Azərbaycan Dövlət İqtisad Universiteti


ÜDM-də gizli iqtisadiyyatın həcminin statistik təhlili



Yüklə 0,69 Mb.
səhifə5/8
tarix23.01.2018
ölçüsü0,69 Mb.
#22122
1   2   3   4   5   6   7   8

2.2 ÜDM-də gizli iqtisadiyyatın həcminin statistik təhlili
Gizli iqtisadiyyat ya qeyri-qanunidir, ya da qanuni olsa belə vergi orqanlarından gizli fəaliyyət göstərir.

İqtisadiyyatın qeydiyyata alınmayan hissəsinin müxtəlif formalar ilə təzahür edilməsinə tez-tez rast gəlirik. Bunları təsnifat olaraq 2 hissəyə ayıra bilərik:

  1. Kölgə iqtisadiyyatı, qeyri-leqal iqtisadiyyat, xəlvəti iqtisadiyyat, qeyri-formal iqtisadiyyat;

  2. Kriminal iqtisadiyyat və ya qara iqtisadiyyat.

Birinci təsnifata uyğun olaraq sadalananları qısaca qeyri-qanuni yollarla vergi ödəmələrindən yayınma, müxtəlif qanunvericilik tələblərini pozma və s. spekulyasiyalar nəticəsində müxtəlif yollarla gəlirlərinin qeydə alınmasından imtina edilən fəaliyyət adlandıra bilərik. Lakin qara və kriminal iqtisadiyyat dediyimiz fəaliyyət növü alqı-satqı predmeti olaraq həmin mal və xidmətlərin mübadiləsini qanunvericiliklə qadağan edir, məsələn, narkotik-psixotrop maddələrin, qadın ticarətinin, bəzi ölkələrdə silah alqı-satqısı (ona görə “bəzi” ifadəsi işlədirəm ki, dünyanın, ABŞ başda olmaqla, bir qisim ölkələrində silahın alqı-satqısı leqal fəaliyyətdir) və s. Ümumilikdə kölgə iqtisadiyyatının lakonik tərifi ABŞ-ın iqtisad professoru Feige Edgar verib: “Kölgə iqtisadiyyatı rəsmi hesablanan ÜDM göstəricisinin əhatə etməli olduğu, lakin qeydə alınmayan bütün iqtisadi fəaliyyətdir”. Yəni gəlir əldə edən subyekt ( şirkətlər və fiziki şəxslər ) gəlirlərini uçotdan gizlətməklə real iqtisadiyyatın “görünməyən” hissəsində fəaliyyət göstərirlər.

Milli hesablar sistemində müşahidə olunmayan fəaliyyət növü kimi qruplar belə təsnifləşdirilir: gizli fəaliyyət növləri; qeyri-qanuni fəaliyyət növləri; qeyri-formal sektorda fəaliyyət; ev təsərrüfatlarının son istehlakları üçün şəxsi mal və xidmətlərin istehsalı üzrə fəaliyyəti; əsas statistik məlumatların yığılmasında olan qüsurlar səbəbindən müşahidələrdən kənarda qalan fəaliyyət.

ÜDM-in hesablanması zamanı qeyri-qanuni istehsalın bu növləri nəzərə alınmalıdır:

  • qeyri-qanuni məhsulların istehsalı və yayılması, məsələn, qadağan olunmuş narkotik maddələr, pornoqrafik materiallar;

  • qeyri-qanuni xidmətlərin istehsalı (məsələn, fahişəlik xidmətləri);

  • istehsalçılar tərəfindən xüsusi icazə (lisenziya) olmadan qanuni mal və xidmətlərin istehsalı:tibbi təcrübə; qumar oyunlarının təşkili; alkoqollu içkilərin istehsalı;qanunsuz balıq ovu, ovçuluq, meşə tədarükü (brakonyerlik); saxta malların istehsalı və satışı (saxta əmtəə nişanlı mallar) və bədii əsərlərin orijinallarının lisenziyalaşdırılmamış nüsxələri (məsələn, proqram təminatları, audio-video kassetlər və disklər); tütün, silah, alkoqollu içkilər, ərzaq mallarının qaçaqmalçılığı; qeyri-qanuni miqrantların sərhəddən keçirilməsi; oğurlanmış əşyaların saxlanması və satılması; çirkli pulların yuyulması.

İctimai təhlükəsizliyə və mənəviyyata, əhalinin sağlamlığına zərər gətirən mal və xidmətlərin istehsalı qeyri-qanuni istehsala aid olunur.

Müşahidə olunmayan iqtisadiyyatın ölçülməsinə dair metodoloji vəsaitdə” MHS-in tələblərinə cavab verən qeyri-qanuni fəaliyyətin bəzi növləri nəzərə alınmamışdır. Bu növlərdən insan və transplantat alveri, sifarişlə adam öldürmə, saxta pulların hazırlanması kimi fəaliyyət növlərini qeyd etmək olar. Bu növ fəaliyyət, adətən alıcı və satıcı arasında qarşılıqlı razılıq əsasında, bazar qiymətləri ilə həyata keçirilir və buna görə də, MHS-in nəzəriyyəsinə uyğun olaraq ÜDM-in hesablanmasında nəzərə alınmalıdır.



Bundan əlavə, MHS-93-dən fərqli olaraq 2008-ci ilin MHS-də mal və xidmətlərin istehsalı sərhədlərinə oğurluq (müəssisəyə məxsus əmlakın oğurlanması) və rüşvət (müəssisələr tərəfindən hər hansı güzəşt və imtiyazların əldə edilməsi məqsədilə vəzifəli şəxslərə verilən rüşvət) kimi kriminal əməliyyatlar da daxil edilmişdir.

Qeyri-qanun istehsalın məlumat mənbələri və hesablama qaydalarının öz xüsusiyyətləri vardır.

Qeyri-qanuni istehsal qeyri-qanuni fəaliyyətin bir hissəsidir. ÜDM istehsalı ilə bağlı olmayan qeyri-qanuni fəaliyyət növlərinə məsələn, reketçilik, şəxsi mülkiyyətə qarşı cinayətlər və s. daxildir.

Qanunsuz qeyri-istehsal fəaliyyətinin konkret formaları özləri də müxtəlifdir. Məsələn, şəxsi mülkiyyətə qarşı bütün növ cinayətlər: oğurluq, soyğunçuluq, quldurluq, basqınçılıq, fırıldaqçılıq, xidməti vəziyyətindən istifadə edərək vəzifəli şəxsin tamahkarlıq məqsədilə əmlakı mənimsəməsi, yaxud onunla ehtiyatsız davranması; bəzi təsərrüfat cinayətləri: alıcıların və sifarişçilərin aldadılması (ölçüdə, çəkidə, hesabda aldatma), ticarət və baytarlıq qaydalarının pozulması; vəzifə cinayətləri: xidməti səlahiyyətindən yaxud vəzifədən sui-istifadə, səhlənkarlıq, rüşvət alma, antimonopol qanunvericiliyinin pozulması və vəzifə saxtakarlığı; digər cinayətlər: ziyankarlıq, odlu silahların, döyüş sursatı və ya partlayıcı maddələrin oğurlanması, girov götürmə , təsərrüfat subyektlərinin rüşvətlə təşkil edilmiş əlaqələri əsasında mənfəət və güzəştlər əldə etməsi və s.

Əmlakla bağlı cinayətlər (məsələn, pulların ya da malların oğurlanması) gəlirlərin və aktivlərin təkrar bölüşdürülməsidir, onlar qarşılıqlı razılaşma ilə həyata keçirilmir və buna görə də MHS-in istehsal sferasına daxil edilmir.

Qeyri-qanuni fəaliyyətin adi məlumat mənbələri əsasında qiymətləndirilməsi olduqca çətindir. Qeyri-qanuni fəaliyyətin elementlərinin qiymətləndirilməsinin yalnız statistika orqanlarının məlumatları ilə həll etmək mümkün deyil. Ona görə Qeyri-qanuni fəaliyyətin qiymətləndirməsi üçün statistiklər öz məlumatları ilə yanaşı DİN, Vergilər Nazirliyi, Gömrük Komitəsi, Səhiyyə Nazirliyi və digər aidiyyəti orqanların məlumatlarından, həmçinin müstəqil elmi-tədqiqat institutlarının bu sahədə apardıqları tədqiqatların nəticələrindən istifadə etməlidirlər.

Qeyri-qanuni fəaliyyətin ölçülməsi üçün istifadə edilən əsas məlumat mənbələri:

  • hüquq-mühafizə orqanlarının məlumatları (məsələn, növləri üzrə qeydə alınmış cinayətlərin sayı, müxtəlif cinayətlərin qeydə alınması əmsalları);

  • gömrük orqanlarının və sərhəd qoşunlarının dövlət sərhədinin pozulması, qaçaqmalçılıq, müsadirə edilmiş mallar barədə məlumatları;

  • iş qüvvəsinin və digər ev təsərrüfatlarının statistik müayinələrinin məlumatları əsasında qeyri-leqal məşğulluq və qeyri-leqal bazarda mal və xidmətlərin alınmasına dair əldə edilmiş məlumatlar;

  • qeyri-qanuni fəaliyyətlə bağlı qeydiyyatda olanların və müalicə alanların (məsələn, narkomanların) sayı haqqında səhiyyə orqanlarının məlumatları;

  • qeyri-qanuni fəaliyyətin tədqiqatı ilə məşğul olan və onun xüsusi müşahidəsini aparan elmi-tədqiqat institutlarının qiymətləndirmələri;

  • sığorta şirkətlərinin məlumatları, məsələn, avtomobil oğurluğu və onların dəyəri haqqında məlumatlar;

  • ictimai və xeyriyyə cəmiyyətlərinin qeyri-qanuni fəaliyyətlə bağlı məlumatları;

  • qeyri-qanuni fəaliyyət mövcud olan hər-hansı sahə və sektor haqqında respondentlərin rəyinin öyrənilməsi əsasında əldə edilmiş məlumatlar;

  • müxtəlif qeyri-rəsmi məlumatlar dövri mətbuatdan, İnternetdən, televiziyadan əldə etmək olar (bu məlumatlar qeyri-qanuni fəaliyyətin və pul axınlarının birbaşa qiymətləndirilməsinə imkan verməsə də, dolayı məlumat mənbəyi kimi istifadə edilə bilər);

  • başqa ölkələrdə qeyri-qanuni fəaliyyətin qiymətləndirməsinə dair məlumatlar.

Hesablamaları aparmaq üçün bütün məlumat mənbələrini iki qrupa bölmək olar:

- bilavasitə qeyri-qanuni fəaliyyətin qiymətləndirilməsinə istiqamətləndirilmiş göstərici və meyarlarla təmin edən mənbələr;

- ümumi vəziyyəti tamamlayan analitik - informasiya məlumatları mənbələri.

Qeyd etmək lazımdır ki, nazirlik və digər inzibati orqanlar, əsasən də hüquq-mühafizə orqanları tərəfindən qeyri-qanuni fəaliyyət üzrə aparılan hesablamalar statistika orqanlarında aparılan hesablamalardan fərqlənə bilər və buna görə də, MHS-in məqsədləri üçün istifadə olunan inzibati məlumatlara müvafiq konseptual düzəlişlər edilməlidir.

Qeyri-qanuni fəaliyyətin ÜDM-ə daxil edilməsinin bir neçə səbəbi var:

  1. ÜDM-in tam əhatəliliyinin təmin edilməsi;

  2. Mal, xidmət, gəlirlər və aktivlərin axınlarının ümumi uyğunluğunun təmin edilməsi;

  3. Ölkələr arasında milli hesablar statistikası üzrə məlumatlarının müqayisəliliyinin təmin edilməsi.

MHS-də qeyri-qanuni istehsal fəaliyyətləri:

Narkobiznes



Narkotiklərə Nəzarət üzrə BMT-in Beynəlxalq Proqramı narkotiklərlə bağlı qeyri-qanuni fəaliyyətin aşağıdakı mərhələlərini müəyyən edir:

1. Xammalın qeyri-qanuni yetişdirilməsi.

2. Emal prosesi

- narkotik maddələrin qeyri-qanuni istehsalı.

3. Narkotik maddələrin daşınması / yayılması

- narkotik maddələrin və ölkə daxili xammalın qanunsuz hərəkəti (emaldan əvvəl və sonra);

- narkotik maddələrin beynəlxalq ticarəti.

4. Narkotik maddələrin istifadəçilərə satışı.

5. Əldə edilən gəlirin leqallaşdırılması.

Narkotik maddələrin son istehlakının hesablanması aşağıdakı düstur əsasında həyata keçirilir:



Burada S - son istehlak xərcləri;

I - istehlakçıların sayı;

oin - bir narkomanın istifadə etdiyi narkotik maddənin orta illik miqdarı (qram və yaxud müəyyən miqdar);

Pbq – narkotik maddənin pərakəndə satış qiyməti bir qram / müəyyən miqdar.



Ehtiyat baxımından yanaşmada narkotik maddələrin son istehlakı aşağıdakı düsturla hesablanır:



Burada S - son istehlak xərcləri;

F - müsadirə çıxılmaqla daxili istehsalın fiziki həcmi;

İx - müsadirə çıxılmaqla idxalın fiziki həcmi;

İd - ixracın fiziki həcmi;

Nts – narkotik maddənin topdan satış zamanı təmizlik dərəcəsi;

Nps – narkotik maddənin pərakəndə satış zamanı təmizlik dərəcəsi;

Pbq – narkotik maddənin pərakəndə qiyməti bir qram / müəyyən

miqdar.

Narkobiznesdə məşğul olanları dörd qrupa ayırmaq məqsədəuyğundur:

  1. narkotik maddələr üçün xammal yetişdirən şəxslər;

  2. narkotik maddələr xammalını emal edən və narkotikləri istehsal edən şəxslər;

  3. narkotik maddələri daşıyanlar;

  4. topdan və pərakəndə satıcılar.

Oğurluq malların satışı

Oğurluq malların satışı bilavasitə oğurluqla bağlıdır. Əlavə dəyər yaratmadan və aktivlərin yenidən bölünməsini təşkil edən oğurluqdan, fərqli olaraq oğurluq malların satışı (oğurluq malların alınması və sonrakı satışı) ticarət əlavəsini yaradır. Həmin ticarət əlavəsi MHS-də buraxılış kimi nəzərə alınmalıdır.

Məsələn, yük avtomobilinin oğurlanması zamanı, maliyyə axınların hərəkəti və ticarət əlavəsinin yaranması aşağıdakı cədvəldə göstərilir:

Ticarət əlavəsinin həcmi aşağıdakı düstur ilə hesablanır:


Burada Teh - ticarət əlavəsinin həcmi;

Om – oğurluq malın qiyməti;

Tp – ticarət əlavəsinin əmsalı.

Müntəzəm statistik müşahidələrdən kənarda qalan alkoqollu içkilərin istehsalını aşağıda göstərilmiş dörd qrupa ayırmaq olar:

1. qanuni müəssisələrdə nəzərə alınmayan istehsal;

2. gizli müəssisələrdə saxta alkoqollu içkilərin qeyri-qanuni istehsalı;

3. ev təsərrüfatlarında şəxsi istehlak üçün istehsal;

4. ev təsərrüfatlarında satış üçün nəzərdə tutulmuş istehsal.

Ekspert qiymətləndirilməsinə əsasən alkoqollu içkilərin qeyri-qanuni istehsalının fiziki həcmi aşağıdakı düsturla hesablanır:



Burada Fh - alkoqollu içkilərin qeyri-qanuni istehsalının fiziki həcmi;

Ma – müsadirə edilmiş alkoqollu içkilərin sayı;

Fm – müsadirə edilmiş alkoqollu içkilərin əmsalı.

Müsadirə edilmiş alkoqollu içkilərin əmsalı ekspert qiymətləndirilmə yolu ilə müəyyənləşdirilə, və ya qonşu ölkələrdə istifadə olunan əmsallardan istifadə edilə bilər.

Gizli yolla alkoqollu içkilərin istehsalının aralıq istehlakı işlədilmiş spirtin və digər materialların, taranın, enerji xərclərinin və icarə haqqının özündə birləşdirir. Aralıq istehlakın ümumi buraxılışda xüsusi çəkisi ekspert qiymətləndirilmə yolu ilə alınır.

Əlavə dəyərin qiymətləndirməsi ümumi buraxılışın və aralıq istehlakın fərqi ilə müəyyən edilir.



Qaçaqmalçılıq

Gömrük qanunvericiliyinin hər hansı pozuntuları qaçaqmalçılıq hesab olunur (qadağan olunmuş malların keçirilməsi, bir malın digər mal adı altında keçirilməsi, malların dəyərinin aşağı göstərilməsi və s.)

Qeydiyyata alınmamış ixrac və idxal mallarının həcmini ehtiyatlar və istifadə olunmuş malların fərqi kimi müəyyən etmək olar:

  1. İstehsal

  2. İdxal (gömrük xidmətində qeydə alınmış)

  3. Ehtiyatların yekunu

  4. Daxili bazarda satış

  5. İxrac

  6. İstifadənin yekunu

  7. Qeydiyyata alınmamış idxal

Qaçaqmalçılıq malların ticarət buraxılışı aşağıdakı düstur ilə hesablanır:



Burada Qb - qaçaqmalçılıq malların ticarət buraxılışı;

İq – idxal olunmuş qaçaqmalçılıq malların dəyəri;

Te – ticarət əlavəsinin nisbəti.

Qeyri-qanuni proqram təminatının, audio - video disklərin surətlərin hazırlanması

Proqram təminatı, audio və video materialların surətlərinin şəxsi istifadə və ya satmaq məqsədilə hazırlanmasını fərqləndirmək lazımdır. Şəxsi istifadə üçün çıxarılmış audio və video surətləri qeyri-qanuni deyil. Proqram təminatının şəxsi istifadə üçün surətinin çıxarılması qeyri-qanuni olsa da maliyyə əməliyyatı olmamağından MHS-də bu fəaliyyət nəzərə alınmamalıdır. Həmin qaydalar əvəzi ödənilmədən kompüter proqramların, musiqi və filmlərin internetdən köçürülməsinə də aid edilir.

MHS-də yalnız satışı müəllif hüquqları ilə qorunan və böyük həcmdə materialların qeyri-qanuni sürətlərin çıxarılması nəzərə alınmalıdır.

Bu fəaliyyətin buraxılışı aşağıdakı düstur ilə hesablanmalıdır:



Burada Bs – sürəti çıxarılmış malların buraxılışı;

S – satılmış malların miqdarı;

Qb – malın bazar qiyməti.

Əlavə dəyər ümumi buraxılışın və aralıq istehlakın fərqi kimi müəyyən edilir.

Brakonyerlik

Təbii resursların hasilatı qanuni istehsal fəaliyyətidir, lakin istehsalçıların xüsusi icazəsi olmadan həmin fəaliyyət qanunsuz hesab olunur. Məsələn, qeyri-qanuni balıq ovu, ağac tədarükü və ovçuluq.

Bu fəaliyyətin buraxılışı aşağıda göstərilmiş düstur ilə hesablanmalıdır:



Burada Qo – brakonyerlik fəaliyyətinin buraxılışı;

Tm – tədarük malların (balıqlar, ov quşları, oduncaq və s.) miqdarı;

Qb – malın bazar qiyməti.

Tədarük mallarının miqdarları haqqında məlumatları müvafiq dövlət orqanlarından (balıq nəzarəti, meşə mühafizə xidməti və s.) əldə etmək olar.

Aralıq istehlakın hesablanmasında (yanacağa, ov üçün lazım olan alətlərinə və s. kimi çəkilmiş xərclər) ekspert qiymətləndirilmə ümumi buraxılışın xüsusi çəkisi ilə təyin edilməlidir.

Əxlaqsızlıq



Bu fəaliyyətlə məşğul olanların sayını hüquq-mühafizə orqanlarının məlumatlarından və ekspert qiymətləndirilmə əsasında təyin etmək olar.

Bu sahədə xidmətlərin göstərilməsindən yaranan ümumi buraxılış aşağıda göstərilmiş düstur ilə hesablanır:



Burada Fx – ümumi buraxılış;

Sf – fahişələrin sayı;

Oq – orta illik gəlir.

Orta illik gəlir aşağıda göstərilmiş düstur ilə hesablanır:



Burada Oq – orta illik gəlir;

Gf – işlənmiş günlərin orta sayı;

Go – bir günün orta gəliri.

İş günlərinin sayı ekspert qiymətləndirmə əsasında müəyyən edilir və qruplar üzrə seçilir. Gündəlik orta gəlir aşağıda göstərilmiş düstur ilə hesablanır:



Burada Go – bir günün orta gəliri;

Mq – müştərilərin bir gün ərzində sayı;

Qs – xidmətlərin orta qiyməti.

Fahişəlik fəaliyyətinin aralıq istehlakına aid olunmalıdır:

  1. müştərilərə xidmət göstərmək üçün tutulan evin icarə haqqı;

  2. masaj salonlarının, saunaların, intim-salonların və s. sahibləri tərəfindən ödənilən icarə haqqı;

  3. fahişələrin özlərinə aldıqları kosmetika, geyim, qorunma vasitələri və xüsusi avadanlıq xərcləri;

  4. bu biznesi quran sahiblərin nəqliyyat, avadanlıq və reklam (İnternet saytlarına elanlar və s.) xərcləri.

Ümumiyyətlə, kölgə iqtisadiyyatının çiçəklənməsi, əsasən, keçid dövrü yaşayan və resurslarla zəngin ölkələrdə baş verir.

Dünya Bankının ənənəvi olaraq həm qlobal miqyasda, həm də ölkələr üzrə ayrı-ayrılıqda kölgə iqtisadiyyatına dair hazırladıqları hesabatların nəticələrinə görə, 1999-2007-ci illərdə dünyanın 151 ölkəsində kölgə iqtisadiyyatının payı 35,5 % təşkil etmişdir. Həmin ilin hesabatına görə, ən yaxşı göstəriciyə malik ölkələr kimi İsveçi (8,6 %), ABŞ-ı (8,8%), Avstriyanı (9,8%) və Lüksemburqu (9,9%) göstərmək mümkün idi.

Müxtəlif tədqiqat institutlarının hesablamalarına görə, 2014-cü il dünya üzrə kölgə iqtisadiyyatının xüsusi çəkisi 9-18% arasında dəyişirdi. Bu əvvəlki illərə nisbətdə yaxşı göstəricidir. İEÖ-də kölgə iqtisadiyyatının dəyişmə nisbəti 4-13% arasında olmaqla, ortalama 10% həddində götürülür.

Təbii ki, dünyanın müxtəlif coğrafi bölgüsünə görə kölgə iqtisadiyyatının vəziyyəti dəyişir. Hər hansı ölkənin kölgə iqtisadiyyatının hansı səviyyədə olmasını göstərən amil onun hansı təhlükəli həddə yaxın olmasıdır. Belə ki, beynəlxalq normalara görə ölkənin kölgə iqtisadiyyatının payı ÜDM-in 20%-indən yüksəkdirsə, bu artıq təhlükəli hal sayılır. Yox, əgər bu rəqəm 20%-in altındadırsa, o zaman bunu kritik hədd hesab etmək olmaz.

Kölgə iqtisadiyyatının fenomenal üstünlükləri də var... “Deutsche Bank”ın mütəxəssisləri hesab edirlər ki, kölgə iqtisadiyyatının daha çox geniş yayıldığı ölkələr 2008-2009-cu illərdə baş verən böhranlardan daha az zərər görüblər. Bu ölkədə kölgə iqtisadiyyatının həcmi ÜDM-dən kifayət qədər böyük olmuşdur. Onlar buna nümunə olaraq Yunanıstanı göstərirlər. Yəni Yunanıstanın xarici borcu və büdcə kəsrinin çox olmasına baxmayaraq, 2010-cu ildə cəmi 1% azalma qeydə alınacağını, Avropada isə bu göstərici 4 faiz həddində olacağını.demişdilər. Avstriyalı iqtisad professoru Fridrix Şnayder hesab edir ki, “kölgə iqtisadiyyatı” böhrana qarşı ən yaxşı müdafiə vasitəsidir. Çünki insanların qanuni qaydada qazanmadıqları pulları risk edərək banklara qoymurlar və bu zaman onlar bunu istehlaka daha çox yönəldirlər ki, bu, sonda istehlakçı tələbatını artırır. Bu zaman isə həmin çirkli pullardan faydalanan dövrlər olur.

Çirkli pul bütün hallarda gizli iqtisadiyyatın dövlət nəzarətindən, dövlət uçotundan, vergi, gömrük, eləcə də digər rüsumlardan kənarda fəaliyyət göstərən sektorun seqmentilə bağlı bir ifadədir. Gizli iqtisadi mədəniyyət sivil ölkələrdə o qədər yüksəkdir ki, orada artıq dövlət demək olar ki, bu iqtisadiyyatın əksər hissəsinə nəzarət edilir. Yalnız az bir qismi, artıq dövlət qanununa zidd olan iqtisadi sahədə nəzərdən yayınmağa çalışırlar. Bunlar narkobiznes, fahişəlik və silah alveridir. Bu üç seqment qanundan kənar olduğuna görə, gizli iqtisadiyyat və bunlarla məşğul olanlar gizli iqtisadiyyatçılar sayılır. Və onların qazandığı pullar çirkli pullar adlanır. Sivil inkişaf etmiş ölkədə bir iqtisadiyyat sektoru da var ki, buna türklərdə “kait dışı” (qeydiyyatdan kənar) deyirlər. Dövlətin bəzi hərbi-strateji məqsədlərini reallaşdırmaqdan ötrü “kait dışı” seqmentindən qazanılan pullardan istifadə olunur.

Bu mövzu son günlərdə aktuallaşıb, əslində bu məsələ ABŞ-da baş vermiş 11 sentyabr hadisəsindən sonra aktuallıq qazandı. Başa düşürlər ki, dünyada beynəlxalq terrorizm, əsas maliyyə qaynağı olmadan fəaliyyət göstərə bilməz. Beynəlxalq terrorizmin maliyyələşdirən məhz çirkli pullardır. Ayrı-ayrı ölkələrdə milli qanunvericilik, həm də beynəlxalq səviyyədə çirkli pullarla mübarizə tədbirləri gerçəkləşməyə başladı.

FATF – beynəlxalq maliyyə cinayətləri ilə mübarizə təşkilatının xətti ilə maliyyə şəffaflığının prinsiplərinin təmin olunması istiqamətində fəaliyyət göstərir. MDB ölkələrində hətta iki ölkə Ukrayna və Rusiya FATF-nin qara siyahısına düşmüşdü. Həmin ölkələr müəyyən tədbirlər görəndən sonra siyahıdan çıxdılar. Bunun nəticəsində bəzi MDB ölkələrində, başda Rusiya, Ukrayna olmaqla maliyyə kəşfiyyatı yaradıldı. Maliyyə Nazirliyinə tabe olmaq şərti ilə, bu maliyyə kəşfiyyatı orqanları bilavasitə çirkli pullarla mübarizə aparmağa başladılar.

Maliyyə şəffaflığının təmin olunması ilə bağlı atılan addımlar nə olmalıdır? Korrupsiyaya qarşı qanunun, antikorrupsiya proqramının qəbulu, dövlət qulluğu haqqında qanunvericiliyin təkmilləşdirilməsi, xüsusilə gəlirlərin deklorasiyası ilə bağlı qanunun olması vacibdir. Ölkədən çıxarılan pullar afşor zonalarda yerləşdirilir. Hansı ki, həmin ovşar zonalarda vergi və gömrük uçotu çox zəif, daha doğrusu liberal olur və orada qoyulan kapitala görə heç bir deklorasiya tələb olunmur. Məsələn, Dubay özü azad iqtisadi zonadır və orada heç bir deklorasiya tələb olunmur. Bir sıra üçüncü dünya məkanları var ki, orada xeyli pullar olur. Xüsusilə, qərb banklarında. Burda yerləşdirilən pullar həmin ölkələrin kəşfiyyat orqanlarının ciddi nəzarətindədir. Bu halda isə bank hesablarında pulları olan ölkə çox asanlıqla girova çevrilə bilir. Hakimiyyətə təsir, təzyiq rıçaqlarından biri də elə məhz bu çirkli pullardır və şübhəsiz ki, digər dövlətlər də bundan yararlanırlar. Ona görə bu pulların qərb banklarında, avşor və ya digər istiqamətlərdə qalması ilə razılaşmaq olmaz.

Azərbaycanda kölgə iqtisadiyyatı. Azərbaycan iqtisadiyyatı üçün kölgə iqtisadiyyatı olduqca spesifikdir. Əgər ölkənin büdcə daxilolmalarında yayınmalar varsa, sahibkarlıq subyektlərinin vergidən qaçmaq kimi halları hələ də azlıq təşkil etmirsə, idxal-ixrac əməliyyatlarında “korrupsiya vergisi” hələ də mühüm rol oynayırsa, məmur patronajlığı acı bir reallığa çevrilibsə, demək, ölkədə qeyri-leqal fəaliyyətdən danışmaq mümkündür. Bəzən kölgə iqtisadiyyatından danışarkən, ölkədə makroiqtisadi kontekstdə problemlərin həlli üçün üsulların tətbiqindən danışmaq və həmin kanalları necə qapatmaq yerinə, məişət səviyyəsində bəzi maliyyə yayınmalarından danışılır. Əslində, əsas məsələ kölgə iqtisadiyyatı haqqında daha çox problemlərin sadalanması deyil, onun hansı tədbirlər hesabına ÜDM payının azaldılması yollarının göstərilməsi olmalıdır.

Kölgə iqtisadiyyatının azaldılmasının yolu illərlə davamlı fəaliyyət tələb edən ciddi surətdə həyata keçirilən institusional və konseptual islahatlardan keçir. Kölgə iqtisadiyyatının azalmasına düşünülmüş addımlar və bir-birini tamamlayan effektiv siyasi iqtisadi islahatlar nəticəsində nail olmaq mümkündür:

  1. Heç şübhəsiz ki, antikorrupsiya tədbirlərinin genişləndirilməsi və prioritet elan olunması vacibdir. Bu tədbirlər real məzmunlu və təsirli olmaqla, nəticələri ölçülə bilən olmalıdır. Çünki bir ölkədə kölgə iqtisadiyyatı artırsa, bu, həmin ölkədə genişlənən korrupsiyanın təzahürü hesab olunur.

  2. Kölgə iqtisadiyyatının genişlənməsinə rəvac verən əsas həlqələrindən biri özünü büdcə xərcləmələrində göstərməsidir. BVF-nin nümayəndəsi də bunu xüsusilə ön sıraya çəkərək qeyd edirdi ki, büdcə xərcləmələrinin səmərəliliyinin artırılması və qeyri-neft büdcə kəsirinin azaldılmasına olduqca böyük ehtiyac var. Bu xəttin inkişaf etdirilməsini təmin etmək lazımdır.

  3. Ölkədə pulunu biznesə yatırmaqdan qorxan çoxsaylı vətəndaşlarımız onu ya ölkədən kənarda, ya da "sandıqlarda" saxlayır. Həmin vəsaitdən yararlanmaq üçün "çirkli" kapitala, vergilərə cəlb etməklə, amnistiya vermək lazımdır.

  4. Ölkədə iqtisadi islahatların önünü açmaq və onunla bağlı siyasi iradənin göstərilməsi hesabına kölgə iqtisadiyyatının genişlənməsi prosesini tormozlamaq olar. Belə islahatlar islahat naminə islahat təsiri bağışlamamalıdır. Real məzmunlu islahatlar hakim iradəyə çevrilməlidir.

  5. Vergi dərəcələrinin hər zaman optimal həddə saxlanılması ilə yanaşı, vergi intizamının sərtləşdirilməsinə ehtiyac var. Çünki ölkədə büdcəyə ödəniləcək dövlət şirkətlərinin toplam ödənişləri 2,4 milyard manat həcmindədir. Belə sərt vergi intizamı hesabına büdcəyə əlavə vəsaitlərin cəlb olunması olduqca vacibdir.

  6. Dövlət qulluqçularının gəlir deklorasiyasının tələb edilməsi və məmurların biznesdə iştirak imkanlarının azaldılmasına nail olunması zəruridir.

Məmurların bizneslə məşğul olmasının maraqlar konflikti yaratmasına görə qanunvericiliklə bu fəaliyyət qadağan olunub. Bu qadağaya məhəl qoymayan məmurlara qarşı müxtəlif sanksiyaların tətbiq olunmasına ehtiyac var.

Həm parlamentdə gəlirlərlə işləyən şirkət və dövlət qurumlarından hesabat tələb etmək, eyni zamanda arxasında durduğu şirkətin dövlət qurumlarına hesabat verməsi kölgə iqtisadiyyatının daha da genişlənməsinə böyük meydan açır.



  1. Beynəlxalq təşkilat və yüksək səviyyəli mandata malik təşəbbüslərdə geniş iştirakçılığa nail olmaq çox faydalı olardı. Beynəlxalq təşəbbüslərin genişlənməsi və təsirli mandatlardan layiqincə istifadə etmək lazımdır. Xüsusilə, Mədən Sənayesində Şəffaflığın Artırılması Təşəbbüsünün dərinləşməkdə olan (EİT - 2003-cü ildə Toni Bleyer tərəfindən irəli sürülüb) və Açıq Hökumət Tərəfdaşlığı (OGP - 2011-ci ildə Barak Obama tərəfindən irəli sürülüb) prosesində fəal rol almaq. Beynəlxalq maliyyə qurumları ilə institusional və fiskal islahatlar çərçivəsində real məzmunlu tərəfdaş kimi iştirak etmək imkanlarımızın artırılmasına tövhə vermək mümkündür.

Azərbaycanda hələ ki maliyyə kəşfiyyatı orqanı yaradılmayıb. “Bakıda çirkli pulların yuyulması” mövzusunda keçirilən seminarda beynəlxalq ekspertlərdən biri Azərbaycanda belə bir təşkilatın yaradılmasını çox vacib hesab etdi. Həmçinin Beynəlxalq Valyuta Fondu və Dünya Bankı da bu orqanın yaranması ilə bağlı tövsiyyələrini verirlər. Dünyanın maliyyə interpolu olan EQMONT qrupu da var. Bu qrupun da fəaliyyət istiqaməti maliyyə şəffaflığının təmin olunması, çirkli pullarla mübarizəyə yönəlib. BMT və Avropa Şurasının da çirkli pulların yuyulması ilə bağlı bir sıra konvensiyaları mövcuddur.

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə