Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 0,69 Mb.
səhifə6/8
tarix23.01.2018
ölçüsü0,69 Mb.
#22122
1   2   3   4   5   6   7   8

Dünya təcrübəsinin və müvafiq nəzəri mənbələrin təhlili göstərir ki, hər hansı bir ölkədə həyata keçirilən qeyri-rəsmi iqtisadiyyatın leqallaşdırılması siyasətinin uğur qazanması üçün bu siyasətin 4 əsas istiqamət üzrə tədbirlər sistemini özündə birləşdirməsi zəruridir. Bu istiqamətlər aşağıdakılardır:

  • Makroiqtisadi mühitin yaxşılaşdırılması;

  • İqtisadiyyatın rəsmi sektorunun cəlbediciliyinin artırılması;

  • İqtisadiyyatın qeyri-rəsmi sektorunun cəlbediciliyinin azaldılması;

  • İqtisadiyyatın qeyri-rəsmi sektoru əleyhinə sosial şüurun formalaşdırılması[22].

Tədqiqatlar göstərir ki, bu sahədə aşağıdakı istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi də zəruridir:

1. İqtisadi artımın davamlıhğmm təmin olunması, məşğulluq səviyyəsinin yüksəldilməsi, yoxsulluğun, gəlir bərabərsizliyinin, regional iqtisadi disbalansın azaldılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətlərində siyasi tədbirləri intensiv şəkildə davam etdirilməlidir. Bunun üçün ölkəyə yeni texnologiya transferi təşviq edilməli, elmi-texnoloji araşdırmalara investisiya qoyuluşlarının həcmi artırılmalı, elm-iqtisadiyyat əməkdaşlığının ən təkmil modelləri tətbiq edilməli və sair işlər görülməlidir .

2. Ölkədə məşğulluğun yüksəldilməsi, başqa sözlə, işsizliyin təbii səviyyədə saxlanılması və bu sahədəki uğurların davamlılığmm təmin edilməsi məqsədilə aşağıdakı istiqamətlərdə tədbirlər gücləndirilməlidir:

-Məşğulluq probleminin həllində özəl sektorun rolunun artırılması.

  • Əmək bazarında tələb və təklifin struktur uyğunluğuna nail olunması istiqamətində tədbirlərin genişləndirilməsi.

  • Işsizlərə yeni peşə bacarıqları aşılayan geniş miqyaslı peşə təhsili proqramlarının həyata keçirilməsi və s.

3. Ölkədə inflyasiya ilə mübarizənin davamlılığını təmin edəcək və inflyasiyanın iqtisadi subyektlər üzərindəki neqativ təsirini neytrallaşdıracaq mexanizmləri inkişaf etdirilməlidir.

4.Ölkədə faiz siyasətinin qeyri-rəsmi yığımların investisiya şəklində rəsmi iqtisadiyyata cəlb olunmasını stimullaşdırma potensialı artırılmalıdır Bu baxımdan aşağıdakı iki istiqamətdə əldə olunacaq nailiyyətlər çox əhəmiyyətlidir:

  • Əmanətlərə tətbiq edilən orta faiz dərəcələri ilə kapitalın qeyri-rəsmi sektorda orta gəlirlilik səviyyəsi arasındakı uyğunsuzluğun minimuma endirilməsi. Bu, yığımlarını qeyri-rəsmi sektorda investisiyaya yönəldənləri həmin yığımlarını banklara əmanət şəklində təqdim etməyə sövq edə bilər.

  • İnvestisiya kreditlərinə tətbiq edilən faiz dərəcələrinin rəsmi sektorda investisiya fəaliyyətini stimullaşdırmağa imkan verməsi. Bu, banklardakı yığımların rəsmi sektorda investisiyaya çevrilməsi prosesini sürətləndirəcəkdir.

5.Ölkədə makroiqtisadi stabilliyin mühüm elementi olan valyuta gəlirlərinin uzun müddətli dövrdə davamlılığının təmin olunması baxımından ixrac gəlirlərinin neftdən asılılığının azaldılması istiqamətdində siyasət tədbirləri həyata keçirilməlidir. Bu baxımdan, xüsusilə, qeyri-neft sektorunun ixrac potensialının gücləndirilməsi müstəsna əhəmiyyət daşıyır.

6.Büdcə tarazlığmm davamlılığmm təmin edilməsi və büdcənin sosial-iqtisadi funksiyalarmm daha səmərəli şəkildə reallaşdırılması məqsədilə onun neft faktorundan asılılığı tədricən azaldılmalı və vergilər kimi davamlı gəlir mənbələrilə maliyyələşdirilmə səviyyəsi artırılmalıdır.

7. Həm iqtisadi inkişafı sürətləndirməsi, həm də qeyri-rəsmi sektoru məhdudlaşdırıcı effektə malik olması nəzərə alınaraq, qeyri-neft sektorunda xarici investisiyaları stimullaşdırıcı tədbirlərə daha geniş yer verilməlidir.

8. Qeyri-rəsmi sektorla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq daha da gücləndirilməlidir. Azərbaycanın qeyri-rəsmi sektorla mübarizə sahəsində beynəlxalq təşəbbüslərlə mövcud əməkdaşlığının davam etdirməsi əhəmiyyətli olmaqla yanaşı, bu fəaliyyətin Avropa Şurası Nazirlər Komitəsinin R(80)10 nömrəli “Kriminal Mənbəli Fondların Trans- ferti və Qorunması Əleyhinə Tədbirlər Haqqında” tövsiyyə qərarı, Çirkli Pulların Yuyulması ilə Hökumətlərarası Mübarizə Təşkilatının (FATF) “Çirkli pulların yuyulması əleyhinə 40 tövsiyyə”si və “Terrorizmin maliyyələşdirilməsi əleyhinə 9 xüsusi tövsiyyə”si, Bank nəzarəti üzrə Bazel Komitəsinin “Çirkli pulların yuyulması məqsədilə bank sistemindən istifadə əleyhinə tövsiyyə”si bazasında və Bankların Volfsberq Qrupu, Interpol Baş Katibliyi yanında FOPAC Qrupu, Beynəlxalq Şəffaflıq Hərəkatı, Sığorta Nəzarətçilərinin Beynəlxalq Assosia- siyası (IAIS), Təhlükəsizlik Komissarları Beynəlxalq Təşkilatı (IOSCO) və Maliyyə Kəşfiyyatı Qrupu (Egmont Group) ilə əməkdaşlıq istiqamətində genişləndirməsi də zəruridir [27].

Tədqiqatlarımız göstərir ki, Azərbaycanda qeyri-rəsmi iqtisadiyyatın leqallaşdırılması sahəsində dövlət siyasətinin ən az inkişaf edən istiqaməti qeyri-rəsmi sektor əleyhinə sosial şüurun formalaşdırılmasıdır. Bunun üçün də qeyri-rəsmi iqtisadiyyatla mübarizənin effektliyini artırmaq məqsədilə bu sektor əleyhinə sosial şüurun formalaşdırılması istiqamətində tədbirlər gücləndirilməli və bu baxımdan aşağıdakı istiqamətlərin əhəmiyyəti nəzərə alınmalıdır:

  • Qeyri-rəsmi sektorla bağlı mövcud sosial şüurun əsas cizgilərini müəyyən etməyə imkan verən sosioloji tədqiqatların aparılması.

  • Əhalinin dövlətə olan etibarının gücləndirilməsi istiqamətindəki tədbirlərin davam etdirilməsi.

  • Qeyri-rəsmi sektor əleyhinə maarifləndirmə kompaniyalarının genişləndirilməsi və effektivliyinin artırılması.

Qeyri-qanuni mal və xidmətlərin əmələ gəlməsi və inkişafı səbəbləri:

  • müəyyən növ malların istehsalının, dövriyyəsinin, xidmətlərin göstərilməsinin qanunla qadağan olunması (narkotik maddələr, transplantatlar, oğurluq mallar, cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması və s.);

  • bazara daxil olmaya qanunvericiliklə qoyulan məhdudiyyətlər (dövlət monopoliyası, lisenziyalaşdırma, əmək bazarında azyaşlıların əməyinə məhdudiyyətlər, müəlliflik hüquqları, patentləşdirilən intellektual mülkiyyətin qorunması, əmtəə nişanları və s.);

  • qiymətlərin dövlət tərəfindən tənzimlənməsi;

  • vergi dərəcələrinin və qanunla müəyyən edilmiş öhdəliklərin icrası ilə bağlı məsrəflərin yüksək olması və s.

Qadağan olunan mal və xidmətlərin son illər ərzində inkişaf etmiş bazarları arasında narkotik maddələr bazarını, silah, fahişəlik, pornoqrafiya məhsulları, saxta qiymətli kağızlar və valyuta bazarlarını qeyd etmək olar. Bunlarla yanaşı dünyada qeyri-qanuni bazarların yeni növlərinin formalaşması tendensiyası da müşahidə olunur (insan orqanları bazarları və onunla sıx əlaqədə olan insan alveri).

Beləliklə, qeyri-qanuni fəaliyyət özünü ictimai həyatın və iqtisadiyyatın bir çox sahələrində göstərir və bu fəaliyyət çərçivəsində böyük həcmdə mallar, gəlirlər və kapital dövr edir. Məhz bu səbəbdən də bütün dünyada həmin fəaliyyətin statistik öyrənilməsinə və qiymətləndirilməsinə maraq artmışdır.

Qeyri-formal iqtisadiyyatla əlaqədar müxtəlif rəqəmlər var. Bunu hesablamağın iki metodu mövcuddur:



1. istehsal üzrə ümumdaxili məhsulun hesablanması;

2. istehlakdan ümumdaxili məhsul üzrə hesablanma.

İstehlak metodu ilə hesablama aparanda, ümumdaxili məhsul təqribən 25 faiz çox çıxır. Beynəlxalq təşkilatların bəziləri göstəricinin 40 faiz, digərləri isə 50 faizdən artıq olduğunu açıqlayır. Gizli iqtisadiyyatın aşağı düşməsini neft-qaz faktoru ilə bağlayırlar. Qeyri-formal iqtisadiyyat bütün dünya ölkələrində, hətta yüksək inkişaf etmiş kapitalist ölkələrində də mövcuddur: ABŞ-ın özündə gizli iqtisadiyyat 18 faiz təşkil edir. Almaniya kimi ölkədə qeyri-formal iqtisadiyyat 12 faizdir, Fransada bu göstərici 16 faiz, İtaliyada isə 28 faiz təşkil edir. Bunlar hamısı inkişaf etmiş sivil ölkələrdir. Bəzi ölkələrdə gizli iqtisadiyyatın çəkisi hesablanarkən alınan rəqəmin üzərinə korrupsiya göstəricisini də gəlirlər.

Hazırda insanlar özləri də bilmədən ümumdaxili məhsul, yeni dəyər yaradır. Məsələn, şəhərdə günəmuzd işləyən kəslər kimlərinsə obyektində çalışır. Amma nə özü, nə də onu işlədən bilmir ki, burada dəyər yaranır. Bütün bunları hesablayanda, 25 faizə qədər qeyri-formal iqtisadiyyatın olduğu üzə çıxır. Buna "qeydiyyata alınmayan iqtisadiyyat" da demək mümkündür. Şadlıq saraylarında xidmət göstərən şəxslər də ümumdaxili məhsulda dəyər yaradır. Lakin bunun da qeydiyyatı aparılmır. Məsələnin obyektiv və subyektiv səbəbləri var. Ona görə də, gizli iqtisadiyyatla bağlı reallığa daha uyğun rəqəmlər almaq üçün belə şeylər nəzərə alınmalıdır. Düzdür, bu iş bir qədər çətin kimi görünür. Amma hesablamanı aparmağın qəbul olunmuş metodologiyası mövcuddur.

Təcrübədə miqdarca ölçülməsi çətin olsa da, istehsal hüdudları çərçivəsində bütün iqtisadi fəaliyyət növləri uçota alınmalıdır.

Həmçinin, ÜDM-a uçota alınması çətinlik törətdiyinə görə bir sıra əməliyyatlar və xidmətlər daxil olmur, məsələn, ev təsərrüfatlarında xidmətçilərin işi, barter mübadiləsi, gizli biznesdən gəlirlər, alimlərin əməyinin nəticəsi olan kitablar, mal nümunələri və s.

Hazırki situasiyada əsas diqqət qeyri-neft sektorunun inkişafına, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldilməlidir. Məhz bu addımlar ölkə iqtisadiyyatının neftdən kənar sahələrinin inkişaf etməsinə və büdcəyə əlavə gəlirlərin gəlməsini təmin edə bilər[27].

Kiçik sahibkarlığın inkişafı dövlət maraqlarına uyğun gəlir. Amma kiçik sahibkarlığın inkişafı və gətirə biləcəyi bir potensial mənbə unudulur. Söhbət bütün dünyada olduğu kimi ölkəmizdə də böyük maraqla qarşılanan mərc oyunlarından gedir. Belə ki, paytaxt da daxil olmaqla Azərbaycanın müxtəlif regionlarında 500-ə yaxın “Topaz” satış məntəqələrinin hər birinin kiçik biznes olduğunu qeyd etmək yerinə düşərdi. [1].
Azərbaycanda idman mərc oyunları bazarının illik dövvriyyəsi təqribən 300 milyon manat təşkil edir. İllik dövriyyənin təxminən 75 faizinin, yəni 225 milyon manatlıq hissəsinin uduşa yönəldiyini nəzərə alsaq, mərc oyunlarından dövlət büdcəsi 20-25 milyon manat qazanacaq.

Topaz” Azərbaycanda fəaliyyət göstərən ilk və tək qanuni mərc oyunlarının ticarət nişanıdır. Burada əsas üstün cəhətlərdən biri kimi onun ölkə qanunvericiliyinə uyğun fəaliyyət göstərərək yaş məhdudiyyətinə riayət etməsini qeyd edə bilərik, 18 yaşından kiçik şəxslərin idman mərc oyunlarında iştirak etməsi qadağandır [29].

Topaz”ın öz uduşlarına dövlət təminatı verməsi isə onun digər üstün cəhətlərindən biridir. Bu sahədə tam qanuni fəaliyyət göstərən, qeydiyyatdan keçən strukturla yanaşı fəaliyyəti qanunla tənzimlənməyən və daha çox kriminal mənbəyi olan “qara bazar” təmsilçiləri (“nisyə” mərclər qəbul edənlər, azyaşlı uşaqları bu məntəqələrə cəlb edənlər, ödəniş zamanı zorakı metodlardan belə çəkinməyənlər) də var.

Əgər qanuni fəaliyyət göstərən mərc oyunlarının dövriyyəsinin artırılması və müvafiq olaraq vergi ödənişinin də çoxalması istənilirsə, bu sahədə fəaliyyət göstərən “qara bazar” təmsilçilərinə qarşı mübarizə bir qədər də sərtləşdirilməlidir. Məhz belə olan halda sözügedən sahənin tam potensialı səfərbər edilir və bundan daha çox qazanan çətin günlərini yaşayan dövlət büdcəsi olur. Eyni zamanda onu da unutmaq lazım deyil ki, qanuni fəaliyyət göstərən məntəqələr həm sahibkarlıq subyekti, həm də minlərlə insan üçün iş yeri sayılır.

Etopaz”dan danışarkən ölkə xaricinə qeyri-qanuni olaraq onlayn şəkildə edilən pul qoyuluşlarını da mütləq vurğulamaq lazımdır. Belə ki, bu virtual məntəqələr vasitəsilə milyonlarla manatlıq vəsait heç bir vergi ödənilmədən ölkə xaricinə çıxarılır və bu rəqəm ildə ən azı 100 milyon manata çatır. Bu rəqəm yalnız banklar vasitəsilə ödənildiyi üçün bilinən məbləğdir və digər vasitələrlə ölkə xaricinə çıxarılan və vergidən yayınan məbləğ daha da yüksəkdir [29].

Dövlət Statistika Komitəsinin “Statistika xəbərləri” elmi-praktik jurnalında dərc edilən məqaləsində 2014-cü il üçün Azərbaycanda ÜDM-də müşahidə olunmayan iqtisadiyyatın (“kolgə iqtisadiyyatı”) payı 9,1 faiz təşkil edir. Sənayedə “kölgə iqtisadiyyatı”nın payı ÜDM-in 1,1 faizini, kənd təsərrüfatında 0,5, tikintidə 1,3, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 2,1, nəqliyyat və anbar təsərrüfatı sahəsində 0,4, ictimai iaşə xidmətləri və turistlərin yerləşdirilməsi sahəsində 0,4, sosial və digər xidmətlər sahəsində isə 3,3 faiz təşkil edir [25]

Sahibkarlar statistik hesabat və bəyannamələri dövlət qurumlarına təqdim edərkən bəzi hallarda məlumatları təhrif edirlər, bu, əsasən tikinti, emal sənayesi, ticarət, nəqliyyat və anbar təsərrüfatı, turistlərin yerləşdirilməsi və ictimai iaşə, sosial və digər xidmət sahələrində olur.



III Fəsil. ÜMUMİ DAXİLİ MƏHSULUN VƏ ONUN KOMPONENTLƏRİNİN BEYNƏLXALQ MÜQAYİSƏSİ

3.1 ÜDM-nin alıcılıq qabiliyyəti pariteti əsasında hesablanması və onun əhəmiyyəti

Gəlirlər istehsal, bölgü proseslərinin nəticəsində formalaşır, sosial-iqtisadi inkişafın maddi əsasını təşkil edir. Dövlət, müəssisə, sahibkar öz fəaliyyətini əldə olunan maliyyə vəsaiti ilə həyata keçirir. Bu vəsaitin mənbəyi istehsal prosesində əldə olunan gəlirlər hesabınadır. Mahiyyət etibarilə gəlirlər il ərzində istehsal prosesində əldə olunan gəlirlər hesabınadır. Gəlirlərin artması hər bir sahibkarın perspektiv inkişafında iqtisadi, təşkilati, elmi-texniki tədbirlərin həyata keçirilməsinə şərait yaradır. Həmçinin gəlirlər stimul yaratmaq mexanizmidir. Əhalinin cəmiyyətdən aldığı vəsait artır, istehlak qabiliyyəti yaxşılaşır. Bu da öz növbəsində istehsalın sonrakı artımına və gəlirlərin yüksəlməsinə müsbət təsir edir. Dövlətin gəlirləri ayrı-ayrı sahələrin gəlirlərindən ibarətdir, onların məcmuudur. Dövlətin gəlirlərinin əsas göstəricisi, mənbəyi il ərzində istehsal olunmuş istehsal vasitələrinin və istehlak şeylərinin həcmi, onların qiyməti təşkil edir. Bu məhsulların reallaşması nəticəsində ümumdaxili məhsul formalaşır və ümumdaxili məhsulun dəyərindən istehsal vasitələri və material məsrəflərinin dəyəri çıxıldıqda milli gəlir formalaşır. Milli gəlir cəmiyyətin istehsal və istehlak tələbatını ödəyən, həyat səviyyəsini formalaşdıran sintetik ümumiləşmiş gəlir göstəricisidir. Milli gəlirin artırılması istehsal və sosial təyinatlı tədbirlərin həyata keçməsinə şərait yaradır [18].

Milli gəlirin artımı, onun strukturu həm istehsalın tələbatını ödəyir, həm də əhalinin tələbatına uyğun olur. Ona görə də hər hansı bir sahənin genişlənməsi milli gəlirin sahə üzrə bölgüsündən asılıdır. Azərbaycanda milli gəlirin yaranmasının əsas mənbəyi sənaye və kənd təsərrüfatı sahələridir. Məntiqi olaraq demək olar ki, bu sahələrin inkişafı üçün daha çox vəsait ayrılmalıdır. Milli gəlirin bölgüsü və yenidən bölgüsü nəticəsində hər bir iqtisadi subyektin alıcılıq qabiliyyəti formalaşır. Milli gəlirin əsas bölgüsü istehsalın genişlənməsi və istehlakın ödənilməsi üçün istifadə olunur. Milli gəlirin bir hissəsi isə əhalinin istehlak tələbatını ödəmək üçün əməyin kəmiyyət və keyfiyyətinə uyğun olaraq bölünür, şəxsi istehlak fondu formalaşır və əhalinin alıcılıq qabiliyyəti formalaşır. Göstərilən gəlir formaları makroiqtisadi səviyyədə iqtisadi və sosial inkişafın templərini, proporsiyalarını tənzimləmək üçün istifadə olunur. Milli gəlirin bölgüsündə əhalinin payını müəyyən edən gəlir səviyyəsi nominal gəlirlər adlanır. Nominal gəlirlər sahibkarın və əhalinin xərclərini ödəmək üçün ilkin bölgü yolu ilə əldə olunan gəlirlərdir.

Real gəlirlər nominal gəlirlərdən kəmiyyət və struktur baxımından fərqlidir. Real gəlirin dəyişməsinə təsir edən amillər nominal gəlirlərin dəyişməsinə başqa müstəvidə təsir edir [16]. Məsələn, əgər vergilərin artması istehlakçıların alıcılıq qabiliyyətini azaldırsa, dövlətin büdcə vəsaitini çoxaldır, kapital qoyuluşu imkanlarını artırır. Xalq istehlakı mallarının qiymətinin artması ayrı-ayrı istehlakçıların alıcılıq qabiliyyətini azaldır, lakin həmin məhsulu istehsal edən sahibkarın, şirkətin, dövlətin gəlirini artırır. Real gəlirlərin formalaşmasının əsas mənbəyi nominal gəlirlər, yaxud istehsal həcmi və onun məhsuldarlığıdır. Nominal və real gəlirlər arasında fərqlər məhsulun reallaşması prosesindən də asılıdır, yaxud tələb və təklifin uyğunluğundan asılıdır. Real gəlirlər öz strukturu və dinamikası ilə həyat səviyyəsinin ümumiləşmiş, sintetik keyfiyyət göstəricisidir. Onun hesablanma qaydası, metodiki cəhətdən mürəkkəb və çoxsahəli olduğu üçün hesablanılır. Nominal və real gəlirlər arasında nisbət iqtisadi tənzimləmə sistemində istehsal, bölgü və istehlakın əlaqəli tarazlı inkişafı üçün əhəmiyyətlidir.

Əhalinin gəlirlərini formalaşma mənbələrinə görə aşağıdakı təsnifata bölmək olar:


    1. Dövlət müəssisələrindən, şəxsi sahibkarlıqdan müxtəlif mülkiyyətdən asılı olmayaraq təşkilatdan əməyə görə verilən haqq

    2. Formalaşma mənbələrinə görə əhalinin tələbatını ödəmək üçün müvafiq mərkəzləşdirilmiş fondların, ayrı-ayrı müəssisələrin, sahibkarların gəlirləri hesabına ictimai istehlak, sosial müdafiə, sosial inkişaf və digər fondlar yaradılır.

    3. Əhali gəlirlərinin formalaşması maliyyə-kredit sistemi mexanizminin təkrar bölgü prosesində rolu ilə həyata keçirilir. Belə ki, ayrı-ayrı subyektlər, dövlət, sahibkarlar, ayrı-ayrı fərdlər, şirkətlər öz pul vəsaitlərini kredit resursları kimi istifadə etdikdə müəyyən dövrdən sonra faiz şəklində əlavə vəsait mənimsəyirlər.

    4. Əhalinin gəlirlərinin bazar iqtisadiyyatı şəraitində daha sürətlə artan mənbəyi rolunu şəxsi təsərrüfat, sahibkarlıq, xüsusi təsərrüfat, sahibkarlıq, xüsusi təsərrüfat, icarədarlıq təşkil edir.

    5. Əhalinin gəlirlərini istehlakla uyğunlaşdırılması üçün biz ona tələbatı ödəmə mənbəyi kimi baxırıq; alıcılıq qabiliyyəti kimi baxırıq; ona görə də nə vaxtsa yığılıb qalmış pul vəsaitinin, qızılın satılması nəticəsində, əmlakın satılması nəticəsində əldə olunan vəsaitə gəlir kimi baxırıq. Ona görə də əhalinin gəlir və istehlakını uyğunlaşdırdıqda məhz satılan əmlakdan yaxud yığılan puldan olan artımı nəzərə almaqla gəlir və istehlak balansı tərtib edirik

Ölkə ÜDM-nin 65 faizini neft gəlirləri təşkil etdiyindən neft qiymətlərinin düşməsi Azərbaycan üçün fəlakətli olub.Milli valyutanın kəskin devalvasiyası əhalinin alıcılıq qabiliyyətini qəflətən azaldıb.

Ölkə büdcəsi bu il üçün neftin bir barrelinin 50 dollar olacağı ümidi ilə tərtib edilib. Lakin indi, Azərbaycanın da Rusiya kimi öz büdcəsinə yenidən baxmağa məcbur olacağı gözlənilir. Belə vəziyyət neftin həm istehsalçı, həm də istehlakçısı olan ölkələri təsirləndirir [26]



Aparılan maliyyə siyasətinin səmərəliliyi təkcə manatın sabitliyini təmin etmək, alıcılıq qabiliyyətini möhkəmləndirməklə deyil, habelə həmin məqsədlərə nail olma vasitələri ilə müəyyən olunur. Məlumdur ki, hazırda aparılan pul-kredit siyasətinin məqsədi ölkədə bərqərar olunmuş maliyyə sabitliyini möhkəmlətmək, milli valyutanın məzənnəsini çevik tənzimləməklə onun sabitliyini qorumaq, beynəlxalq normalara uyğun xarici valyuta ehtiyatları yaratmaq, bank islahatlarını daha da dərinləşdirməkdir. Maliyyə sabitliyinə toxunmadan dövriyyədə olan pul kütləsinin artırılması və pul parametrlərinin lazımı səviyyədə saxlanılması mümkün olmuşdur. İndi respublikanın malik olduğu beynəlxalq maliyyə ehtiyyatlarının həcmi ölkənin beynəlxalq likvidliyini təmin edir [8]. İllər üzrə müqayisəli təhlil cədvəl 1-də təqdim edilmişdir.

Cədvəl 3.1.

Makroiqtisadi göstəricilərin müqayisəli təhlili

2011-2017-ci illər üzrə makroiqtisadi göstəricilərin istiqamətləri

Göstəricilər

Ölçü

Vahidi

Hesabat

Gözlənilən

Proqnoz

2011

2012

2013

2014

2015

2016

2017

1. ÜDM bazar qiymətləri ilə

mln.man.

52082,0

53995,0

54740,8

58568,9

59380,4

63057,6

67317,2

real artım tempi

%

0,1

2,2

4,5

5,2

5,8

4,8

6,0

deflyator

%

22,5

1,5

- 3,0

1,7

- 4,2

1,3

0,8

2. Özəl sektorun ÜDM-də payı

ÜDM-də payı, %

82,5

81,5

82,3

83,2

82,1

81,8

81,8

3. Neft sektoru ÜDM, bazar qiymətləri ilə

mln.man.

26650,5

25520,1

22798,3

22541,1

19024,5

18305,2

18606,9

real artım tempi

%

- 9.3

- 5,0

- 1,2

- 1,5

2,1

- 3,2

1,5

deflyator

%

40,6

0,8

- 9,6

0,4

- 17,4

- 0,6

0,2

ÜDM-də payı

%

51,2

47,3

41,6

38,5

32,0

29,0

27,6

4. Qeyri- neft sektoru, ÜDM, bazar qiymətləri ilə

mln.man.

25431,5

28474,9

31942,6

36027,8

40355,9

44752,4

48710,3

real artım tempi

%

9,4

9,7

9,7

10,0

8,1

8,6

7,8

deflyator

%

8,0

2,1

2,3

2,6

3,7

2,1

1,0

ÜDM-də payı

%

48,8

52,7

58,4

61,5

68,0

71,0

72,4

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə