məhsullan ilə çirklənməsi problemi-yaratdı. Şəhərlərin kanalizasiya borulannm və sənaye müəssisələrinin çirkab sulannm axar su mənbələrinə qanşması təbii ətraf mühiti daha çox çirkləndirməklə onlann tərkibindəki patogen agentlər (bakteriyalar, viruslar, parazitlər, helmintlər və onlann süfrələri), zəhərli kimyəvi birləşmələr, ağır metallar və s. insan sağlamlığı üçün yeni təhlükə mənbələri yaratdı. Avtomobil nəqliyyatının sayının qəflətən həddindən çox artması, sənaye müəssisələrinin törətdiyi tüstü, toz, zəhərli və radioaktiv birləşmələr həm iri şəhərlərin, həm də onlann yaxın və uzaq ərazilərinin havasını, torpağını və suyunu zəhərlədi. İnsanın kosmosu fəth etməsi, oraya göndərilən süni peyk və raketlər, aparılan tədqiqatlar nəinki Yer səthini, eləsə də bütünlükdə kosmik fəzanı çox güclü çirkiəndirdi. Hazırda kosmik məkanda 800-dən artıq süni peyk və raketlər fəaliyyət göstərir (halbuki həmin məkanı tədqiq etmək üçün cəmi 20 ədəd süni peyk kifayət edər), bu isə kosmosun kənardan müşahidəsi zamanı tozlu, dumanlı formada görünməsinə zəmin yaradıb. Qeyd olunan bütün bu proseslər təbiətə antropogen təsirləri daha da gücləndirdi, insanın həyat fəaliyyətini, mühitini hədsiz dərəcədə pisləşdirdi, son məqamda isə ağır zərbə alan yenə də insanın özü oldu və onun sağlamlığına güclü neqativ təsirlər göstərildi. Bütün bunlar isə ekologiyaya münasibəti tamamilə dəyişdirdi. Nəhayət ki, bəşəriyyət hiss etdi ki, artıq biosferin imkanlan olduqca tükənib, məhdudlaşıb, əvvəlki sivilizasiyalar davam edərsə, dəyişilməzsə, onda bütün canlı aləmin, həmçinin planetdə həyatın özünün məhv olması təhlükəsi gözlənilir. Müasir dövrdə insan cəmiyyətinin təbii ətraf mühitlə qarşılıqlı əlaqəsi prosesində yaranan problemlərin geniş və hərtərəfli öyrənilməsi, tədqiqi və müvafiq mübarizə tədbirlərinin hazırlanmasında ən önəmli fəaliyyət “Roma klubu” tərəfindən həyata keçirilib. Belə ki, 1968-ci ildə İtaliyanın FIAT avtomobil konserninin vitse-prezidenti Aurelio Peççer müxtəlif ölkələrdən dəvət olunan politoloqlarm, sosioloqlann, bioloqlann, genetiklərin, menecerlərin və iqtisadçılann iştirak etdiyi beynəlxalq konfrans keçirmiş və burada beynəlxalq tədqiqat mərkəzi “Roma klubu” təsdiq olunub. Bu kluba Yer planetinin təbii resurslannm vəziyyətinin müayinəsi olunması və ekoloji problemlərin həlli üçün rasional təkliflərin hazırlanması tapşmğı verilib. Ük məmzə ABŞ-m Massaçusets Texnologiya hıstitutunun məşhur alımı D.Medouz başda olmaqla alimlər qrupu tərəfindən hazırlanıb. Bu məruzə ilk dəfə “Artımm sərhədləri” (1972) adlı kitabda şərh olunub. Məruzədə elmi əsaslara istinadən göstərilib ki, əgər əhalinin artım tempi, təbii resurslardan istifadə olunması və yeyinti məhsullannm istehsal səviyyəsi mövcud vəziyyətdə davam edərsə, dəyişilməzsə, onda Yer planetində artımın sərhədləri yalnız 100 il davam edə bilər və finala çatar. Bu halın baş verdiyi tədrisdə dünyada əhalinin sayı kəskin surətdə yenidən azalacaq və sənaye istehsalı olduqca aşağı səviyyəyə çatacaq. Məruzədə təklif olunub ki, həmin böhran vəziyyəti mütləq aradan qaldınimalı və Yer planeti sisteminin “artim sərhədləri”nin qarşısı alınmalıdır. Beləliklə, “Roma klubu”nun fəaliyyəti dünyanın bütövlüadi, və xalqların ümumi asılılığı haqqında yeni ekoloji təfəkkürünün yaranmasının və müasir ekoloji cəmiyyətin formalaşmasının ilk təməlini, başlanğıcını qoydu və siyasətçilərin də fəaliyyətində öz əksini tapmağa başladı. Bu gün ekoloji problemlərin həllinə hər ölkənin və regionun milli təhlükəsizliyi baxımından yanaşılır. Dünya ölkələrinin əksəriyyətində ekoloji təhlükəsizlik üçün əməli fəaliyyətə başlanılıb. Ekoloji təfəkkürlər, artıq hazırda davamlı inkişafın ən başlıca atributuna çevrilib. Rus alimi N.N.Moiseyevin yeni ekoloji təfəkkürünün yaranmasında və formalaşmasında çox böyük xidmətləri olub. O, çoxillik işlərinin nəticəsinə əsaslanaraq biosferin inkişafına həsr olunan orijinal baxışlar sistemini formalaşdıraraq onu ’’Universal evolyusionizm” adlandırıb. 1922-ci il Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən beynəlxalq konfransda qeyd edildi ki, bəşəriyyətin qlobal ekoloji böhranlardan yeganə çıxış yolu noosferə keçilməsindən ibarətdir. “Noosfer - hərfi mənada biosferin inkişafının ən ali mərhələsi olub, “fikirləşən təbəqə”, ağıl, zəka, dərk etmə sferası (kürəsi) mənasını verir, dərra- kəli insanın fəaliyyətinin inkişafın əsas aparıcı amilə çevrilməsini xarakterizə edir” (V.İ.Vemadski, 1944).



Yüklə 151,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə