Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 457,99 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix05.03.2018
ölçüsü457,99 Kb.
#30408
1   ...   8   9   10   11   12   13   14   15   16

 

31

niqrol  və  s.)  hesab  olunurlar.  Sürtkü  yağların  ən  vacib  keyfiyyət  göstəriciləri 



onların  özlülüyüdür  ki,  bu  göstəriciyə  görə  də  sürtkü  yağları  yağ  və  qış  təyinatlı 

qruplara və markalara bölünür.  

Özlülüyünə  görə  sürtkü  yağları  qatı  və  nisbətən  duru  tərkibli  yağlara 

bölünürlər. Qatı tərkiblə sürtkü yağları əsasən duru mineral maddələrdən və xüsusi 

qatılaşdırıcı maddələrin iştirakı ilə əldə olunur. Qatılaşdırıcı kimi  müxtəlif tərkibli 

yağlı  sabunlardan,  sintetik  və  naftenli  karbon  turşularından,  parafin  və  serezin 

maddələrindən  və  bəzi  hallarda  isə  qrafitdən  istifadə  olunur.  Təyinatına  görə  qatı 

tərkibli  sürtkü  yağları  antifraksiyalı,  mühafizəedici  və  qatılaşdırıcı  məqsədli 

yağlara ayrılırlar. 

Qatı  tərkibli  sürtkü  yağlarının  ən  sadə  növlərinin  biri  vazelin  adlanır.  Ən 

geniş  yayılanlarından  isə  solidolu  göstərmək  olar.  Vazelin  tərkibcə  duru  və  bərk 

xassəli  karbohidrogenlərdən  ibarətdir.  Bunlardan  ağ  və  sarı  bircinsli  maddə  olub, 

tibb təyinatlı vazelin və qəhvəyi rəngli isə texniki təyinatlı vazelin adlanır. Solidol 

bircinsli  maddə  olub,  açıq-sarı  rənglərdən  tutqun-qəhvəyi  rənglərə  qədər  çalan 

maddədir. Özləri yağ və sintetik yağ əvəzedici maddələrdən əlavə olunur. Tərkibcə 

salidol  mineral  yağlardan  və  qatılaşdırıcılardan  ibarətdir.  Qatılaşdırıcı  kimi  bitki 

yağlarının  kalsium  yağlı  sabunlarından,  sintetik  qatılaşdırıcı  kimi  isə  sintetik  yağ 

turşularının yağlı sabunlarından istifadə olunur. Solidol universal xarakterli sürtkü 

yağları  hesab  olunmaqla,  əsasən  duru  yağlar  istifadə  oluna  bilməyən  və  yaxud 

çəkilən  yerlərdə dayanmayan qovşaqların  yağlanmasında  istifadə olunur. Yağlı  və 

sintetik solidol üç markalarda buraxılır ki, bunlar da tərkibindəki qatılaşdırıcısının  

xarakterinə görə fərqlənir, yəni sabunlu, özlülü və hərarət təsirindən  damla  əmələ 

gətirəndi. 

 

 



 

 

 




 

32

2.2. Neftin emalı nəticəsində alınan yanacaqların keyfiyyətinin ekspertizasının 



müasir metodları 

 

Neft  məhsullrından  xalq  təsərrüfatında  geniş  istifadə  olunur.  Ümumiyyətlə, 



neftdən  yanacaq  maddələri,  yağlayıcı  materiallar,  plastik  kütlələr,  sintetik  liflər, 

yuyucu maddələr, sintetik kauçuk, gübrə və s. kimi məhsullar alınır. 

Neftdən  alınan  bir  çox  qiymətli  məhsullardan  biri  də  müxtəlif  təyinatlı  və 

çeşidli  yanacaqlarıdır.  Qeyd  etmək  lazımdır  ki,  tətbiq  sahəsindən  asılı  olaraq 

yanacaqlar:  karbürator  (təyyarə,  avtomobil  benzinləri  və  traktor  kerosinləri), 

reaktiv, dizel yanacaqlarına bölünürlər. 

Karbürator  yanacağı  kimi  ən  çox  neftin  alçaq  və  orta  temperaturlarda 

qaynayan  benzin,  liqroin  və  kerosin  fraksiyalarından,  sıxılmış  karbohidrogen 

qazıntılarından  və  neftin  təkrar  emalından  alınan  yüngül  məhsullarından  istifadə 

edilir. 


Neft  məhsullarının  keyfiyyətinin  orqanoleptik  metodla  qiymətləndiril-

məsi.  Neft  məhsullarının  keyfiyyətinin  təyin  edilməsində  istifadə  olunan 

metodlardan  biri  də  orqanoleptik 

metoddur.  Bu 

metodla  keyfiyyətin 

qiymətləndirilməsində xarici əlamətlər əsas götürülür. 

Yanacağın  xarici əlamətləri onun zərərliliyi, stabilliyi  və  təmizliyi  haqqında 

təxmini  fikir  söyləməyə  imkan  verir.  Etilli  benzin  zərərsizliyi  etil  mayesinə  əlavə 

edilən  boyayıcının  rəngi  ilə  şərtləndirilir.  Bu  uyğunluğu  aşağıdakı  cədvəldə  daha 

aydın görmək olar. 

Cədvəl 2.1  



Benzin markalarının rənglərə görə fərqləndirilməsi 

Aviasiya benzini 

Avtomobil benzini 

Marka  

Rəng  

Marka  

Rəng  

B-70 


rəngsiz 

A-72 


narıncı 

B-91/115 

yaşıl 

A-76 


rəngsiz 

B-95/130 

sarı 

Aİ-93 


yaşıl 

B-100/130 

narıncı 

Aİ-98 


sarı 

 



 

33

Əgər etilsiz benzin sarı rəngdən tünd-qəhvəyi rəngə qədər boyanmışdırsa, bu 



benzinin  qatranlaşmasından  xəbər  verir.  Dizel  yanacaqlarında  boyanmanın  inten-

sivliyinin artması faktiki qatranlaşmanın artmasına dəlalət edir. 

Qış  fəsli  üçün  nəzərdə  tutulan  dizel  yanacaqları  yay  fəsli  üçün  olan 

yanacaqlara nisbətən daha açıq rəngə boyanmış olur. 

Benzinlər,  reaktiv  mühərriklər  üçün  olan  yanacaqlar  və  dizel  yanacaqları 

şəffaf  olmalıdırlar.  Yanacağın  tutqunlaşması  tərkibində  mexaniki  qarışıqların, 

suyun, buz  mikrokristallarının  və  ya karbohidrogenin olmasından ola bilər. Mənfi 

temperaturda yay üçün olan dizel yanacaqları qış üçün olanlardan şəffaflığına görə 

fərqlənir. 

Sürtkü  yağlarının  əksəriyyəti  açıq-sarı  rəngdən  tünd-qəhvəyi  rəngə  qədər 

boyanmış  olur.  Qeyd  etmək  lazımdır  ki,  sürtkü  yağlarının  rəngi  bilavasitə  onların 

hansı  istehsal  müəssisəsində  hazırlanmasından  da  asılı  olaraq  dəyişə  bilər.  Lakin 

bəzi  sürtkü  yağları  vardır  ki,  onlar  daimi  rəngə  malikdirlər:  HK-50  tünd  yaşıl, 

TSİATİM-208 qara, TSİATİM-205 ağ, USSA yaşıl, parıltılı qara. 

Bundan başqa, zərif və qaba strukturlu sürtkü yağlarını fərqləndirirlər. Qaba 

strukturlu sürtkü yağları dənəvər, lifli və hamar ola bilər. Yağlarda qaba strukturlu 

onu ştapel vasitəsilə şüşə plastika üzərinə nazik təbəqə çəkməklə təyin edirlər. 

Konstalin  tipli  yağların  səthində  isə  zərif  liflər  müşahidə  edilir.  TSİATİM-

201 markalı salidor yağları isə bərabər, hamar qat əmələ gətirir. 

Sürtkü  yağının  səthində  sıx  pərdənin  olması  onun  oksidləşdiyini  göstərir. 

Sabunlu yağlayıcılarda yağın ayrılması onun təbəqələşməsinə nişanədir.  

Soyuducu  mayelərin  orqanoleptik  keyfiyyət  göstəricilərinə  onların  rəngi, 

şəffaflığı, mexaniki qarışıqların və neft məhsullarının miqdarı daxildir. 

40 markalı mayelər sarı, 65 markalılar isə narıncı rəngə malik olurlar. 

Mayedə mexaniki qarışıqların olması ondan xəbər verir ki, maye işlənmişdir 

və yaxud saxlanma zamanı çirklənmişdir. 

Soyuducu  mayelərdə  neft  məhsulları  qarışığı  olduqda  davamlı  köpük  əmələ 

gəlir ki, bu da mayenin istilik tutumu və istilik keçirməsini pisləşdirir. 




Yüklə 457,99 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə